Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

 

Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsası 1952-ci ildə qoyulub. Sonradan bir neçə binaya köçürülən kitabxana 1975-ci ildə Xırdalan şəhərində fəaliyyətə başlayıb. Kitabxana 1977-ci ildən rayonun qəsəbə və kəndlərindəki kitabxanalarla birlikdə Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi olub. İndiki Xızı rayonunun qəsəbə və kənd kitabxanaları da vaxtilə Abşeron Rayon MKS-in filialları olub və 1992-ci ildə Xızı rayonu ayrılandan sonra Abşeron Rayon MKS-in 18 filialı fəaliyyət göstərib.

 

2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu ştat vahidləri”nin təsdiq edilməsi haqqında 11 oktyabr 2011-ci il 162 saylı qərarına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 3213/19 saylı məktubuna və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 172 saylı 10.02.2012-ci il tarixli sərəncamına əsasən Abşeron Rayon MKS fəaliyyətə başlamışdır.

 

Rayonun əhalisi 207485, məcburi köçkünlər 38950, qeyri-rəsmi əhali 117437 nəfərdir ki, onun da 39359 nəfəri kitabxanadan istifadə edir. Əsas oxucular orta məktəb şagirdləri, ortaali ixtisas məktəblərinin tələbələri və yaşlı nəsildən ibarətdir. İllik kitab verilişi 409002, kitab fondu 204188 nüsxədən ibarətdir.

 

Mərkəzi Kitabxananın nəzdində 2001-ci ildə yaradılmış “Od parçası” ədəbi məclisinin yaradıcı üzvləri, orta məktəb şagirdləri, aliorta ixtisas məktəbləri tələblərinin köməyindən tədbirlərdə ardıcıl olaraq istifadə olunur. Kitabxana ilə əlaqə onları elmə, yaradıcılığa həvəsləndirir, zərərli vərdişlərdən çəkindirir, eyni zamanda da kitabxana onlardan kütləvi tədbirlərdə istifadə etməklə yanaşı, həm də onların tədbirlərdə iştirakını təşkil edir.

 

Metodikabiblioqrafiya şöbəsi keçirilən seminar və tədbirlərin təşkilində yaxından iştirak edir, filial və Mərkəzin xidmət şöbələrinə ardıcıl olaraq metodiki tövsiyə və məsləhətlərini verir, illikrüblük planlarının tutulub, təsdiq olunması və həyata keçirilməsində lazımi köməklik göstərir və nəzarət edir, mövzuyeni ədəbiyyat sərgilərinin təşkilində, oxucu konfransları, kitab təqdimatları, ədəbi-bədii gecələrin keçirilməsini təşkil edir, məruzə və mühazirələr hazırlayır, daxil olan yeni ədəbiyyat haqqında bülletenləri nəzərə çatdırır. Bir sözlə, şöbə oxucuların kitabxanaya cəlb olunmasında yaxından iştirak edir, filiallara gediş, işlərinə nəzarət edirmetodiki məsləhətlərin verilməsi işini həyata keçirir.

 

Burada tədbirlərə də diqqət yetirilir. “Görkəmli şəxsiyyətlər”, “Vətən sənə oğul dedi” - Milli Qəhrəman Mübariz İbrahimov, “Abşeron şəhidləri” fotostendləri, Bayraq atributları, “Azərbaycanın himni” stendləri, “Doğma Abşeronum”, “20 Yanvar, “Xocalı soyqırımı”, “31 Mart soyqırımı” və ərazilərimizin işğalıyla bağlı  s. bu qəbildəndir.

 

Xüsusi karantin dövründə Abşeron Rayon MKS də digər müəssisələr kimi işini internet xidmətlərinin gücləndirilməsi istiqamətində qurdu. Region üzrə yaradılmış vahid informasiya bazası ilə əlaqələr gücləndirilib, lazım olan tapşırıqlar verilib və cavablandırılıb. MKS-in FB səhifəsində və digər saytinternet səhifələrində paylaşma aparılıb.

 

Abşeron Rayon MKS “#evdəqal”, “#evdəyarat” təşəbbüsünə qoşularaq 19 mart-15 iyun 2020-ci il ərzində 271 videoçarx hazırlayıb, internet səhifələrində yayımlamışdır. Onlardan  Ümumdünya Kitab günü”,  “27 Mart-Beynəlxalq Teatr Günü”, “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”,  “Uşaqların Beynəlxalq Müdafiəsi” -Pirəkəşkül, “Kitabxanakitab ilə tanışlıq”, “7 aprel - Ümumdünya sağlamlıq günüdür”, “Kəlbəcərin işğal günü”, “Aprel şəhidləri” və sair tədbirlər buna misaldır.

 

MKS-in direktoru Məlahət xanım Abdullayeva ilə söhbət edərkən aydın oldu ki, Abşeron Rayon MKS nəinki, rayonun, eyni zamanda, region mədəniyyət idarəsinin ən qabaqcıl müəssisələrindən biridir.

 

Zabit CAVADOV

 

Respublika.- 2020.- 23 avqust.- S.3.