Zəfər Paradımız - qürurumuz, iftixarımız

 

Bu günlərdə hər bir azərbaycanlı, hətta deyərdim ki, bütün türk dünyası xoşbəxt ömür yaşayır. Noyabr ayının 10-da Azadlıq meydanında keçirilən Zəfər Paradımız ürəklərdə qürur, iftixar hissi yaratdı.

 

Hansı ki, 30 ilə yaxın müddətdə biz həmin hisslərdən uzaq düşmüşdük, gizlətməyin mənası yoxdur, başıaşağı, utanc duyğulardan uzaqlaşa bilmir, övladların, nəvələrin saysız-hesabsız sualları qarşısında hətta öz cavablarımız da özümüzə inandırıgörünmürdü. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin böyük sərkərdəlik məharəti, müzəffər Ordumuzun qəhrəman döyüşləri sayəsində cəmisi 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi, illər uzunu ermənilərin özləri tərəfindən yaradılan miflər dağıdıldı. Zəfər Paradında Ali Baş Komandan İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Ərdoğanın dərin məzmunlu, parlaq nitqləri Ulu Öndər Heydər Əliyevin “Bir millət-iki dövlət” məşhur kəlamının həqiqət olduğunu bir daha təcəssüm etdirdi.

 

Zəfər Paradında Azərbaycan-Türkiyə qardaşlığının monolitliyi bütün dünyaya əsl mesaj oldu. Paradda Azərbaycan Ordusu bölmələri ilə yanaşı türk əsgərlərinin inamlı addımlarla keçidi bu iki qardaş xalqın bütün zamanlarda ərazi bütövlüyümüzün yadelli hücumlar tərəfindən pozulmayacağına təminat verdi.

 

Bəli, bu günləri yaşamaq bizlərdən ötrü əsl xoşbəxtlikdir. Doğma torpaqlarımız özümüzə qayıdıb. Ərazi bütövlüyümüz bərpa olunub. İşğalçı düşmən tərəfindən yerlə-yeksan edilmiş yurd yelərimizə tamaşa edəndə - erməni vandallarının mənfur əməlləri nə qədər hiddət doğursa da biz həmin əraziləri qısa müddətdə əvvəlki görkəminə qaytaracağımıza qəlbən inanırıq. Mən mühəndisəm. Uzun illər ölkənin meliorasiyasu təsərrüfatı sahəsində çalışıram. Başçılıq etdiyim kollektiv Hacıqabul rayonunun Pirsaat ərazisində müxtəlif bölgələrdən bura gəlib qışlama keçirən heyvandarlıq təsərrüfatlarını su ilə təmin edir. Ərzaq bolluğunun yaradılmasında heyvandarlıq təsərrüfatlarının daimi inkişafı mühüm əhəmiyyət kəsb edir. Yaxşı xatırlayırıq, işğaldan əvvəl Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı kimi ərazilərimiz heyvandarlığın inkişafına mühüm töhfə verirdi. Yay aylarında qoyun sürüləri zəngin otlaq yerləri olan bu rayonların çəmənliklərinə qaldırılır, çobanlar isti günləri cənnət guşələrdə keçirməklə yanaşı təsərrüfatın daha da varlanmasına nail olurdular. Bu gün ermənilər adı çəkilən rayonları tərk edərkən bütün imkanları ilə gözəl torpaqlarımızın təbiətinə, ekologiyasına ziyan vurur, qəsd edirlər. Bu, erməni xislətidir, onlardan ayrı heç nə gözləmək olmaz. Amma bu vandallar unudurlar ki, torpaq öz gözəlliyini onu sevənlərdən, qoruyanlardan, qədrini bilənlərdən əsirgəmir.

 

Torpaq - uğrunda ölən varsa, vətəndir. Vətən Müharibəsində şəhidlər verdik, yaralı qazilərimiz var. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq arzulayırıq. İdarəmizin kollektivi şəhid ailələrinə daima baş çəkməyi, qazilərimizin vəziyyəti ilə maraqlanmağı qarşıya məqsəd qoymuşdur. Ən böyük təsəlli Zəfər Paradımızın bizə bəxş etdiyi inamsevincdir. Zəfər çalan ölkənin qürurlu vətəndaşı olmaq ən böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi xalqımıza bəxş edən, böyük itki - qürur hissimizi özümüzə qaytaran möhtərəm Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna kollektivimiz adından dərin təşəkkürümü bildirirəm.

 

Mafisət CƏfƏrov,

Pirsaat Qış Otlaqlarının Su ilə Təminatı Sistemlərinin İstismarı İdarəsinin rəisi.

 

Respublika.- 2020.- 15 dekabr.- S.5.