İş adamları hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub

 

Dünyanı bürüyən maliyyə-iqtisadi böhranının hələ də müşahidə olunmasından sonra bəşəriyyət koronavirus pandemiyasının yaratdığı qlobal böhranla üzləşib. Pandemiya bizim ölkəni də sınağa çəkib. Azərbaycan Prezindenti cənab İlham Əliyevin dünyada tuğyan edən koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar, həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. İnsanlar bunu dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər.

 

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransdakı nitqində möhtərəm prezidentimiz bu barədə demişdir: “Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.”

 

Son vaxtlar ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamlar bu baxımdan xüsusilə təqdirəlayiqdir. Buna yaşı 65-dən yuxarı 176 məhbusun əhv edilməsini, işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsini və yaşı 65-dən yuxarı şəxslərə evlərində xidmət göstərilməsi, həmçinin vergi ödəyicilərinə güzəştlər edilməsini misal göstərmək olaraq.

 

Bu günlər adamları “Sahibkarlar günü qeyd edirlər. Ona görə də bir sahibkar kimi ölkəmizdə özəl sektora, adamlarına dövlətimiz tərəfindən yaradılan münbit şərait və göstərilən diqqət və qayğıdan söhbət açmaq istəyərdim.

 

Qeyd edim ki, iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin və biznes mühütinin formalaşmasına geniş imkanlar açmış, onlara öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit yaradılmışdır. Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi və bununla əlaqədar qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Bu gün ölkəmiz 51 milyard dollardan artıq valyuta ehtiyatına və digər iqtisadi dayaqlara malikdir. Bu da ona imkan verir ki, bütün sosial layihələr vaxtında və uğurla icra olunsun. Müvafiq sərəncamlarla iri şəhərlərdə və bölgələrdə sənaye parklarının və məhəllələrinin yaradılması bunun əyani sübutudur. Son illər dövlət büdcəsinin formalaşmasında özəl sahələrdən gələn gəlirlərinin xüsusi çəkisinin yüksələn templə inkişafı aparılan siyasətin müsbət nəticələrinin təzahürüdür.

 

Maraqlı cəhətlərdən biribudur ki, Azərbaycanda bir çox qeyri-neft məhsulları üzrə assosiasiyalar yaradılıb. Assosiasiyalar isə buya digər məshul istehsalçılarını bir araya gətirir, onların səmərəli fəaliyyətinin təmin edilməsi üçün təkliflər hazırlayırlar. Eyni zamanda, həmin assosiasiyalar sahibkarlığın daha da inkişafı, sahibkarlar üçün dövlət dəstəyinin artırılması ilə əlaqədar təkliflər də verirlər. Məsələn, ölkəmiz kifayət qədər zəngin təbii resuslara malikdir. Münbit torpaqlarımız, əlverişli iqlim şəraitimiz var. Bu da Azərbaycanda keyfiyyətli məhsulların yetişdirilməsi və dünya bazarına çıxarılması üçün imkanlar yaradır. Qeyd edim ki, ölkəmizdə ən böyük imkanlardan biri kənd təsrrüfatının ən mühüm istiqamətlərindən olan pambıqçılıq, baramaçılıq, ipəkçiliklə əlaqədardır. Bütün bunlar barədə dövlət başçısının konkret tapşırıqları var. Yəni ölkə Prezidentinin irəli sürdüyü məsələlər regionlarda bolluğun artmasına hesablanıb. Bu gün ən başlıca şərt iqtisadi fəallığın artmasıdır. Fermerlər və sahibkarlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Onlara subsidiyalar, güzəştli kreditlər verilir. Bütün bunlar ona görədir ki, respulikamızın bölgələrində aqrar sektorda fəallıq yüksəldilsin.

 

Digər tərəfdən, Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini iri şəhərlərdə və bölgələrdə sənaye parkının və məhəllələrinin yaradılması ilə bağlı imzaladığı sərəmcanlardır. Məhz həyata keçirilən iqtisadi islahatların bəhrəsidir ki, dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorundan gələn gəlirlərin xüsusi çəkisi artmışdır.

 

Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkəmizdə sahibkarlığın inkişafında mühüm rol oynayır. Pambıqçılıq, tütünçülük, baramaçılıq, sitrus meyvəçiliyi, çayçılıq, çəltikçilik, şərabçılıq və xalçaçılıq sahələrinin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları və bu sahədə görülən işlər aqrar sektorun və sənayenin inkişafında, ixrac potensialının artmasında və regionlarda məşğulluq səviyyəsinin yüksəlməsində xüsusi əhəmiyyət kəsb edir. Ölkədə sahibkarlığın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, startapların, makro kiçikorta sahibkarlıq subyektlərinin yaradılması sahibkarlığın inkişafı üçün geniş imkanlar açıb. Qeyd edək ki, dövlət proqramlarının icrası dövründə Azərbaycan arıçılıq, şərab, nar, meyvə-tərəvəz, fındıq, xurma, zeytun, tütün, tekstil, çay, südsüd məhsulları istehsalçıları və ixracatçıları, qablaşdırma sənayesi, mebel, tikinti materialları və qadın sahibkarlığının inkişafı assosiasiyaları fəaliyyətə başlayıb və atıq bu sahələrin inkişafına öz müsbət töhfəsini verir. Məsələn, 2014-2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2.6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79 faizi aqrar sektorun, 21 faizi isə muxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş güzəştli kreditlərin 30 faizi Bakıətrafı qəsəbələrin, 70 faizi isə regionların payına düşür.

