Şərəfli ömür yolu

 

Keçən əsrin 30-40-cı illərindən başlayaraq nüvə fizikası və kimyası, nüvə çevrilmə prosesləri və bu sistemdə saxlanılan böyük miqdarda enerji potensialı dünya alimləri və siyasətçilərinin diqqət mərkəzində olub. Nüvənin tərkibi, nüvə çevrilmələri, nüvə enerjisi, nüvələrin dayanıqlılığı, onların süni çevrilmə imkanlarına aid inqilabi elmi biliklər aşkar olunub. Nüvə elmləri bütün fundamentalpraktiki bilik sahələrinə böyük təsir göstərirdi. Nüvənin malik olduğu böyük enerjinin ilk praktiki tətbiqi hərbi sahədə nüvə silahlarının hazırlanmasında həyata keçirilib. Həmin illərdə nüvə çevrilmə proseslərinin tənzimlənmə yolları aşkar olunmuş və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi istiqamətində də layihələrin icrasına start verilməyə başlanmışdı. 1954-cü ildə dünyada ilk dinc məqsədli Atom enerjisinin istifadəsinin başlanğıcını qoyan SSRİ-nin Obninsk şəhərində kiçik Atom Elektrik Stansiyası işə salındı. Odur ki, keçən əsrin 1954-1986-cı illəri nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin sürətli inkişaf dövrü kimi xarakterizə olunur. Məhz həmin illərdə Azərbaycanın qədim və dilbər guşəsi olan Şəki rayonunun İbrahimkənd kəndində 28 mart 1950-ci ildə dünyaya gəlmiş Adil Abdulxalıq oğlu Qəribovun gələcəkdə nüvə elmlərinə həsr olunmuş həyata keçirəcəyi işlər sanki taleyinə yazılmışdı. O vaxtlar İbrahimkənd kəndində 20-30 evibtidai təhsil məktəbi vardı. Adil 1956-cı ildə İbrahimkənd birinci sinfinə gedib və 1960-cı ildə oranı bitirib. 1960-1964-cü illərdə Şəki rayonu Aşağı Küngüt 8 illik, 1966-cı ildə isə Kiçik Dəhnə orta məktəbini gümüş medalla bitirib. A.Qəribovun orta məktəbdə ən çox sevdiyi fənlərdən biri fizika idi. Ondan IX sinifdə: - “Gələcəkdə kim olacaqsan?”- deyə soruşduqda: - “Fizikamümkün olsa, Atom fizikası üzrə laboratoriya rəhbəri olacam” - deyə, cavab vermişdi. Orta məktəbi bitirdikdən sonra o, sənədlərini o dövrdə medalistlərin ən çox sənəd verdiyi Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə təqdim etdi. Lakin hələ o vaxt fizikadan qəbul imtahanı zamanı professor M.Sərdarlı onun cavabını kəsərək, ADU-nun rektoru professor M.Əliyevi dəvət edib: “Bu uşaq fizik olmalıdır!” - demişdi. Əfsuslar olsun ki, gənc A.Qəribov ürəyinin yox, hisslərinin istəyinə qulaq asaraq ADU-nun kimya fakültəsinə daxil olur. Lakin təhsil müddətində fizikafiziki-kimya fənni onun ən çox sevdiyi elm sahələri olur. O, 1972-ci ildə ADU-nu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektoruna fiziki-kimya ixtisası üzrə aspiranturaya daxil olur. Fizikaya həvəs onda hələ tələbəlik illərində güclü idiona görə də ilk stajını da Ümumittifaq Geofizika İnstitutunun Azərbaycan filialından başlayır.

