Həmrəylik - Zəfər deməkdir

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

 

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir ənənəyə və mənəvi ehtiyaca, Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Həmrəylik yalnız sağlam düşüncə, ədalətli məqsəd və saf niyyət əsasında doğulur. Həmrəylik həm də millətə, xalqa, dövlətə, bayrağa və nəhayət, insanın insana və bəşəriyyətə olan sevgisidir. Dünya Azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Bu məsələdə xüsusi həssaslıq nümayiş etdirərək ilk addımı ulu öndər atmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü haqqında” 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir. İndi Həmrəylik Gününü yalnız azərbaycanlılar deyil, hətta milliyyətcə azərbaycanlı olmayan, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə xalqımızı təbrik edən Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç ürək sözlərini Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdakı Zəfər paradında söylədiyi:

 

Arazı ayırdılar,

 

Lil ilə doyurdular.

 

Mən səndən ayrılmazdım

 

Zülm ilə ayırdılar, -

 

bayatısı vasitəsilə çatdırıb. Çünki bu misraların Dünya Azərbaycanlılarının qəlbinə həmrəylik birlik sevinci qatmış olduğunu bildirib səfir. Xalqımıza dövlətimizə böyük sevgisini ifadə edən diplomat, Azərbaycan mənim canım, ikinci vətənimdir, Türkiyə ilə eyni sevdiyim vətənimin hər xoş sədasını eşidəndə ürəyim dağa dönür deyib. H. Kılıç Azərbaycanın döyüş meydanında qazandığı Zəfər münasibətilə xalqımızı təbrik edib. O, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra keçirdiyi Zəfər paradını izləməyin çox qürurverici olduğunu bildirib. Bu paradın bütün dünyaya Azərbaycan dövlətinin gücünü, Ordusunun yenilməzliyini, xalqın öz dövlətinə, torpağına, Vətəninə, Ordusuna Ali Baş Komandanına bağlılığını nümayiş etdirdiyini söyləyib. Bütün Azərbaycan xalqının, qüdrətli Azərbaycan Ordusunun Ali Baş Komandan ətrafında sıx birləşməsi sayəsində qazanıldı bu Zəfər.

 

Səfir vurğulayıb ki, “Azərbaycan xalqı xoşbəxtdir ki, İlham Əliyev kimi yüksək intellektli, müdrik cəsur Prezidenti var. Azərbaycanın xoşbəxtliyi Prezident İlham Əliyevin xoşbəxtliyidir. Bu mənəvi bağlılıqdan qürur duyur Azərbaycanın işıqlı gələcəyinə inanıram”. Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə inkişaf dinamikasında olduğunu diqqətə çatdıran Hulusi Kılıç deyib ki, tezliklə iki dövlətin liderliyi ilə yeni beynəlxalq iqtisadi layihələrin inkişafının şahidi olacağıq. Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə dostluq qardaşlıq münasibətlərinin inkişafında dinamizmi qorumaq üçün daim yeni təklif təşəbbüslərlə çıxış etdiyini xatırladan diplomat qeyd edib ki, ən yaxın zamanlarda iki qardaş ölkənin diaspor təşkilatları vahid platforma üzərindən mühüm hədəflərə hesablanmış strategiyalar uğrunda birgə fəaliyyət göstərəcəklər.

 

Hulusi Kılıç sonda bildirib ki, tariximizə qızıl hərflərlə yazılan gələcək nəsillərimiz tərəfindən böyük fəxarət qürur hissi ilə xatırlanacaq bir il yaşadıq. Ən böyük xəyallarımız çin oldu, ən müqəddəs arzumuza çatdıq - Qarabağımız azad oldu. Son 30 ildə ilk dəfə Yeni ili doğma Qarabağımızla, Şuşamızla birlikdə qeyd edəcəyik. Ən xoş arzuların niyyətlərin bir-birinə qovuşduğu belə bir zamanda Azərbaycan xalqına bütün dünyada yaşayan azərbaycanlılara sevgi dolu həmrəylik, yeni-yeni uğurlar cansağlığı arzulayıram”.

 

Esmira YAZKAN Aslanova,

“Respublika”qəzetinin

Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2020.- 29 dekabr.- S.5.