Vahid amal uğrunda

 

Dünya azərbaycanlılarının həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji və milli birliyini təmin edən amildir və dövlət siyasətinin prinsipial istiqamətlərində prioritetdir. Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqəsdlərindən biri kimi dəyərləndirir.

 

Azərbaycan Respublikası 29 il əvvəl dövlət müstəqilliyini bərpa etdikdən və beynəlxalq hüququn subyektinə çevrildikdən sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında yeni bir tarixi mərhələ başlandı. Azərbaycan Respublikasının çağdaş sosial fəaliyyətində, beynəlxalq münasibətlərində xaricdə yaşayan həmvətənlərimizin problemlərinin həll olunması, doğma Vətənlə əlaqələrin qorunması və dünya azərbaycanlılarının bir bayraq altında birləşdirilməsi üçün də şərait yaradılmış oldu.

 

Milli həmrəylik tarixi vətənin maraqlarından doğan zərurətdir. Azəbaycan Respublikası dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövlət maraqları kontekstində ortaya çıxan tarixi zərurət kimi qiymətləndirir. Azərbaycançılıq dünya azərbaycanlılarının və xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir.

 

Fəxrlə demək olar ki, bu gün dünyadakı soydaşlarımız vahid ideya ətrafında birləşərək mütəşəkkil qüvvəyə çevrilmişlər.

 

Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi, Azərbaycan Respublikasının bütün azərbaycanlıların milli sərvəti, bu gün harada yaşamasından asılı olmayaraq, bütün həmvətənlərmizin Vətəni kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarlarındandır.

 

Bu ideya özlüyündə əhəmiyyətli olmaqla yanaşı, xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatı üçüngüclü əsas yaradır. Məhz bu ideoloji zəmin xaricdə yaşayan azərbaycanlılarla işi dövlət səviyyəsində uğurla həyata keçirməyə, digər tərəfdən, ölkəmizdəki iqtisadi layihələrə cəlb etməyə və beləliklə də Vətənə daha çox bağlanmağa imkan yaratmışdır.

 

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunauyğun olaraq, xaricdə yaşayan azərbaycanlılar üçün əlverişli şərait yaradılmışdır.

 

Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının doğma Vətənə xidmət edən mütəşəkkil qüvvəyə çevrilmək yolunda dövlət siyasətində mühüm işlər görülmüşdür.

 

Xalqımızın mənəvi birliyi, azərbaycançılıq ideyaları 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında öz parlaq təcəssümünü tapmışdır. Xarici ölkələrdə yaşayan bir çox soydaşlarımızın iştirak etdiyi bu mühüm tədbirdə ümummilli lider Heydər Əliyevin proqram xarakterli çıxışı milli diasporumuzun formalaşmasında və bütövlükdə milli-tarixi proseslərin inkişafında keyfiyyətcə yeni mərhələ açmışdır.

 

Heydər Əliyev qurultaydakı nitqində milli birliyə necə nail olmağa toxunaraq demişdir: “Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik...”.

 

Ümummilli lider Heydər Əliyevin bu fikirləri dünya azərbaycanlılarının təşkilatlanması prosesinin tarixi zərurət olduğunu göstərir.

 

Beləliklə, xalqımızın mənəvi birliyi, azərbaycançılıq ideyaları Dünya azərbaycanlılarının I qurultayında öz parlaq təcəssümünü tapmışdır. Ulu öndər Heydər Əliyevin proqram xarakterli çıxışı milli diasporumuzun formalaşmasında, bütövlükdə milli-tarixi proseslərin inkişafında keyfiyyətcə yeni mərhələ açdı.

 

Soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri də indiyə kimi keçirilmiş (2001, 2006, 2011, 2016-cı illərdə) dünya azərbaycanlılarının qurultaylarıdır. Bu yığıncaqlarda ünsiyyət və ideya mübadiləsi uğrunda təşkilatlanmanın əsası təşkil edilirbu imkanlardan da səmərəli istifadə olunur.

 

Bu gün müstəqil Azərbaycan Respublikası 50 milyonluq dünya azərbaycanlılarının müqəddəs ümidgahına, pənah yerinə çevrilibharada yaşamasından asılı olmayaraq, biz hamılıqla əl-ələ verməli, tarixi haqqımız və milli nemətimiz olan Azərbaycan dövlətçiliyi uğrunda səfərbər olmalıyıq. Bunu tarixtaleyimiz tələb edir.

 

27 sentyabrda işğalçı erməni ordusu Azərbaycana qarşı müharibəyə başlamışlar. 2-ci Qarabağ savaşında dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız həmrəylik, monolit birlik nümayiş etdirmiş, yaşadıqları ölkələrdə mitinqlər keçirmiş, üçrəngli Azərbaycan bayrağını dalğalandırmış, erməni işğalçılarına və onların havadarlarına kəskin etirazlarını bildirmişlər.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydutarixi ədalət zəfər çaldı. Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə həmvətənlərimizi təbrik edir, onlara birlik, həmrəylik və vahid ideya ətrafında birləşmək arzulayıram.

 

Ağacan ABİYEV,

 

Əməkdar elm xadimi, professor.

 

Respublika.- 2020.- 30  dekabr.- S.15.