A.Qəribovun aspiranturada təhsil illəri ulu öndərin Azərbaycanda birinci rəhbərlik dövrünə təsadüf edir. Ümummilli lider Heydər Əliyev SSRİ daxilində İttifaq imkanlarından bacarıqla istifadə edərək, Azərbaycanda ən müasir elm, texnika və texnologiyaların inkişafı, onların kadr potensialının formalaşması istiqamətində respublikamızın çox uzaq gələcəyinə ünvanlanmış siyasət yeridirdi. Məhz ulu öndərimizin birbaşa dəstəyi ilə Azərbaycan o dövrdə SSRİ miqyasında həyata keçirilən nüvə proqramı və konkret olaraq nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi istiqamətində Dövlət Poqramına çox fəal şəkildə qoşulub. Azərbaycanda neft-qaz istehsalı və onların əsasında texnologiyaların inkişafı iqtisadiyyatın əsas aparıcı sahələri olduğundan, Nüvə enerjisinin enerjitutumlu neft-kimya proseslərində tətbiqi imkanlarının aşkar edilməsinə dair Ümumittifaq proqramının tərkib hissəsi kimi Azərbaycanda reallaşması nəzərdə tutulurdu.

Məhz ona görə də nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində fəaliyyət göstərən Radiasiya Tədqiqatları Sektorunun ilk əyani aspirantlarından olan A.Qəribovun dissertasiya işinin mövzusu nüvə-neft kimya komplekslərinin yaradılmasına həsr olunmuşdu. Onun tərəfindən neft fraksiyalarının katalitik krekinq prosesinin effektivliyini artırmaq məqsədi ilə aşağıdakı istiqamətlərdə tədqiqatlar aparılıb:

Katalitik krekinq proseslərində istifadə edilən seolit, seolit tərkibli katalizatorların katalitik aktivliyiselektivliyini artırmaq imkanlarının aşkar edilməsi; Prosesin məqsədəuyğun olmayan məhsullarının çıxımının azaldılması və onların ekoloji təminatının artırılması; Katalitik krekinq proseslərinin nüvə enerjisi əsasında reallaşması sxeminin işlənilməsi.

Göstərilən istiqamətlərdə o dövrdə SSRİ-də elmi məktəb əsasən Moskva İ.M.Qubkin adına Neft-Qaz İnstitutunda professor Q.M.Pansenkov tərəfindən formalaşmışdı. Odur ki, gənc aspirantın ilk elmi məktəbi bu qurumda olmuşdu. Onun tərəfindən seolitseolit tərkibli krekinq proseslərinin katalizatorlarının katalitik aktivliyiselektivliyinin artırılması üsulu işlənilib və keçmiş SSRİ-nin kəşfə müəlliflik şəhadətnaməsi alınıb. A.Qəribov qarşıya qoyulmuş vəzifələri uğurla həyata keçirərək, alınmış nəticələr əsasında hazırlanmış dissertasiya işini 1979-cu ildə müdafiə edib. Sonrakı dövrdə ionlaşdırıcı şüaların bərk katalizator materialları və karbohidrogenlərə təsiri, onların elementar aktları, mexanizmkinetik qanunauyğunluqları istiqamətində aldığı fundamental radiasiya fiziki və kimyəvi nəticələr əsasında sorbentlərin adsorbsion aktivliklərinin artırılması, neft fraksiyalarından məqsədəuyğun məhsulların alınması və neftlə çirklənmiş suların təmizlənmə proseslərinin elmi əsasları işlənilib. Məlum olduğu kimi, 1977-ci illərdən başlayaraq dünyada energetik böhran durumu yaşanmağa başladı. Bu dövrdə SSRİ miqyasında energetik, o cümlədən nüvə energetik proqramları çərçivəsində nüvə enerjisinin universal enerji daşıyıcısı olan hidrogen vasitəsi ilə çevirib istifadə yollarının aşkar edilməsi elmin qarşısına qoyulmuş əsas vəzifələrdən biri idi. A.Qəribovun bu istiqamətdə ilk elmi araşdırmaları hidrogenin ayrılması və akkumulyasiya prosesləri idi. Bu məqsədlə onun tərəfindən hidrogeni çox saxlama tutumuna malik olan intermetallik ərintilər götürülüb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Yüksək təzyiqlər fizikası və kimyası kafedrası (kafedra müdiri prof. K.N.Semenko) ilə birlikdə yeni hidrogenə görə böyük tutuma malik yeni intermetallik ərinti və intermetallik ərintilərin su ilə təmasında radiasion-heterogen proseslər nəticəsində ərintidə hidrid şəklində toplanan hidrogenin alınma proseslərinin elmi əsasları işlənilib və işlənilmiş texnologiyalara keçmiş SSRİ-nin kəşfə dair müəlliflik şəhadətnamələri alınıb.

