Heydər Əliyev ideyaları daim yaşayır və yaşayacaqdır

 

Hər bir xalqın taleyində onun yetirdiyi dahi şəxsiyyətlərin rolu əvəzedilməzdir. Tarixin ayrı-ayrı dövrlərində ağır sınaqlarla üzləşən xalqı öz ətrafında birləşdirib vəziyyətdən çıxış yolu tapa bilən liderə ehtiyac duyulur. Bütöv bir millət belə bir liderin sayəsində məhv olmaqdan qurtulub yenidən həyata qayıdır. ümummilli lider Heydər Əliyev xalqımızın taleyində məhz belə bir rol oynamış, millət qarşısında əvəzsiz xidmətləri ilə adını həmişəlik tarixin yaddaşına həkk etdirmişdir. O, ölkəyə rəhbərlik etdiyi dövrlərdə daim tərəqqi üçün çalışdığı, zəngin mədəniyyət, böyük tarixi keçmişi ilə həmişə fəxr etdiyi və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma Azərbaycanı bir xalq və dövlət kimi zamanın sərt sınaqlarından çıxarmışdır. Heydər Əliyev şəxsiyyətinin timsalında görürük ki, görkəmli şəxsiyyətlər yaradan xalqın böyüklüyü onun sayca azya çox olmasından asılı deyil.

 

 

Bütün şərq ölkələrində olduğu kimi, Azərbaycanın kənd təsərrüfatının iqtisadiyyatında da süni suvarma mühüm rol oynamışdır. Azərbaycanda belə hesab edilirdi: Su torpağa deyil, torpaq suya mənsubdur. Qədim ərəb atalar sözlərində belə deyilirdi: Su qurtaran yerdə torpaq da qurtarır. Atalar sözünün mənasını belə başa düşmək olar, torpaq yalnız suvarılması mümkün olan halda (arid iqlim şəraitində) qiymətlidir.

Ölkəmizdə meliorasiyairriqasiya işlərinə hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq, onların geniş miqyasda vüsət tapması 1969-1982-ci illərə, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi əvvəlki dövrə təsadüf edir.

Bu illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə meliorasiyasu təsərrüfatında böyük quruculuq işləri aparılmış, güclü istehsalat bazasına, tikintiistismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiyasu təsərrüfatı sahəsi, su axımını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və su anbarlarından ibarət tutarlı meliorasiyasu təsərrüfatı kompleksləri yaradılmış, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfə artmışdır.

Həmin illərdə meliorasiyasu təsərrüfatı sahəsinə əvvəlki 50 il ərzində qoyulan vəsaitdən 2 dəfə çox vəsait qoyulmuş, min kilometrlərlə suvarma kanalları, kollektor-drenaj sistemləri, iri nasos stansiyaları, hidroqovşaqlar, ümumi su tutumu 3 mlrd. kubmetr olan su anbarları və s. tikilib istifadəyə verilmiş, meliorativ fondların həcmi 2 dəfədən çox artmış və bütün bunların hesabına torpağın məhsuldarlığı qat-qat yüksəlmiş, suvarma əkinçiliyi özünü doğrultmuş, böyük səmərə vermiş, uzaqgörən siyasət nəticəsində respublikanın müxtəlif bölgələrində su çatışmazlığı vaxtında aradan qaldırılmışdır.

Meliorasiyasu təsərrüfatının inkişaf etdirilməsi sayəsində Heydər Əliyevin gərgin əməyi nəticəsində 1970-ci ildən başlayaraq respublikada kənd təsərrüfatı məhsullarının istehsalında görkəmli nailiyyətlər əldə olunmuşdur. 1983-cü ildə kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə, o cümlədən bitkiçiliyin 2,6 dəfə və heyvandarlıq məhsulları 1,7 dəfə yüksəlmişdir.

