Azərbaycan Ordusunun Vətən müharibəsində tarixi qələbəsi

 

Müzəffər Azərbaycan Ordusu Qarabağın işğaldan tam azad olunmasını 44 gündə döyüş meydanlarında müasir silahlarla döyüşərək qələbə ilə başa çatdırdı. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi azad olunandan sonra, Ali Baş Komandan dediyi kimi “düşmən diz çökdübu gündiz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibələrinin birində deyir: “Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin”.  

 

Azərbaycan Ordusu 2020-ci ilin payızında böyük şücaət, qəhrəmanlıq göstərdi: Düşmən hərbi qüvvələrini darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu hər bir Azərbaycan vətəndaşının xoşbəxtliyidir.

 

Müharibə qurtaran ilk gündən Qarabağın azad edilmiş ərazilərində yeni quruculuq dövrü başlanmışdır. Erməni faşist barbarları ormanları, əkin yerlərini, abidələri, kənd, qəsəbə və şəhərləri dağıtmışdır.

 

Ölkə başçısı İlham Əliyev deyir: “Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək, Azərbaycan xalqı yenə də birləşərək, dağılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyükqürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə də sözümüzü demişik, istədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”. Həqiqətən də belədir.

 

Qarabağda yeni yaşayış məntəqələri, kənd və şəhərlər salınacaqdır. Xalq-dövlət birliyi müstəqillik illərində ölkəmizi magistral inkişaf yoluna çıxarmışdır.

 

***

 

XIX-XX yüzillikdə Rusiyanın və təəssübkeş xristian ölkələrinin qayğısı və köməyi ilə xaricdən axın-axın gəlib Cənubi Qafqazda məskunlaşan ermənilər bu regionda rahatfiravan həyat yaşasalar da, onun millətçi ünsürlərindən təşkil olunan daşnak siyasi özəkləri və silahlı dəstələr yerli türk və müsəlman xalqlarına qarşı fəlakət mənbəyi olmuşlar. Onlar terror, kütləvi hücumlar və qırğınlar törətmişlər. İmperialist dövlətlərə arxalanan erməni millətçiləri Cənubi Qafqazda, xüsusən İrəvan, Bakı, Şamaxı, Təbriz, Quba və sairə şəhərlərdə və Anadolu əyalətlərində dəhşətli soyqırımı cinayətləri təşkil etmişlər.

 

Türkiyədə 1915-ci ildə milyon yarım erməninin soyqırıma məruz qalması tarixi reallıq deyil, erməni millətçi siyasətçilərinin uydurmasıdır. Faşist əqidəli ermənilər öz cinayətlərini gizlətmək üçün “yazıq” millət imici yaratmışdılar. Bunu erməni ziyalıları etiraf etməkdən çəkinmirdilər. 1956-cı ildə İrəvanda “Sovet Ermənistanı” qəzetində Türkiyə ermənisi Hamparyan da çalışırdı (70 yaşlı, İstanbulda Universitetin hüquq fakültəsində təhsil alıb, orada 25 il vəkil işləmişdi). 1948-ci ildə Sovet rus təbliğatı ucbatından “vətəninə” gəlmişdi. Redaksiyada tərcüməçi işləyirdi. Söhbət əsnasında o mənə dedi ki, bizim xalq bədbəxt xalqdır, 40 ildən bir başı əzilir, qanı axır, özünə gəlir. Milyon yarım soyqırımı da uydurmadır. Utanmazlar, abidə ucaldırlar. Biz Türkiyədə yaxşı yaşayırdıq.

 

Dilənçi xislətli erməni siyasətçiləri dünya ictimaiyyətindən cinayətlərini gizlətmək üçün özlərini “yazıq millət” kimi tanıtmaq istəsələr də, qəddar, qaniçən, riyakar, oğru, şərəfsizdirlər. Dünyanın mütəfəkkir elm adamları, siyasətçiləri də bu fikirdədirlər.

 

2020-ci ilin Qarabağ döyüşləri Ermənistan qaragüruhunun belini sındırdı. Erməniliyin rəzillik siyasəti olduğunu göstərdi. Türkün dəmir yumruğunun ilk zərbəsindən sonra reanimasiyada komaya düşən Ermənistan çətin ki, ayılsın.

 

Azərbaycan ictimaiyyəti qanunçuluğa hörmətlə yanaşsa, Vətənin, millətin təəssübünü uca tutsa, erməni məsələsində ürəyiyumşaqlıq etməsə, aldanmasa, ermənilər də adi vətəndaş kimi yaşasa, əlbəttə, hər şey qaydasında olacaq.

