Yasamal rayon kitabxanaları 2019-cu ildə

 

2019-cu ildə MKS-ə daxil olan kitabxanalar oxuculara kitab verilmə məntəqəsi olmaqla yanaşı, mədəniyyət mərkəzlərinə çevrilmiş, ətrafına nəinki Yasamal rayonunun, eləcə də Bakı şəhərinin də sakinlərini cəlb etmişdir, il ərzində MKS-də müxtəlif təşəbbüslərin həyata keçirilməsi təcrübəsi toplanmışdır (mədəni istirahət, sağlam həyat tərzi, vətənpərvərlik, vətəndaşlıq, bədii, estetik, sosial tərbiyə), il ərzində əsas məqsəd MKS-in açıq təhsil məkanına çevrilməsi olmuşdur. Bunun üçün sosial partnyorluq (əməkdaşlıq) əlaqələri qurulmuşbu əlaqələr kitabxana - məktəbəqədər - məktəb səviyyəsi formasında həyata keçirilmişdir. Rayonun məktəb və məktəbəqədər müəssisələri ilə, ali məktəblərlə sıx əlaqələr MKS-in inkişafı üçün daha geniş və əlverişli şərait yaratmışdır.

Əməkdaşımız ötən ildə Yasamal rayon MKS-nin fəaliyyəti barədə daha ətraflı məlumat verməsini Mərkəzi Kitabxanalar Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadan xahiş etmişdir. O demişdir:

 

Hesabat ilində 1324 tədbir keçirilən Yasamal rayon MKS-in fəaliyyətinin 2019-cu ildə əsas istiqamətləri sosial layihələrin həyata keçirilməsi, oxuculara və istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətlərinin müasir informasiya texnologiyalarının tətbiqi sayəsində təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin formalaşdırılması və inkişafı, yazıçı-nəşriyyat-kıtabxana- oxucu sisteminin tətbiqi, kitabxananın pozitiv imicinin formalaşdırılması, KİV-lərlə qarşılıqlı əlaqənin qurulması, kitabxana əməkdaşlarının peşəkar səviyyəsinin yüksəldilməsi və “Nəsimi ilinin qeyd olunmasına dair tədbirlər planının həyata keçirilməsi, yubileylərin qeyd olunması olmuşdur.

2019-cu il üzrə Yasamal rayon MKS-inin fondu 338044 nüsxə, ümumi oxucu sayı 48626 nəfər, kitab verilişi 501518 nüsxə, oxucu gəlişi 150180 nəfər olmuşdur.

Cari ildə “Yasamal rayon MKS-ə daxil olan kitabxanaların İnkişaf Konsepsiyası (2019-2021-ci illər)” işlənib hazırlanmışdır. Konsepsiyanın layihəsi Bakı şəhər Mədəniyyət Baş idarəsinə göndərilmişdir. Konsepsiya Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kütləvi kitabxanaların 2019-2021-ci illərdə əsas inkişaf istiqamətlərini və perspektivlərini, onun reallaşdırılması zamanı həll ediləcək konkret məqsəd və vəzifələri müəyyən edir.

2019-cu ildə Yasamal rayon MKS-ində bir sıra layihələrin fəaliyyəti davam etdirildi, bir çox yubileylər, ədəbi hadisələr qeyd olundu. İl uğurla başa çatdı.

MKS-də Elektron kataloq yaradılmış və həmin kataloqlara 2351 adda 6259 kitab daxil edilmişdir.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Qazaxıstan Respublikasının Səfirliyi tərəfindən kitablar hədiyyə olunmuş, YakutskdaDünya xalqları dillərinin qorunması və kiberməkanda dil müxtəlifliyinin inkişafı: kontekst, siyasət, təcrübə” beynəlxalq konfransı keçirilmiş, A.S.Puşkinin 220 illik yubileyi ilə əlaqədar Bakı - Blaqoveşensk arasında telekörpü və “#PuşkinLike” Beynəlxalq müsabiqəsi təşkil edilmiş, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası “Udmurt Respublikasının Milli Kitabxanasının kitab dostları” virtual layihənin iştirakçısı olmuş, Cəfər Cabbarlının120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx Rusiya kitabxanalarında nümayiş olunmuş, “Bibliopoisk” axtarış sistemində istifadəyə başlanılmışdır. Səməd Vurğun adına Kiyev şəhər Kitabxanasına Azərbaycan haqqında kitablar göndərilmişdir.

