AŞPA-nın ikili standartlarının iflası

 

Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri əslində bir şou və təlxəklər tamaşasından uzağa gedə bilmədi. Dünyanın heç bir dövləti illərdir keçirilən bu cür “məzhəkə oyununun” nəticələrini tanımayıb. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri - Amerika, Fransa, Rusiyada qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər.

 

Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Düşündürücü və təəccüb doğuran bir vəziyyətdir. Özünü demokratiyainsan haqları fədaisi kimi tanıtmağa çalışan bu qurumun əcaib susqunluğu artıq ikili standartlarla hərəkət etməyə adət etmiş qurumun növbəti yanlışı da adlandırmaq olardı. Amma bir az dərinə getdikdə bu susqunluğun səbəbinin Avropa Şurası Parlament Assambleyası simasında Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, onun haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Daha çox heyrət doğuran odur ki, özünü müxalifət adlandıran, yeri gəldi gəlmədi vətənpərvərlikdən dəm vuran, əslində isə Azərbaycanda “beşinci kolon” funksiyasını yerinə yetirən kəslər ağızlarına su alaraq susdularbu qurumun tarixinə qara hərflərlə yazılacaq əcaib-qəraib mövqeyinə siyasi qiymət vermədilər.  Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər ki, Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırımı edən, etnik təmizləmə siyasətini həyata keçirən, narkotiksilah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı. Belə olan halda Prezident İlham Əliyevin, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədləri bir kağız parçasından artıq bir şey hesab etməməsi haqqındakı fikirlərinə bəraət qazandırmaya bilmirsən. Axı bütün Azərbaycan ictimaiyyəti görür ki, Avropa Şurası uzun illərdir antiazərbaycan mövqedədir və bu təşkilatın siyasi cizgisində antiazərbaycan meyilləri, azərbaycanafobiya möhkəm kök salıb və bizə ünvanlanmış bütün ittihamların təməlində də məhz azərbaycanafobiya zehniyyəti dayanır. Prezident İlham Əliyev Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytardıqlarını, indi bu dünyada bəzi ölkələrdə nələr baş verməsi ilə bağlı Avropa Şurasından bəyanat vermələrini gözlədiklərini qeyd etdi.

 

Prezident İlham Əliyev elə Avropa dövlətlərinin özlərində polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, nümayişçilərin öldürülməsinin, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin müşahidə edildiyini ifadə edib. Gözlərini yaxşı açsınlar, baxsınlar və utansınlar ki, niyə və nəyə görə susublar? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyilbiziheç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar.

 

Mart ayında siyasi şouların təşkili üzrə peşəkar olan Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarmaprezidentparlament seçkiləri” keçirildi. Həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünüsuverenliyini dəstəklədiklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadıqlarını bildirdilər. Lakin Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan ŞennakRoger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirirlər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı, nümunə göstərməyi bacarmadı.

 

Prezidentinqeyd etdiyi kimi, qondarma Dağlıq Qarabağ xunta rejimində prezidentparlament seçkilərinin COVİD-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda keçirilməsi məsələsi də geniş izah olunmalıdır. Pandemiya dövründə keçirilən seçkilərdə belə Qərb dövlətləri və AŞPA səslərini çıxarmadı. Hətta BBC seçkilərlə bağlı xəbərləri “Koronavirusun ortasında seçkilər” kimi manşetə çıxardaraq bunu bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışdı. Bəh-bəh, necə də qəribə və müdhiş ifadədir. Özü də Beynəlxalq hüququn müddəalarına, beynəlxalq münasibətlərin ənənəvi praktikasına “uyğunluğu” ilə seçilən ifadələrdir. Bəs deyirdiniz pandemiya dövründə bütün münaqişələr, kütləvi insan tədbirləri dayandırılmalı, hər şey insan sağlamlığının qorunmasına, pandemiyanın qarşısının alınmasına yönəldilməlidir. Qondarma Dağlıq Qarabağ xunta rejimində prezidentparlament seçkiləri zamanı insan həyatına bu qədər ucuz dəyər verilməsi, bütün dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejiminin pandemiyaya qarşı gərəkli önləyici tədbirləri almaması nəyə görə diqqətdən kənarda qalmalı və avantürist hərəkətlərə boş qiymətlər verilməlidir. Axı Azərbaycan və Ermənistan eyni tarixlərdə Avropa Şurasına üzv olublar, öz üzərilərinə bərabər bir sıra öhdəliklər götürüblər, Ermənistandan fərqli olaraq Azərbaycanın götürdüyü öhdəliklərə sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞ-nin ikili standartlarda siyasət həyata keçirməsi heyrət doğurmaya bilməz. Bunlar çox da uzaq olmayan bir tarixdə - 2001-ci il yanvarın 17-də baş verib. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir və onların son dərəcə ciddi bir məsələdə susqunluq nümayiş etdirməsi açıq tərəfkeşlik əlaməti, uğurlu danışıqlar prosesinə əngəllər yaratmaq cəhdidir. Heç kəsə sirr deyil ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilməkdədir, desək yanılmarıq. Görünür elə bunun nəticəsidir ki, AŞPA məhz Azərbaycan əleyhinə aparılan işlər hesabına özünə reytinq yığmağa çalışır və heç kəsə sirr deyil ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, onlar sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilən qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib.

