İnsanların ümid və pənah yeri

 

Dünyanın fövqəladə rejimdə yaşadığı son ayların gerçəkikləri çox həqiqətləri qətiləşdirdi: ilk növbədə, bəşər övladının yaradılış etibarilə dünəni xatırlamadan bu günə dəyər verəcək varlıq olmadığı üzı çıxdı. bu da təsdiqləndi ki, insanların can atdığı maddi dəyərlər, gələcək üçün qurduğu sonsuz planlar, əslində, nə qədər mənasız, nə qədər nisbi imiş...

 

Kim düşünə bilərdi ki, 2020-ci ilin ilk aylarından başlayaraq, dünyamız ciddi sınaqlarından biri ilə üzləşərək çıxılmaz durumda qalacaq?! Təkəbbürlü bəşəriyyət onu qəfil yaxalayan gözəgörünməz virus qarşısında taleyini qəzavü-qədərin ümidinə buraxmalı olub. Qlobal kəşfləri ilə öyünən, Marsa peyk uçuraraq orada həyat işartıları axtaran, tibbdə inqilabi kəşflərə imza atan kamil insan, heç demə, onu qəfil yaxalayan bir virusun cəngindən tezliklə xilas olacaq qədər də adil deyilmiş.

 

Bütün ölkələri cənginə alan pandemiya sosial statusuna baxmadan hər kəsə qos-qoca dünyanın faniliyiniölümün bir addımlıqda olduğunu dərk etdirir. Hər kəsin düşüncəsində inqilab edən pandemiya rejimi, əslində, insanlara yaşamaq üçün çox şeyin lazım olmadığını sübut edir. Və onu göstərir ki, dünyada mənəvi rahatlıq üçün, əslində, ən vacib olanı sadə, təvazökar, nəcib həyat tərzi yaşamaq, xeyirxahlıq etmək, bölüşmək, paylaşmaq və haqq-ədalətə tapınmaqdır!

 

Əslində, bütün bunlar son 16 ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük ürək, dərin mənəviyyat sahibi kimi cəmiyyətimizə təlqin etdiyi, insanlarımıza aşılamaq, örnəyə çevirmək istədiyi ali dəyərlərdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva üzərinə götürdüyü bu nəcib missiya ilə həyatda əsl insan kimi yaşamağın, özündən sonra iz qoymağın yeganə düzgün formulunu təbliğ edir.

 

“Mən konkret görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir” - deyən Mehriban xanım Əliyeva ulularımızın bizə ərməğan etdiyi yaxşılıq və mərhəmət kimi ali mənəvi dəyərləri fəaliyyətində yaşatmaqla, şüurlu həyatını millətimizin yolunda şam kimi əridən maarifpərvər ziyalılarımız, nurlu insanlarımıztək uğurlu seçimdə, şərəfli yoldadır.

 

O cəmiyyətin insanı daha xoşbəxtdir ki, köməyə ehtiyac duyarkən mənsub olduğu toplumda dövlət institutlarından başqa ona həyan olacaq, dar məqamda dadına yetişəcək ictimai qurumlar, ürəyi mərhəmət işığı ilə dolu insanlar da tapılsın. Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi layihələri, təkcə minlərlə insanın müalicəsinə sadəcə kömək kontekstində nəzərdən keçirsək, yəqin ki, bu layihələrin əhəmiyyətini kiçiltmiş olarıq. Çünki bu layihələrin icrası ilə Fondun yerinə yetirdiyi missiya, insanların xilası ilə bərabər, cəmiyyətə mənəvi təlqinləri ilə də son dərəcə önəmlidir. Bu təlqinlər cəmiyyətdə heç bir insanın tək olmaması, hər hansı müşkül məsələnin həlli ilə bağlı başqalarından kömək istəməyə çəkinməməsi düşüncəsini aşılayır. Və cəmiyyət üzvləri olaraq bizləri öyrədir ki, bu ucsuz-bucaqsız dünyada kimsəni öz acıları ilə təkbaşına buraxmamaq üçün ona hər an kömək göstərməyə hazır olmalı mərhəmət sahibləri elə biz özümüzük.

 

Azərbaycanın pandemiya sınağı ilə üz-üzə qaldığı ilk günlərdən Birinci vitse-prezident Mehriban xanım Əliyeva böyük ürək yanğısı, vətəndaş təəssübkeşliyi və ziyalı təmkini ilə xalqa dəfələrlə çağırış etdi: hər bir vətəndaşı səbr və təmkin nümayiş etdirərək gözəgörünməz düşmənlə mübarizədə səfərbər olmağa, xüsusilə də yaşlı insanları, valideynləri qorumağa çağırdı. Bu səmimi müraciət əslində, Mehriban xanım Əliyevanın nəcib və mərhəmətli şəxsiyyət olaraq hər bir vətəndaşın sağlamlığı üçün ciddi narahatlıq keçirdiyinin nümayişi idi: “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - növbəti 20 gün ərzində hamı evdə qalmalıdır. Ailələrinizlə birlikdə. Xahiş edirəm, vacib zərurət olmadan evlərinizi tərk etməyin!”.