Azərbaycan Respublikasında 1969-1982-ci illərdə tikilib istifadəyə verilmiş mühüm əhəmiyyətli irriqasiyameliorasiya obyektləri: Ağstafaçay su anbarı magistral kanallarla (1969-cu il, tutumu 120 milyon kubmetr, suvarılan sahə 39 min ha), Araz su anbarı (1971-ci il, tutumu 1350 milyon kubmetr, yeni suvarılan sahə 85 min ha), Naxçıvan MR-da 3 pilləli Qaraçuq nasos stansiyası (1971-ci il, kanalların sərfi 2 m3/san, yeni suvarılan sahə 2 min ha), Şamaxı rayonunda Zaqolovoçay su anbarı (1973-cü il, tutumu 3,4 mln. kubmetr, yeni suvarılan sahə 0,14 min ha), Naxçıvan MR-da 2 pilləli Arpaçay nasos stansiyası (1975-ci il, kanalların sərfi saniyədə 4 kubmetr, yeni suvarılan sahə 4 min ha), Yuxarı Qarabağda Sərsəng su anbarı (1976-cı il, tutumu 560 mln. kubmetr, yeni suvarılan sahə 145 min ha), Lənkəran rayonunda Yuxarı Xanbulançay su anbarı magistral kanallarla (1976-cı il, tutumu 9, mln. kubmetr, yeni suvarılan sahə 6,2 min ha), Naxçıvan MR-da Arpaçay su anbarı (1977-ci il, tutumu 150 mln. kubmetr, yeni suvarılan sahə 36 min ha), Naxçıvan MR-da Sirab su anbarı (1979-cu il, tutumu 12,7 mln. kubmetr, yeni suvarılan sahə 2,7 min ha), Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı (1980-ci il, tutumu 9,5 mln. kubmetr, yeni suvarılan sahə 6,2 min ha), Tovuz rayonunda 3 pilləli n/s (1981-ci il, kanalların sərfi 5,6 m3/san, su təminatının yaxşılaşdırılması 18 min ha), Dağlıq Qarabağda suvarma sistemlərinin yenidən qurulması (1982-ci il, yeni suvarılan sahə 0,25 min ha, su təminatının yaxşılaşdırılması 1,24 min ha) və s.

Hər hidrotexniki qurğunun tikintisi ilə əlaqədar xalq arasında Heydər Əliyev şəxsiyyəti haqqında müəyyən yerli xalq deyimlərinin yarandığının indişahidi oluruq. Belə ki, tikintisinə ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə başlanılmış Viləşcay su anbarının (1986-cı il, tutumu hazırda 130 milyon kubmetr, yeni suvarılan sahə 11,3 min ha) istifadəsindən sonra yerli ağsaqqalların dilindən deyilən Viləşçay su anbarının tikintisindən sonra Heydər Əliyevə təkcə bu bölgədə yaşayan insanların deyil, ərazidəki bütün canlı varlıqların duası bir insan ömrünə bəs edər, kimi kəlamlar ümummilli liderin xalq qarşısında gördüyü işlərə vaxtında xalqının verdiyi dəyərin təzahürü və xalqın ehtiramıdır.

Daha bir nümunə isə Şəmkir su anbarının tikintisi ilə əlaqədardır. Şəmkir su anbarının tikintisi keçmiş SSRİ-də mövcud olan beş illik plana salınsa da, tikintiyə başlamaq mümkün olmamışdır. Su anbarının tikintisinin Texniki İqtisadi Əsaslandırılması aparılmış, texniki layihə və işçi cizgilərin hazır olmasına baxmayaraq maliyyə vəsaiti ayrılmadığı üçün yubanırdı. O vaxt belə böyük layihələr mərkəzi büdcədən ayrılan vəsaitlər hesabına icra edilirdi. Beşilliyin sonuncu ilində də bu üçün mərkəzi büdcədən vəsait ayrılmasaydı, Şəmkir su anbarının tikintisi sual altında qalacaqdı. Ölkə rəhbəri ümummilli lider Heydər Əliyev vəziyyəti çox yaxşı başa düşürdü. Vəziyyətdən çıxış yolunu mərkəzi büdcədən su anbarının tikintisi ilə əlaqədar, o vaxt SSRİ Plan Komitəsinin sədri N.K.Baybakova müraciətdə görürdü. Bununla əlaqədar özününbir neçə günə Moskvaya gələcəyini bildirdi. Heydər Əliyev dediyi kimiiki gündən sonra Moskvaya gəldi. O zaman müttəfiq respublikalardan gəlmiş nümayəndə heyətlərinin N.K.Baybakovun qəbulunda növbə gözləməsinə baxmayaraq, Heydər Əliyev birbaşa çox arxayınlıqla otağa keçdi. Hansı məqsədə gəldiyini və bu tikintinin respublikanın xalq təsərrüfatı üçün necə əhəmiyyətli olduğunu ona aydınlatdı. Bütün bu cəhdlərə baxmayaraq ölkədə vəsaitin çatışmadığını bəhanə gətirən N.K.Baybakov Şəmkir su anbarının tikintisi üçün vəsait ayırmaqdan imtina edirdi. Bu minvalla N.K.Baybakovun otağında düz iki saata qədər oldubu müddət ərzində bu böyük insan respublikada gedən quruculuq işlərindən yorulmadan danışırdı. Heydər Əliyevin SSRİ miqyasında o vaxtkı nüfuzundan çəkinərək bu müddət ərzində heç kim otağa daxil ola bilmirdi. Bütün bunların sonunda N.K.Baybakov Şəmkir su anbarının tikintisi üçün vəsaitin bir şərtlə, o vaxtkı Mərkəzi Komitənin müvafiq şöbələrinin birindən razılıq məktubunun olacağı təqdirdə ayıra biləcəyini bildirdi. O vaxt ulu öndər Heydər Əliyev üçün Mərkəzi Komitədə görmək çox asan idi və belə bir məktub 20 dəqiqədən sonra hazır oldu.

