İnkişaf tempi artır

 

Bakının Yasamal rayonunda sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsinə maksimum səy göstərilir, ekoloji tarazlığın qorunub saxlanılması üçün geniş abadlıq işləri aparılır, insanların həyat tərzi yaxşılaşır.

Bu günlərdə rayon icra hakimiyyətində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirildi.

Yığıncaqda rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Toplantıda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov hesabat məruzəsi ilə çıxış edərək vurğuladı ki, 2019-cu ildə 404 106 200 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Nəqliyyat sektorunda xidmətlərin həcmi 1,4 faiz artaraq 2 506 964 400 manat, rabitə xidmətlərinin həcmi 5 faiz artaraq 718 650 700 manat olmuşdur. Əsas kapitala 905 354 800 manat məbləğində vəsait yönəlmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artım deməkdir.

Tikinti müəssisələrinin öz gücləri hesabına yerinə yetirdikləri podrat işlərinin həcmi 850 525 500 manat məbləğində qeydə alınmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 785 002 700 manata bərabər olmuşdur ki, bunun da 10,6 faizi dövlət müəssisələrinin payına düşmüşdür. İaşə müəssisələrinin dövriyyəsi 68 177 000 manata bərabər olmuşdur. Muzdlu işçilərin sayı 40,2 faiz artaraq 148 105 nəfərə, işçilərin orta aylıq əməkhaqqı 686 manata bərabər olmuşdur.

Ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti rayon sakinlərinin sosial problemlərinin əsaslı surətdə aradan qaldırılması ilə bərabər məşğulluq məsələlərinin müsbət həllini prioritet vəzifələrdən biri hesab edir. Hesabat dövründə Yasamal rayon Məşğulluq Mərkəzinə 8720 nəfər vətəndaş müraciət etmiş, onlardan 8576 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınmış, 4332 nəfər daimi işlə, 2006 nəfər isə ötən ildən fəaliyyətə başlamış ilk DOST Mərkəzi tərəfindən sosial işlərlə təmin olunmuşlar.

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətin 2 saylı Poçt filialı xidmətlər vasitəsi ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ötən ildə 80212 manatya 4,8 faiz daha çox, 2 202 500 manat gəlir əldə etmişdir.

“Bakıtelefonrabitə” Məhdud Məsuliyyətli Cəmiyyətin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin abunəçilərinin sayı ötən ildə 155 960 nəfər olmuşdur. Əvvəlki ilin yekunlarına görə 2019-cu ildə Mərkəzin xidmətlərindən daxil olan vəsait 11,79 faiz, yəni 2 014 200 manat artaraq 19 096 600 manat məbləğində gəlir əldə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış məhəllələrinin abadlaşdırılması istiqamətində işlər davam etdirilərək cari ildə 18 ünvanda abadlıq işləri görülmüşdür. Yeni Yasamal-2 yaşayış massivində 4 və 5, 8 və 9 nömrəli evlərin, Parlament prospekti 2, 4 və 6 B nömrəli evlərin qarşısında, Talıblı küçəsi 36, 40 və 42, H.Zərdabi küçəsi 77, 81, 81 A və 87 nömrəli evlərin ətrafında, Yeni Yasamal-1 yaşayış massivində 1, 2, 3, 4, 7, 8, 10, 11 və 12 nömrəli evlərin həyətlərində abad məhəllələr yaradılmışdır.

H.Cavid prospekti, Ə.Ələkbərov, T.Şahbazi küçəsi, Ə.Haqverdiyev, Eldar Ağayev küçələrində, 333-cü məhəllədə və digər ünvanlarda 8500 kv.m asfalt örtüyü təmir olunmuşdur.

Yasamal rayonu ərazisində inşa edilən “Pilot layihə”lərdən dördü: A.M.Şərifzadə küçəsi 86, A.M.Şərifzadə küçəsi 122 nömrəli 2 girişli, Akim Abbasov küçəsi 3, Əhməd Cəmil küçəsi 21 və 23, 23 A, 23 B nömrəli 4 girişli binalar istismara qəbul edilmiş və sakinlərə mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin təqdim edilməsinə başlanmışdır. A.M.Şərifzadə küçəsi 162 və 174 nömrəli 2 ədəd 4 girişli yaşayış binalarına Fövqəladə Hallar Nazirliyindən hazırlıq aktı alınmış və onların istismarına icazə verilməsi üçün sənədlər hazırlanır. Digər layihələrin icrası ilə əlaqədar işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən “Pilot Layihə”lərin icrası uğurla davam etdirilir. A.M.Şərifzadə küçəsi 104 və 110 nömrəli evlərin layihələndirmə işləri başa çatdırılaraq tikintinin başlanmasına icazə verilmişdir.