 

Karantin rejimi ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya xüsusilə əhəmiyyətli oldu. Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiya aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.

 

Azərbaycanın Birinci xanımının çoxşaxəli fəaliyyətinin nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədər sadədir: O, əzmkar fəaliyyəti ilə təkcə milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğini deyil, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, multikulturalizmi, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə alıb.

 

Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinsi vitse-prezidenti vəzifəsinə təyin olunması ilə ölkənin modernləşməsi prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İctimai həyatın bütün sahələri üzrə mühüm yeniliklərə, qlobal böhranın tələblərindən irəli gələn səmərəli iqtisadi islahatlara müəlliflik edən müstəqil respublikamızın inkişaf strategiyasının reallaşdırılmasında Azərbaycanın Birinci xanımının da müstəsna rolu və xidmətləri var.

 

Azərbaycan xalqının inametimad ünvanına çevrilmiş Mehriban xanım Əliyevanın əlahiddə və yüksək məsuliyyət tələb edən dövlət vəzifəsinə təyinatı bir tərəfdən onun indiyə qədərki fəaliyyətinin yüksək dəyərləndirilməsidirsə, digər tərədən cəmiyyətin səmimi istək və gözləntilərinin nəzərə alınmasıdır. 26 sentyabr 2016-cı il tarixli ümumxalq referendumunun nəticəsi olaraq təsis edilmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə yüksək mənəvi dəyərlərə sadiqliyi, idarəçilik keyfiyyətləri ilə seçilən, ölkə daxilində və hüdudlarından kənarda böyük nüfuza malik olan bir şəxsin irəli çəkilməsi ümumən cəmiyyətin mənafeyinə xidmət edən obyektiv qərar olub. Yalnız bu səbəbdən ki, Azərbaycanın birinci xanımı son illərdəki fəaliyyətinə nəzərən ictimai həyatın bütün sahələri üzrə mövcud çatışmazlıqlara, problemlərə yaxından bələd olduğunu sübuta yetirib. Ötən illərdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YAP sədrinin müavini kimi yüksək vəzifələrdə uğurla reallaşdırdığı layihələri ilə cəmiyyətdə milyonlarla insanın rəğbətini qazanıb.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanın idarəçilik keyfiyyətlərini yüksək dəyərləndirərək deyib: “2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyüknüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.

 

Ümumilikdə, Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik fəlsəfəsini davam etdirilməsini ali məqsədlərdən biri kimi müəyyənləşdirmiş Mehriban xanım Əliyevanın mövqeyi bundan ibarətdir ki, hər bir insanı, təşkilatı, təmtəraqlı sözlər, parlaq epitetlər yox, gördüyü işlər, əldə edilən nəticələr xarakterizə etməlidir. Hər bir insanın həyatda öz yaşam fəlsəfəsinin olduğunu deyən Mehriban xanım Əliyevanın fikrincə, heçvacib deyil ki, şəxs bu fəlsəfəni sözlərlə izah etsin. Bu həyat fəlsəfəsi, istər-istəməz, onun hərəkətlərində, əməllərində özünü büruzə verəcəkdir. Azərbaycanın Birinci xanımı hesab edir ki, xoş əməllərlə, mərhəmətli və humanist yanaşmı ilə dünyada çox şeyi yaxşılığa doğru dəyişdirmək mümkündür.

 

Bu da təsadüfi deyildir ki, Heydər Əliyev Fondunun nəcibliyə, insanpərvərliyə və humanizmə əsaslanan çoxşaxəli fəaliyyəti ilk gündən həyatın bütün sahələrində milli-mənəvi və intellektual tərəqqini təmin etməyə yönəlib. Qurumun uğurlarını təmin edən başlıca amillərdən biriictimai dəstəyə ehtiyac duyan sahələri dəqiqliklə müəyyənləşdirərək dövlət səviyyəsində gerçəkləşdirilən layihələrə əlavə təkan verməsi olub. Fond, bu mənada, həm də cəmiyyətin müxtəlif təbəqələrini milli məqsəd və ideallar uğrunda səfərbər edən, ümumi səyləri bir nöqtədə birləşdirən əlahiddə statuslu mərkəzə çevrilib.

