Güclü ordumüasir ədliyyə dövlət siyasətinin tərkib hissəsidir

 

Müasir dünyada hər bir dövlətin qüdrətini bir neçə amil müəyyənləşdirir. Onlar arasında iqtisadi yüksəliş və güclü ordu, güclü hüquq-mühafizə sistemi daha çox diqqəti cəlb edir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadisiyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu və ədliyyənin inkişafı prosesində də böyük uğurlar əldə etmişdir. Biz bu gün bu uğurların arxasında iki şəxsin - ümummilli liderimizonun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin durduğunu bilirik.

 

Ulu öndərin dərindən düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksibir neçə dəfə genişləndirildi və ölkənin nəinki ərzaq müstəqilliyi təmin olundu, üstəlik, daxili məhsulun yarısından da artıq çəkisi olan bir sahəyə çevrildi. Azərbaycanın rayonlarında yüzlərlə zavodfabrik tikildi. Kəndlərdə əhalinin əksəriyyəti dövlətdən əməkhaqqı almağa başladı. İqtisadi yüksəliş, sözsüz ki, bütün sahələrin inkişafına, eləcə də mənəvi dəyərlərin möhkəmlənməsinə, milli şüurun oyanmasına, azərbaycançılıq məfkurəsinin formalaşmasına təkan verdi.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının ulu öndəri, zəmanəmizin nadir şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Qısa bir zamanda Azərbaycanda SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsi, həmin zavodlarda o dövrün ən müasir və qabaqcıl texnologiyalarının tətbiq olunması Azərbaycan Respublikasının müdafiə sənayesi istehsalında keyfiyyətli məhsulların həcmini dəfələrlə artırırdı ki, bu da müstəqilliyə doğru gedən yolda zəruri amil idi. Yeri gəlmişkən qeyd olunmalıdır ki, hazırda həmin zavodların hamısı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxildir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən ən önəmlisi SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri və təşkilatçılığı ilə fərqlənən bir sıra zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına Heydər Əliyev yardımçı olmuşdubunu özü də məmnunluqla xatırlayırdı. Ulu öndər bildirirdi ki, o vaxt bir çox zabit və generalların irəli çəkilməsinə çalışmaqla Azərbaycanın bugünkü zabit kadrlarının əsasının qoyulmasını istəyirdi.

Heydər Əliyevin milli zəmində hərbi-təşkilati işinin çox mühüm istiqamətini, Sovet dövründə milli zabit kadrların hazırlanması təşkil edirdi. Bu sahədəki fəaliyyət Azərbaycanın hərb tarixində son dərəcə əhəmiyyətli və yaddaqalan bir səhifədir və Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra Heydər Əliyevin necə böyük uzaqgörən olduğu bir daha öz təsdiqini tapdı.

Bununla bərabər, ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesi də sürətləndi. Məhz ulu öndərin son dərəcə cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin açılması o vaxtkı SSRİ rəhbərliyini ciddi şəkildə narahat etdiyindən, həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyev mahir diplomatiyası və qətiyyəti ilə bu cəhdlərin qarşısını almağa müvəffəq oldu. Adıçəkilən hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə böyük təkan verdi. Bununla yanaşı, Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də xüsusi önəm verirdi. Təsadüfi deyildir ki, müstəqilliyin ilk illərində Azərbaycanın ordu quruculuğunda əsas bazanı o dövrdə hazırlanmış milli kadrlar təşkil edirdi. Göründüyü kimi, Azərbaycanın müstəqillik əldə etməsindən hələ 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini ümummilli lider Heydər Əliyev həyata keçirmişdir.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.

