Xeyirxahlıq və ümid mücəssəməsi

 

Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilən, milli mənafelər baxımından mühüm strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. 2004-cü il mayın 10-da yaranan fondun ən müxtəlif sahələrdəki fəaliyyəti milli intibah prosesinə öz dəyərli töhfələrini verməkdədir. Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaqdır. Fond ümummilli liderin milli ideyalarından çıxış edərək ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir.

 

Mehriban xanım Əliyevanın genişhəcmli  ictimai fəaliyyəti bütün aydınlığı ilə diqqəti çəkir. Həyatının bir məqamında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəltdi. Tanrının ona bəxş etdiyi belə bir missiyanı ləyaqətlə daşıması xalqına böyük sevgisinin ifadəsi idi. Sözün bu məqamında diqqəti son illərin əlamətdar hadisələrindən birinə, I Avropa Oyunlarına yönəltmək istəyirəm. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin  sədri  Mehriban Əliyeva  belə  bir  tədbirin möhtəşəm olmasından ötrü əsl azərbaycançılıq sevgisi, vətənpərvərlik duyğusuyla çalışdı. I Avropa Oyunlarının uğurla başa çatmasından böyük sevinc hissi yaşayan Birinci xanımın bağlanış mərasimindəki çıxışını xalqımız yəqin ki, hələ də unutmayıb. Vətənə və xalqa bəslədiyi məhəbbətin səsində və sözündə kövrək notlarla ifadə olunması o gün həmin tədbiri izləyən bütün  insanları təsirləndirdi, könülləri duyğulandırdı. Bütün ölkə və Avropa  dövlətləri  Birinci xanımın sevincini, böyük qələbədən doğan həyəcanını duydu, Onu sanki bir daha kəşf etdi, sevdi. I Avropa Oyunlarının qələbə ilə başa çatmasında  “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması zənnimizcə ona indiyədək layiq görüldüyü saysız mükafatlardan daha çox sevinc hissi yaşatdı, onu çox duyğulandırdı. Respublikamızın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə ölkəmizdə deyil, həm də dünya miqyasında təqdir olunur. Belə ki, digər ölkələr, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülür. Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də YUNESKO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da ictimai, messenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin messenatları” Beynəlxalq Xeyriyyə FondununYaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, həmçinin, iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf  Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına, eyni zamanda, Krans Montana Forumunun Qızıl medalına, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomuna, Azərbaycanda “Heydər  Əliyev” ordeninə, Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeninə layiq görülüb. Mehriban xanım Əliyeva, həmçinin bu günlərdə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Rusiya Federasiyasının “Dostluqordeni ilə təltif edilib. O, daha neçə-neçə mükafatlara, fəxri təltiflərə layiq görülüb, layiq görüləcək! Ancaq Mehriban xanımın ən böyük ödülü ona olan böyük xalq inamı, xalq məhəbbətidir!

 

Mehriban  xanımın Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan  Gimnastika   Federasiyasının prezidenti kimi də səmərəli fəaliyyəti diqqət cəlb edir. Olimpiya Oyunlarında medal qazanmış idmançılara Heydər Əliyev Fondunun fərdi təqaüdçüsü adının verilməsi də idmanın inkişafına diqqət və qayğısının, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə verilən töhfənin bariz nümunəsidir. Bütün bunlarla yanaşı, Mehriban Əliyeva dövlət başçısının ona həvalə etdiyi vəzifələri də uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. Mehriban Əliyeva respublikamızın Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcək, Azərbaycanın çiçəklənməsinə öz töhfəsini verəcək. İndiyə qədər olduğu kimi, bundan sonra da növbəti uğurlara və nailiyyətlərə imza atacaq.

 

Azərbaycan ictimaiyyətinin dərin rəğbətini qazanan, köməyə, yardıma ehtiyacı olanların hər zaman yanında olan Heydər Əliyev Fondu ulu öndərin amallarını rəhbər tutaraq ölkəmizin həyatı ilə bağlı mühüm layihələrə imza atmışdır. Ulu öndərin adını daşıyan Fond ümummilli liderin arzu və istəklərinin, Onun ideyalarının həmişəyaşarlığını əks etdirən əsas mərkəzdir. Bununla belə, Heydər Əliyev Fondunu xalqımıza daha çox sevdirən onun fəlsəfəsidir. Bu fəlsəfənin əsasında çox sadə bir ideyaamal durur: insanlara yaxşılıq etmək.