 

Əslən İrəvanlıyam. İrəvanda ibtidai məktəbi, Uluxanlıda orta məktəbi bitirmişəm. Təxminən 7 il İrəvanda “Sovet Ermənistanı” qəzetində fəaliyyət göstərmişəm. Bakıda Elmlər Akademiyasında-Ədəbiyyat İnstitutunda işləyəndə Xankəndidə Pedaqoji İnstitutun buraxılış imtahanına sədrlik edəndə, bir neçə həftə Stepanakertdə qalmışam. Müşahidə etdiklərimi yazıb Mərkəzi Komitəyə göndərmişəm. Bu şəhərin Azərbaycan hökumətinə mənsubiyyətini andıran əlaməti yox idi. Erməni millətçiliyi “qoxusugüclü idi. Bu hadisədən on il sonraKrunk” komitəsi yarandı: “Miasum” (birləşmə) şüarı ilə dinc erməni bağırdıqca-bağırdı.

 

İndi müharibədən sonra təzminat məsələsi ortaya qoyulduğu ərəfədə “Yeni Müsavat” qəzetinin 1 dekabr 2020-ci il tarixli nömrəsində Ermənistanda aclıq qorxusu elə ürək yanğısı ilə yazılır ki, az qalır adam son tikəsini də Ermənistana göndərsin ki, Paşinyan aclıqdan ölməsin. “Ermənistan aclıq ərəfəsində - durum daha da pisləşəcək” məqaləsini müəllif Ermənistanın indiki durumunu “İşğalçı siyasətin “bəhrəsi” kimi qələmə versə də, fikrini əsaslandırmaq üçün zəngin - insafən real faktlar gətirsə də, məni inandıra bilmədi.

 

Ona görə ki, Ermənistan bir respublika kimi yarandığı gündən kiminsə maddi köməyi hesabına yaşayıb aclıq çəkib. Böyük Vətən müharibəsi illərində (1941-1945) əgər Naxçıvan-Azərbaycan camaatı kömək etməsəydi, ermənilər aclıq çəkərdi. 1990-2020-ci illərdə Rusiyaİran olmasaydı, Ermənistan aclıq çəkərdi. Mən acından ölərdi demirəm, ona görə ki, dünya erməni lobbiləri Ermənistanı ölməyə qoymaz.

 

Müəllifə demək istəyirəm: bu məqamda ürəyimizi yumşaltmayın, onsuz da anadangəlmə ürəyimiz yumşaqdır.

 

Təzminat məsələsində düşünürəm ki, heç bir güzəşt olmamalıdır.

 

Bizim bu problemə son dərəcə məsuliyyətlə yanaşacağımızın subyektivobyektiv səbəbləri var: həm də vətənin, xalqın taleyi ilə bağlı məsələdir.

 

Yeni Müsavat”ın 1 dekabr 2020-ci il tarixli nömrəsində isə Analitik xidmət Ermənistan hökumətinə indiki böhranlı vəziyyətdən çıxmağın reallığını başa salmağa çalışır. Analitik xidmət yazır: çökən faşist Almaniyası məhz verilən doğru qərarın, 3-cü Reyxin müharibə avantürasından düzgün dərs götürmək hesabına alman xalqı dirçələ və inkişaf tapa bildi. Bundan çıxış edib işğalçı Ermənistana məsləhət görür ki, rüsvayçı məğlubiyyətə gətirən səbəblər ciddi şəkildə, dərindən analiz edilib dərs götürülərsə nicat tapar.

 

Həm də tövsiyə edir ki, “Rusiya və beynəlxalq erməni lobbisi gəlib erməni xalqını xoşbəxt edəsi deyil”. Bilmək lazımdır ki, Ermənistan millətçi, təəssübkeş lobbisindən əl çəkməz, Rusiyada ki, hərbi bazasını yerləşdirdiyi “vassal Ermənistan”dan. Hələ sovet dönəmində erməni xalqına təlqin olunurdu ki, Ermənistan Rusiyanın forpostudur.

 

Bu analitik şərhdən anlaşılır ki, siyasi icmalçı Naqdalyanın şəxsində Ermənistan da gecolsa uğursuzluqlarının səbəbini obyektiv qiymətləndirməyə çalışır, onu “təəssüf doğurucu anlamazlıq”la izah edirdilər.

