ıq hökumət, fəal cəmiyyət və hər kəsdən məsuliyyət

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Xüsusilə əlamətdardır ki, qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla şəffaflığın artırılması, iqtisadi inkişaf üçün maneələr törədən, qanunun aliliyinisosial ədalət prinsiplərini pozan kölgə iqtisadiyyatının azaldılması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışlarında, imzaladığı fərman və sərəncamlarda öz əksini tapır və korrupsiyaya qarşı mübarizə, maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi, təkmil nəzarət mexanizminin, o cümlədən ictimai nəzarətin tətbiqi və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsi, innovasiyaların geniş tətbiqi, sahibkarlığın və regionların inkişafında qayğı ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm bir istiqaməti kimi təsbit olunur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda icrası nəzərdə tutulmuş problemlər mühüm əhəmiyyət kəsb edir və yeni dövrün çağırışları baxımından öz aktuallıqları ilə xarakterizə olunur.

Açıq hökumət dedikdə dövlət aparatının işinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hakimiyyətin və vətəndaş cəmiyyətinin səmərəli qarşılıqlı əlaqəsini təmin edən mexanizmlər və prinsiplər sisteminin tətbiqi nəzərdə tutulur.

Bürokratiya xüsusiyyətindən azad açıq hökumət vətəndaşlarını ictimai təşkilatların və biznes birliklərinin hakimiyyət tərəfindən qəbul edilən və həyata keçirilən məsələlərə cəlb olunmasını özündə ehtiva edir. Bunun da əsas məqsədi qeyd edilmiş qərarların keyfiyyətinin yüksəldilməsi və maraqlar balansının tətbiq edilməsindən ibarətdir. Bütün bu göstərilənlər isə öz növbəsində hakimiyyətin fəaliyyətində şəffaflığı və dövlət orqanlarının hərəkətlərinə və əldə edilən nəticələrə dair informasiyalara vətəndaşların sərbəst daxil olmasını nəzərdə tutur.

Açıq hökumətin təşviqi həm vətəndaşlar, həm də hakimiyyət üçün müsbət təsirə malikdir. Belə ki, açıq hökumətin fəaliyyət göstərdiyi şəraitdə hakimiyyət ona qarşı ictimai etimadın yüksəldilməsini, göstərilən xidmətlərin yaxşılaşdırılmasını və səmərəliliyinin yüksəldilməsini təmin edirsə, vətəndaşlar da özləri üçün hökumətin fəaliyyətinə dərindən bələd olmağa, vergilərin, büdcə vəsaitlərinin necə xərclənməsinə nəzarət etməyə və vətəndaş fəallığının yüksəldilməsinə nail olurlar. Hər iki amilin təsiri nəticəsində dövlətin möhkəmlənməsi, iqtisadiyyatın daha dayanıqlı və səmərəli inkişafı, habelə, vətəndaş cəmiyyətinin fəallığı təmin olunur. Bütün bunlar isə hökumətin hesabatlılığı sisteminin formalaşmasını zəruri edir ki, bunun da nəticəsində korrupsiya, rüşvətxorluq və digər sui-istifadə halları nəzərə çarpacaq dərəcədə azalmış olur. Məhz açıq hökumətin fəaliyyəti nəticəsində ənənəvi bürokratiya əngəlləri aradan qalxır və vətəndaşların hakimiyyətdən razılıq səviyyəsi artmış olur. Uzağa getmədən buna ölkəmizdə son illər cəmiyyətin geniş rəğbətini qazanmış “ASAN xidmət”in, Dost mərkəzinin və KOB evlərinin uğurlu fəaliyyətini misal göstərmək olar.

Yuxarıda dediklərimizi ümumiləşdirərək açıq hökumətin vətəndaşlara verə biləcəyi imkanları sistemləşdirsək, ilk növbədə Dövlət hakimiyyət orqanlarının fəaliyyətləri və onun yekunları barədə tam və vaxtında informasiyanın əldə edilməsi; Dövlət və yerli hakimiyyət orqanlarının vəzifələrinin icrasına ictimai nəzarətin təşkilinə nail olmaq; Dövlətin idarə edilməsi işlərində vətəndaşların iştirakı; Büdcə gəlirlərinin mənbələri və həcmi barədə məlumatlarla, habelə büdcə vəsaitlərinin real vaxt rejimində istifadəsinin istiqamətləri və ölçüsü barədə məlumatların əldə edilməsi; hazırlanan qanunvericilik aktları və antikorrupsiya ekspertizası nəticələrinin işlənib hazırlanmasında məlumatlara malik olmaq və yaxından iştirak etmək imkanları göstərilə bilər.

