Soydaşlarımız mütəşəkkil diaspor kimi formalaşmışlar

 

 

Dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının beynəlxalq münasibətlərinin inkişafında və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılmasında iştirak etmək imkanına malik fəal qüvvəyə çevrilmişdir. Diaspor quruculuğunun ən vacib istiqamətlərindən biri də məhz həmvətənlərimizin Azərbaycanın maraqlarından irəli gələn bu prosesdə daha fəal iştirakını təmin etməkdir. Bütün bunlar dünyadakı həmvətənlərimizin təşkilatlanması istiqamətində aparılan dövlət siyasətinin fundamental istiqamətlərini təşkil edir.

Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbi quruculuğu sahəsində Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikası dünya azərbaycanlıları tərəfindən milli-tarixi təkamülün bəhrəsi, milli mənliyin rəmzi, tarix, Vətən anlayışının inikası kimi qəbul edilməlidir.

Hazırda dünyadaqloballaşmaadlanan proses gedir. Onun doğurduğu reallıqlar Azərbaycan diasporunun fəaliyyətinə öz təsirini göstərməkdədir. İnteqrasiya prosesləri dünyanın müxtəlif regionlarında yaşayan həmvətənlərimizin daha sıx birləşməsini zərurətə çevirmişdir. Başqa sözlə desək, indi azərbaycanlıların ideya-siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn vəzifə deyil, həm müasir dünyada gedən ictimai-siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir.

Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında birləşdirilməsi məsələsi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi meydana çıxdı.

Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası məfkurəsi ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən formalaşdırılmışdır.

31 Dekabr Azərbaycanın tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi daxil olmuşdur. Bu istiqamətdə ilk addım ümummilli liderimiz, Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında atıldı Milli Həmrəylik Gününün təsis edilməsi ilə bağlı qərar qəbul edildi. Qərara görə, “31 Dekabr-Milli Həmrəylik Günükimi hər il bayram edilməsini nəzərdə tutan müddəa ilə yanaşı, bu günün bütün ölkə ərazisində qeyd olunması barədə Azərbaycan Respublikası Ali Sovetinə təklif verilməsinin zəruriliyini bildirən xüsusi bənd salındı. Bu tarixi sessiyadan doqquz gün sonra dekabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması haqqında sərəncam verdi.

Ulu öndər Heydər Əliyev böyük qürur təəssübkeşliklə milli birliyin prioritet məsələ olduğunu dövlət rəhbəri kimi xalqa bəyan etmişdir: “Biz gərək milli mənliyimizi həmişə yüksək saxlayaq, mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyimə görə istədiyim yola gedə bilmişəm, istədiyimə nail ola bilmişəm xalqıma xidmət edə bilmişəm”.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyətlərinin birliklərinin fəaliyyətinin gücləndirilməsi əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də ulu öndər Heydər Əliyevin məlum sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmişdir.

2001-ci ilin noyabr ayının 9-u 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. Bu mühüm tədbirdə 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə 63 qonaq iştirak etmişdir.

Xalqımızın mənəvi birliyi, azərbaycançılıq ideyaları Dünya Azərbaycanlılarının I Qurultayında öz parlaq təcəssümünü tapmışdır. Xarici ölkələrdə yaşayan bir çox həmvətənlərimizin iştirak etdiyi bu qurultayda ümummilli lider Heydər Əliyevin proqram xarakterli çıxışı diasporumuzun formalaşmasında, bütövlükdə mili-tarixi poseslərin inkişafında keyfiyyətcə yeni mərhələ açmışdır.

Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsində siyasəti ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ideya prinsiplərin konseptual istiqamətlərinə əsaslanır. Bu siyasətin əsas məqsədi dahi öndərimizin müəyyənləşdirdiyi siyasi xəttə uyğun olaraq dünya azərbaycanlılarının vahid təşkilatda birləşməsinə nail olmaqdır.

Məlumdur ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatı başlamışdır. Mülki əhalinin yaşadığı kənd şəhərlərin artilleriya qurğularından raket atəşinə tutulması Azərbaycan xalqını Vətən uğrunda mübarizəyə qaldırdı. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoyuldu.

Vətən müharibəsi dövründə dünyanın bütün ölkələrində həmçinin Belarus respublikasında yaşayan həmvətənlərimiz birlik həmrəylik nümayiş etdirdi. Mitinqlər keçirərək erməniləri onlara dəstək verən qüvvələri qətiyyətlə pislədi.

Dünya azərbaycanlıları qürur hissi keçirir ki, Azərbaycan Prezidenti, müzəffər ordunun Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti sayəsində 30 illik işğala son qoyuldu.

Yeni il Dünya Azərbycanlılarının Həmrəyliyi Günü münsibətilə yer üzərinə səpələnən, qürbətdə yaşayan, qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən soydaşlarımızı təbrik edir, tarixi Vətənin maraqlarından irəli gələn vəzifələrin həllində onlara həmrəylik, bir bayraq altında birləşməyi arzulayıram.

 

Vasif İSMAYİLOV,

Belarusiyadakı Azərbaycan Ticarət Evinin təsisçisi,

“Şərəf” ordenli, “Tərəqqi” medallı.

 

Respublika.- 2020.- 31 dekabr.- S.9.