 

Naqdalyan deyir: “Biz 25 ildə mümkün variantlardan ən pisini - status-kvonu qorumağa yönəlik bədnam variantı seçdik. Yəni Azərbaycan ərazilərinin işğalına son qoyaraq problemin birdəfəlik həllindən və sülh müqaviləsi imzalamaqdan imtina etdik. Bu, Ermənistanın ölçüyəgəlməz, faciəvi xarici siyasət səhvi idi. Biz sanki bölgəni idarə edən regional superdövlət kimi davranırdıq - əslində isə coğrafi mühasirədə olanliliput iqtisadiyyatı deqradasiya edən bir ölkə idik. Biz anlamadıq ki, hərbi qələbənin 1994-cü ildə Azərbaycanla sülh müqaviləsinə çevrilməsi məsələsini dərhal həll etmədən, avtomatik olaraq gələcək böyük partlayışın vaxtı üçün geri sayıma rəvac veririk. Deməli, indiki müharibəni məhz o zaman uduzmuşuq.

 

...günahkar - öz əyalət düşüncəsizliyi ucbatından Heydər Əliyevlə vaxtında sülh müqaviləsi imzalamayan liderlərimizdir. Günahkar 25 ildir xalqı “düşmənə bir qarış torpaq verilə bilməz” yalançı vətənpərvərlik şüarı ilə zəhərləyən bütün erməni siyasi partiyaları, ekspert camiəsi və Ermənistanın mediyasıdır. Siz bu şüarın mahiyyətinə diqqət yetirin: Azərbaycan torpaqlarından bir qarışı da Azərbaycana verilməyəcək. Bu ki tam dəlilik və anlaqsızlıq idi”.

 

Məlum olduğu kimi, Beynəlxalq qanuna görə, təzminat qismində ərazi də nəzərdə tutulur. Böyük Vətən müharibəsindən sonra nasist Almaniyanın müharibə nəticəsində verdiyi ziyan 260 milyard dolların 128 milyard dolları SSRİ-nin payına düşmüşdür. Eyni zamanda siyasi baxımdan təzminat qismində Almaniyanın Şərq hissəsi SSRİ-nin nəzarətinə verilmişdi. Qalib tərəflər - SSRİ, ABŞ, Britaniya anlayıblar ki, məğlub Almaniya öhdəsinə düşən təzminatı ödəmək gücündə deyil. İ.V.Stalinin təzminat məsələsində ciddi dayanmasının məqsədi heç də Almaniyanın iqtisadiyyatını tam iflic vəziyyətə salmaq olmayıb. Sovet lideri təzminat təzyiqi ilə Almaniyada 4-cü Reyxin yaradılmasının qarşısını almaq, faşist cərəyanına son qoymaq, Almaniyanın təcavüzkar hərbi potensialını sıfıra endirmək məqsədi daşıyıb.

 

Biz təzminat məsələsində bu təcrübədən istifadə edə bilərik. Məlumdur ki, 1920-ci illərdə Ermənistan hökuməti Moskvanın köməyi ilə Zəngəzur, Dərələyəz, Basarkeçər ərazilərini zəbt etmişdir. Təzminatın bir hissəsi əvəzinə işğal etdikləri bu əraziləri hökmən geri qaytarmalıdır.

 

N.Nərimanov V.İ.Leninə məktubunda Mərkəzin Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verməsinə qəti etirazını bildirirdi. V.İ.Lenindən bu məsələyə ciddi yanaşmağı, Moskvanın daşnak kommunistlərin bütün bu murdar hərəkətlərinə son qoyulmasını xahiş edirdi (Nəriman Nərimanov. Məktublar və Qarabağ məsələsinə dair sənədlər. B., “Nurlar”, 2016, səh.104).

 

Təzminat məsələsinə ciddi yanaşmağımızla həm işğal altında saxlanan ərazilərimizi xilas edərik, həm də erməniliyin, qatı millətçilərin bir daha ayaq tutub yeriməsinə - “yeni torpaqları işğal etməsinə” imkan vermərik. Hamparyan deyirdi ki: “Bizim xalq bədbəxt xalqdır, 40 ildən bir başı əzilir, qanı axır, özünə gəlir.”.

 

Doğma torpaqlarımızı son qarışınadək işğaldan azad edəcəyik. Yolunu azmış erməniləri başa salmalıyıq ki, İrəvan mahalı da bizimdir...

 

Əhmədov Teymur

 

 

Respublika.- 2020.- 20 dekabr.- S.4.