 

Səmərəli dövlət dəstəyi tədbirləri, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parklarının və məhəllələrinin, aqroparkların yaradılması, maarifləndirici tədbirlər, biznes-forum və sərgilərin təşkili və sairlərin nəticəsində ümumi daxili məhsulda özəl bölmənin payı 80 faizi, məşğulluqda isə 74 faizi ötmüş, ölkə iqtisadiyyatı şaxələndirilmiş, özünütəminat səviyyəsi yüksəlmişdir. Bu gün bir çox qeyri-neft məhsullarımız “Made in Azerbaijanbrendi ilə dünya bazarına çıxarılır.

 

Məhz bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Sahibkarlar Gününün təsis edilməsi haqqında 21 aprel 2016-cı il tarixli sərəncamı imzalamışdır. Həmin sərəncama əsasən aprelin 25-i ölkəmizdə “Sahibkarlar Günükimi qeyd edilir. Onu da deyim ki, bu tarix təsadüfi seçilməmişdir. Belə ki, ümumilli liderimiz Heydər Əliyev müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə sahibkarlığın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi taleyüklü qərarlar özəl sektorun, biznes mühitinin formalaşmasında, sahibkarlıq təbəqəsinin yaranmasında mühüm rol oynamışdır. Məhz böyük öndərin 2002-ci il aprelin 25-də ölkə sahibkarları ilə keçirdiyi görüş sahibkarlığın inkişafında yeni bir mərhələnin başlanğıcı olmuşdur. Xatırladaq ki, bundan bir az sonra mayın 14-də isə ulu öndər xarici adamları ilə görüşmüşdür. Bu tədbir də ölkəmizə xarici investisiya yatırımının həcminin xeyli artmasına təkan vermişdir. Azərbaycan xarici investorlar üçün cəlbedici bir ölkəyə çevrilmişdir. Beləliklə də, “Sahibkarlar gününün aprelin 25-də təsis olunması ümummilli liderin başladığı inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin daha bir əyani təzahürüdür. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə, sahibkarlar isə iqtisadi inkişafımızın aparıcı qüvvəsinə çevrilmişdir.

 

Ölkə rəhbəri cənab İlham Əliyevin özəl sektora diqqət və qayğısını, dövlətimizin dəstəyini bir sahibkar kimi mən də öz üzərimdə hiss edirəm. Çünki dövlətimizin adamlarına göstərdiyi dəstəkdən bizim kollektiv də yararlanır. Müəssisəmiz peşə bayramını əldə etdiyi nailiyyətlərlə qeyd edir. Bundan sonra da kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində ölkə iqtisadiyyatına öz töhfəmizi əsirgəməyəcəyik.

 

Son illər aparılan iqtisadi islahatlar çərçivəsində biznesinvestisiya mühitinin yaxşılaşdırılması istiqamətində real tədbirlər görülmüşdür. Məsələn, iqtisadi islahatlar çərçivəsində 2015-ci ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verilmiş qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşımış və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olmuşdur. Bu cəhətdən sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyaların aparılma sisteminin təkmilləşdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apelyasiya Şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması, investisiyaların təşfiqi özəl sektorun inkişafında xüsusilə əhəmiyyətlidir.

 

Dünyanı bürümüş pandemiya ilə bağlı bu çətin durumda Azərbaycan dövlətinin vəziyyəti nəzarət altına alması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ölkə rəhbərinin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın 1 illik əmək haqlarının həmin fonda ianə etmələri, infeksiyanın iqtisadi təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin maddi təminatı ilə bağlı göstərişlərin verilməsi, qısa müddət ərzində yerli tibbi maskaların istehsalına başlanması aparılan uğurlu siyasətin nəticəsidir. Yeri gəlmişkən, mən də möhtərəm Prezidentimizin başladığı aksiyaya qoşularaq fonda 1500 manat ianə etmişəm.

 

Mən fikrimi cənab prezidentin son müşavirədə söylədiyi sözlərlə yekunlaşdırmaq istəyərdim: “...biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik.”

 

 

 

Yusif NƏsibov,

 

“Nəzər” kənd təsərrüfatı

 

məhsullarının istehsalı və emalı

 

müəssisəsinin direktoru, sahibkar.

 

Respublika.- 2020.- 26 aprel.- S.7.