Bahar təravətli bayram

 

Ölkəmizdə qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli adət-ənənəyə sadiq qalaraq Azərbaycanımızın güclənməsi naminə bütün sahələrdə şərəflə, sidq ürəklə çalışmışlar.

 

Azərbaycan qadını da dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan dahi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir.

 

Xalqımız ananı Günəşə bənzədib, onu Vətən məfhumu ilə eyniləşdirib. Azərbaycanda ana adı həmişə uca tutulur, ona böyük hörmət göstərilir.

 

8 Mart bahar təravətli ümumdünya bayramıdır. Bəşəriyyət tarixində əlamətdar günlərdən biri olan 8 Mart — Beynəlxalq Qadınlar Günü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Azərbaycanda qadına daim böyük ehtiram və hörmət bəslənmiş, ana adı həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır.

 

Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artmış, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilmişdir.

 

Ulu öndər, dahi şəxsiyyət, ürəklərdə işıq heykəlinə çevrilən Heydər Əliyev qadınların xidmətlərini, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüdülməsində əməyini yüksək qiymətləndirmiş, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Ümummilli liderimiz deyirdi: “Qadınlar bir belə əziyyət çəkənlər nə istəyirlər? Sadəcə olaraq, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”.

 

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü aparmışdır. Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq problemləri ilə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi hakimiyyət orqanıdır.

 

Müasir Azərbaycan qadını bu gün uzaqgörən dövlət xadimi, bacarıqlı siyasətçi, dövlətinə dəstək olan adamı, xalqın etimad göstərib səs verdiyi Milli Məclisin deputatıdır. Qadınlarımız öz soykökünə, xalqın mənəvi dəyərlərinə, adətlərinə sadiq bir insandır.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2018-ci il mayın 29-da keçirilmiş Azərbaycan Qadınlarının V Forumunun iştirakçılarına ünvanladığı məktubunda bildirmişdir ki, Azərbaycan qadınları bir çox qabaqcıl ölkələrin qadınlarından xeyli əvvəl, məhz müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında yaxından iştirak etməyə başlamışlar.

 

Görülən işlərin nəticəsidir ki, qadın hərəkatı öz fəaliyyətini daha da gücləndirir. Azərbaycan qadınlarının tariximizin taleyüklü dövrlərində göstərdikləri sarsılmaz iradə, fədakarlıq, sonsuz vətənpərvərlik bugünkü dövlət quruculuğunda, cəmiyyətimizin sosial-iqtisadi, mənəvi-sosial inkişafına böyük təsir göstərir.

 

Qadınların sosial fəallığının yüksəldilməsində, respublikamızın dinamik inkişafının təmin edilməsinə özünəməxsus töhfələr verməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti misilsizdir.

 

Hamımız üçün əziz, duyğulu olan bahar təravətli bu ümumdünya bayramı günündə Azərbaycan qadınlarına möhkəm cansağlığı, ailə səadəti, gözəllik, bütün arzu-istəklərinə qovuşmaq imkanı arzu edirəm.

 

Mətanət ƏSGƏROVA,

Minera” MMC-nin direktoru

 

Respublika.- 2020.- 7 mart.- S.6.