Azərbaycan Ordusunun beynəlxalq əlaqələrinin gücləndirilməsini də xüsusi diqqət mərkəzində saxlayan Ali Baş Komandan Heydər Əliyev milli ordunu modernləşdirmək üçün sovet hərb sistemini dəyişib, NATO standartlarını tətbiq etməyin zəruriliyini yaxşı dərk etdiyi üçün, Şimali Atlantika Alyansının beynəlxalq münasibətlər sistemində yerirolunu nəzərə alaraq ölkəmizin NATO-nun Sülh naminə tərəfdaşlıq proqramına qoşulması barədə qətiyyətli qərar verdi və 4 may 1994-cü ildə Brüsseldə təşkilatın çərçivə sazişini imzaladı. Yeri gəlmişkən qeyd olunmalıdır ki, 19 noyabr 2001-ci ildə Azərbaycan Respublikası NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edilmişdi.

Ulu öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

2003-cü il aprelin 19-da Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirilən yubiley mərasimində çıxış edən ulu öndər liseydə təhsil alan kursantların ali hərbi məktəblərə daxil olmaq üçün lazımi biliklər toplayacaqlarına və gələcəkdə Azərbaycanın dəyərli zabitləri olacaqlarına inandığını qeyd edib. Ulu öndərimizin son çıxışı da elə həmin mərasimdə oldu. Və bu çıxış zamanı baş verən hadisə gənc hərbçilərimizçün əsl mətinlik nümunəsi oldu. İki dəfə kəskin ürək ağrısı ucbatından nitqini dayandırmalı olan Heydər Əliyev sonadək böyük iradə nümayiş etdirdi. Və yenidən tribunaya qayıdıb çıxışını sona yetirdi. Bu addım gənc zabitlərimiz üçün əsl örnək olacaq bir addım idi.

Xüsusi vurğulanmalıdır ki, hazırda cəmiyyətdə Azərbaycan Ordusuna böyük güvən və ictimai inam mövcud olduğundan, rəşadətli ordumuz dövlətin və xalqın dəstəyini yaxından hiss edərək mənəvi-psixoloji cəhətdən daha da möhkəmlənmişdir. Təbii ki, bütün bunlar öz-özünə baş verməmiş və ordumuzun hazırkı səviyyədə formalaşması ümummilli liderimizin başladığı çətin, mürəkkəb, keşməkeşli, eyni zamanda şərəfli, uğurlu yollar keçən və möhtərəm Prezidentimiz tərəfindən yüksək peşəkarlıqla davam etdirilən ordu quruculuğu sayəsində mümkün olmuşdur. Son illərdə keçirilən hərbi paradlar göstərir ki, Azərbaycan ordusu sürətlə inkişaf edərək arsenalını ən müasir silah, digər hərbi texnika ilə zənginləşdirmiş və bu gün dünyanın hərbi cəhətdən inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda da mövcuddur. 2016-cı ilin məlum Aprel döyüşlərində düşmənin hərbi təxribatlarının qarşısının alınması zamanı çevik və mütəşəkkil hərbi əməliyyatlarla düşmənin hərbi obyektlərini darmadağın edən, bir sıra mövqelərini ələ keçirən və bəzi yaşayış məntəqələrini işğaldan azad edən Silahlı Qüvvələrimiz bunu bir daha sübuta yetirdi. Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu əməliyyatlar - düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının, habelə strateji əhəmiyyətli hərbi bazalarının güclü atəş zərbəsi ilə məhv edilməsi, mühüm əhəmiyyətli ərazilərimizin geri qaytarılması, xalqımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılandı. Bununla da, bir daha təsdiqləndi ki, ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələri vətənpərvər, yüksək döyüş hazırlığına və ruhuna malik, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş peşəkar kadrlardan ibarət olmaqla, Ali Baş Komandanın əmri ilə qısa zamanda torpaqlarımızın işğaldan azad olunmasına qadirdir.

