Azərbaycanda səhralaşma prosesinin müasir vəziyyəti

 

 

2020 -ci il 23 iyulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkəmizdə su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirə keçirildi. Həmin müşavirədə möhtərəm cənab Prezident tərəfindən indiyə qədər müəyyən edilən prioritet infrastruktur layihələr və onların həyata keçirilməsinə dair məlumatlar, bu sahədə mövcud problemlər geniş və açıq şəkildə ictimaiyyətin diqqətinə çatdırıldı. Prezident həmin tədbirdə səhralaşmanın böyük bir problem kimi mövcudluğunu xüsusi vurğuladı və belə bir ekoloji bəlanın həll edilməsi ilə əlaqədar elmi ictimaiyyətə təxirəsalınmaz tədbirlərin görülməsini ciddi şəkildə tapşırdı.

 

 

Ümumiyyətlə, son 50 ildə səhralaşma elmi ictimaiyyəti və bəşəriyyəti getdikcə çox narahat edən əsas sosial-iqtisadiekoloji problemlərdən biri olaraq qalır. Bu baxımdan Yer kürəsində arid landşaftların 69 faizi, o cümlədən 30 faizi suvarılan, 50 faizi dəmyə və 75 faizi otlaq əraziləri müxtəlif dərəcədə səhralaşmaya məruz qalmışdır.

Səhralar əsasən Afrikada, AsiyadaAmerikada, eləcə də Orta Asiyada və Cənubi Qazaxıstanda yerləşir. Onlar geniş əraziləri əhatə edərək qərbdə Xəzər sahillərindən, şərqdə və cənub-şərqdə Sungar Alatausu, Tyan-ŞanPamir-Altay dağ silsilələrinin ətəklərindək uzanır və əsasən mülayim, subtropiktropik qurşaqları əhatə edir. Onun ümumi sahəsi təxminən 20 milyon kvadratkilometr olub, Afrikanın 40 faizini, Avstraliyanın 43 faizni, Avrasiyanın isə 24 faizini səhralar təşkil edir. Torpaqqruntun xarakteristikasından asılı olaraq səhralar qumlu, çaqıl daşlı və qumlu-çaqıl, çingilli gilləşmiş, daşlı, gillicəli, gillis. növlərə ayrılır. Səhraların şimal sərhədləri təxminən 48 dərəcə şimal enliyində, cənubda isə açıq şabalıdı torpaqların sərhədlərinə uyğun gəlir.

Səhralaşma termini ilk dəfə elmi ədəbiyyatda 1949-cu ildə Qərbi Afrikanın rütubətli tropiklərində A.Obrevill tərəfindən aparılan tədqiqatlarda eroziyaya məruz qalmış, səhraya çevrilməsi kimi ifadə olunmuşdur. O etimoloji mənada ərazinin səhraya çevrilməsi, məhsuldarlığın azalması, təbii obyektlərin dağılması və məhv edilməsi prosesini ifadə edir.

Arid vilayətlərdə ekoloji tarazlığın pozulması son dövrlər landşaft komplekslərinin bioloji məhsuldarlığına ciddi təsir göstərməklə təsərrüfat fəaliyyətini zəiflədir və nəticədə səhralaşma prosesinin formalaşması üçün şərait yaranır. Eyni zamanda arid ərazilərin təbii kompleksləri qeyri-sabit strukturaya malik olduğundan, burada təbii komponentlərin birinin dəyişməsi digərinə də əsaslı təsir edir. Müasir şəraitdə bir çox tədqiqatlar səhralaşmaya dəyişmə prosesi kimiyaxud onun nəticəsi kimi baxırlar.

Dəyişmə prosesi kimi o, arid və yarım arid ekosistemlərin bioloji məhsuldarlığının tədricən azalması, dəyişmənin nəticəsi kimi isə müxtəlif amillər nəticəsində səhra şəraitinin əmələ gəlməsi kimi anlaşılır. Ümumiyyətlə səhralaşma atmosfer yağıntılarının çatışmaması nəticəsində bitki örtüyündən tamamilə, yaxud qismən məhrum olan ərazilər sayılır.

Səhralaşma - səhra ekoloji şəraiti vəziyyətinin təbii və antropogen təsirindən yarımquraqlıq və yarımrütubətli ərazilərin məhsuldarlığının səhralar üçün səciyyəvi səviyyəyə qədər düşmə prosesidir. Başqa sözlə desək, səhralaşma - ərazinin bioloji məhsuldarlığının uzun müddət aşağı enməsidir.

Arid iqlimə malik ərazilərdə səhralaşma deqradasiyanın bütün formalarını əhatə edir və torpağın bioloji potensialının azalması və yaxud məhvi, həmçinin həyat şəraitinin aşağı düşməsi ilə nəticələnir.

Səhraların yaranma konsepsiyasından məlumdur ki, 3-cü dövrdə Qafqazda bozqırlar olmamışdır. Bu həmçinin Turan əyalətini (müasir Azərbaycan da bura daxildir) tutur. Ona görə burada bozqırlar tarixi baxımdan cavan olub, nisbətən müasir floraya məxsusdur. Bu baxımdan, dəniz altından çıxmış ərazilərdəki səhralar müasir hesab edilməlidir.