 

Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin, respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqəti Mehriban xanımın necə insanpərvərhumanist olduğunun əyani sübutudur. O, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsinin dövlət rəhbərliyi üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacib məsələ olduğunu göstərdiyi diqqət və qayğı ilə bir daha nümayiş etdirir.

 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir. Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgisini qazanıb. Ümumiyyətlə, bu fəaliyyət milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır.

 

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edən, öz fəaliyyəti ilə Azərbaycanın davamlı inkişafına müstəsna töhfələr verən ictimai-siyasi xadim kimi tanınır.

 

Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu, özünəməxsus inkişaf modelinə malik olandemokratik ölkə kimi tanınır. Heç şübhəsiz, ötən müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə möhtəşəm və tarixi nailiyyətlər əldə etməsini təmin edən fundamental amillər mövcuddur. Bu amillərin başında, əlbəttə ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlu fəaliyyəti gəlir. Ümumiyyətlə, dövlətimizin milli maraqlarına, müasir dünyanın reallıqlarına, çağırışlarına uyğun mövqe və siyasət Azərbaycanın müstəqil dövlət kimi davamlı - dayanıqlı inkişafını təmin edən əsas amildir. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dövlətimizin milli maraqlarına və xalqın mənafeyinə xidmət edən çoxşaxəli fəaliyyəti xüsusilə qeyd edilməlidir. Hər şeydən əvvəl, Mehriban xanım Əliyeva öz xalqına və dövlətinə qırılmaz mənəvi tellərlə bağlıdır. Mehriban xanım Əliyeva qeyd etmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçikolsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”. Bu fikirlər Mehriban xanım Əliyevanın həyat kredosunu tamamilə əks etdirir.

 

Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləyib, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə töhfələrini verib, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərib. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlayıb, bir sıra uğurlu nəticələr əldə edib.

 

UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva əzmkar fəaliyyəti ilə ilk növbədə Heydər Əliyev irsinin təbliğinə və gələcək nəsillərə çatdırılmasına, ümummilli liderin həyata keçməyən arzu və ideallarının gerçəkləşməsinə çalışmışdır. Bu baxımdan Mehriban xanım Əliyevanın bir sıra xarici səfərlərdə ulu öndərin yanında olması, onun fitri idarəçilik məktəbini yaxından əxz etməsi xüsusi vurğulanmalıdır. Heydər Əliyevin parlaq şəxsiyyətinə, xarakter cizgilərinə, ideallarına yaxından bələd olması Mehriban xanım Əliyevaya ümummilli liderin zəngin ideya-siyasi irsinin yaşadılması və təbliği kimi çətin missiyanın öhdəsindən layiqincə gəlməyə imkan verir. Bu həssas məqam onun Birinci vitse-prezident vəzifəsində də uğurlu və məqsədyönlü idarəçiliyinə təminat yaradır. Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətində cəmiyyətin həssas sahələrinə diqqət də daim ön planda olmuşdur. Son 16 ildə həyata keçirilən müxtəlif layihələr onun sosialhumanitar sahədəki fəaliyyətinin miqyasının nə qədər geniş olduğunu, bu fəaliyyətin təkcə Azərbaycan sərhədləri çərçivəsində məhdudlaşmadığını göstərir. Bunun nəticəsidir ki, ümummilli liderin zəngin dövlətçilik irsinin dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl aparan Mehriban xanım Əliyeva reallaşdırdığı xeyirxah, nəcib layihələrlə ölkəmizdən kənarda da insanların dərin inam və etimadını qazanmışdır.

 

Azərbaycanın Birinci vitse-prezidentinin çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən, intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə, habelə mədəniyyət, təhsil, səhiyyə, idman sahələrində səmərəli layihələrin həyata keçirilməsinə, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yönəlmişdir. Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə, ümumən Heydər Əliyev Fondunun irsinə yaradıcı münasibəti ulu öndərin adını daşıyan təşkilatın fəaliyyətinin uğurlarını şərtləndirən mühüm amillərdən biridir.

