Tarixin ən böyük yalanı

 

Ermənilər hər il aprelin 24-də öz xəyanətkar əməllərini ört-basdır etmək üçün “erməni soyqırımı” cəfəngiyatı ilə Osmanlı İmperiyasını ittiham edərək hay-küy kampaniyası aparırlar.

 

Əslində Qondarma “erməni soyqırımı” məsələsinin mahiyyəti belədir: Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən ona qarşı müxtəlif planlar cızırdılar. “Şərq məsələsi” adlanan ideya da məhz həmin planların rellaşdırılması məqsədilə ortaya atılmışdı. Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin “qorunmaması” məsələsi bəhanə ola bilərdi. Osmanlı İmperiyası ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən - xəyanətkar olmalarından, satqınlığından, şəraitə uyğun olaraq dinlərini və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi.

 

Hələ 1914-cü ildə Osmanlı dövləti öz tabeçiliyində olan bütün vətəndaşlarını sayanda, toplam erməni sayı 1.229.007 idi. Amma 24 aprelçi cəfəngiyatı ilə zəhərlənmiş üzdəniraq daşnak zehniyyəti türklərin 1915-ci ildə bir milyon yarım erməninin məhz Şərqi Anadolu vilayətlərində qırıldığını iddia edir.

 

1912-1913-cü illərdə, bir tərəfdə Osmanlı dövləti, digər tərəfdə Yunanıstan, Bolqarıstan, Serbiya arasında iki dəfə Balkan müharibəsi oldu. Balkanlardan yüz minlərcə müsəlman Anadoluya pənah gətirmək məcburiyyətində qalmışdır. Bu ərəfədə əldə silah tuta bilən türk kişiləri səfərbər olunur, qızğın döyüşlərin getdiyi cəbhəyə yollanırdı. Şərqi Anadoluda isə ermənilər xarici havadarlarının dəstəyi ilə silahlanır və yerli müsəlman camaata divan tuturdular. Osmanlı idarəçiləri daşnak liderləri ilə 1914-cü ilin avqustunda bir görüş keçirdir. Müharibə dövründə ermənilərin sadiq Osmanlı vətəndaşları qalmaları barəsində söz aldılar. Amma hələ iki ay öncə Ərzurumda daşnakların gizli toplantısında Birinci Dünya müharibəsindən istifadə edilməli, ermənilərin çoxluq təşkil etdikləri yerlərdə üsyanlar başlatmaları haqqında qərar qəbul olunmuşdu. Daşnaklar bununla da kifayətlənmir Osmanlının iri şəhərlərində də terror əməllərindən qalmırlar. Belə olan halda, mərkəzi türk hökuməti 24 aprel 1915-ci ildə o dövrün gizli polis təşkilatı sayılan Təşkilati Mahsusanın hesabatına əsasən vətən xainlərinin həbsi barəsində qərar çıxardır. Belə ki, məhz həmin gün 235 daşnak terrorçusu həbs edilir. Məhkəmənin qərarı ilə onlardan bir neçəsi qısa müddətlik töhmətlə həbs edilir, qalanları isə əff olunaraq sərbəst buraxılır. Erməni katalikosu Kevork ABŞ prezidentinə teleqraf yollayaraq, “xristian erməniləri qoruyun” yalvarışı ilə müraciət edir. Bəli, məhz bu hadisəni dünya erməniləri “soyqırımlaşdırmış” və dünya ictimaiyyətinə şər servisi ediblər.

 

Qaldı kı, Osmanlıda ermənilərin kütləvi halda üçüncü dəfə köçürülməsinə, bu da yalnız daşnakların Şərqi Anadolu vilayətlərində artıq yerli türk, kürd xalqı ilə ölüm-dirim qan davasına tutuşduqları üçün, məhz ermənilərin canmal varlığını qorumaq naminə, şərq cəbhəsində irəliləyən çar ordusunun gəlişinin zəminini hazırladıqlarına görə 27 may 1915-ci ildə Təhcir Qanunu, Keçici qanun adlı başlığı ilə dövlətin bir ərazisindən digər ərazisinə köçürülməsi ilə başlamışdır.

 

Türk tarixçiləri bildirirlər ki, etnik azlıqlarla münasibətlərini müasir dövlətlərdən də üstün səviyyədə quran Osmanlı dövlətinin XX əsrdə belə bir cinayətə baş vura biləcəyini düşünmək belə yanlışdır. Əgər milli baxımdan sırf ermənilər hədəf alınsaydı, o zaman Osmanlı dövründə onların paşa, nazir, millət vəkilləri titullarını əldə etməsi mümkünsüz olardı. Mənbələr göstərir ki, ermənilər dildin azadlığına sahib olub, hərbi xidmətə çağırılmayıb, ticarət haqqı əldə edib, dövlətin üst səviyyəli postlarında yer tutublar. Bu faktlar Osmanlının ermənilərə soyqırımı tətbiq etdiyi ilə bağlı irəli sürülən iddiaların əsassız olduğunu təsdiq edir. Müqayisəli təhlillər göstərir ki, 1,5 milyon erməninin soyqırımına uğradığı şəklində ortaya atılan iddialar da heç bir reallığı əks etdirmir. Osmanlı dövlətinin ermənilərin düşmənlərlə əməkdaşlıq çərçivəsində üsyan və qırğın hərəkətlərinin artması fonunda gördüyü tədbirlər və bu tədbirlərin tətbiqi əsnasında müxtəlif səbəblərdən meydana gələn itkilər ermənilər tərəfindən dünya dövlətlərinin diqqətini çəkmək üçün təbliğat silahı olaraq istifadə edilir. Əsas məqsəd qondarma erməni soyqırımını bütün dünya və beynəlxalq təşkilatların müzakirəsinə çıxararaq tanıtdırmaq, sonrakı mərhələlərdə bunu Türkiyəyə də qəbul etdirərək təzminat və torpaq tələblərini qanuniləşdirməkdir.

 

Türkiyəli mütəxəssislər isə belə hesab edirlər ki, bəzi ölkələrin “soyqırım” qərarlarını qəbul etmək istəməsində maraqlı olmasında əsas amillər bunlardır: həmin ölkələrdəki erməni azlığının təsiri; Türkiyəyə düşmən münasibət; Türkiyəni Avropa Birliyində görməmək istəyi; özlərinin törətdiyi soyqırımı aktlarına suç ortağı axtarmaq cəhdi və s.

 

O ki qaldı 24 aprel məsələsinə, rəsmi Türkiyənin qəti mövqeyi belədir ki, qondarma “erməni soyqırımı” ideyası bir araşdırma mövzusu kimi siyasətçilərin deyil, tarixçilərin müzakirə predmetidir. Türkiyə dəfələrlə bəyan edib ki, bu cəfəngiyata son qoyulması üçün tərəfsiz ortaq komissiya yaradılsın və həmin komissiya istər Türkiyədə, istərsə də xarici dövlətlərin arxivlərində olan sənədləri araşdıraraq yekun nəticəyə gəlsin. Lakin erməni tarixçiləri istinad etdikləri “sənədlərin” saxta olmasının sübut olunacağından qorxaraq belə bir komissiyanın yaradılmasına mane olurlar. Çünki onlar yaxşı başa düşürlər ki, “erməni soyqırımı” tarixin ən böyük yalanıdır.

 

Esmira YAZKAN ASLANOVA,

 

Respublika” qəzetinin

 

Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2020.- 26 aprel.- S.4.