Qurtuluşdan başlanan dinamik tərəqqi yolu

 

Tarix sübut edir ki, müdrik və təcrübəli dövlət xadimləri ən ekstremal şəraitlərdə çətin vəziyyətdən az itki ilə çıxış imkanına malik olmaqla optimal qərarlar qəbul edir, həyatlarını riskə atmaqdan belə çəkinmirlər. Azərbaycan xalqının tarixində böyük iz qoymuş ulu öndər Heydər Əliyev də 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi çətinlikləri, maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan millət fədaisi, sərkərdə və lider kimi xatırlanır.

 

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, defakto bu niyyətini reallaşdıra bilməmiş, hakimiyyəti ələ keçirən naşı və səriştəsiz qüvvələr ölkənin keyfiyyətcə yeni mərhələdə üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmişdilər. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğunhüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

 

Belə bir ağır durumda hakimiyyətini zorla qorumaq üçün silaha əl atan AXC-Müsavat rəhbərləri 1993-cü ilin iyun ayının əvvəllərində Gəncədə ciddi hərbi-siyasi məğlubiyyətlə üzləşdikdən sonra ölkədə vəziyyət daha dramatik hal almış, respublika vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstemal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyevdir!

 

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi isə onun sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin gün yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı. Bu qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etmişdir. Bu da təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi respublikanın çağdaş tarixində DönüşQurtuluş Mərhələsi kimi dəyərləndirilir.

 

Ulu öndər Heydər Əliyev bu mərhələdən bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur.

 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ötən müddətdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi sahəsində genişmiqyaslı işlər görülmüş, müstəqil məhkəmə hakimiyyəti formalaşdırılmışdır. 1998-ci ilin 1 dekabrında “Məhkəmələr və hakimlər haqqında” qanunun qəbulu ulu öndər Heydər Əliyevin Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyi naminə böyük siyasi iradə və qətiyyət nümayiş etdirdiyini bir daha təsdiqləyir. Qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, hakimlərin siyasətsizləşdirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddisosial təminatlarının nəzərdə tutulması tədbirləri vasitəsilə hüquqi dövlətə xas olan məhkəmə sistemi müstəqilliyinin əsas prinsiplərini müəyyən etmişdir.

 

Ulu öndərin hüquqi dövlət quruculuğu sahəsində mühüm addımlarından biriKonstitusiya islahatlarının həyata keçirilməsi olmuşdur. 2002-ci ildə Əsas Qanuna xalqın idarəsi əsasında edilmiş dəyişikliklər siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, Respublika ProkurorluğununAli Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malik olması, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması kimi vacib məsələləri əhatə edirdi.

 

2003-cü ilin 15 oktyabrından bu islahatları uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilməsinə xidmət edən tədbirlər genişləndirilmişdir. Görülmüş tədbirlər nəticəsində “Məhkəmələr və hakimlər haqqında” qanun əsaslı şəkildə yenilənmiş, “Məhkəmə-Hüquq Şurası haqqında” yeni qanun, “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”, “Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları”, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir və hazırda uğurla tətbiq olunmaqdadır.

 

Hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin Seçki Komitəsınin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi ötən illərdə 400-dən çox hakimliyə namizəd ən şəffaf və mütərəqqi üsulla seçılərək hakim vəzıfələrinə təyin olunmuşlar. Bundan başqa, bir çox hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini istiqamətində mühüm addımlardan biridir.

 

Xüsusi vurğulamaq istərdik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların uğurla həyata keçirilməsi prosesində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun yüksək təşkilatçılığı, dövlət mənafelərinə sadiqliyi də əhəmiyyətli rol oynamışdır. Məhz Məhkəmə-Hüquq Şurasının şəffaf və ədalətli təqdimatı əsasında möhtərəm Prezidentımiz mütəmadi olaraq bir çox hakimlərə yüksək etimad göstərir, test, müsabiqə və tədris mərhələsini keçən hakimliyə namizədlər bu vəzifəyə təyin edilirlər.

 

Məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində ölkəmizdə konseptual baxımdan yeni olan, funksionallığı ilə fərqlənən yeni məhkəmə binaları layihələndirilərək inşa edilir. Son 10 ildə Bakı şəhərinin Yasamal, Sabunçu, Nərimanov məhkəmə komplekslərinin, eləcə də Şəki, Gəncə, Oğuz, Gədəbəy, Qubaİmişli rayon məhkəmələrinin yeni binaların açılışları olmuşdur. Bunun nəticəsi olaraq Dünya Bankı Azərbaycanda ədliyyə sahəsindəki layihələri ən uğurlu layihələrindən biri kimi qiymətləndirmiş və “Vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması” nominasiyasının qalibi elan etmişdir. Bundan əlavə, respublika məhkəmələrinin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi - “Elektron məhkəmə” İnformasiya Sisteminin tətbiqi də ölkədə ədalət mühakiməsinin səmərəliliyinin daha da yüksəldilməsinə xidmət etmişdir.

 

Həyata keçirdiyi ardıcıl islahatlarla demokratik idarəetmə prinsiplərinə sadiqlik nümayiş etdirən Azərbaycan cəza siyasətinin humanistləşdirilməsi məsələsinə də ciddiliklə yanaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixliPenitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı keyfiyyətcə yeni mərhələdə cəza siyasətinin humanistləşdirilməsinə xidmət etmişdir.

