TARİXƏ ÇEVRİLƏN 25 İL

 

 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) yaradılmasından 25 il ötür. Bu 25 ilin hər biri ölkənin idman mediası tarixinin parlaq səhifəsidir desək, əlbəttə, yanılmarıq. Nəzərə alsaq ki, müstəqil Azərbaycan Respublikasının cəmi 29 yaşı var, onda 25 rəqəminin möhtəşəmliyi və heçkiçik tarix olmadığı görünər.

Təməli 1995-ci ildə Əməkdar jurnalist Eldar İsmayılov tərəfindən qoyulan, ölkənin idman mediası yaradıcı əməkdaşlarının milli birliyi missiyasını ləyaqətlə həyata keçirən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ölkə daxilindəki uğurlu fəaliyyəti ilə yanaşı, beynəlxalq əlaqələrini də möhkəm təməllər üzərində qura bilib. AİJA yaranışından bir il sonra, 1996-cı ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına - AİPS-ə müraciət edərək dünya idmanmedia aləmində yüksək nüfuza malik bu təşkilata müvəqqəti üzv statusu alıb. 1997-ci ilin mayında isə İspaniyanın Oviyedo şəhərində keçirilən 60-cı Ümumdünya Konqresində yekdil səslə AİPS-ə və təşkilatın qitə seksiyası Avropa İdman Mətbuatı İttifaqına (AİPS EUROPE/UEPS) tamhüquqlu üzvlüyü təsdiq edilib.

Həmin vaxtdan da AİJA Azərbaycan idmanının və idman mediasının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropayadünyaya inteqrasiya, müasir idmanın problemlərinin və ən aktual məsələlərinin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması, media əməkdaşlarının peşə ustalıqlarının artırılması istiqamətində məqsədyönlü fəaliyyətini yüksələn xətlə inkişaf etdirir. Bu gün idmanın və idman mediasının ən nüfuzlu dairələrində AİJA üzvləri və tərəfdaşları bu missiyanı şərəflə yerinə yetirməkdədir.

Sonra AİJA nümayəndə heyəti Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə hər il keçirilən ümumdünya və qitə məclislərində — Macarıstanda, Kanadada, Yunanıstanda, Portuqaliyada, Mərakeş Krallığında, İsveçrədə, Çin Xalq Respublikasında, Koreyada, Qətərdə, Avstriyada və digər ölkələrdə keçirilən AİPS və UEPS konqreslərində ölkəmizin idman mediasını ləyaqətlə təmsil etdi. Bakının möhtəşəm saraylarında yaddaqalan maraqlı tədbirlərə imza atdı, bir sıra möhtəşəm layihələrin həyata keçirilməsinə nail oldu, üzvlərinin və təəssübkeşlərinin boy sırasını bir neçə nəfərdən 500-ə yüksəltdi. Avropadünya ölkələrinin tanınmış idman yazarları, həmçinin Beynəlxalq Olimpiya Komitəsi (İOC), Avropa Olimpiya Komitəsi (UOC), Beynəlxalq İdman Federasiyaları Baş Assambleyası (GAİSF), Dünya Antidopinq Komitəsi (ADA), bir sıra Beynəlxalq İdman Federasiyaları, Beynəlxalq Universitet İdmanı Federasiyası (FİSU) və digər nüfuzlu təşkilatlarla sıx və qırılmaz əlaqələr qura bildi.

Bütün bu məqsədyönlü işlərin nəticəsidir ki, həm AİJA, həm də onun rəhbəri, ömrünün 54 ilini peşəkar jurnalistikamıza həsr etmiş Eldar İsmayılov beynəlxalq mediaidman aləmində Azərbaycana başucalığı gətirəcək bir səviyyəyə yüksələ bilmişdir.

Təsadüfi deyil ki, 2010-cu il aprelin 28-də Türkiyənin turizm cənnəti Antalyada, beşulduzluRiksos Premium Hotel”də 50-dək ölkənin milli idman jurnalistləri qurumunu öz ətrafında birləşdirən Avropa İdman Mətbuatı İttifaqının-(AİPS EUROPE/UEPS) 32-ci Baş Assambleyasında gizli səsvermə yolu ilə keçirilən seçkilərdə həmin təşkilatın İcraiyyə Komitəsində yaxın dörd il üçün 12 yerə Yunanıstan, Rusiya, Malta, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, Serbiya, İrlandiyaSloveniya nümayəndələri ilə yanaşı, ilk dəfə olaraq Azərbaycan təmsilçisi Eldar İsmayılov da yer tuta bildi. Belçika, Polşa, Xorvatiyabir sıra ölkələrdən olan namizədlər isə lazımi miqdarda səs toplaya bilmədilər. Bu sevindirici hadisə, 145 illik Azərbaycan jurnalistikası tarixində beynəlxalq media təşkilatı rəhbərliyinə seçimlərdə ilk qələbəmiz kimi tarixdə və yaddaşlarda yaşayacaq.