1977-ci ildən başlayaraq A.Qəribov İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutu ilə birlikdə atom-hidrogen energetikasına dair genişmiqyaslı tədqiqatlara başlayıb. Burada əsas məqsəd nüvə parçalanma proseslərinin istilik enerjisini və nüvə keçidləri zamanı ayrılan ionlaşdırıcı şüaların enerjisinin universal enerji daşıyıcısı olan hidrogen vasitəsi ilə çevirib istifadəsini təşkil edir. A.Qəribov İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunda akademik V.A.Leqasov, akademik V.D.Rusanovun birbaşa rəhbərliyi altında atom-hidrogen energetikasına dair elmi-tədqiqatlar aparmışdır. 1977-86-cı illərdə atom hidrogen energetikası sahəsində ionlaşdırıcı şüaların enerjisinin hidrogen vasitəsi ilə yüksək faydalı əmsalına çevirməsinə imkan verən 10-dan artıq yeni üsullar işlənilib. Bu istiqamətdə tədqiqatlarda onun kimyafizika istiqamətlərində bilik ehtiyatları daha açıq şəkildə özünü büruzə verdi. Belə ki, ionlaşdırıcı şüaların təsiri altında bərk cisimlərdə ilkin qarşılıqlı təsir, enerji çevrilməsi, bərk cisimlərdə baş verən müxtəlif növ defekt əmələgəlmə prosesləri, onların miqrasiyası, lokallaşması, məhvi kimi proseslər təqribən <10-11 saniyə vaxtında baş verən və fiziki etapın qanunauyğunluqları aşkar olunub. Sonrakı mərhələdə bərk cisim tərəfindən udulmuşmüvafiq enerjidaşıyıcıların enerjisinə çevrilmiş enerjinin təsiri altında səthi səviyyələrdə olan su molekulunun parçalanma proseslərinə dair kimyəvi mərhələnin xarakteristik parametrləri və hidrogenin energetik çıxımları təyin edilib.

A.Qəribov tərəfindən genişmiqyaslı oksid birləşmələrində ionlaşdırıcı şüaların enerjisinin udulması, çevrilməsi, enerji (yük) daşıyıcılarının enerjisinə çevrilmə, saxlanması və səthi səviyyələrə daşınma proseslərinin şüaların intensivliyi, şüalanma rejimi, oksid sistemlərin qadağan olunmuş zona eni, tərkibi, dispersliyi, struktur nizamlılığı və sair parametrlərdən asılı olaraq qanunauyğunluqları aşkar olunub. Aparılmış tədqiqatlar əsasında ionlaşdırıcı şüaların enerjisinin oksid bərk cisimlərdə toplanıb saxlanma şəraiti və üsulu işlənilib. Sonrakı etapda səthi səviyyədə olan universal enerjidaşıyıcısı hidrogenin mənbəyi olan maddələrin (su, metans.) bərk maddə-enerjiçevirici tərəfindən udulub, verilmiş enerji hesabına çevrilmə və son nəticədə hidrogenin alınma proseslərinin temperatur, təzyiq, şüa intensivliyi, səthi qatılığı və sair parametrlərdən asılılıq qanunauyğunluqları aşkar olunub. Alınmış nəticələr əsasında universal eneji daşıyıcısı olan hidrogen vasitəsilə nüvə enerjisinin çevrilib istifadəsinin yeni effektiv üsulları işlənilib. Bu üsullara SSRİ-nin kəşfə dair xüsusi qriftli şəhadətnaməsi alınıb. Aparılmış kompleks tədqiqatlar nəticəsində ümumi radiasion heterogen proseslərdə ölçü effekti aşkar olunub. Əldə edilmiş qanunauyğunluqlar əsasında İ.V.Kurçatov İnstitutunda yeni növ hibrid nüvə reaktorlarının ilkin formasının elmi əsasları işlənilib.