Beləliklə, SSRİ Plan Komitəsində Şəmkir su anbarının tikintisi üçün vəsait ayrılmasına müvəffəq olduq. Lakin bu vəsait o qədər az idi ki, heç tikinti üçün lazım olan texnikanın ora gətirilməsinə bəs etmirdi. Bir neçə gündən sonra Heydər Əliyev özü Bakıya qayıtdı və ilk soruşduğu Şəmkir su anbarının tikintisinin vəziyyəti oldu. Vəziyyət barədə müvafiq məlumatdan sonra respublikanın yerli büdcəsindən bu üçün vəsait tapılaraq ayrılması üçün müvafiq qurumlara göstəriş verildi.

İndi Şəmkir su anbarının (1982-ci il, tutumu 2677 milyon kubmetr) respublikanın xalq təsərrüfatında hansı vacib əhəmiyyətə malik olduğunu nəzərə alsaq onda MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin Hazırkı MeliorasiyaSu Təsərrüfatı Heydər Əliyevin yetirməsidir sözlərinin necə yerinə düşdüyünü açıq-aydın görmək olar.

Xalqın dəvəti, taleyin hökmü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçimiz ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə meliorasiyasu təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasiya potensialı qorunub saxlanıldı.

Məlumdur ki, 1993-1995-ci illərdən ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Bir çox sahələrdə, xüsusilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə olunmuşdur.

Aqrar islahatının bir hissəsi olaraq meliorasiyasu təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30- dan artıq normativ-hüquqi sənəd hazırlandı. Bu sənədlərdən ən mühümü ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış Meliorasiyairriqasiya haqqında Azərbaycan Respublikasının Qanunuonun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli Fərmanıdır.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiyasu təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildionlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı və sonradan meliorasiyairriqasiya istiqamətində neçə-neçə belə böyük layihələrin həyata keçirilməsinə nail olundu.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli və taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik İlham Əliyevi xalqımıza bəxş etməsi olmuşdur.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, ulu öndərimiz, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Meliorasiyairriqasiya sahəsində bu varisliyin timsalı kimi Samur-Abşeron magistral suvarma sisteminin yenidən qurulmasının və Taxtakörpü Su Anbarının tikintisini nümunə göstərmək olar.

Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalına fasiləsiz olaraq, əsaslı təmirə dayanmadan istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır. Heydər Əliyevin tapşırığına əsasən bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur.