 

Yüksək vəzifə tutan hər bir dövlət məmurunun uğurlarını şərtləndirən vacib amillərdən birionun yüksək təşkilatçılıq qabiliyyətidir. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə son illərdə Bakıda təşkil edilmiş beynəlxalq tədbirlərin miqyası və əhəmiyyəti bu baxımdan xüsusilə diqqəlayiqdir. UNESKO, İSESKO, UNİSEF və digər beynəlxalq qurumlarla birgə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanındığını, nüfuzunun yüksəldiyini göstərir. Həmin tədbirlərdə dini-etnik ayrı-seçkiliyin, gender bərabərsizliyinin, savadsızlığın aradan qaldırılması məsələləri, habelə səhiyyə, elm, təhsil, mədəniyyət sahəsindəki qlobal problemlərin həlli yolları geniş müzakirə olunur.

 

Ölkəyə rəhbərlik etdiyi son 17 ildə milli maraqlara söykənən fəal xarici siyasət yürüdərək, “Biz müdafiədə deyil, hücumda olmalıyıq!” - deyən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının ən müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini vətəninə bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi sayır. Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır.

 

Fondun prezidenti Mehriban xanım Əliyeva ötən illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edib, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışıb. Fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər keçirib, Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və yayılmasını təmin edib. İngilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu layihələrdən olub.

 

Ümumilikdə, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyəti postneft dövründə həyata keçirilən çoxşaxəli islahatların davamlılığını da yüksəldib. Mehriban xanım Əliyevanın cəmiyyətin müxtəlif sahələrində nəzərəçarpacaq nailiyyətləri, təmiz imici olan, yüksək bilik və bacarıqlara, idarəetmə və menecer təfəkkürünə malik gənc kadrlar hesabına mükəmməl komanda formalaşdırması onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsində uğurlu fəaliyyətini şərtləndirən mühüm məqamlardandır.

 

Cəmiyyətin aztəminatlı təbəqələri ilə apardığı fəal , onların problemlərinin həlli istiqamətində atdığı ardıcıl addımlar Mehriban xanım Əliyevanın idarəetmə fəaliyyətinin humanist və insanpərvər mahiyyətini bir daha üzə çıxarıb. Birinci vitse-prezident dövlətin sosial-humanitar, təhsil və mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi prosesində yaxından iştirak edərək yeniləşmə prosesinə mühüm töhfələr verib. Ali dövlət vəzifəsi Mehriban xanım Əliyevanın ölkənin hər bir vətəndaşına daha layiqli xidmət göstərmək, xalqın maraq və mənafeyini beynəlxalq arenada lazımınca təmsil etmək imkanlarını daha da genişləndirib. Onun müasir idarəetmə səriştəsi, yeniliklərə açıq olması, ölkə qarşısındakı strateji hədəfləri aydın təsəvvür etməsi ümumən hökumətin fəaliyyətinin səmərəliliyini yüksəldib. Bu təyinatın özünü tamamilə doğrultması və cəmiyyətdə rəğbətlə qarşılanması həm də onunla şərtlənir ki, Mehriban xanım Əliyeva fəaliyyətində insan amilini daim önə çəkib, cəmiyyətin mövcud resurslarının bu yöndə səfərbər olunmasına çalışıb.

 

Vitse-prezident vəzifəsində ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrinin problemlərinə həsr etməsi bir daha təsdiqləmiş oldu ki, cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin çətinliklərinin həlli Azərbaycanın Birinci vitse-prezidentinin diqqət mərkəzindədir. Bu, əslində 2004-cü ildən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial layihələrin uğurlu davamıdır. Azərbaycanın Birinci vitse-prezidenti bu və digər məqsədlərin həyata keçirilməsi, ölkənin hərtərəfli inkişafı, cəmiyyətin mənəvi-intellektual yüksəlişi baxımından təhsilin, səhiyyənin, sosial xidmət sektorunun problemlərinin həllini də vacib sayır.

 

Antik yunan filosofu Heraklit yazırdı ki, “Hər bir insanın xasiyyəti onun taleyidir”. Başqa sözlə, hər bir insanın xarakteri onun taleyini müəyyənləşdirir. Xarakter insanın mənəvi keyfiyyətini, fərqli cəhətlərini, obyektiv həqiqətə münasibətini də ifadə edir. Bu mənada, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da üzərinə götürdüyü missiya ilə həyat kredosunu yüksək mənəvi keyfiyyətlər üzərinə qurduğunu, bəşəriyyətin nicatına çalışan böyük şəxsiyyətlərlə bir sırada addımladığını nümayiş etdirir.

 

 

 

Xəyal BƏşirov,

 

politoloq.

 

Respublika.- 2020.- 26 avqust.- S.3.