Azərbaycanlı alim Türk Dünyası beynəlxalq fəxri mükafatına layiq görülüb

 

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə azərbaycanlı alim Teymur ƏhmədovTürk dünyasının fəxri elm mədəniyyət adamıBeynəlxalq mükafatına layiq görülüb.

 

AZƏRTAC xəbər verir ki, Turan Elmlər Akademiyasının akademiki, filologiya elmlər doktoru, professor, “Respublikaqəzetinin baş redaktoru Teymur Əhmədova mükafatı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi professor Elçin İsgəndərzadə təqdim edib.

 

TürkiyəninAnadolu AzərbaycanınRespublikaqəzetləri uzun illərdir əməkdaşlıq edir, iki ölkənin ictimai-siyasi, ədəbi-mədəni, iqtisadi həyatına dair səhifə mübadiləsi həyata keçirirlər. Respublikaqəzetinin Türkiyə təmsilçisi Əflatun Nemətzadənin qəzetin baş redaktoru Teymur Əhmədovun Türkiyə Azərbaycanın ictimai həyatı, ədəbi-mədəni əlaqələri haqqında silsilə məqalələri oxucular tərəfindən maraqla qarşılanır.

 

Professor Teymur Əhmədov Hüseyn Adıgözəl, Cemal Adıgol, Nazilə Abbaslı kimi müəllim, alim yazıçılarla əməkdaşlıq edir. OnunErməni xəyanəti Andranik Ozanyanın qanlı əməllərikitabı 2002-ci ildəKuvayı Milliyenəşrinin (aylıq tarix mədəniyyət jurnalı) səhifələrində, 2005-ci ildəTarixin işığında” (erməni dosyesi) kitabında dərc olunub oxucuların diqqətini cəlb edib.

 

İctimai-siyasi xadim yazıçı Nəriman Nərimanovu Türkiyədə geniş ictimaiyyətə yaxından tanıdan tədqiqatçı alim Hüseyn AdıgözəlNəriman Nərimanov”, “Nərimanov. Məktublar”, “Nərimanov. Seçmə məqalələr”, “Atatürk, Nərimanov Qurtuluş Savaşımızkitablarını Teymur Əhmədova hədiyyə edib.

 

Respublika.- 2019.- 31 oktyabr.- S.5