Rumıniyanın “News24hours” portalı AZƏRTAC-ın 100 illik yubileyi barədə məqalə yayıb

 

Rumıniyanın “News24hours” portalı AZƏRTAC-ın 100 illik yubileyi barədə məqalə yayıb. 

 

Məqalədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumat verilir.

 

Qeyd olunur ki, yerlixarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyi olan AZƏRTAC 50-yə yaxın informasiya agentliyi ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Agentliyin dünyanın 20-dən çox ölkəsində müxbir məntəqələri var.

 

AZƏRTAC

 

Respublika.- 2020.- 3 mart.- S.4.