Milli təşkilatımızın Avropa İdman Mətbuatı İttifaqı rəhbərliyində təmsil olunması ilə əlaqədar 2011-ci ilin beynəlxalq əlaqələr qrafikinin daha çevikdinamik olacağı gözlənilirdi. Belə də oldu. 2011-ci ildə AİJA nümayəndələri müxtəlif ölkələrdə baş tutan 9 beynəlxalq tədbirdə uğurla iştirak ediblər.

AİJA prezidentinin təklifi ilə Avropa idman yazarları elitası öncüllərinin - AİPS EUROPE İcraiyyə Komitəsinin Bakıda toplanmasına qərar verilmişdi. Ölkə başçımız cənab İlham Əliyevin bilavasitə diqqəti və tapşırığı ilə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi tədbirin təşkilinə cəlb olundular. Nəticədə, Bakıda yenicə istifadəyə verilmişHilton” Hotelində AİJA bu tədbirin yüksək səviyyədə keçirilməsinə nail ola bildi.

Həmin vaxt dövlət başçımız xaricdə işgüzar səfərdə idi. Lakin Bakıdakı tədbirimizi diqqətdə saxlamışdı. AİPS prezidenti Canni Merlonun da qatıldığı Avropa İdman Mətbuatı İttifaqı İcraiyyə Komitəsinin üzvləri ölkəmizin Milli Məclisində yüksək səviyyədə qəbul olundular. Milli Məclisin sədri Oqtay Əsədovla olduqca səmərəli və yaddaqalan görüş oldu. Söhbət zamanı yaxın illərdə MDB məkanında ilk dəfə AİPS konqreslərindən birinin Bakıda keçirilməsi təşəbbüsü irəli sürüldü.

Daha sonra cənab Prezident bu işə öz xeyir-duasını verdi. 2012-ci ilin 12-16 fevralında AİJA prezidenti Eldar İsmayılov, birinci vitse-prezident Nərgiz Mahmudzadə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, digər fəallarımızdan ibarət geniştərkibli nümayəndə heyətimiz Avstriyanın İnsbrusk şəhərində keçirilən AİPS-in 75-ci konqresinə qatıldı.

Konqresin açılış mərasimində üç dövlətin başçıları - Avstriya prezidenti Hayns Fişer, federal kansler Verner Fayman, İordaniya şahzadəsi Feisal ibn Hüseyn, Monako knyazı Albert II iştirak etdilər. Konqresdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AİJA-nın üzvü dr. Çingiz Hüseynzadə və AİJA-nın birinci vitse-prezidenti Nərgiz Mahmudzadə ölkəmizin 2014-cü ildə AİPS-in 79-cu konqresinin Bakıda keçirilməsi təklifi ilə çıxış etdilər. AİPS tarixində ilk dəfə rəsmi dövlət zəmanət məktubu olmadan təklifimiz konqres iştirakçılarının alqışları ilə qarşılandı.

2013-cü ilin 15-19 aprelində AİJA-nın geniştərkibli nümayəndə heyəti Soçi şəhərində təşkil olunan 78-ci konqresində, növbəti ildə Bakıda keçiriləcək konqreslə bağlı AİPS və AİJA arasında müqavilə imzalandı, tədbirin son günü Rusiya Federasiyası baş nazirinin müavini Vitali Kozak, Ümumrusiya İdman Jurnalistləri Federasiyasını prezidenti Nikolay Dolqopolov ənənəvi olaraq AİPS-in bayrağını təntənəli şəkildə növbəti ildə konqresə ev sahibliyi edəcək ölkənin nümayəndələrinə - Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılova təqdim etdilər.

2014-cü il aprelin 26-da Bakıda, “Marriot AbşeronHoteldə AİPS EUPOPE/UEPS-in Baş Assambleyası keçirildi. Burada növbəti dörd il üçün təşkilatın icraiyyə komitəsinə seçkilər keçirildi. AİJA prezidenti Eldar İsmayılov 4 il əvvəl Antalyadakı qələbəsini yenilədi.

Həmin axşam konqres iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin parlaq nitqi qonaqların hafizəsində silinməz izlər buraxdı.

27 aprel - 1 may 2014-cü il tarixlərində Bakıda AİPS-in 90 illiyinə təsadüf edən konqres müvəffəqiyyətlə keçdi. Sonrakı illərdə AİJA-nın beynəlxalq fəaliyyəti uğurla davam etmiş bu gün davam edir.

Bəşəriyyətə meydan oxuyan Covid-19 pandemiyası səbəbindən Azərbaycanda kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılıb. Bu səbəbdən AİJA özünün 25 yaşını rəsmi qeyd edə bilmir. Xatırladaq ki, 1995-ci ildən bu günə kimi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ölkə daxilində yüzlərlə maraqlı layihələrə imza atıb, çoxsaylı yerli beynəlxalq əhəmiyyətli tədbirlər keçirib. O, bu gün öz missiyasını ləyaqətlə davam etdirir. Arxada isə tarixə çevrilmiş 25 il var...

 

Nərgiz MAHMUDZADƏ,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının  1-ci vitse-prezidenti,

AİPS-in üzvü.

 

Respublika.- 2020.- 18 dekabr.- S.7.