UNUDULMUŞ TARİXİMİZİN YENİ SƏHİFƏSİ

(əvvəli 24, 25 və 26 aprel tarixli saylarımızda)

 

 

 

“Anı” zirayətgahı dini seçkinlik etməyən, yəni inancından asılı olmayaraq əsl dini tolerant mərkəzi kimi insanlara xidmət edən müqəddəs ziyarətgah olmuşdur. Bu müqəddəs dini kompleks yenidən bərpa edilib qapısı insanlara açılsaydı, dünyanın hər yerindən milyonlarla insanlar ziyarətə gəlib Türk dünyasının maddi-mənəvi imkanlarını daha da zənginləşdirərdi və Qars kimi qədim şəhəri dünyanın ən mötəbər, məşhur mərkəzlərindən birinə çevirərdi.

 

“Anı” ziyarətgahı kompleksində tikilmiş memarlıq abidələrinin tarixinə diqqət edəriksə, bu qədər tikililər içərisində qeyd etdiyimiz kimi, ən qədimi Zərdüştlüklə bağlı olan Atəşgədə kompleksinin olmasını görə bilərik. Kompleksdə olan qədim memarlıq abidələrin haqqında məlumatlar əsasən “Qars Serhat Kalkınma Ajansı” yayımı olan, Ersin Demirelin hazırlamış olduğuKars Turizm Keşif Rehberibroşurundan götürülməklə bizim araşdırmalarımıza dayanan şərhlərlə verilir.

 

“Atəş məbədi” adlanan “Anı” ziyarətgahında tikilmiş ilk məbəd b.e. IV əsrinə aid edilir. Bizim bu yöndə apardığımız tədqiqatlar isə göstərilən tarixin daha qədim olmasını, yəni b.e.ə. IV əsrə aid olmasını sübut edir. Çünki, “Anı” qala divarları arasında bir-birinə uzaq olmayan, yəni nisbətən yaxın məsafədə yerləşən iki ədəd “Qamsaraqan Sarayı”nın olması faktı sübut edir ki, bu saraylar b.e. “Məzdək” hərəkatından sonra yaranmışdır. Tarixçilər Kamsaragan xanədanlığını ermənilərə(hay) bağlayır və onu İslama qarşı siyasətdə xristian dini liderlərin və avropalıların bir silah kimi istifadə etməsini göstərirlər. Fikrimizcə, tarixçilərimiz bu məsələni xüsusu olaraq araşdırmalı və rus-erməni tarixçilərinin əsərlərindəki uydurma tarixə fərqlı yanaşma yolu ilə Qamsaraqan sözünün etimologiyanını araşdırıb fikir söyləməlidirlər. Bizim fikrimizcə, Qamsaraqan adındaki Qam maq-muğ deməkdir. Qam maq-muğ Zərdüşt peyğəmbərin dini-ideoloji fəlsəfəsinin davamçısı olan Məzdək tərəfindən daha da inkişaf etdirilərək “Avestaya əsaslanan “Məzdəkizm” dini-fəlsəfi ideologiyasını b.e. VII əsrinə qədər yaşamasına nail olmuşdur. Şah I Kavad, Ərdəşir Papakan və digərləri İslam dininə qədər olan dövrdə bu dinə inanc gətirmişlər. Qamsaraqan sözündəki saraqan > sarağan kəliməsi Türk lüğətlərində sarmaq, yığmaq mənalarındadır. Belə olduğu təqdirdə Mağ yığmaq, mağ toplumu anlamına da gələ bilir. Bu isə Qamsaraqan sözünün Qam sarayı kimi də işlədilməsinə bəraət qazandırır. Bu adQamsaraqan Sarayı” mənasına tam uyğun gəlir. Aşağıdaki şəkildə Atəşpərəstlik binalarının qədim fundamentlərini və dörd qədim atəş sobalarını görürük. “Anı”da olan dini məbədlərin hamısı bir-birindən aralı tikildiyi üçün belə qənaətə gəlmək olar ki, fərqli dini-ideologiyaya sahib olan zəvvarların bir-birinə mane olmaması məqsədi ilə memarlıq abidələri aralı tikilmişdir. Atəşpərəstlik tapınağının qarşısında qala divarlarını, Cami binasınıy divarlarını görürük.