 

Ölkə Prezidentinin qeyd etdiyi kimi, AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşmədiyini, ikili standartlar nümunəsinə rast gəlindiyi hallar yetərincədir. Bu qurum ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər. Bu gün biz dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir edilməsinin, üstlərinə itlər göndərilməsinin, atlarla əzilməsinin şahidi oluruq. Lakin Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya verən AŞ və Qərbin bəzi dairələri bu kimi hallara göz yumur və səslərini belə çıxarmağa cürət etmirlər.

 

ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir. Həmin səhnələrə baxdıqda məşhur Hollivud filmləri olanQara cəngavərin yüksəlişi” və “Coker” filmləri insanın gözü qarşısından keçir. Heç kimə sirr deyildir ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik, aparteid qalıqları hələ də mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunmuş, 16-dan çox insan həyatını itirmişdir. Polisə dəstək olaraq iri şəhərlərə Milli Qvardiya hissələrinin yeridilməsi Avropanın özündə belə etirazlara səbəb olub. Hadisələr zamanı jurnalistlərin xəsarət alması ilə bağlı internetdə kifayət qədər materiallar mövcuddur. Aksiyalar zamanı biz habelə lüzumsuz yerə aşırı güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmin hadisələri görməzdən gəlirlər.

 

Di gəl ki, AŞPA və ATƏT-in müvafiq strukturları azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını heç cür gizlədə bilmirlər. Bunun əsas səbəblərindən biri də yəqin ki, hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Görünür, AŞPA-da bəziləri bu qurumu sırf “xristian klubukimi görmək istəyindədirlər. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zəminində formalaşan islamofobiyanı, irqçi-millətçi sağ təmayülləri aydın şəkildə sezmək mümkündür.

 

Prezident haqlı olaraq qeyd edir ki, Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri də şübhəsiz ki, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra antiazərbaycan qüvvələri daha da quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində və bu tədbirlər zamanı Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərinsə tərəfindən idarə edildiyi aydın şəkildə və dərhal sezilir. Ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr mifik “Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən danışırlar?!

 

AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini, atılan addımları, tərəqqini kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu. AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir. Sual olunur: AŞPA Azərbaycanı məgər bu qədər çox sevir? AŞPA-nın bu qədər Azərbaycana canı yanır?

 

AŞPA-Azərbaycan münasibətləri kontekstində qurumun təməlini təşkil edən bəşəri demokratik dəyərlərin qurumun özü tərəfindən heç də bəşəri olaraq qəbul edilmədiyini müqayisəli təhlildə asanlıqla üzə çıxarmaq olar. Məsələn, AŞPA nə üçün Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının taleyinə, onların insan haqlarına biganə qalır, nəyə görə təcavüzdən danışsa da, təcavüzə siyasi qiymət verib təcavüzkarın adını çəkmir? AŞPA-da 2005-ci ildə qəbul edilmiş “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir.

 

AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçikolsa, bir fikir səsləndirmir. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimə sirr deyil.

 

AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham edirlər. Məsələn, AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında faşist Almaniyanın 55 generalı erməni Qaregin Njde kimi əli günahsız insanların qanına batmış və faşistlərlə əməkdaşlıq etmiş Ermənistanın bir deputatı Azərbaycanı faşizm ilə əlaqələndirmişdir. Təəssüf ki, bu kimi hallarda AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat reaksiya verilmir. Sual yaranır: AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın?! Utanmasan, oynamağavar ki? Gör kim-kimə faşist deyir? Sanki qədim Azərbaycan şəhərini həyasızcasına özününküləşdirmiş İrəvan şəhərində faşistə abidəni də Azərbaycan qoyub.

 

Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, AŞPA-da bəzilərinin apardıqları ermənipərəst, erməni lobbisi və islamofobların maraqlarına xidmət edən qatı antiazərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkünsüzdür. Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmirbu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini qəbul etmir. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir.

 

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iqtisadi, siyasi uğurlar qazandığını, pandemiya dövründə qəbul etdiyi doğru qərarlar və istər vətəndaşlarına, istərsə də digər dövlətlərə göstərdiyi humanitar yardımlar və başqa tərəqqiləri göstərmək baxımından aşağıdakılar xüsusi əhəmiyyət daşıyır:

 

- 30 ilə yaxındır ki Azərbaycan müstəqillik əldə edibbu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Hamının qarşısında aciz qaldığı COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli töhfə verib. Multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.

 

- Prezident İlham Əliyev şəxsi təşəbbüsü ilə pandemiya dövründə Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşlərini təşkil edib bu görüşlərin nəticələri barədə danışıb və çıxışında bu məsələlərə də yer verib.

 

- Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə Zirvə görüşləri keçirilib. Qeyd olunmalıdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunan Zirvə görüşünü keçirib. Qoşulmama Hərəkatının zirvə görüşündə isə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirak ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib.

 

- Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi beynəlxalq infrastruktur layihələri olduqca əhəmiyyətlidir. Bu baxımdan aşağıdakı məsələlər gündəmə gətirilməlidir.

 

- Azərbaycan dünyada artıq “postsovet ölkəsi” kimi deyil, “orta miqyaslı” (middle power) ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfələr verir. Eyni zamanda, uğurlu regional enerjiinfrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyində və davamlı inkişafında mühüm rol oynayır. Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında vasitəçi kimi çıxış etmişdir. Bütün bunlar ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələrini narahat etməyə bilməz.

 

 

 

Qabil HÜSEYNLİ,

 

professor.

 

Respublika.- 2020.-10 iyun.- S.5.