 

Çoxşaxəli layihələrində Heydər Əliyev ideallarını rəhbər tutmaqla yanaşı, həm də insanlığın və bəşəriyyətin nicatına xidmət edən nəcib missiya həyata keçirmişdir. Bu məsuliyyətli missiya ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi strateji siyasi kursun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında qabarıq hiss olunmasına xidmət edir. Xatırlatmaq lazımdır ki, dövlətimizin başçısının 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi bu mənada cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə milyonların sevgisini qazanmış bir şəxsiyyətin təyin olunması haqlı olaraq Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyətcə yeniuğurlu mərhələnin başlanğıcı kimi dəyərləndirilmişdir.

 

Ötən dövrün reallıqları Azərbaycanın Birinci xanımının bu strateji posta ən layiqli namizəd olduğunu bir daha təsdiqləmiş, dövlət başçısının məlum təyinatı Azərbaycanın inkişaf perspektivləri baxımından cəmiyyətdə yüksək dəyərləndirilmişdir. Ən azı ona görə ki, Heydər Əliyev Fondunun prezidenti olaraq Mehriban xanım Əliyeva insan amilini hər zaman uca tutmuş, cəmiyyətdə insanpərvərlik, humanizm kimi dəyərlərin möhkəmlənməsinə çalışmışdır.

 

Heydər Əliyev Fondunu 16 il ərzində dünyanın ən nüfuzlu ictimai təşkilatlarından biri kimi inkişaf etdirməyə nail olan Mehriban xanım Əliyeva ümummilli liderin ideyalarının Azərbaycanda layiqincə yaşadılmasını təmin edib, həm də onun beynəlxalq miqyasda təşviqatını böyük peşəkarlıqla həyata keçirib.  Azərbaycan xalqının adət-ənənələrinin təbliğindən tutmuş, xalq incəsənət nümunələrinə kimi xarici ölkələrdə bilavasitə Mehriban xanımın rəhbərliyi ilə sərgilər həyata keçirilib. Əgər bu gün xarici ölkələrdə muğamımızı sevə-sevə dinləyirlərsə, bu da Mehriban xanımın Azərbaycan muğamının dünyaya çatdırılmasında oynadığı rolun nəticəsidir. Bir sözlə, Azərbaycan incilərini, Azərbaycan sərvətlərini dünya sərvətlərinin bir hissəsi olaraq beynəlxalq ictimaiyyətə təqdim edir. Təsadüfi deyil ki, Azərbaycanın bir sıra mədəni nümunələri UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bununla da bir daha Azərbaycanın mədəni irsini necə qorumağın, necə inkişaf etdirməyin də nümunəsini Mehriban xanım sərgiləyir. Beynəlxalq aləmdə ziddiyyətlərin, xaosun hökm sürdüyü bir şəraitdə bu qədər yüksək səviyyədə təşkilatçılığı Mehriban xanım mədəniyyətlərin bir-birini inkar etməsini deyil, bir-birinə yaxınlaşmasını təmin etmiş olur.

 

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, idman, mədəniyyət sahəsində və ümumiyyətlə, dünyada Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. İdmandan təhsilə qədər, mədəniyyətdən səhiyyəyə qədər,  xeyriyyəçilikdən multikulturalizm təşəbbüskarlığına qədər əhatəli fəaliyyət potensialına malik olan Mehriban xanım Əliyevanın ölkəmizin bütün ictimai, siyasi, mədəni dairələri tərəfindən işgüzar və görkəmli Azərbaycan qadını kimi tanınması  cəmiyyətimizdə  Azərbaycan qadınına verilən yüksək dəyərin ifadəsidir. Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmanın inkişafı məsələsi də Mehriban Əliyevanın fəaliyyətində xüsusi yer tutur. Və bu sahəyə xüsusi önəm verilir.

 

Bu gün xalqımız  Mehriban xanım Əliyevanın fəaliyyətinə layiqli qiymət verərək onun bütün təşəbbüslərini dəstəkləyir və onun şəxsində  Azərbaycan xanımına ən yüksək hörmət və ehtiramını ifadə edir.

 

Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır ki, bu da son nəticədə ölkənin uğurlarında öz əksini tapır. Ən əsası, onun fəaliyyəti Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi kimi qəbul olunur. Yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə Mehriban Əliyeva ona həvalə edilən bu vəzifəni layiqincə daşıyacaq.

 

 

 

Ceyhun MƏMMƏDOV,

 

Milli Məclisin deputatı.

 

Respublika.- 2020.- 27 avqust.- S.4.