Azərbaycan daha böyük uğurlara imza atacaq

 

 

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev 17 il ərzində Azərbaycana dünyanın ən dinamik inkişaf edən ölkəsi imicini qazandırıb. Bütün bu amillər xalqımızın cənab İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezidentin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda ölkənin yeni imicini formalaşdırıb.

 

 

 

On yeddi il bundan əvvəl prezident seçkilərində xalqın yüksək etimadını qazanaraq ölkəyə rəhbərlik missiyasına başlayan cənab İlham Əliyev ötən müddətdə ulu öndər Heydər Əliyevin siyasi kursunuinkişaf strategiyasını layiqincə davam etdirib. Bunun nəticəsində xalqımızın Prezident İlham Əliyevə olan etimadı getdikcə güclənib, respublikamızda milli həmrəylik möhkəmlənib. Dövlətimizin başçısının iqtisadi inkişafasosial rifaha yönələn bütün fəaliyyəti insanlar tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanıb. Elə buna görə də ötən hər prezident seçkisi seçicilərin əksəriyyətinin səslərini cənab İlham Əliyevə verməsi ilə yadda qalıb.

 

Praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı ötən 17 ildə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlib. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ulu öndərin əsasını qoyduğu daxilixarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində cənab İlham Əliyev Azərbaycanı bugünkü yüksəliş və inkişaf yoluna, tariximizin ən qüdrətli mərhələsinə gətirib çıxara bilib.

 

Azərbaycan Prezidentinin ötən 17 ildəki fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. İlham Əliyevin özününqeyd etdiyi kimi, ötən illər ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf etmişdir. Eyni zamanda Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Görülən işlər göz qabağındadır. Bu inkişaf bir daha təsdiq edir ki, Azərbaycanda Heydər Əliyevin müəyyən etdiyi siyasətin alternativi yoxdur.

 

2020-ci il xalqımızın yaddaşına əbədi həkk olundu. Azərbaycan Ordusu haqq işi uğrunda başlanan müharibəni şanlı Qələbə ilə başa çatdırdı. 30 illik həsrətə son qoyuldu. Ermənistan ordusu ilə yanaşı, siyasi və hərbi rəhbərliyini də diz çökdürdü. Şanlı Ordumuz işğal altında olan ərazilərimizi birdəfəlik işğaldan azad etməklə 30 il həsrət qaldığımız Vətən torpaqlarında indi artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bu isə hər birimizə böyük qürur və fəxarət hissi yaşadır. Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində düşmənə layiqli dərs verdionun hərbi birləşmələrini darmadağın etdi.

 

Məlum olduğu kimi, dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirildi. Azərbaycanın və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin prezidentlərinin qatıldıqları paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raketartilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminümayiş etdirilib. Paraddakı çıxışında Zəfər gününün sevincini yenə də xalqla bölüşən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdiöz doğma torpaqlarını işğalçılardan azad etdi.

 

Zəfər paradında Prezident cənab İlham Əliyev demişdir: “Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edərək, böyük Qələbə münasibətilə Azərbaycan xalqını, Qarabağı otuz illik həsrətdən sonra ana Vətənlə qovuşduran Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi. Bildirdi ki, həm hərbi, həm də diplomatiya sahəsində əldə edilmiş bu uğurda ən böyük paylardan biri Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir”.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi vaxtda Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir. Dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olan bu mühüm hadisə siyasi varislik cəhətdən də mühüm əhəmiyyətə malikdir. Fəxri xiyabandakı ziyarət aktı müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının hansı miqyasda və necə həyata keçirilməsinin bariz nümunəsidir. Müasir Azərbaycan tarixinin nadir səhifəsi olan bu ziyarət anı yeni nəsillərin ideya-siyasi və mənəvi tərbiyəsi üçünxüsusi öyrənilməyə layiq ibrətamiz hadisə kimiböyük əhəmiyyət kəsb edir.

 

Biz bu tarixi paradda həm də Azərbaycan-Türkiyə birliyi və qardaşlığının əsl nümunəsini gördük. Bu qələbənin hər iki xalqı sevincə qərq etdiyini müşahidə etdik. Buna görə də əminik ki, iki qardaş xalq əl-ələ verərək gələcəkdə daha böyük uğurlara imza atacaq.

 

 

 

Sücəddin ABDULLAYEV,

 

Azərbaycan Təhlükəsizlik

Orqanları Veteranlar Birliyinin üzvü, Müharibə veteranı,

ehtiyatda olan polkovnik.

 

Respublika.- 2020.- 26 dekabr.- S.5.