Sovetskiadlanan ərazidə əvvəlki mərhələdə sökülərək boşaldılmış ərazidə abadlıq işləri başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mayın 22-də Yasamal rayonu ərazisində yerləşən “Təzəpir” məscidinin qarşısındakı yeni parkın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak etmişlər.

Yasamal rayonunda dövlət əhəmiyyətli bir tədbirin - Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Qanlı Gölün şimal hissəsində 11,6 hektar torpaq sahəsində yaşayış kompleksinin tikintisi başa çatdırılmışdır. 2019-cu il sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yaşayış kompleksində istifadəyə verilən 161 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişlər.

Yasamal rayon Enerji Satışı və İstismarı İdarəsi, Su-kanal idarəsi və Bakı Regional Qaz Departamentinin Mərkəzi Rayonlar üzrə Texniki İstismar Xidməti tərəfindən əhaliyə göstərilən kommunal xidmətlər sahəsində ciddi problemlər müşahidə olunmamışdır.

Yasamal rayon GigiyenaEpidemiologiya Mərkəzi tərəfindən rayon əhalisinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin profilaktikası istiqamətində bir sıra işlər görülmüşdür.

Bu gün ən aktual məsələlərdən biri olan qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə rayon icra hakimiyyəti tərəfindən Qida Təhlükəsizliyi Agentliyi ilə bərabər ət kəsimi yerlərinin müəyyən olunması məqsədi ilə işlər aparılaraq aidiyyəti üzrə təkliflərlə müraciət olunmuşdur.

Yasamal bələdiyyəsi tərəfindən müəyyən sosialyönümlü tədbirlər həyata keçirilmiş, vergiyə cəlb olunan hüquqi, fiziki şəxslərdən və rayon sakinlərindən qanunvericiliyə uyğun olaraq vəsait toplanması əsasən təmin edilmişdir.

Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən ötən ildə bir çox səmərəli tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

Ötən ildə tarixi, əlamətdar bayram günlərinə həsr olunmuş tədbirlər davam etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ötən ildə fevral ayından başlayaraq rayonun səhiyyə müəssisələri tərəfindən əhalinin icbari tibbi müayinəsi tədbirlərinə başlanılmış, müəyyən olunmuş müddət ərzində icbari tibbi müayinə tədbirləri rayonun səhiyyə müəssisələri tərəfindən başa çatdırılmışdır.

2019-cu ildə rayon icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan 4029, 2018-ci ildə 3116 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin böyük əksəriyyətinə 15 günü, əlavə araşdırma və yoxlama tələb edən müraciətlərə isə 30 günü müddətində baxılması əsasən təmin edilmişdir. Burada birmənalı şəkildə bildirməliyəm ki, ötən ilin sonundan başlayaraq sakinlərin rayon icra hakimiyyətinə kütləvi surətdə müraciətləri müşahidə olunur. Hesab edirəm ki, vətəndaşların müraciətlərinin kəskin şəkildə artması Yasamal Rayon İcra Hakimiyyətinə etimadın artmasının göstəricisidir.

Rayon icra hakimiyyəti başçısının ötən ildə rayon sakinləri ilə 42 səyyar qəbul-görüşü keçirilmişdir, burada 7000 nəfərdən çox sakin iştirak etmiş, onlar tərəfindən 715 müxtəlif məsələlərlə bağlı rayon icra hakimiyyətinin başçısına müraciət edilmiş, müraciətlər demək olar ki, öz müsbət həllini tapmışdır.

Ötən il dekabrın 23-də ölkəmizdə, o cümlədən rayonumuzda bələdiyyə seçkiləri keçirildi və artıq rayon bələdiyyəsi yeni tərkibdə fəaliyyətə başlamışdır. Bu il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Ölkə üzrə seçki dairələrinin mütləq əksəriyyətində olduğu kimi rayonumuzdakı seçki dairələrində də seçkilər tam şəffaf və demokratik şəraitdə keçirildi.

Toplantıda rayon polis idarəsinin rəisi Cəmil Əmirov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, 1 saylı Dayanıqlı və Operativ Sosial Təminat Mərkəzinin direktoru Elvin Bayramov, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov çıxış etdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yığıncağı yekunlaşdıraraq vurğuladı ki, 2020-ci ildə rayonda uğurlu nəticələrə imza atılacaq, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr uğurla icra olunacaq.

Toplantının sonunda Prezident İlham Əliyevə yığıncaq iştirakçıları tərəfindən müraciət qəbul edildi.

 

Qədir ASLAN

 

Respublika.- 2020.- 29 fevral.- S.7.