Təcrübəli inşaatçı, xeyriyyəçi, el ağsaqqalı

 

Qəlbində mərhəmət, humanizm duyğuları varsa, sənin xeyirxah əməllərində öz təcəssümünü tapacaq nə vaxtsa. Bax, bu duyğularla kiminsə sınıq qəlbini ovunduracaq, insanlara sevgi bəxş edəcəksən. Xeyirxahlıq içdən gəlir və o insanın rütbəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı deyil. Təki istək olsun!

Bu gün ömrünün müdriklik çağını yaşayan Calal Qurbanov da xeyirxah əməlləri ilə tanınan, sevilən insanlardandır. Müxtəlif hallar üzündən həyatda çətin vəziyyətə düşmüş insanların problemlərinə həmişə diqqətlə yanaşan Calal müəllim öz xeyirxah niyyətlərini, istəklərini, imkan və qabiliyyətini tətbiq etmək üçün ən ağrılı sahəni seçib. Valideyn himayəsindən, ata-ana sevgisindən məhrum uşaqlara hayan durmaq. Kimsəsizlərə, əlsiz-ayaqsızlara kömək etmək onun həyat amalıdır. Artıq neçə illərdir ki, işlədiyi təşkilat onun təşəbbüsü ilə Şüvəlandakı 1 və Xətai rayonundakı 3 saylı uşaq evlərini hamiliyə götürüb. Bayramlarda, tarixi günlərdə bu müəssisənin qonağı olmaq, buranın sakinlərinə baş çəkmək artıq bir ənənəyə çevrilib. Yaşının, işinin çoxluğuna baxmayaraq, bu müqəddəs xeyirxah işin başında özü dayanır. Buradakı uşaqlarla elə doğmalaşıb ki... Təkcə müəyyən günlərdə deyil, boş vaxtlarında da buraya gəlir. Uşaqlar da onun gəlişini səbirsizliklə gözləyirlər. Bilirlər ki, “Calal babaheç vaxt əliboş gəlmir, hədiyyə xurcunu həmişə dolu olur.

 

 

Atılmış, kimsəsiz, həyatın bu sərt sınağına çəkilən uşaqların üzlərində sevinc görəndə, onun da sevinci yerə-göyə sığmır. Bu xeyriyyəçilik əməllərinə görə “Hacı Zeynalabdin Tağıyev” mükafatına layiq görülən Calal müəllimin həyat yoluna gəlin birlikdə nəzər salaq.

Calal Bilal oğlu Qurbanov 1935-ci il mart ayının 1-də qədim Bərdə torpağında doğulub. Müharibə illərinə təsadüf etdiyindən uşaqlıq illəri çətin keçib. 1952-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. Azərbaycan Sənaye İnstitutunun mexanika fakültəsinə qəbul olunub. 1957-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək təyinatla Artyom (indiki Pirallahı) adasına göndərilib. Neft mədənlərində üç il fəhlə işləyib. Bu, o çağlar idi ki, Bakının neft sənayesində bütün ölkədə məşhur olan qüdrətli sənayeçilər, mütəxəssislər çiyin-çiyinə çalışırdılar.

ArtyomneftNeft Mədənləri İdarəsində üç il çilingər vəzifəsində işləyən Calal Qurbanov 1960-cı ildən Sənayetikinti Nazirliyinin 2 nömrəli Dəmir Beton Məmulatları zavodunda baş mexanik, “Azərbaycan nəqliyyat tikinti” trestində idarə rəisi, Kənd Tikinti Nazirliyinin “Azərbaycan kənd tikinti mexanizasiya” trestində rəis, SSRİ Nəqliyyat Tikinti Nazirliyinin Bakı KörpüTunel dəmir-beton konstruksiyaları zavodunun direktoru vəzifələrində işləyib. O, tükənməz enerjisi və bacarığı, yüksək təşkilatçılıq keyfiyyəti ilə yavaş-yavaş şöhrətin zirvəsinə ucalırdı. 1983-cü ildə Bakı şəhəri Xətai rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri seçilib. Bu, həmin dövr üçün yüksək vəzifə sayılırdı və bir əməksevər, vicdanlı insanın şücaətlə, hünərlə keçəcək ömrünün ilk işartıları idi. Bundan sonra o, 1985-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev diplomuna layiq görülüb. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub, 1991-ci ildə Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. 1992-ci ildən 1997-ci ilədək Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Tikinti və Abadlaşdırma İdarəsinə başçılıq edən Calal Qurbanov 1997-ci ildən Bakı Tikinti və Şəhərin İnkişafı Departamenti direktorunun birinci müavinidir.

Calal müəllim deyir: Ulu öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra həyatın bütün sahələrində, o cümlədən tikintidə də islahatlar aparılmağa başlandı. Şəhər tikintisinin fəaliyyətini tam bərpa etmək və bu sahədə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmək üçün 1997-ci ildə Bakı Tikinti və Şəhərin İnkişafı Departamenti yaradıldı. Ötən müddət ərzində şəhərin tikinti kompleksinin dirçəlişi və tənəzzülün dayandırılması sahəsində müəyyən aparılmışdır. Müəssisə, idarə və təşkilatlarımız tərəfindən xeyli miqdarda tikinti-quraşdırma və təmir-tikinti işləri yerinə yetirilib. Məsələn, şəhid ailələri üçün yaşayış evləri, Bibiheybət məscidinin, radioaktiv tullantılar zavodu üçün məntəqənin tikintisini, Abşeron Regional Səhmdar Su Cəmiyyətinin ofisinin yenidən qurulmasını, “Şəhidlər Xiyabanı”ndakı “Əbədi məşəl” memorial kompleksinin, dənizkənarı parkın abadlaşdırılmasını bizim departament həyata keçirib. BurayaAztelekoma, Buzovnadakı BAİB zavoduna, rabitə nazirliyinə məxsus yaşayış evləri, Binəqədi rayonunda əlil döyüşçülər üçün yataqxana, “Qanlıgöl”ü Bakı şəhər kanalizasiya xəttinə birləşdirən yeraltı kollektors. daxildir. Yaxşı xatirimdədir, 1969-cu ildə ulu öndərimiz Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra həyata keçirdiyi ilk tədbirlərdən birihava limanına gedən Bakı-Binə yolunun yeni layihə əsasında tikintisi oldu. Sabunçu dəmir yolu üstündə yaraşıqlı körpü tikildi, hava limanına gedən yolun qırağında meşə zolağı salındı, işıqlar çəkildi. Bundan sonra Moskva (indiki Xətai) prospektizavodlar tikildi. Bakıda mənzil tikintisi geniş vüsət aldı. Şəhərin yaşıllığına xüsusi fikir verilirdi.

