Rusiya paytaxtında VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi açılıb

 

Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib

 

Moskva, 30 oktyabr, AZƏRTAC

 

Oktyabrın 29-da Rusiya paytaxtında VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi açılıb.

 

AZƏRTAC xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

Rusiya Dövlət Tretyakov Qalereyasında keçirilən sərgiMəkan oriyentasiyasımövzusuna həsr olunub. Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.

 

Ekspozisiyada Azərbaycan rəssamları Orxan MəmmədovunEstetikanın saxlanması ideyası Leyla ƏliyevanınƏbədiyyətmultimedia installyasiyaları təqdim olunur.

 

Orxan Məmmədovun təqdim etdiyi installyasiya da müxtəlif dövrlərə aid 50-dən çox Azərbaycan xalçasının naxışları toplanıb. Rəssamın süni intellektdən istifadə edərək hazırladığı art-obyektdə naxışlar bir-birini əvəzləyir.

 

Leyla Əliyevanın rəhbərliyi ilə 20 nəfərdən ibarət yaradıcı kollektivin videoart janrında hazırladığıƏbədiyyətəsərində insan cəsarətindən söhbət açılır.

 

İlk dəfə olaraq Moskva Biennalesinin tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur Albertina muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə saxlanılan əsərləri ümumi mədəni məkanda nümayiş etdirilir.

 

Biennalenin əsas layihəsinin kuratoru MoskvadakıFederasiyaMoskva-Sitikomplekslərinin müəllifi Dmitri Çernyakov bir neçə pavilyonda müxtəlif mövzu janrları kiçik kapsullarda evlərdə ümumi dialoqda birləşdirib. Onun sözlərinə görə, bütün bu müxtəlifliyi bir-biri ilə uzlaşdırmaq heç asan deyil. Bu səbəbdən sərgiMəkan oriyentasiyasıadlandırılıb.

 

Biennaledə Rusiya, Avstriya, Bəhreyn, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Almaniya, Çin, Niderland, ABŞ, Fransa rəssamları da iştirak edirlər.

 

Sərgi müddətində SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov haqqında filmin çəkilişləri aparılacaq. Film klassik müasir incəsənət arasında əlaqələrdən bəhs edən maarifləndirmə proqramı çərçivəsində nümayiş olunacaq.

 

Sərgi yanvarın 22-dək davam edəcək.

 

 

 

 

Respublika.- 2019.- 31 oktyabr S.4