Çernobıl qəzasından sonra A.Qəribov İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutu ilə birlikdə su ilə soyudulan nüvə reaktorlarının qəza proseslərinin səbəblərinin aşkar edilməsi üzrə tədqiqatlara başlamış və bu sahədə birgə kollektivə rəhbərlik etmişdi. Onun tərəfindən su ilə soyudulan nüvə reaktorlarında istilikayırıcı elementlər ilə istilikdaşıyıcısı maddə arasında baş verən prosesslərin qanunauyğunluqları həm normal, həm də qəza rejimi şəraitində aşkar olunub. Alınmış nəticələr su ilə soyudulan nüvə reaktorlarının normal və qəza rejimlərinin ssenarisinin işlənilməsində istifadə olunub. Alim tərəfindən su ilə soyudulan energetik reaktorlarının normal rejimində istilikayırıcı element ilə istilikdaşıyıcı arasında baş verən radiasion-heterogen proseslər nəticəsində partlayış təhlükəli hidrogenin qatılığında artım təyin edilib.

Su ilə soyudulan nüvə reaktorunun yanacaq çubuqlarının su ilə təmasında radiasion-heterogen proseslər nəticəsində müdafiə və katastrofik oksidləşmə proseslərinin qanunauyğunluqları aşkar olunub. Metallik konsturksion materialların korroziyadan müdafiəsinin radiasion-heterogen üsulu işlənilib.

A.Qəribovun aşkar etdiyi radiasion-heterogen proseslərdə ölçü effekti əsasında son illərdə nano-materialların iştirakı ilə nüvə enerjisinin universal enerjidaşıyıcısı olan hidrogen enerjisinə çevrilməyin yeni effektiv üsulları işlənilib. A.Qəribov 1995-ci ildə Radiasiya-heterogen proseslərdə enerji ötürmə proseslərinin mexanizmi mövzusunda elmlər doktorluq dissertasiyası müdafiə edib.

Adil müəllimin rəhbərliyi altında polimerbu tipli texniki materiallarda ionlaşdırıcı şüaların təsiri altında xassələrin və davamlılıqların idarə olunma üsualları işlənilib və 38 müəlliflik şəhadətnaməsi və patent alınıb. Həmçinin Bakı Dövlət Universiteti ilə birlikdə sulu mühitdən radionuklidlərin ayrılıb toplanması üzrə yeni tip sorbentlər alınıb və real şəraitlərdə sınaqlar keçirilib.

A.Qəribov 2001-ci ildən 2014-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutuna rəhbərlik etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 8 may 2014-cü il tarixli 442 saylı sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Milli Nüvə Tədqiqatlar Mərkəzi QSC yaradılıb. Dövlət başçısının 22 iyul 2014-cü il 657 saylı sərəncamı ilə A.A.Qəribov Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin sədri təyin edilib. Sərəncamda nüvə elmləri, nüvə texnologiyaları və onların maddi-texnikikadr potensialının inkişafının təmin edilməsi “MNTM” QSC qarşısında əsas vəzifə kimi qoyulmuşdu. Müasir durumda respublikamız bu amillərə malik olmadığından, A.Qəribov nüvə elmləri sahəsində tədqiqatlar və kadr potensialının hazırlığında Beynəlxalq qurumelmi kollobrasiyaların imkanlarına xüsusi fikir ayırır.

Onun tərəfindən müvafiq qaydada razılaşma əsasında Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə ALİCE və NA/61 eksperimentlərində iştirak üzrə memorandum imzalanıb. CERN-də “MNTM” birbaşa beş nəfərlə təmsil olunurbir ildə yüksək reytinqli elmi jurnallarda 80-dən çox məqalə çap olunur.

Azərbaycan Respublikasının AMEA-nın təmsilçiliyi ilə Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə mövcud kollobrativ əlaqələrdə “MNTM” QSC aktiv iştirak edir. Dubna BNTİ ilə əlaqələr hələlik iki neytron fizikası və yüksək enerjilər fizikası istiqamətlərində 10-dan çox mütəxəssislə təşkil edilib.

Adil müəllim hər iki quruma rəhbərliyi dövründə onların fəaliyyətlərinin respublikamızın iqtisadiyyatı və milli mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə xüsusi fikir vermişdir. Elmi tədqiqatların icrasının müasir beynəlxalq səviyyədə təşkili üçün nüvə ölkələri ilə beynəlxalq qurumkollobrasiyalarla əlaqələrə xüsusi yer vermişdir. Bunun nəticəsində hər iki qurumda müasir səviyyədə nüvə spektroskopiyaradiometrik tədqiqatlar üçün müasir səviyyəli maddikadr potensiallı şərait yaradılıb.