Bunu nəzərə alaraq biz bu şərhimizdə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda təsbit olunmuş problemlərə, ilk növbədə, korrupsiyanın qarşısının alınması və şəffaflığın, o cümlədən maliyyə şəffaflığının gücləndirilməsi sahəsində, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, ictimai nəzarətin artırılmasına, hesabatlılığın və aşkarlığın təkmilləşdirilməsinə, özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması ilə əlaqədar məsələlərə diqqət yetirməyi, onların həllinə dair öz təklif və tövsiyələrimizi bölüşməyi məqsədəmüvafiq hesab edirik.

İlk növbədə qeyd etmək lazımdır ki, yuxarıda göstərilən məsələlərin həlli ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi islahatlar prosesində daim diqqət mərkəzində olmuşbunun da nəticəsində istər şəffaflığın artırılmasında, korrupsiyanın azaldılmasında, istərsə də kölgə iqtisadiyyatının və gizli məşğulluğun səviyyəsinin aşağı salınmasında, hesabatlılığın təkmilləşdirilməsində, sosial məsuliyyətin artırılmasında və nəzarət mexanizminin, o cümlədən vergiqoymagömrük sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Bununla belə, qeyd etmək lazımdır ki, şəffaflıq və nəzrət sahəsində ölkəmizdə bir sıra aktual problemlər öz konseptual həllini gözləyir ki, təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” da məhz açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının, sahibkarlığın dəstəklənməsi, çirkli pulların yuyulmasına qarşı hüquqi bazanın möhkəmləndirilməsi və açıq hökumətin təşviqi ilə bağlı ölkəmizdə görülən tədbirlərin davamlılığının təmin edilməsini özündə ehtiva edir.

Ölkə Prezidentinin təsdiq etdiyi Milli Fəaliyyət Planında hakimiyyət orqanlarının aşkarlığının əsas prinsipləri, onların reallaşması üzrə vəzifə və mexanizmlər, dövlət idarəetməsinin şəffaflığının təmin edilməsinə ünvanlanmış strateji hədəflər təsbit olunmuşdur. Eyni zamanda, hakimiyyətin vətəndaş cəmiyyətinə hesabatlılığı və nəzarəti bir çox müddəalarda öz əksini tapmışdır. Dövlət hakimiyyət orqanları ilə ictimai birliklər və sahibkarlar ordusu ilə səmərəli dialoqun təmin olunması tələbi də çox mühüm əhəmiyyət kəsb edir.

Sənədin diqqətçəkən əsas məqamlarından biri kimi onu qeyd etmək lazımdır ki, tamamilə haqlı olaraq şəffaflığın artırılması problemi dövlət orqanlarının fəaliyyətində olduğu kimi, özəl sektorda da təmin edilməsi məsələsi qarşıya məqsəd qoyulmuşdur. Eyni zamanda, şəffaflığın yüksəldilməsi ilə yanaşı, məsuliyyətin artırılmasının vacibliyi ilə üzvi surətdə əlaqəli olduğu göstərilmişdir.

Milli Fəaliyyət Planının mühüm məziyyətlərindən biri də nəzərdə tutulacaq tədbirlərin içərisində etik davranış qaydalarının geniş tətbiqi və bununla bağlı olaraq, təlim və treninqlərin genişləndirilməsi, vətəndaş institutlarının gücləndirilməsi, ictimai nəzarətin təkmilləşdirilməsi kimi mühüm tədbirlər nəzərdə tutulmuşdur. Milli Fəaliyyət Planının “Özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması sahəsində tədbirlər” adlı bölməsi üzərində xüsusi dayanmaq istərdik. Bunu isə onunla əlaqələndirmək olar ki, sahibkarlığa ölkə Prezidentinin göstərdiyi böyük diqqət və qayğı sayəsində özəl sektor iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilməkdədir və bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirilmişdir. Ona görə də iqtisadiyyatımızın bu bölməsində şəffaflığın artırılması ilə kölgə iqtisadiyyatının aradan qaldırılması, hesabatlılıq tələblərinin gücləndirilməsilə yanaşı kommersiyaqeyri-kommersiya qurumları üçün antikorrupsiyaetik davranış qaydaları ilə bağlı təlim və treninqlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, diqqətçəkən məqamlardan biribudur ki, Milli Fəaliyyət Planında bu istiqamətdə görüləcək işlərin beynəlxalq standartların tələblərini nəzərə almaqla həyata keçirilməsi tələb olunur.