 

2018-ci ilin 11 aprel seçkilərində növbəti dəfə inamlı qələbə qazanaraq səlahiyyətlərinin icrasına başlamış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 2 ildə əsaslı yeniliklərə start verməsi ölkəmizdə sistem xarakterli islahatların başlandığını deməyə ciddi əsaslar verir. Dövlətimizin başçısının daha geniş miqyasda reallaşdırdığı sosialyönümlü islahatlar paketi, habelə şəffaflığın təmini, sahibkarlığın inkişafına mane olan börokratik amillərin aradan qaldırılması istiqamətində atılan qətiyyətli addımlar cəmiyyətin bütün sferaları, o cümlədən məhkəmə-hüquq sistemi qarşısında da yeni çağırışları aktuallaşdırmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı keyfiyyətcə yeni mərhələdə məhkəmə-hüquq islahatlarının dərinləşməsinə geniş imkanlar açmışdır. Fərmanda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xəttin yaradılması, hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığın daha da artırılması, bu sahədə tətbiq edilən meyarların təkmilləşdirilməsi kimi mühüm müddəalar nəzərdə tutulmuşdur. Eyni zamanda, fərman Məhkəmə aktlarının icrası mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə bir sıra mühüm istiqamətlər müəyyənləşdirmişdir.

 

Bundan başqa, fərmanla Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına və Ədliyyə Nazirliyinə sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergigömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması tapşırılmışdır. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası tərəfindən inzibatikommersiya məhkəmələrinin formalaşdırılması təmin edilmişdir.

 

Onu da bildirək ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar son aylar tətbiq edilmiş xüsusi karantin rejimində qanunçuluğun, hüquq qaydalarının, nizam-intizamın daha da möhkəmləndirilməsi, eləcə də pandemiyanını qarşısının alınmasında vətəndaş məsuliyyətinin artırılması baxımından qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər də son dərəcə əhəmiyyətlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, eləcə də Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər mahiyyətcə karantin rejimi qaydalarının pozulmasına görə hüquqi məsuliyyətin artırılmasına, beləliklə həm də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələn tədbirlərin reallaşdırılmasına xidmət etmişdir.

 

İnzibati Xətalar Məcəlləsinin “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyenakarantin rejimlərinin pozulması”na dair 211-ci maddəsinə edilmiş dəyişikliklərlə inzibati məsuliyyəti nəzərdə tutan cərimələrin məbləği artırılmışdır. Cinayət Məcəlləsinə əlavə edilmişEpidemiya əleyhinə rejimin, sanitariya-gigiyenaya karantin rejimlərinin pozulması”na dair 139-1.1-ci maddəyə əsasən, 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Həmin rejimlərin pozulması insan ölümüya digər ağır nəticələrə səbəb olduqda, 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

 

Pandemiya dövründə məhkəmələrin fəaliyyətinin tənzimlənməsi və təşkili baxımından Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Qərarı müstəsna əhəmiyyəti kəsb edir. Qərar Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sosial təcrid qaydalarının məhkəmələrin fəaliyyətində də tam riayət edilməsinə imkan yaratmışdır.

 

Qərarla Azərbaycan Respublikasının bütün məhkəmələrinə 20 aprel 2020-ci il tarixdən 04 may 2020-ci il tarixədək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmünya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasını müvəqqəti təxirə salmaq tövsiyə edilmişdir. Qərarın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi tövsiyə edilmişdir.

 

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli Qərarında məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işlərinin məhkəmələrin icraatına qəbul edilməsi; hakimlərin və məhkəmə aparatı işçilərinin rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlərin həlli tövsiyə edilmişdir. Eyni zamanda, Qərara görə bütün məhkəmələrdə vətəndaşların qəbulunun dayandırılması, qəbulun yalnız telefon, mobilinternet rabitəsi vasitəsi ilə həyata keçirilməsi təmin olunmalıdır. Fizikihüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiyakassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilmişdir.

 

Ümumbəşəri dəyərlərə, hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi də təqdirəlayiq ənənəyə çevrilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 06 aprel 2020-ci il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı isə pandemiya dövründə yaşı 65-i ötmüş vətəndaşlara humanist və insanpərvər münasbətin əyani təzahürü olmuşdur. Koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin müraciətləri, eləcə də məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, belə bir vacib humanist sərəncam imzalanmış, 176 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad olunmuşlar.

 

Humanist siyasətin tərkib hissəsi olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi tədbirləri də davam etdirilmişdir. Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi nəzərə alınaraq məhkəmələrə təqdim olunmuş materiallara təxirəsalınmadan baxılması təmin edilmişdir. Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq ümumilikdə 400-dən çox məhkum azadlığa buraxılmışdır.

 

15 iyun - Qurtuluş Günü ərəfəsində tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı alternativsiz lideri olan cənab İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və həmrəyliyin qarantı hesab edir, ona tam güvənir. Azərbaycanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində öz rəhbərinə dəstəyini əsirgəmir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanın parlaq, firavan sabahına aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edir, bu siyasəti birmənalı dəstəkləyir.

 

 

 

Müseyib Bayramov,

 

Kürdəmir Rayon Məhkəməsinin sədri.

 

Respublika.- 2020.-10 iyun.- S.4.