 

“Anı” tarixçilərinin verdiyi məlumata görə, Mənuçehr Camisi şah Mənuçehrin şərəfinə tikilmişdir. Tiqran Honents Kilsəsinin 1215-ci ildə tikildiyi göstərilir. Tarixçilər bu kilsənin birinciya ikinci Tiqrana aid olmasını qeyd etmirlər. Sadəcə Honents səmimi olaraq qeyd olunur. Qədim tarixi rəsmlər arasında II Tiqranın başında Gümüşü rəngdə olan Şlem(döyüş başlığı)də 8 guşəli ulduz işarəsinin olması onun erməni yox, Türk soylu olmasına işarədir. Bunun araştırılması da tarixçilərimizin öhdəsinə düşən məsələdir. Həm də bu kilsə haqqında verilən məlumatda bildirilir ki, bu kilsədə ermənilərə xristianlığı gətirən İsa və Müqəddəs Qriqori/Krikor Lusavoriçin həyatından mənzərələr təqdim edən freskalar var. Kilsə AnıRuins-in şimal-şərqində yerləşir. Deyilən fikirdə ermənilərə yox, ərmənlərə, yəni Qafqazın, Dədə Qorqud yurdu olan Oğuzların(bax xəritəyə) ərazisinə xristianliği gətirən Müqəddəs Qriqori/Krikor Lusavoriçin həyatından mənzərələrə aid freskalar var. Ərməni ərazi adını erməni kimi yazanlar siyasi məqsəd daşıyan yazarların məqsədyönlü işidir.

 

Gənc Qızlar Monastırı və Kilsəsi adlanan məbəd XIII əsrdə karvanların keçdiyi yol üzərində tikilmişdir. “Anı” memarlıq kompleksində tikilmiş Qızlar Monastırının olması faktı burada dini tədrisin, rahibələrin qalmış olduğu otaqların və s. olduğunu sübut edir. Monastırın divarlarındaki bəzəkli relyeflər orta əsrin memarlıq sənətinin yüksək inkişaf səviyyəsindən xəbər verir.

 

İkinci Qızlar Monastırı Nuns Monastırı və ya Qız qalası olaraq da adlandırılır. Dik qayalar üzərində tikilən Qiz qalasının yolları keşmə-keşli olduğu üçün ora gediş o qədər də asan deyil. Bu da bir qədər əl çatmaz mövqedə olan Qız Monastırının 800 il yaxşı vəziyyətdə qalmasını, yəni əl dəyməz vəziyyətdə olmasını təmin etmişdir.

 

Abuqamrents (Poladoğlu) Kilsəsinin tikiliş tarixini tarixçilər b.e. 980-cı illərinə aid edirlər.

 

“Anı” ziyarətgahında İslam dini abidələrinin olması haqqında da məlumat vermişdik. Belə komplekslərdən biri Əbu Mənuçehr Məsçidi(Camisi)dir. Bu Məscid tarixi məlumatlara görə, 1072-ci ildə Şəddadilər dövründə Əbu bəy Əbu Mənuçehr tərəfindən tikilmişdir. Məscid memarlıq baxımından orijinal bir üslubda tikilmişdir. Orta əsrlər memarlıq abidələrinin yaraşığı kimi diqqəti cəlb edir.

 

İpək Yolu Körpüsü. Bu körpü İpək Yolunun üstündə olan ilk tarixi körpüdür. Körpünün alt mərtəbəsi karvan keçidləri üçün, üst qatı isə piyada və əsğərlər üçün nəzərdə tutulmuşdur.

 

Böyük Katedral (Fəthiyə Məsçidi) Fəthiyə Məsçidi və ya Məryəm Kilsəsi olaraq bilinən bina, Ani Şəhər, indiki Qars daxilində məbəd kimi bütövlüyünü qoruyub saxlayan ən böyük memarlıq abidəsidir. 1010-cu ildə tikilmiş bu kilsəni Sultan Arpaslan 1064-cü ildə “Anı”nı fəth etdikdən sonra, Anadoluda ilk fəth duası oxunduqdan sonra bu memarlıq abidə Məsçidə çevrildi.

