Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir

 

Ötən  XX əsrin 30 ili Azərbaycan tarixi üçün Heydər Əliyev dövrü olub. Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi  hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki  misilsiz xidmətləri ilə  hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.

 

Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir. Ulu öndərimiz birinci dəfə hakimiyyətə gələndə -  60-cı illərin axırlarında  Azərbaycan iqtisadi  və mədəni tənəzzül   dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı.

 

1969-cu il Azərbaycanın ən yeni tarixinə dönüş ili kimi düşmüşdür. Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il tarixli plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdi. Həmin plenumda ulu öndər  qarşıda duran mürəkkəb və çətin məsələlərin həlli, bir sıra ciddi problemlərin aradan qaldırılması üçün səylə işləyəcəyini, yüksək etimadı doğrultmağa çalışacağını vurğulamış,  qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etmişdi.

 

Bu, bir həqiqətdir ki, ümummilli liderin fəaliyyəti sayəsində 1970-1982-ci illər baş vermiş müsbət dəyişikliklərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifələrdir. Məhz həmin illərdə böyük ictimai-siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ rəhbərliyi Azərbaycan iqtisadiyyatının hərtərəfli tərəqqisini və dinamik inkişafını nəzərdə tutan xüsusi qərarlar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti var idi. Bu gün əminliklə demək olar ki, indiki mərhələdə Azərbaycanın dövlət suverenliyiiqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə - 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır. 1969-cu ilin 14 iyul tarixi xalqımızın yaddaşına əbədi yazılıb.

 

Türk dünyasının görkəmli elm adamı və ictimai xadimi, bütün türk xalqlarının misilsiz təəssübkeşi olan İhsan Doğramacı çıxışlarının birində qeyd etmişdi ki, Azərbaycan xalqı iyirminci əsrdəki milli qurtuluşunun tarixini əslində 1969-cu ilin yayından hesablamalıdır. Çünki həmin tarixdə siyasi hakimiyyətə gələn Heydər Əliyev sözün həqiqi mənasında böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə, misilsiz inkişafa nail olmuşdu.

 

Xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi, bənzərsiz  şəxsiyyətlərdəndir. Müasir Azərbaycan dövlətinin bütöv bir qərinəsini əhatə edən tarixi taleyi, bu illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatımızın bütün sahə və istiqamətlər üzrə dirçəlişi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır.

 

Ulu öndərimiz Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda hakimiyyətə gəldiyi və Azərbaycan KP MK-nın birinci katibi təyin olunduğu gün həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşlarda əbədi qalıb.  Dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişafintibah epoxasının başlanğıcını qoyub. 1969-cu ildə respublikamıza rəhbərliyinin elə ilk günlərindən Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqımızın inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi. Ulu öndərin rəhbərliyi illərində həyata keçirilən işlər Azərbaycanda böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan İttifaqın tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan, daim inkişaf edən respublikaya çevrildi.

 

Ulu öndərin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan İttifaq respublikaları arasında ən öncül yerlərdə idi. Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz Heydər Əliyevin sayəsində ötən əsrin 70-80-ci illərində qoyuldu və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradıldı. Yalnız sosial-iqtisadi yüksəliş deyil, o dövrdə  milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin misilsiz xidmətləridir.

 

Heydər Əliyevin fəaliyyəti dövründə əsas diqqət yetirdiyi sahələrdən biri də məhz Azərbaycanda dövlət dili siyasəti idi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə dövlət dili kimi təsbitlənməsi və qorunub saxlanılması istiqamətində  nümayiş etdirdiyi rəşadəti xatırlatmaq kifayətdir. Bu mənada Heydər Əliyevin sovet hakimiyyəti illərində ölkəmizə rəhbərliyini Azərbaycanın milli intibah dövrü kimi də səciyyələndirmək olar.

 

Heydər Əliyevin 1982-ci ildə Siyasi Büronun üzvü seçilməsi və SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində təmsil olunmasının milli qüruriftixar hissi yaradan amil kimi mühüm rolunu da xüsusi vurğulamaq vacibdir. Ümummilli lider Heydər Əliyevin dünyanın iki super dövlətindən birinin rəhbərlərindən olması həm də xalqımızın bəşəri miqyasda tanınması, onun gələcəyinə hesablanan  gerçəkliyinin dərk olunması idi.

 

Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdurola da bilməz.

 

XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz lideri unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında birona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub.

 

Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” - deyə böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Şükürlər olsun ki, ulu Tanrı xalqımıza Heydər Əliyev dühası kimi böyük şəxsiyyət qismət edib. Bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş ümummilli liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada ümummilli liderimizin izi olmasın. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz Heydər Əliyevin qüdrətli əlləri ilə hörülüb.