O illər ərzində görülən ən mühüm işlərdən biri də dəmir yolunun salınmasıdır. Yevlax-Ağdam, Yevlax-Balakən dəmir yolları xalqımız üçün böyük hədiyyə idi. Bakının rayonlarının sayı artdı, yeni mikrorayonlar salındı. Bir sözlə, nəhəng tikinti işləri aparmaq üçün lazımi baza yaradıldı. Hər il Bakıda 500 min kv.m. mənzil istifadəyə verilirdi. Bütün bunlar hamısı Heydər Əliyevin rəhbərliyi və Bakı inşaatçılarının gərgin əməyi hesabına həyata keçirilirdi.

Bakının mərkəzində indiki Prezident aparatının bünövrəsi qoyulanda mən də orada olmuşam. Ulu öndər bu işi Nəqliyyat Tikinti trestinə tapşırmışdı. Onu da qeyd edim ki, bu trestin kollektivi dəniz vağzalını, aeroport vağzalını, “Azərbaycan”, “Abşeron”, “Moskva”, “Bakı” mehmanxanalarını, Milli Məclisin, akademiyanın, universitetlərin, institutların və s. mühüm dövlət əhəmiyyətli binaların tikintisini aparmışdı.

Calal müəllimin bu obyektlərin əksəriyyətinin tikintisində rolu, əməyi böyükdür. O, işlədiyi bütün müəssisə və təşkilatlarda fədakar əmək nümunəsi göstərmiş, rəhbərlik etdiyi tikinti təşkilatları dövlət əhəmiyyətli yüzlərlə obyektin ucaldılmasında fərqlənmişdir. Onun fəaliyyəti Bakı ilə məhdudlaşmırdı, respublikanın elə bir bölgəsi, rayonu yoxdur ki, Calal müəllimin oraya ayağı dəyməsin. Naxçıvan Muxtar Respublikasında, Şəkidə, Cəlilabadda, Masallıda, Siyəzəndə, Şamaxıda, Gəncədə, Salyanda, Sabirabadda, Ağdamda, Qazaxda, Ağstafada, Tovuzda, Yevlaxdabaşqa yerlərdə onun izləri qalıb. Çoxmərtəbəli yaşayış binaları ucaldıb, yollar çəkib, körpülər salıb. İnşa etdiyi sosialyönümlü obyektlərin sayı-hesabı yoxdur. Quşçuluq, heyvandarlıq komplekslərinin yaradılmasında, şərabçılıq zavodlarının tikilib quraşdırılmasında onun xüsusi əməyi olub. Özünün dediyi kimi, ümummilli liderimizin ölkəyə rəhbərliyinin birinci dövründə ildə 300-dən çox irili-xırdalı buraxılış obyektini yüksək keyfiyyətlə təhvil veriblər.

Bakıda ucaltdığı binaların önündən keçəndə ürəyi fərəh hissi ilə döyünür. Şəhərin bütün rayonlarında aparılan tikinti-abadlıq işlərinə rəhbərlik edən Calal müəllim buna görə də az qürur hissi keçirmir. Onun tikib qurduqlarının ən çoxu Xətai rayonunun payına düşür: Babək, Fəhlə prospektləri, Əhmədli, Günəşli qəsəbələri məhz onun rəhbərliyi altında yenidən qurulub, müasir görkəm alıb. Rayona çəkilən 4-cü magistral su kəmərinin müəllifi də Calal müəllimdir.

Ümummilli liderimiz Heydər Əliyev məktəbini keçən Calal Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın rifahı naminə ölkəmizin sosial-iqtisadi inkişafı yolunda bu günyorulmadan çalışır.

85 yaşını qeyd etməyə hazırlaşan bu el ağsaqqalı ömrünün 60 ilini tikib qurmağa həsr edib. Calal müəllim həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Almaz xanımla birgə iki övlad böyüdüb boya-başa çatdırıblar.

Qızları Vəfa Qurbanova Azərbaycan Tibb Universitetini bitirib, elmlər namizədidir. Oğlanları Elçin Qurbanov isə Moskva Energetika İnstitutunu bitirib, texniki elmlər doktorudur. Calal müəllim həm gözəl, mehriban bir babadır. Fuad, Cavid, Calal, Aydan adlı 4 nəvəsi, Aliyə adlı isə 1 nəticəsi var.

Təcrübəli inşaatçı, xeyriyyəçi, el ağsaqqalı Calal Qurbanova bundan sonra da uzun ömür, cansağılığı arzulayırıq, Vətəninin inkişaf, tərəqqi etməsi yolunda ömür sərf edənlər heç vaxt unudulmur.

 

Z.QURBANQIZI

 

Respublika.- 2020.- 28 fevral.- S.6.