2019-cu ildə “Yubileylər silsıiəsı” layihəsi (videoçarxlar, virtual kitab sərgiləri, fotoalbomlar), “Şair və yazıçı tribunası”, KitabxanadaBiblioemalatxana”, Mütaliə problemlərinin mətbuatda və sosial şəbəkələrdə müzakirəsi, Beynəlxalq layihələr, “Mədəniyyətlərin dialoqu”, “Yaradıcı oxucularımız”, “Yazarlar qonağımızdır”, “İstedadlı gənc yazarlara dəstək” (uşaq və yeniyetmələr üçün “Mirzə Şəfi Vazeh ədəbi məclisi” layihələri həyata keçirilmişdir.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Komplektləşdirmə və kitabişləmə şöbəsi fondun tərkibinin dəqiq işlənməsi, fonda yeni daxil olan hər bır ədəbiyyatın sistemləşdirilməsi, şöbələr üzrə bölünüb oxucuların istifadəsinə verilməsi, kataloqlarla müntəzəm aparılması istiqamətində fəaliyyət göstərir. Şöbəyə daxil olan ədəbiyyatın baş, əlifba və sistemli kataloqları zənginləşdirilmiş, onların İRBİS-64 proqramında qeydiyyatı aparılmışdır, il ərzində MKS-ə 764 adda 1441 nüsxə və elektron informasiya daşıyıcısı (749 adda 1412 kitab, 8 adda 10 kitabça. 2 adda 10 jurnal, 5 adda 9 CD) hədiyyə edilmişdir. Bakı şəhər Mədəniyyət Baş İdarəsindən MKS-in fonduna 42 adda 50 nüsxə 2757.30 manat məbləğində (iki min yeddi yüz əlli yeddi manat 30 qəp.) ədəbiyyat daxil olmuşdur.

Kitabxanaların fəaliyyətinin ən vacib işi oxuculara kıtabxana xidmətinin təşkilidir. Fəal oxucular kitabxananın keçirdiyi bütün kütləvi tədbirlərdə yaxından iştirak edirlər. MKS-də kitab təqdimatları, əlamətdar və tarixi günlərə, yubilyarlara, vətənpərvərliyə həsr olunmuş tədbir və sərgilər təşkil edilmişdir. Kitabxanada “nağıl saatları”, “rəsm saatları”, “məlumat saatları”, “ucadan oxu” və mütaliəyə həsr olunmuş tədbirlər keçirilir. Cari ildə bır sıra yubileylər qeyd olundu: İmadəddin Nəsiminin 650 illik yubileyi, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi, İsmayıl Şıxlının 100 illik yubileyi, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi, Məhsəti Gəncəvinin 930 illik yubileyis. Bu yubileylər ziyalıların, ictimaiyyət nümayəndələrinin, məktəblilərin, fəal oxucuların iştirakı ilə il ərzində qeyd olundu.

“Nəsimi ili” ilə əlaqədar ölkəmizdə silsilə tədbirlər təşkil edilmişdir. Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 65 adda müxtəlif tədbirləri özündə birləşdirən tədbirlər planı hazırlamışdır.

MKS-ə daxil olan M.Ş.Vazeh adına Yasamal Rayon Mərkəzi Kitabxanası və 4 kitabxana filialı tədbirlər planı hazırlamış, ədəbi-bədii gecələr, inşaşeir müsabiqələri, “dəyirmi masa” və “məlumat saatları” təşkil edilmiş səyyar kitab sərgiləri və “ucadan oxular keçirilmiş, interaktiv plakat, iki dildə vidoçarx hazırlanmışdır.

MKS-lərdə kitabxanaların fəaliyyətinin metodik təminatı kitabxananın bütün şöbələrinin işini əlaqələndirən Metodikabiblioqrafiya şöbəsinə həvalə edilmişdir. Şöbənin müdiri təşkilati-metodiki işlərin aylıq, illik, rüblükperspektiv planlarını tərtib edir, onların yerinə yetirilməsinə nəzarət edir. Həmçinin, keçirilən tədbirlərin sənədlərinin, metodik vəsaitlərin tərtib olunmasına və kitabxananın digər işlərinə dair metodik köməklik edir. Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabsevər uşaqlarYouTube kanalı və Facebook səhifəsi ilə birgə 2019-cu il 15-28 fevral tarixlərində “Bütün kıtabsevərlərə 23 sual” adlı viktorina keçirmişdir. Viktorina haqqında məlumat sosial şəbəkələrdə və KİV-lərdə yerləşdirilmişdir. Kitabxanada keçirilən tədbirlər, hazırlanan videoçarxlar, virtual sərgilər, virtual fotoalbomlar, digər materiallar MKS-ın Facebookİnstagram səhifələrində, YouTube kanalında paylaşıimışdır.