28 sentyabr 2013-cü ildə Taxtakörpü su anbarının açılış mərasimində Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri hörmətli Əhməd Əhmədzadə öz çıxışında bu anları xatırladaraq söyləmişdir:

- Möhtərəm cənab Prezident, bu gün Azərbaycanın tarixində çox böyük, əlamətdar hadisə baş verir. Azərbaycan Respublikasının, müstəqil ölkəmizin coğrafiyasında çox əlamətdar yeniliyin şahidi oluruq. Azərbaycanın coğrafiyasında Taxtakörpü Su Anbarı kimi çox böyük gələcəyi olan, Azərbaycan xalqına 100 illərlə xidmət edəcək su anbarının, Taxtakörpü Su Elektrik Stansiyasının daxil olması və böyük kanalların - Taxtakörpü-Ceyranbatan kanalının, Vəlvələçay-Taxtakörpü kanalının və başqa çoxlu qurğuların bu gün istifadayə verilməsi tarixi bir hadisədir. Bütün bu işlərə görə mən Azərbaycan melioratorları, energetikləri və inşaatçıları adından, möhtərəm Prezidentimiz, Sizə minnətdarlığımı bildirirəm.

Hidrogeoloji tədqiqatlarını uğurla davam etdirən Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi hazırda respublikanın 1 400 500 ha suvarılan torpaq sahəsində yeraltı suların stasionar rejim-müşahidə və çöl tədqiqat işlərini müvəfəqiyyətlə yerinə yetirmişdir. Pambıq əkilən və dövriyyəyə yeni qatılmış torpaq sahələrinin hidrogeoloji tədqiqatlarına xüsusi yer verilmişdir.

Ötən ildə 1400500 ha suvarılan torpaq sahəsi şorlaşma xəritələri ilə təmin olunmuşdur. Suvarılan torpaq sahələrinin 595 582 hektarı drenləşmişdir ki, onlardan da 358 589 ha açıq-üfüqi, 225 805 ha örtülü-üfüqi, 11188 ha isə şaquli drenlərdir.

2020-ci ilin 5 ayı ərzində aparılmış tədqiqatların nəticəsinə uyğun olaraq suvarılan torpaqların qrunt sularının yatım dərinliklərinə görə sahələrə ayrılması aşağıdakı kimi olmuşdur: 1 m-dən az 16262 ha, 1,0-1,5 m-də 101362 ha, 1,5-2,0 m-də 353824 ha, 2,0-3,0 m-də 427941 ha, 3,0-5,0 m-də 228536 ha, 5,0 m-dən çox 272575 ha.

Nəzarət altında olan suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin əsas göstəricilərindən biri də torpaqların şorlaşma göstəriciləridir. Ötən il HGMXİ-nin tədqiqatlarına əsasən nəzarətində olan suvarılan torpaqların şorlaşma dərəcəsinə görə bölünməsi: şorlaşmamış 1 145 321 ha, zəif şorlaşmış 160500 ha, orta şorlaşmış 54 144 ha, şiddətli şorlaşmış 27 276, şox şiddətli şorlaşmış 13 259 ha olmuşdur.

Tədqiqatlarla 2020-ci ilin 5 ayı ərzində suvarılan torpaqların meliorativ vəziyyəti qrunt sularının yatım dərinliyinə, minerallaşma dərəcəsi və torpaqların şorlaşma dərəcəsinə görə qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, yaxşı torpaqlar 501111 ha, kafi torpaqlar 741230 ha, kafi, ancaq pisləşmə təhlükəsi olan torpaqlar isə 158159 ha, o cümlədən qrunt sularının yolverilməyən dərinliyinə görə 16262 ha, torpaqların şorlaşmasına görə 40 535 ha, qrunt sularının böhran səviyyəsinə görə isə 101362 ha təşkil edir.

Müqayisələr göstərir ki, Səhmdar Cəmiyyətin həyata keçirdiyi meliorativ tədbirlər nəticəsində ötən il suvarılan torpaqların meliorativ vəziyyəti xeyli yaxşılaşmışdır.

Son nəticədə onu deyə bilərik ki, yerinə yetirilmiş işlər və gələcək onilliklərdə nəzərdə tutulan tədbirlər ulu öndər Heydər Əliyev yolunun davamçısı ölkə Prezidenti İlham Əliyevin meliorasiya sahəsinə diqqət və qayğısının əyani təzahürüdür. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyev ideyaları daim yaşayır və yaşayacaqdır.

 

Saleh SADIQOV,

Azərbaycan Meliorasiya

Su Təsərrüfatı ASC Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi,

respublikanın Əməkdar mühəndisi.

 

Respublika.- 2020.- 14 iyun.- S.5.