Ölümü ilə ölümsüzlüyə qovuşan şəhidlərimiz

 

 

Yurdsevərliyi, qəhrəmanlığı, şücaəti ilə tarix yazan, ər, nər oğullardan biri də Bayram Məmmədovdur. O, torpaqlarımızın yağı düşməndən, faşist xislətli erməni daşnaklarından qorunmasında cəsurluq göstərib, odlu səngərlərdə ermənilərə sarsıdıcı zərbələr endirib. Heç vaxt ölümdən qorxmayıb, qürur hissi duyub ki, 28 ildən bəri düşmən əsarətində qalan rayonlarımız, kəndlərimiz döyüş meydanında bir-birinin ardınca azad edilir. Ali Baş Komandanımızın rəhbərliyi müzəffər ordumuza əlavə ruh yüksəkliyi, güc-qüvvət verir!

 

Vətən müharibəsinin igid oğullarından olan Bayram Məmmədov Vətənin ərazi bütövlüyünün qorunması uğrunda gedən ölüm-dirim savaşında qəhrəmanlıqla şəhid olub. Vətən oğlu odlu səngərlərdə şücaəti ilə adını 2-ci Qarabağ savaşına qızıl hərflərlə yazdırdı...

 

Bayram Məmmədov Azərbaycanın səfalı guşələrindən olan Samux rayonunun Karayer qəsəbəsində dünyaya göz açmışdı. Məktəbdə təhsil aldığı illərdə Bayram öz çalışqanlığı, elmə olan sonsuz həvəsi ilə sinif yoldaşlarından fərqlənirdi. Təbiətin qoynunda gəzməyi sevmiş, necə deyərlər, sal daşlar yastığı, çöl-çəmən döşəyi olmuşdur.

 

Hərdən yurdumuzun tarixi keçmişi ilə bağlı Bayram anası Gülnarə ilə maraqlı söhbətlər edirdi.

 

Anası tarixin səhifələrini vərəqləyir, oğluna bildirirdi ki, ermənilər xalqımıza qarşı hansı vəhşilikləri törətməyib? Onlar həmişə azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirmiş, dəhşətli terror hadisələri törətmişlər. Sizin babanızı, qohum-əqrabanızı 1988-ci ildə erməni cəlladları Qərbi Azərbaycandan - Basarkeçərin Nərimanlı kəndindən zorla qovub didərgin salmışdı.

 

Bayram qəlbində “dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayan qəddar ermənilərə nifrət bəsləyir, həmişə onlardan qisas almaq arzusu ilə yaşayırdı...

 

Şəhidlik zirvəsinə yüksəlmiş Bayram Məmmədov təhsilini başa çatdırdıqdan sonra hərbi xidmətə yollanmışdır. O, 2-ci Qarabağ savaşını, Vətən müharibəsinin başlanmasını ordudan tərxis olunmaq ərəfəsində eşitdi. Könüllü olaraq, qəlbinin hökmü ilə döyüş meydanına yollandı. O, Azərbaycan əsgərlərinin arasında olmağından qürur hissi keçirirdi. Sevinirdi ki, igid oğullarımızla birlikdə müharibədə öz silahı ilə sözünü deyəcək, ərazilərimiz erməni quldurlarından azad ediləcək. Türkün qılıncı Nikol Paşinyanın başına endiriləcək, çox tezliklə düşmən təslim aktına qol çəkəcəkdir.

 

...Füzuli istiqamətində qızğın döyüşlər gedirdi. Hər addımda Azərbaycan əsgərləri düşmənin ordusunu məhv edir, düşmən texnikanı qoyub qaçmağa üstünlük verir, ermənilər Azərbaycan əsgərlərinin polad yumruğuna tab gətirə bilmir, artıq məğlubiyyətlərini hiss edirdilər. Tale elə gətirdi ki, Füzuli uğrunda gedən ağır döyüşlərdə düşmən gülləsi Bayramın sinəsinə tuş gəldi, o, huşunu itirib yerə yıxıldı. Son nəfəsdə Göyçə dedi, gözləri qarşısında anası Gülnarə, sevimli bacısı Nuridə canlandı, son mənzili isə Şəhidlər xiyabanı oldu...

 

Dünyadan azadlıq aşiqi kimi köçmüş, ölümü ilə ölümsüzlüyə qovuşmuş şəhid Bayram Məmmədovun yaxın qohumları, doğmaları ilə görüşüb, onların ürək sözlərini qələmə aldıq.

 

Nəsir Nadirov (Bayramın babası):

 

- Mən qürur hissi keçirirəm ki, Ermənistan ordusuna qarşı vuruşan qalib igidlərimizdən biriBayram idi. O, Vətən müharibəsində sevinc və fərəhlə iştirak edir, torpaqlarımızın yağı düşməndən qorunmasında və əks-hücum əməliyyatının icrasında uğurla iştirak edirdi. Müzəffər ordumuzun şanlı qələbəsinə tam əmin idi. Fəxr edirik ki, Bayramın adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazıldı.

 

Nuridə Məmmədova (Bayramın bacısı):

 

- Ailədə 2 uşaq idik. Axşam-sabah bacı kəlməsi dilindən düşməzdi. Mənsiz süfrəyə əl uzatmazdı. 44 günlük Vətən müharibəsində qardaşım hər zaman aslan tək yağı düşmənin üzərinə şığıdı. Vətən sevgili qardaşımı ağır döyüşlərin birində isə ölüm yaxaladı Göyçə həsrətli igidimizi. Çətin də olsa qardaş yoxluğuna dözəcək, onun uyuduğu məzardan heç vaxt qırmızı qərənfillərini əskik etməyəcək, saçlarımın yarısını , yarısını qara hörəcəm, həyatım boyu qəhrəman, torpaq uğrunda şəhid olan qardaşımla fəxr edəcək, başımı qəhrəman tək dik tutacağam! Bayram ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamışdır. O, xalqımızın xatirəsində hər zaman yaşayacaq, uyuduğu məzar and yerimizə çevriləcəkdir...

 

Qədir ASLAN

 

Respublika.- 2020.- 26 dekabr.- S.6.