UNUDULMUŞ TARİXİMİZİN YENİ SƏHİFƏSİ

 

Tarih yazmak, tarih yapmak kadar mühümdür. Yazan yapana sadik kalmazsa, degişmeyen hakikat insanlığı şaşırtacak bir hal alır...

Mustafa KEMAL ATATÜRK (1931)

 

 

Həqiqətən də, tarixi doğru yazmaq həm çətin, həm məsuliyyətli, həm də şərəflidir. Tarixarxeologiya elmi insanın, cəmiyyətin, nəhayət, qədim etnik tayfaların, xalqların sosial-mədəni həyatına işıq salan və əsl həyat həqiqətlərini ortaya çıxaran elmlər arasında ən mühüm sahədir. Amma neyləmək ki, müasir dövrümüzdə və yaxın keçmişdə, hətta bir çox hallarda qədim dövrlərdə tarix elmi bir sıra əbəlqüdrət dövlətlərin liderləri və siyasi rəhbərləri tərəfindən ayrı-ayrı ölkələrin əraziləri ya işğal ediləndən sonra, ya da o ərazilərə iddialı olduqları üçün əsl tarix yox, qondarma tarixlər yazılmış və bu cür tarixlərin doğru olması fikrini təbliğ yolu ilə elmə daxil etmişlər. İllər və ya yüzillər keçdikdən sonra yetişməkdə olan yeni nəsillərbu cür qondarma tarixləri həqiqət kimi qəbul etdikləri üçün bu ərazilərin onların doğma yurdu olması iddiası ilə mübarizə edirlər. Buna örnək olaraq yaşadığımız Kafkasın Dərbənd şəhərindən başlayaraq Xəzərdən Qara dənizə qədər olan ərazilərin, eyni zamanda Şərqi və Qərbi Azərbaycan torpaqlarının hələ b.e.ə. II minillikdən başlayaraq Oğuz türklərinə aid olması faktları, daha sonraki tarixlərdə şah Xətai və Nadir şah Əfşar dönəmində bir ucu Avropaya qədər, digər ucu isə Əfqanistan, Hindistanın Kəşmir ərazilərinə qədər gedən Azərbaycana aid olan torpaqların sonraki illərdə savaşlar, müharibələr nəticəsində itirilməsi və XIX yüzilin başlanğıcında Türkmənçay müqaviləsi əsasında, həmçinin 1918-20-ci illərdə Qərbi Azərbaycanın bolşeviklər tərəfindən haylara verilərək Ermənistanın Armeniya kimi dünya ictimaiyyətinə tanıtdırılması nəticəsində doğma yurdumuz Azərbaycanın, öncə 114 min kv. kilometr ərazisi sonrakı məlum işğallar nəticəsində ərazisinin 20 faizini də itirərək müasir dövr Azərbaycan Respublikası sərhədləri çərçivəsində qaldı. Bu azmış kimi mənfur qonşularımız bəzi rus dairələrinin köməkliyi ilə yenə də Naxçıvan, Gəncə və başqa torpaqlarımızın iddiasındadırlar.