Bu gün Ədliyyəyə göstərilən diqqət və qayğı ədalətin daha etibarlı müdafiəsinə hesablanmışdır. Ədliyyə işçisi olaraq ümummilli lider Heydər Əliyevdən danışarkən, onun ədliyyəyə, o cümlədən ədliyyə işçilərinə göstərdiyi yüksək diqqət və qayğından söz açmamaq mümkün deyil. Heydər Əliyevin nəzərində dövlətçilikdə haqq-ədalətin qorunması, ona düzgün əməl olunması - ədliyyə işi birinci dərəcəli idi. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalmışdır.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci ilə - ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir.

Müstəqillik illərində Azərbaycan ədliyyəsinin inkişafını təmin edən ardıcıl tədbirlər həyata keçirilərək səlahiyyətləri genişləndirilmiş, istintaq aparatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutu, icra xidməti yaradılmış, nazirliyin cəmiyyətdə rolu əhəmiyyətli dərəcədə artmışdır.

Ümummilli liderin dövlət quruculuğu xəttini uğurla davaminkişaf etdirən İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi son 10 il ərzində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

2006-cı ildə nazirliyin yeni Əsasnaməsi qəbul edilərək ona hüquq-mühafizə orqanı statusu verildi. Nazirliyin yeni müasir görünüşlü rəsmi emblemi təsdiq edildi. Ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında fərmanların imzalanması, Ədliyyə orqanlarında qulluq keçmə haqqında yeni Qanunun, habelə Ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramının qəbulu xüsusi əhəmiyyət kəsb etdi.

Nazirlikdə yeni qurumların - Ədliyyə Akademiyasının, regional ədliyyə şöbələrinin, müxtəlif reyestrlərin yaradılması müasir Azərbaycan ədliyyəsi tarixində mühüm yer tutur.

Əhalinin daim yeniləşən qanunvericilik aktlarının mətni ilə birbaşa, sərbəst və təmənnasız tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə 2006-cı ildən etibarən milli qanunvericiliyin elektron məlumat bazası və 2011-ci ilin iyulundan Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununa əsasən nazirlik tərəfindən yaradılmış Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantı interaktiv rejimdə fəaliyyət göstərir və daim yeniləşdirilir.

Sözsüz ki, bu möhtəşəm uğurların davamlı olmasında ölkəyə artıq 17 ildir ki, rəhbərlik edən möhtərəm Prezidentimiz İlham Əliyevin və onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri olduqca böyükdür. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, dərin elmi biliyi, məntiqi düşüncəsi, yüksək intellekti, tükənməz xeyirxah əməlləri, ən əsası, mənsub olduğu xalqın milli-mənəvi dəyərlərinə sadiqliyi, millətinə, dövlətinə sədaqəti və əsl Azərbaycan xanımına xas digər nümunəvi xüsusiyyətləri Mehriban xanıma bütün Azərbaycan xalqının sonsuz məhəbbətini qazandırmışdır. Məhz buna görə də möhtərəm Prezidentimizin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi xalqımız tərəfindən böyük sevinc və məmnunluq hissi ilə qarşılanmışdır.

Məlum olduğu kimi, 11 aprel 2018-ci il tarixdə Azərbaycanda Prezident seçkiləri keçirildi. Təbii ki, ölkədə hökm sürən ictimai-siyasi sabitlik və hərtərəfli, dinamik inkişafın göstəriciləri seçkinin taleyinin həll olunmasında ciddi rol oynadı və xalq gördüyünə, yaşadığına əsaslanaraq, taleyini inandığı və sonsuz məhəbbətlə sevdiyi siyasətçiyə, ulu öndərin layiqli davamçısı olan əsl liderə - İlham Əliyevə etibar etdi. Böyük mütəşəkkilliklə keçən seçkilər müstəqillik epoxasının məntiqli və möhtəşəm davamı olmaqla, yeni tarixi mərhələnin mühüm başlanğıc mərhələsi oldu.

 

Şəlalə QULUZADƏ,

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının baş müəllimi,

kiçik ədliyyə müşaviri.

 

Respublika.- 2020.- 26 iyun.- S.6.