Müasir səhralaşmanın əmələgəlmə sahələri haqda fikirlər müxtəlifdir. Belə ki, 45 əsas səbəbdən 87 faizinin insanın düzgün olmayan fəaliyyəti, 13 faizinin isə təbii amillər olduğunu göstərirlər. Bu baxımdan bir çox tədqiqatlar təbiətdə kserofilləşmə, aridləşmə eləcə səhralaşmanın təbii amillərini aşağıdakı onluğa ayırır:

1. Bütün ərazilərdə buzlaq sahələrin azalması

2. Səthi yatağın üstünlük təşkil etməsi deflyasiya prosesinin fəallaşması

3. Çay sularının digər axarların təbii rejiminin pozulması

4. Qapalı su hövzələri (göllər) sahələrinin azalması şorlaşması

5. Bitki örtüyünün seyrəkləşməsi bəzi landşaftlarda onun məhv olması

6. Flora faunada yeni növ əmələgəlmənin nəsil vermənin zəifləməsi

7. Torpaqların sürətlə şorlaşması, hidromorf torpaqlarda karbonatların gipsin miqdarının artması

8. Qrunt sularının səviyyəsinin sürətli aşağı düşməsi

9. Çayların yarğanların drenləşmə rolunun artması

10. Daimi zonaların sərhədlərinin dəyişməsi bununla əlaqədar çayların suyunun azalması s.

Səhralaşma əsasən, təbii yolla getsə antropogen amillər həmin prosesi sürətləndirir. Bu işdə həlledici amillərdən biri insanın təsərrüfat fəaliyyətinin mənfi nəticələridir.

Hazırda müəyyən edilmişdir ki, insan onun təsərrüfat fəaliyyəti birinci növbədə torpağa, bitkiyə su mənbələrinə güclü mənfi təsir göstərir. Bu təsirə səhra örüşlərinin bitkiləri daha çox məruz qalır. Ümumiyyətlə, antropogen yükün artması, ağacların, kolluqların tam məhv edilməsi, mühəndis-inşaat, yolçəkmə meliorasiya işləri layihələrinin düzgün verilməməsi nəticəsində mexaniki olaraq bitki örtüyünün məhv olması səhralaşmanı sürətləndirən amillərdəndir.

Səhralaşma prosesi əmələgəlmə inkişafı baxımından ümumi qanunauyğunluqlara tabe olsa da konkret ərazilərdə özünəməxsus xarakterik xüsusiyyətləri ilə fərqlənir. Bu baxımdan Azərbaycan ərazisində səhralaşmaya dair elmi fikirlər 19-cu əsrin ilk illərinə təsadüf edir. 80-ci illərin sonlarında B.Budaqov respublikamızda səhralaşma ocaqları onları formalaşdıran amillər (1989) geniş açıqlama vermişdir. Onun rəhbərliyi altında ilk dəfə olaraqNaxçıvan MR-in arid geokomplekslərində səhralaşmanın xüsusiyyətləri ona qarşı mübarizə tədbirlərimövzusunda elmi tədqiqat işləri aparılmışdır.

Son illərdə isə bu problemlərin öyrənilməsi məqsədilə Milli Aerokosmik Agentliyi, AMEA-nın Coğrafiya, Botanika institutları, Təbii Sərvətlər Nazirliyi, KTN-nin keçmiş ET Eroziya Suvarma İnstitutu müxtəlif istiqamətlərdə tədqiqatlar aparmışdır. Belə ki, Milli Aerokosmik Agentlik H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən yerin süni peykindən alınmış kosmik fotoşəkillər vasitəsilə respublika ərazisinin 34697,5 kvadratkilometrlik sahəsi, yəni ölkə ərazisinin 40 faizinin səhralaşma dərəcəsi, tipləri, intensivlik səbəbləri, Kür-Araz ovalığında şorlaşmanın genetik xüsusiyyətləri öyrənilmiş 2010-cu il üçün GİS xəritəsi ilə yanaşı, Abşeron yarımadasının səhralaşma dərəcəsi, torpaqların istifadə xəritələri hazırlanmış yarımada ərazisinin 1 faiz zəif, 24 faiz mülayim, 54 faiz güclü 24 faizinin isə şiddətli dərəcədə səhralaşmaya məruz qaldığı göstərilmişdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində əsasən səhralaşmanın arialları aşağıdakı regionlardır.

1. Abşeron yarımadası

2. Kür-Araz ovalığı

3. Naxçıvan Muxtar Respublikası.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, səhralaşma əsrlər boyu müxtəlif kataklizmlər fonunda təbii antropogen amillərin qarşılıqlı təsiri ilə əsasən arid landşaftlarda təzahür edərək, bioloji məhsuldarlığın tədricən azalmasına son nəticədə isə məhvinə səbəb olan təbii-tarixi prosesdir.

Beləliklə, tədqiqat aparılacaq ərazilərdə səhralaşma ocağının yaranma mexanizminin, onun inkişaf intensivliyinin, o cümlədən torpaqlarda gedən dəyişikliklərin müəyyənləşdirilməsi aktual olub, elmi-praktiki baxımdan böyük maraq doğurur.

 

Bəhram ƏLİYEV,

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi

Ekologiya İnstitutunun direktoru,

t.e.d., professor.

 

Respublika.- 2020.- 22  dekabr.- S.6.