Azərbaycan Ordusunun zəfəri

 

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistan silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycan bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərini əsas götürdü, 30 ilə yaxın davam edən Ermənistan-Azəbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail oldu. Füzuli, Qubadlı, Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Şuşa, Laçın işğaldan azad olundu, yurdumuzun həmin bölgələrində üçrəngli Azərbaycan bayrağı dalğalandı. Faşist xislətli ermənilərin cəfəngiyat planları alt-üst edildi.

 

Biz döyüş meydanında bir daha sübut etdik ki, Azəbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Qüdrətli ordumuz döyüş meydanında qələbə qazandı, siyasi müstəvidə zəfərə qovuşmaqla, torpaqlarımızı işğaldan azad etdi.

 

Azərbaycan Ordusu gücü, rəşadətli sayəsində beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlara çatdırdı. Azərbaycan yeni reallıqlar yaratdı. O reallıqları ki, erməni yalanları, mifi dağıdıldı, dünyaya göstərdi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədalətli, haqqı təmin edərək dünyaya sözün əsl mənasında tarix, hüquq dərsi keçdi.

 

Münaqişənin həlli prosesinin 30 ilə qədər uzanmasında işğalçı Ermənistanla yanaşı, problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri də az məsuliyyət daşımırlar. Bu məsələdə onlar ögey münasibət göstərdilər, ermənipərəst mövqelərini nümayiş etdirdilər.

 

Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması sevincini yaşamaqla yanaşı, eyni zamanda, 30 ildə kağız üzərində qalan bəyannamənin saxtalığını üzə çıxardı, bütün dünyaya Nikol Paşinyanın sarsaqlığını, kütbeyin olduğunu bəyan etdi.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də qeyd etmişdir ki, Azərbaycanın döyüş meydandakı qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi. Baxmayaraq ki, Azərbaycan daim sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib.

 

İşğalçı Ermənistan hər zaman demokratik dəyərlərə, beynəlxalq hüquq və prinsiplərinə hörmətsizliyi ilə diqqət çəkir, dünya isə susmağa davam edirdi.

 

Azərbaycanın yolu ədalət yoludur və beynəlxalq hüquq yoludur. Azərbaycan İkinci Qarabağ savaşında öz ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirdi, terrorçu Ermənistanın terrorçu ordusunun layiqli dərsi verildi, onların boş xülyaları reallaşa bilmədi...

 

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın tarixi zəfəri ilə birdəfəlik həll olunması bütün dünya azərbaycanlıları kimi, Moldovadakı soydaşlarımızı da sevindirir, biz qürur hissi keçirir, şanlı Azərbaycan ordusunu alqışlayırıq. Şəxsən mən bu günlər sonsuz fərəh içərisindəyəm. İşğaldan yeni azad olunmuş Laçındanam. Laçının hər qarışında ayaq izlərim var...

 

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir. Laçının zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri var. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır.

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində deyilir: “Bizim böyük çayımız - uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır. Bu da böyük strateji əhəmiyyətə malik olan məsələdir”.

 

30 ilin niskilinə son qoyuldu. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimiQarabağ Azərbaycandır!” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib.

 

 

 

Vüqar NOVRUZOV,

Moldova Respublikası adamı, Hüquq elmləri doktoru,

Respublikaordenli.

 

Respublika.- 2020.- 6 dekabr.- S.4.