Məsuliyyətli peşə sahibləri

 

Bildiyiniz kimi, 23 iyun həm ölkəmizdə, həm dünyada dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşmasının tarixi dövlət müstəqilliyimizin əldə olunmasından başlayır. Çünki məhz 1991-ci ildə öz dövlət müstəqilliyini yenidən qazanan Azərbaycan Respublikası dövlət qulluğu sahəsində müasir inkişaf mərhələsinə qədəm qoymuşdur.

Müstəqillik əldə edildikdən sonra Azərbaycanda yeni bir dövlət qulluğu sistemi dövlət qulluğunun həyata keçirilməsinin yeni prinsipləri formalaşmağa başlamışdır. Lakin müstəqilliyin ilk illərində yaşanan xaos, siyasi hərc-mərclik qeyri-peşəkar dövlət idarəetməsi bu sahədə ciddi bir irəliləyişə nail olmağımıza əngəl törətmiş, eləcə dövlət qulluğunun formalaşdırılmasının hüquqi bazası yaradılmamışdır. Lakin ümummilli lider Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra respublikada əldə olunan ictimai-siyasi sabitlik dayanıqlı iqtisadi təməllərin atılması dövlət qulluğunun da inkişafına səbəb olmuş, dövlət qulluğu sisteminin yaradılması yolunda önəmli addımlar atılmışdır. Belə ki, ilk təşəbbüs olaraq Heydər Əliyevin səyləri nəticəsində hazırlanmış 1995-ci il Konstitusiyasını göstərmək olar. Sözügedən Konstitusiyanın 55-ci maddəsi Azərbaycan vətəndaşlarının dövlət qulluğuna qəbulu, eləcə dövlət qulluğunda iştirakı ilə bağlı bir sıra məqamlara toxunmuşdur.

Bundan bir il sonra, 1996-cı ildə ulu öndərin imzaladığı sərəncamla dövlət qulluğunun normativ-hüquqi bazasının formalaşmasının başlanğıcı hesab olunan hüquqi islahatlar komissiyasının yaradılması Azərbaycan Respublikasında dövlət idarəçiliyinin müxtəlif sahələrində inkişafının əsasını qoymuşdur. Bu komissiyanın yaradılmasından sonra dövlət qulluğu sahəsinin inkişafını şərtləndirən səylər daha da sürətlə davam etdirilmişdir. Bunun əyani göstəricisi olaraq 1998-ci ilin dekabrında Heydər Əliyevin “AR-nin dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqındaimzaladığı fərmanı misal göstərmək olar. Bu fərman əsasında 17 nəfərdən ibarət olan xüsusi komissiya yaradılmış komissiyaya sədrliyi Heydər Əliyev öz üzərinə götürmüşdür. Ölkəmizdə dövlət qulluğu sistemində zəruri islahatların həyata keçirilməsinə faktiki olaraq bu komissiyanın fəaliyyəti ilə başlanılmışdır.

Bildiyimiz kimi, Heydər Əliyev Azərbaycanda dövlət qulluğunun təkmilləşdirilməsi prosesində qanunvericilik bazasının yaradılması məsələsinin öncüllərindən biri olmuşdur. 2003-cü ilə qədər müvafiq sahə ilə əlaqədar yaradılmış bütün qanunvericilik bazası demək olar ki, ancaq onun adı ilə bağlı olmuşdur. Misal üçün 2000-ci ilin iyul ayının 21-də Heydər Əliyev tərəfindən təsdiq edilmişDövlət qulluğu haqqındaAzərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında səmərəli dövlət qulluğu sisteminin formalaşması prosesində xüsusi yerə malikdir. Bu qanunla Azərbaycan Respublikasının dövlət qulluqçularının hüquqi əsasları qəti şəkildə müəyyənləşdirilmişdir. Bununla yanaşı, sözügedən qanun dövlət qulluqçularının hüquqi vəziyyətinə olduqca müsbət təsir göstərmişdir.

Heydər Əliyev dövlət qulluğunun inkişaf etdirilməsi ilə əlaqədar olaraq həm Azərbaycan daxilində qanunvericilik bazasının yaradılması ilə məşğul olmuş, həm analoji sahədə Avropa təcrübəsindən yararlanmaq üçün xüsusi diplomatik addımlar atmışdır. Bunun bariz nümunəsi olaraq, 2002-ci ilin mart ayında Azərbaycanda dövlət qulluğu sahəsində Avropa İttifaqı mütəxəssisləri tərəfindən islahatların həyata keçirilməsini nəzərdə tutan “TACİS” layihəsi fəaliyyətə başlamışdır.

Ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən onun layiqli davamçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahədə öz müvəffəqiyyətli işlərini davam etdirmişdir. Cənab İlham Əliyev prezidentliyinin ilk illərində dövlət qulluğunun inkişafı naminə iki mühüm addım atmışdır. Birinci addımda Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 180 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmış, bundan iki il sonra isə (31 may 2007-ci ildə) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqındaAzərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Cənab İlham Əliyevin bu sahədəki ikinci mühüm addımı kimi qiymətləndirilən bu qanunla birlikdə Azərbaycanda dövlət qulluğu sahəsində hüquqi mexanizmlər konkretləşdirilmişdir.

Prezident İlham Əliyev Azərbaycanda dövlət qulluqçularının vahid kodeksinin yaradılması, onun Avropa standartları səviyyəsinə yüksəldilməsi məsələsinə olduqca böyük əhəmiyyət vermişdir. Belə ki, Nazirlər Kabinetinin 2009-cu il martın 19-da qəbul etdiyiDövlət qulluqçularının əlavə peşə təhsilinin növü, forması, müddəti maliyyə təminatı qaydalarıbuna əyani sübut göstərilə bilər. Burada dövlət qulluqçularının peşə təhsili müəyyən kateqoriyalara bölünmüşdür. Bu qaydalara əsasən, onlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatlarında, habelə 2-5-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları mütəmadi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında peşə hazırlığına ixtisasının artırılmasına cəlb edilirlər. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası da dövlət qulluqçularının peşə hazırlığının yüksəldilməsi baxımından olduqca əhəmiyyətli təhsil müəssisəsidir. Bu qaydalar 2010-cu il yanvarın 1-dən etibarən qüvvədədir. Eyni zamanda, Azərbaycan Respublikasında dövlət qulluqçuları ilə bağlı əsas problemlərdən biri olan korrupsiya hallarının aradan qaldırılması istiqamətində cənab Prezidentin xüsusi rolu olmuşdur. Bu baxımdan dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə 2007-2011-ci illərdəŞəffaflığın artırılması korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyaicra edilmiş, bununla əlaqədar olaraq Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın, yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbit olunmuşdur. Bu məsələ ilə əlaqədar olaraq bir məqama da toxunmaq yerinə düşər ki, son aylar ərzində Azərbaycanda dövlət qulluqçuları arasında yaramaz hallara rast gəlinmiş, Prezident cənab İlham Əliyevin operativ qətiyyətli addımları sayəsində bu cür nöqsanlara yol verən müxtəlif yüksək çinli məmurlar cəzalandırılmışdır. Bu addımlar son dövrlərdə ölkə başçısının dövlət qulluğu sisteminin şəffaflaşdırılması istiqamətində apardığı islahatların bir hissəsi hesab oluna bilər.

Bununla yanaşı, cənab Prezidentin dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşlar üçün yaratdığı şərait göz önündədir. Dövlət qulluğuna qəbul prosesinin sadələşdirilməsi, eləcə bu prosesin şəffaflıq prinsipi üzrə həyata keçirilməsi xüsusilə vurğulanmalıdır. Həmin müstəvidə dövlət qulluğuna qəbul prosesinin mərkəzləşdirilməsi məqsədilə 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq vəzifələri Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə həvalə olunmuşdur. Ümumilikdə bu sahədə şəffaflıq prinsipinin tətbiq olunması dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi, bu sahədə kadr siyasətinin inkişafı, eləcə müxtəlif modellərin tətbiq edilməsinin əsas açarıdır. Bu baxımdan, dövlət qulluğu sisteminin inkişaf mexanizmlərinin yenilənməsi dövlət qulluğunun gələcək perspektivlərinin qiymətləndirilməsi Azərbaycan Respublikası Prezidentinin daim diqqətində olan məsələlərdən biridir. Belə ki, cənab İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün nəzərdə tutulmuş Strategiya xüsusi əhəmiyyətə malikdir.

Beləliklə, ölkə rəhbərliyinin qəbul etdiyi qanunların, həyata keçirdiyi ardıcıl davamlı islahatların nəticəsi olaraq vətəndaşlar tərəfindən Azərbaycanda dövlət qulluğunun dayanıqlı inkişafına olan inam etimad günü-gündən artmaqdadır.

 

 

 

Aytən MUSTAFAZADƏ,

 

AMEA Hüquq İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor.

 

Respublika. - 2020.- 23 iyun.- S.5.