Belə oğullarla fəxr edir Vətən!

 

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Döyüş meydanında müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın faşist xislətli ermənilərin işğalı altında olan şəhər, qəsəbə yaşayış məntəqələri, bir sıra strateji yüksəkliklərin əldə edilməsinə nail olan Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü. Bir sözlə, İkinci Qarabağ müharibəsi bir çox məqamlara işıq saldı.

 

Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması, Azərbaycan Ordusu, məğlubedilməz xalqdənizdən-dənizə”, “böyük Ermənistanyaratmaq xülyası ilə yaşayan ermənilərin döyüş meydanında dərsini verdi. Azərbaycan ədaləti, haqqı bərpa edərək dünyaya sözün əsl mənasında tarix, hüquq dərsi keçdi.

 

Müzəffər Azərbaycan ordusunun keçirdiyi uğurlu əməliyyatlar sayəsində neçə-neçə cəsur oğullarımız şəhidlik zirvəsinə ucaldı, ağır bədən xəsarəti aldı. İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucalan, öz ölümü ilə ölümsüzlüyə qovuşanlardan biri Könül ananın gözünün ağı-qarası olan, sidq ürəklə Vətənə, xalqa, Azərbaycana bağlı olan 21 yaşlı oğlu Tural Məmmədov oldu.

 

Tural Daşkəsəndə məktəbə getmiş, daha sonra təhsilini Abşeron rayonunun Mehdiabad kəndində davam etdirmiş, həmişə 1988-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalından zorla qovulan göyçəlilərin acı taleyi haqqında düşünmüş, həmişə erməni daşnaklarından qisas almaq barədə düşünmüş, İkinci Qarabağ savaşında qəlbinin hökmü ilə könüllü olaraq cəbhəyə yollanmış çox keçmədən ağır döyüşlərə atılmışdır.

 

Qovrula-qovrula, göynəyə-göynəyə, yana-yana həsrətini çəkdiyimiz müqəddəs torpağımız-qədim qala qapılarımız Şuşaya qovuşmaq üçün Tural da İkinci Qarabağ savaşında qüdrətli ordumuzun sıralarında olmuş, digər əsgərlərimiz kimi Şuşa uğrunda gedən döyüşlərdə milli heysiyyətimizi, tarixi qəhrəmanlıq ruhumuzu, rəşadətimizi ortaya qoymuş, çətin Şuşa əməliyyatında Göyçə qartalı kimi tanınmış, ən çətin məqamlarda düşmənin başına od ələmiş, döyüşlərdə ağır yaralanmış, qan itirmiş, gözləri qarşısında anası Könülü, sevimli tənha bacısı Yasəməni, Göyçənin Cil kəndindən olan qohum-dostlarını düşünmüşdür.

 

Tural döyüşlərdə 5 yaralı əsgəri güllə yağışı altından çıxarmış, 6-cı yaralını çıxardarkən qəfl güllə onu yaxalamışdır.

 

Şuşa uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhid olan Tural Məmmədovun son mənzili Xırdalan şəhərindəki Şəhidlər Xiyabanı oldu.

 

Şəhid anası Könül xanım, şəhid bacısı bu gün başlarını dik tutur, fəxr edirlər ki, qartal baxışlı, üçrəngli Azərbaycan bayrağını həmişə qürurla dalğalandıran Tural Vətənimizin azadlığı uğrunda şəhid olmuş, adı İkinci Qarabağ savaşına qızıl hərflərlə yazılmışdır.

 

Qədir ASLAN

 

Respublika.- 2020.- 6 dekabr.- S.5.