 

Ümummilli liderimizin bizə ərməğan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızın elə bir sahəsini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin hərarəti duyulmasın. Ulu öndərimizin hələ 20 il bundan əvvəl uzaqgörənliklə müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xaricidaxili siyasət kursu, milli neft strategiyası bu gün öz möhtəşəm bəhrələrini verir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri Heydər Əliyevin milli neft strategiyasının təntənəsi, Azərbaycanın xoşbəxt gələcəyinin möhkəm bazası və möcüzəli açarıdır. İndiyədək əldə etdiyimiz bütün bu möhtəşəm nailiyyətlərin təməlində ümummilli liderimiz, dünya səviyyəli siyasətçi, dövlət xadimi Heydər Əliyevin Azərbaycanın nəinki bugünkü, hətta bir neçə əsr bundan sonrakı inkişafını da təmin etməyə qadir olan siyasi kursu, milli konsepsiyaları dayanır. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. Ulu öndərimiz hakimiyyətdə olduğu bütün dövrlərdə - 1970-80-ci illərdə, həm də müstəqillik dövründə Azərbaycanın və xalqımızın hərtərəfli inkişafında çox mühüm rol oynayıb. Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir. Ulu öndərimizin siyasəti yaşayır, möhkəmlənir və zənginləşir.

 

Azərbaycanda möhkəm nizam-intizam, qayda-qanun yaradıldı. Heydər Əliyev Azərbaycanı geri qalmış aqrar bir respublikadan keçmiş İttifaqın sənaye cəhətdən inkişaf etmiş bir respublikasına çevirə bilmişdi. Tükənməz enerjisi, qeyri-adi təşkilatçılıq bacarığı ona hər yerdə böyük hörmət gətirmişdi, dünyanın ən qabaqcıl siyasətçiləri onunla hesablaşırdılar, bu böyük şəxsiyyətə layiq olduğu yüksək ehtiram göstərirdilər.

 

1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə irəli çəkilməsi onu deməyə tam əsas verir ki, bu böyük dövlət xadiminin hakimiyyətə gəlişi mühüm tarixi zərurətdən doğub. Heç də təsadüfi deyil ki, bu illər tariximizin Heydər Əliyev dövrü adlandırılır. Bu, millətin gələcək liderinin qarşıdakı bir çox illər üçün xalqın etimadını qazanmaq yolunda ilk addımı idi. Heydər Əliyev 14 il Azərbaycan KP MK-nın birinci katibi oldu. Bu vəzifədə onun yüksək təşkilatçılıq bacarığı, islahatçı dövlət xadimi kimi istedadı özünün parlaq təcəssümünü tapdı.

 

1982-ci ildə Siyasi Büroya üzv seçilərək SSRİ-ni idarə edən vəzifəli şəxslərdən biri olarkən bu dahi siyasətçinin potensialı daha geniş miqyasda üzə çıxdı. Heydər Əliyevin SSRİ rəhbərliyinə irəli çəkilməsi Azərbaycanı dünyaya tanıtdırmaq üçün əlavə imkanlar demək idi və o, vətənini, xalqını dərindən sevən insan kimi, yaranmış imkanlardan maksimum istifadə etməyi bacarırdı. Azərbaycanlı Heydər Əliyevin Siyasi Büro üzvü seçilməsi və ittifaq rəhbərliyində yüksək vəzifə tutması mühüm siyasi hadisə və xalqımız üçün böyük iftixarqürur mənbəyi idi. Azərbaycan xalqının milli özünüifadəsi və inkişafı faktının təsdiqi idi. Heydər Əliyev Sovet İttifaqının rəhbərləri arasında öz erudisiyası və qabiliyyətləri ilə seçilirdi. Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət, sözün əsl mənasında, şəksiz lider idi.

 

Sirr deyil ki, ulu öndərimizin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizdə keyfiyyətcə yeni epoxanın, Azərbaycanı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 70-80-ci illər respublikamızın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, sosial-iqtisadi və mədəni sahələrdə aparılan dərin islahatların xarakterinə, xalqın maddi rifah halının yaxşılaşdırılmasına və yeni mərhələyə keçirilməsinə görə həmin illər müasir tariximizdə  ən mühüm yerləri tutur.

 

Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Əminik ki, ulu öndərimizin bütün arzuları çin olacaq və Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda hakimiyyətə gəldiyi gün həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşlarda əbədi qalıb.  Dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişafintibah epoxasının başlanğıcını qoyub. Heydər Əliyev hələ sovet rejimi şəraitində bəşəriyyətin ən aktual çağırışlarına cavab vermək iqtidarında olan müasir ruhlu yeni rəhbər nümunəsi idi.

 

Vəli ALBƏNDOV,

 

Qarabağ-E.RMMC-nin baş direktoru,

 

Əməkdar mühəndis,

 

Yeni Azərbaycan Partiyasının üzvü.

 

Respublika.- 2020.- 11 iyul.- S.4.