Tarixin belə yollarla saxtalaşdırılmasında baltası bizdən olan bəzi haypərəst “alimimizPatkanovun rəhbərliyi altında öz əsərində Müəzzes İlmiyye ÇiğinFirudin Rzayevin təsbitlərinə görə, əhalisi Türk olan Midiyalıların ərazilərində b.e.ə. “kiçikböyük Ermənistan” dövlətlərinin olması iddiası ilə kitab da yazmışdır. Əsas məsələyə keçməzdən öncə bir məsələyə də aydınlıq gətirmək istərdik. Uzun illərdir istər rəsmi danışıqlarda, istərsə də debatlarda niyə bizim siyasətçilər, politoloqlar, siyasi şərhçilər, alimlər haylara çar Rusiyasının təsbit etmiş olduğu erməni adı ilə müraciət edirlər. Axı onlar özlərinə hay deyirlər. Və ya haralı olduğunu soruşanda dahayes?” sualı ilə müraciət edirlər. Haylar kimdir? sualına rus alimi Vladimir Dal özünün “Tolkovıy Slovar Jivoqo Velikoruskaqo Yazıka” əsərində belə cavab verir.Qaynaq 1882-ci ildə Moskvada çap olunmuş adı çəkilən kitabin 4 -cildi s.556-da yazılıb: “Haysözünün etimologiyası -yeri get, “Hay da maypis cılız insanlar, küçə adamı mənalarındadır. Armeniya sözünə gəldikdə isə qəti şəkildə deyə bilərik ki, bu söz Azərbaycana aid Azərbaycan-Türk dilində olan Ərməniyyə ərazi adından götürülmədir. “Ərmən” sözünün kökü Ər+mən, yəni igid mənəm deməkdir. “Ərmən” sözü sonraki qədim tariximizdə “Arman” adını formalaşdırmışdır ki, o da eyni zamanda Aran sözünü ortaya çıxarmışdır. Onu da qeyd edək ki, “Arancoğrafi ərazi adı olmaqla bərabər, həm də Cənubi Azərbaycanda Ar/Ər+an olaraq Ərani soy ad kimi də işlədilmişdir. Aranda yaşayanların TürkTürk soylu olmaları, eyni zamanda Qafqaz Albanlarının yaşamış olduğu əraziləri onlarla tarixçilər öz əsərlərində sübut etmişlər. “Armeniyasözünü haylara ruslar vermişlər. Hayların öz tarixçiləri hayların bir çox tayfadan yarandığını və onların dövlətçilik ənənələrinin olmamasını yazmışlar. Hayların xristianlığı qəbul etməmişdən öncə yarıvəhşi həyat sürməsi haqqında da elmdə rus və milliyyətcə hay olan yazarların XVIII-XIX əsrlərdə yazmış olduğu əsərlərdə məlumatlar vardır. Şərqin böyük şairi Nizami Gəncəvi “XosrovŞirin” poemasında yazır ki, “Mehinbanu yay aylarını Ərməniyyə dağlarında, payız aylarını Abxaz ellərində, qış aylarını isə Bərdədə keçirərdi”. Bu ərazilərin hamısı Oğuz Türklərinə aid olmuşdur. Bunu aşağıdaki xəritələr də sübut edir.

Qeyd etdiyimiz kimi, erməni adını haylara özlərinin uzaqgörən siyasi məqsədlərini reallaşdırmaq məqsədi ilə Çar Rusiyası vermişdir. Və bu siyasi məqsədlərini də ruslar 1828-ci ildən əsaslı şəkildə reallaşdırmağa başlamışlar. Oğuzlardan miras qalmış Azərbaycanın qədim torpaqları olan Qərbi Azərbaycan ərazilərinə minlərlə hay ailələrini İrandan, Türkiyədən, Rusiyadan köçürəndən sonra bu torpaqlardan Azərbaycanlıları dədə-baba yurdlarından zorla qovaraq süni şəkildə haylar üçün Ermənistan dövləti yaratdılar. Belə oldukda tarixdə ilk dəfə hayların dövləti 1920-ci ildə yaranırsa erməni adlandırılan hayların b.e.ə. KiçikBöyük Ermənistan dövləti olması uydurma fərziyyəsinə və erməni iddialarına dünya ictimaiyyəti niyə göz yumur? Bunu bilən Azərbaycan politoloqları, siyasi xadimlər niyə haylara erməni deyironlarla dialoqları “erməni” olaraq aparırlar? Axı erməni adında bir xalq yoxdur!!!