Onun rəhbərliyi altında “MNTM” QSC Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə Texniki Əməkdaşlıq sahəsində dörd milli layihə icra olunub və 2020-2021-ci illəri əhatə edən daha bir layihə isə həyata keçirilir. Bu layihələr çərçivəsində Azərbaycanda radiasion texnologiyaların imkanlarının genişləndirilməsi üzrə Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksi onun mikrobilojidozimetrik laboratoriyaları ilə birlikdə yaradılıb istifadəyə verilib.

Azərbaycanda Tədqiqat Nüvə reaktorunun yaradılmasını əsaslandırmaq və texniki göstəricilərinin müəyyənləşdirilməsinə dəstək göstərmək üçün yeni layihə icra olunur.

A.Qəribovun rəhbərliyi altında radioaktiv materialların və bütün növ şüaların monitorinqi üzrə müvafiq maddi-texnikikadr potensiallı imkanlar yaradıldıqdan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə birlikdə Azərbaycanın Xəzər dənizi sektoru və transsərhəd çaylarının sularında təbiisüni radionuklidlərin mövcudluq durumunu qiymətləndirmək üzrə beynəlxalq ekspedisiya keçirilib və alınmış nəticələr AEBA-nın xüsusi buraxılışında çap olunub.

Alimin rəhbərliyi altında beynəlxalq qrant və layihələrdən bəhrələnərək “MNTM” QSC-də ən müasir nüvə və radioaktiv maddələrin ekspertiza laboratoriyası təşkil olunub. Bu imkanlardan istifadə edərək respublikasımızın müxtəlif zonalarında və istehsal sahələrində təbii radionuklidlərin qatılıqları və radiasiya fon durumlarının paylanma qanunauyğunluqlarının aşkar edilməsi üzrə genişmiqyaslı tədqiqat işləri aparılır. Son dövrlərdə Adil müəllimin rəhbərliyi ilə elektronika, kosmik və nüvə texnologiyalarında geniş tətbiq tapmış nano ölçülü material və maddələrin tərkibində olan element nüvələrinin müxtəlif enerjili neytronlarla qarşılıqlı təsiri prosesləri, baş verən nüvə çevrilmələri, mühitə verilən enerjininyaranan defektlərin miqdarlarının təyini, son nəticədə nano materialların tərkibinin və xassələrinin modifikasiyası üzrə yeni üsulların işlənməsi istiqamətində Tədqiqat Nüvə Reaktorlarına malik ölkələrlə ikitərəfli müqavilələr əsasında tədqiqatlar aparılır.

Adil müəllim 1998-ci ildə professor elmi adı alıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Adil Qəribov Əməkdar elm xadimi adı ilə təltif olunub. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Akademik A.Qəribovun elmi elmi-təşkilati fəaliyyətini nəzərə alaraq ona beynəlxalq milli qurum komissiyalarda təmsilçilik missiyası tapşırılıb.

O, Müstəqil Dövlətlər Birliyinin Atom Enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dövlətlərarası komissiyada Azərbaycan təmsilçisi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əlaqələr üzrə dövlət komissiyasının üzvüdür. Azərbaycan Respublikası ensiklopediyasının redaksiya heyətinin üzvüdür.

Akademik Adil Qəribov 440-dan çox elmi əsərlərin 2 kitabın müəllifi, həmçinin SSRİ-nin ixtiraya dair 10 müəlliflik şəhadətnaməsi 38 patentin həmmüəllifidir. Avrasiya ölkələrinin nüvə tədqiqatları onların praktiki tətbiqi üzrə Beynəlxalq Təşkilat Komitəsinin üzvüdür. Onun rəhbərliyi altında 4 elmlər doktoru, 18 fəlsəfə doktoru hazırlanıbdır.

Adil müəllimi 70 illiyi münasibətilə təbrik edir, ona uğurlar arzulayırıq.

 

 

 

M.MirzƏ,

Respublika”.

 

Respublika.- 2020.- 7 aprel.- S.7.