“Kitabsevər uşaqlarFacebook səhifəsi və YouTube kanalında oxucuların fəallığı təmin edilir, “Sərhədsiz informasiya tribunası” facebook qrupunda maraqlı məlumatlar yerləşdirilir.

Kitabxana-biblioqrafiya kitabxana işinin təşkilində, idarə edilməsində və oxuculara səmərəli xidmət işinin təşkilində texniki vəsaitlərin tətbiqinin nəzəri-metodiki və təcrübi cəhətlərini əhatə edən fəaliyyət göstərən şöbədir. Şöbə Mərkəzi Kitabxanada yerinə yetirilən işlərin informasiya texnologiyaları əsasında avtomatlaşdırılması işini yerinə yetirmişdir. AZLİBNET-dən istifadə edilməsi qaydaları öyrənilmiş, MKS-in Elektron kitabxanası üçün kitabların elektron variantı toplanmış, YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil olmuş Azərbaycan inciləri haqqında materiallar sistemləşdirilmişdir.

Respublika daxilində kitabxanalarla əməkdaşlığın genişləndirilməsi, virtual kitab mübadiləsinin inkişafı davam etdirilməkdədir.

Mərkəzi Kitabxanada həyata kəçirilən informasiyalaşdırma prosesi oxuculara onların tələbatına uyğun informasiya almaq imkanı verir. MKS-in http://yasamal.cls.az/ Veb-saytına şöbə tərəfindən nəzarət olunur, məlumatlar operativ yerləşdirilir. İnformasiya-resurs şöbəsində “Azərbaycan” və “Azərbaycanın görkəmli şəxsiyyətləri’ mövzusunda elektron kartoteka hazırlanmışdır.

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi məktəbəqədər yaşlı uşaqlara və əsasən 1-ci - 8-ci sinif şagirdlərinə xidmət edir. Şöbədə Azərbaycan, rusxarici dillərdə ədəbiyyatlar, həmçinin CD və DVD-lər var. Uşaq şöbəsi uşaqlara kitabxana xidmətini təşkil edir, şagirdlərin mütaliəyə cəlb olunmasına çalışır, uşaq ədəbiyyatını təbliğ edir. Şöbə öz işini ədəbiyyatın komplektləşdirilməsini, işlənməsini və istifadəsini, soraq-biblioqrafiya, informasiyametodik işı həyata keçirən şöbələr ilə sıx əlaqədə təşkil edir.

2019-cu ildə Uşaq şöbəsi uşaqların mütaliəyə marağını artırmaq kitab oxumağı onlara sevdirmək məqsədi ilə bir sıra maraqlı yeni layihələr hazırlamış, maraqlı tədbirlər, uşaqların sevimli yazıçıları ilə görüşlər keçirmişdir.

MKS-ə 4 kitabxana filialı daxildir: Ə.Vahid adına 1 ¹-li kitabxana filialı, A.Şaiq adına 2 ¹-li kitabxana filialı, Q.Musabəyov adına 3 ¹-li kitabxana filialı, X.B.Natəvan adına 4 ¹-li kitabxana filialı. Filiallarda fondun ümumi həcmi 274874 nüsxədir. Kitabxana filiallara 644 nüsxə yeni ədəbiyyat verilmişdir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar kitabxana filiallarında tədbirlər, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya, sərgi və söhbətlər, “ucadan oxu” və qəzəl müzakirələri keçirilmişdir. Kitabxana filiallarında oxucuların asudə vaxtlarının səmərəli təşkili məqsədilə səyyar kitab sərgiləri, evdə xidmət, “ucadan oxular, yubilyarlara, mütaliəyə, vətənpərvərlik mövzusuna, anım günlərinə həsr olunmuş tədbirlər keçirilir. Filiallarda, həmçinin, kiçikyaşlı oxucular üçün “nağıl saatları” təşkil edilir.

 

Hazırladı:

Zabit CAVADOV

 

Respublika.- 2020.- 2 fevral.- S.3.