 

Səlcuqlu Karvansaray. “Anı” Antik şəhərinin mərkəzində yerləşən bu memarlıq kopleksi 12-ci yüzildə tikilmişdir. Memarlıq abidəsi kimi Səlcuqlu memarlığına aid naxış və bəzəklərlə bəzədilmişdir.

 

Səlcuq Sarayı. Səlcuqlar dönəmində tikilən 3 mərtəbəli bu sarayın iki mərtəbəsi bu gün də memarlıq abidəsi kimi dövlət Mədəniyyət Nazirliyi tərəfindən qorunmaqdadır. Bina orta əsrlər Səlcuq memarlığına xas ən gözəl daş nümunələri ilə tikilmişdir.

 

Böyükkiçik hamamlar. “Anı” memarlıq kompleksinin içində Səlcuq dönəminə aid iki hamamın çimmə yerlərinin, salonlarının qalıqları bu gündurur. Hamamların əsas bina örtükləri təəssüf ki, durmur. Ziyarətgahda hamam komplekslərinin, karvansarayların, mağaraların olması sübut edir ki, vaxtı ilə ziyarətə gələn zəvvarlar üçün “Anı” məbədlər şəhərində hər cür imkanlar yaradılmışdır.

 

Bostanlar dərəsi mağaraları. Tarixi Tunc dövrünə aid edilən bu mağaralar qədimdə yaşayış məskəni kimi diqqəti çəkir. Belə magaralara biz “Anı” şəhərində və onun yaxın bölgələrində də, Azərbaycanda, İran Azərbaycanı Təbriz yaxınlığında Kəndovanda da rast gəlirik. Bostanlar dərəsi həm də, ziyarətə gələnləri meyvə, tərəvəz məhsulları ilə təmin etmək üçün əlverişli idi.

 

“Anı” Qaya Kilsəsi. “Anı” şəhərində yerləşən Qaya Kilsəsi qayaya həkk olunmuş başqa bir binadır. Onun tarixinin b.e. 9-cu əsrinə aid olduğu faktları tarixi qaynaqlarda göstərilmişdir.

 

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Qars şəhərini qədim Kilsələr və Camilər muzeyi kimi də adlandırmaq olar. Qars mərkəzində On iki Havarilər (Kümbət Cami), Fəthiyyə Cami(Aleksandr Nevski-Rus əsgəri Kilsəsi), Beşik, Oğuzlu və Yağıkəsən kilsələri, Sarıqamışda Yanık, Küp, Aşağı Sallıpinar və Karakurt kilsələri, Kağızmanda Çəngilli Kilsəsi, Arpaçayda Doğruyol Kilsəsi, Diqorda Beşkilsə, Kozluca, Varlı, Kilittaşı və Mreni kilsələri deyilən fikrin təsdiqi kimi götürülə bilər.

 

Yuxarıdakı şəkillərdə “Anı” ziyarətgahında olan Cami Səlcuqlar dönəmi memarlığında 8 guşəli və ulduz işarələri ornamentlərin camilərin tikilişində geniş istifadə olunmasını görürük. “Anı” da olan kilsələrin memarlıq üslubu Qars çevrəsində olan bütün kilsələrlə, o cümlədən Azərbaycanda; Şəkinin Kiş və Gədəbəydə olan kilsələrlə oxşar üslubda olması hər iki ölkədə qədim memarlıq abidələrin eyni tarixi kökə, ənənəvi mədəniyyətə bağlı olmasını sübut edir.

 

“Anı” da olan kilsələrdən aşağıda göstərilən kilsələrin memarlıq üslubu ilkorta əsrlər mədəniyyətinə aiddir.

 

İqdır ilə Qars arasında yerləşən Diqorda olan kilsələrə də diqqət etsək, bu memarlıq abidələrinin erməni(hay)lərə yox, Bizans mədəniyyətinə aid olmasının şahidi olarıq.

 

 

 

(davamı növbəti saylarımızda)

 

 

 

Rafiq İMRANİ,

 

professor.

 

Kars şəhəri.

 

Respublika.- 2020.- 29 aprel.- S.6.