XVII əsrdə rus çarı Rusiyada kompakt şəkildə yaşamış “ermənilər”in Rusiya ərazilərində muxtariyyat istəməsi iddialarından sonra rus çarının əmri ilə “erməni” məktəblərini, kilsələrini bağlamasından sonra, İranda Rusiya səfiri işləyən Qriboyedovun İrandan ermənilərin köçürülərək Ermənistana yerləşdirilməsi təklifləri əsasında Rusiya çarı Azərbaycana bağlı və Azərbaycanın iri mədəni mərkəzlərindən biri olan İrəvanı işğal üçün Paskeviçin rəhbərliyi altında rus ordusunu İrəvan xanının üzərinə göndərir. Sözsüz ki, qüvvələr nisbəti bərabər olmadığı üçün İrəvan işğal edilir və “ermənilər” ora yerləşdirilərək süni şəkildə “erməni” əhalisinin sayı artırılaraq sonradan “erməni” ölkəsi yaradılır. Bu azmış kimi rusların yardımı və bilavasitə iştirakı ilə tədricən Qarabağ torpaqlarımız da “ermənilər”in xeyrinə işğal edildi. Erməni-rus siyasətçilərin dənizdən dənizə olan qədim Oğuz Türklərinə, yəni Dədə Qorqud elinə aid torpaqlara sahib olmaq planı “erməni” adlanan hayların əli ilə siyasi priaritet kimi daima gündəmdə olduğu üçün haylar vaxtı ilə Dədə Qorqud torpaqları olan Naxçıvan ərazilərinə daxil olmuşbu gün isə qardaş Türkiyə sərhədlərində olan İgdır, Qars, Ardahan və Ərzurum, Van, Adana ərazilərinə də iddialıdırlar. Məqsədlərinə çatmaq üçün 30-35 il bundan öncə Qars ərazisində olan ANİ ziyarətgahının haylara məxsus olması konsepsiyasından çıxış edərək “Aninin “ermənilər”in qədim paytaxtı olması uydurma fikrini ortaya ataraq böyük təbliğat maşınını işə salmışlar. Bunun üçün ilkin olaraq 30-35 il öncə Qarsa arxeoloqlarını, tarixçilərini sıx-sıx göndərərək “Anı harabələri” haqqında rusingilis dilində kitablar nəşr etdirərək dünya ictimaiyyətinə təqdim etmişlər. Onlar bu kitabları YUNESKO-ya da göndərərək “Anı”nın ermənilərin dini-ideoloji mərkəzi kimi qədim qeyri-maddi, mədəni mirası olması haqqında qərar çıxarmasına müraciət etmişlər. O vaxtdan “Anı harabələri” YUNESKO-nun Dünya Mirası Keçici Siyahısında qeydə alınmışdır. Maraqlısı olan budur ki, haylar başqa xalqlardan torpaq ala bilmədikləri təqdirdə Azərbaycan və qardaş Türkiyə torpaqlarına və mədəni irsinə hansı cürətlə sahib çıxmaq istəyirlər. Həyatda zaman-zaman rast gəldiyimiz bioloji silahlar olandonuz virusu” və yakoronavirus”(karenavirus) kimi qorxulu infeksion xəstəliklərin qarşısı vaxtında alınmayanda böyük fəsadlar yaradır. Hayların da görünür zaman-zaman torpaq, mədəni irs və sairə iddialarının qarşısı vaxtında alınmayanda torpaqlar da, mədəni nailiyyətlər də, mədəni irsimiz də əldən gedirya getmək təhlükəsi ilə üzləşmiş olur. Bunu görərək vaxtı ilə Dədə Qorqud Oğuz Türklərinə məxsus torpaqlarda tikilmiş memarlıq, dini-ideoloji abidələrimizin elmi, tarixi həqiqətlərə dayanan tədqiqatına, bir sözlə daha əsaslı araştırmalara start verilməsinə və nəticələrin ictimailəşməsi istiqamətində fəaliyyətə başladık. Bu ilk olaraq Qars ərazisində olan “Anı Örən Yeriadlanantarixi Oğuz Türklərinə dayanan dini-ideoloji mədəni, tarixi kompleksin tədqiqatının Azərbaycan-Türk alimlərinin birgə öyrənilməsinin zəruriliyindən çıxış edərək bəzi görülmüş işlər haqqında bilgi vermək istərdik. Öncə aşağıda təqdim edəcəyimiz Dədə Qorqud xəritələrinə diqqət edək.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Rafiq İMRANİ,

professor.

Kars şəhəri.

 

Respublika.- 2020.- 24 aprel.- S.5.