Əbədi yatdığın torpağa qurban

 

(Qarabağ şəhidlərinə ithaf olunur)

 

 

 

Qarlı bir qış günü əsdi qara yel,

Top-tüfəng səsindən diksindi anan.

Qundaqda yuxuda gülümsəyirdin,

Bundan muğayat ol”, - söylədi atan.

Süd ətri qoxuyan qundağa qurban.

Qırılıb töküldü qapı-pəncərə,

Atan gülüşünü görə bilmədi.

Həyəcan içində çırpınan anan

Dağınıq saçını hörə bilmədi.

Əlində darağı saçında qaldı,

Dağınıq saçdakı darağa qurban.

Alıb qucağına qaçırtdı anan,

Böyüdün, vurnuxdun yad qapılarda.

Təkcənə oğlusan ata-ananın.

Evlənmək vaxtındır, sözümün canı...” -

Deyəndə anan,

Bərk-bərk qucaqlayıb öpdün alnından:

- Yerdə qalmayacaq atamın qanı! - oldu cavabın.

Bir yağı düşmən quduran zaman

Əsgər paltarında doğma diyara

Atanın qanını getdin almağa.

Aldın da...

Birdən avtomatda qurtardı güllə,

Bir neçə dığanı gəbərtdin əllə.

Ancaq qələbə gününə bircə gün qalmış

Özün qovuşdun əbədiyyətə.

Üstünə çəkildi üçrəngli bayraq,

Yataq otağın da - müqəddəs torpaq.

Əbədi yatdığın torpağa qurban!

 

Xeyrulla ƏLİYEV

 

Respublika.- 2020.- 18 dekabr.- S.6.