Ümumiyyətlə, Prezident İlham Əliyevin iqtisadi siyasətində qabaqcıl xarici təcrübədən yararlanmaqonun Azərbaycan reallığı nəzərə alınmaqla tətbiqinə nail olmaq əsas müddəalardan birini təşkil edir. Bu baxımdan, şərh etdiyimiz Milli Fəaliyyət Planında bir neçə yerdə vurğulanmış beynəlxalq standartların və peşə etikası məcəllələrinin tətbiqinin əhəmiyyətini özəl sektorun mühüm bir istiqamətindən olan auditor xidməti sahəsində əldə etdiyimiz təcrübə timsalında bölüşmək istərdim.

Bir neçə ay bundan əvvəl, daha dəqiq desək, 2019-cu ilin 15 iyun tarixində dünya auditorları üçün həqiqətən də əlamətdar bir hadisə baş verdi. Məhz həmin gün Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurası tərəfindən işlənib hazırlanmış “Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” qüvvəyə mindi. Qeyd edək ki, Şura təkcə bu vaxta kimi qüvvədə olan Etika Məcəlləsinin 2016-cı il redaksiyasına ayrı-ayrı dəqiqləşdirmələr etməklə kifayətlənməmiş, məcəllə, demək olar ki, köklü surətdə dəyişdirilmişdir. Bir faktı da diqqətə çatdıraq ki, əvvəlki məcəllələrdən fərqli olaraq yeni qüvvəyə minən Məcəllə nəzərdə tutulmuş müddəaların icra edilməsinin məcburiliyini ön plana çəkmişdir.

Məcəllənin tətbiqinin əhəmiyyətindən danışarkən, onu vurğulayaq ki, Məcəllənin yeni konsepsiyası hesabatlılığa dünyada müşahidə olunan ictimai etimadın azalması prosesinin qarşısının alınmasında böyük ümidlər doğurur. Bizim üçün çox xoşdur ki, Məcəllənin dünyada tərcümə olunduğu 40 dildən biri də Azərbaycan dilidir.

Qeyd edildiyi kimi, kölgə iqtisadiyyatının azaldılması zərurəti möhtərəm Prezidentimizin tərəfindən bir daha Milli Fəaliyyət Planında irəli sürülmüşdür. Bunun üçün isə uçot, hesabatlılıq və nəzarət sahəsində mövcud problemlər beynəlxalq təcrübə nəzərə alınmaqla həll edilməlidir.

Uçot və hesabatlılığın düzgün tərtib olunmasının vacibliyini belə bir faktla göstərmək olar ki, müəssisəyə dəyən zərərdə aktivlərin qanunsuz verilməsinin payı 9%, korrupsiyanın payı 10% təşkil etdiyi halda, maliyyə hesabatlarında saxtakarlığın 81% paya malik olması aparılan xarici tədqiqatlar vasitəsilə sübuta yetirilmişdir.

Ölkəmizdə kölgə iqtisadiyyatının əsasən maliyyə hesabatlılıq mənşəli olmasını və buna qarşı tədbirlər görülməsinin zəruriliyini nəzərə alaraqvergi ödəyicilərinin iqtisadi-maliyyə fəaliyyətində səhvlərin aradan qaldırılması istiqamətində preventiv tədbirlərin görülməsi üçün əlaqəli Konsaltinqauditor xidmətlərindən istifadənin genişləndirilməsi, sahibkarlara uçotun və hesabatlılığın aparılmasına dair metodikipreventiv dəstəyin göstərilməsi zərurəti hələ də öz aktuallığını saxlamaqdadır.

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər içərisində risk qiymətləndirilmələrinin metodiki təminatı və informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması xüsusi vurğulanmışdır.

Maliyyə nəzarətinin planlaşdırılmasında riskprudensial əsaslı nəzarət modeli prinsiplərinin mexanizminin işlənib hazırlanması və tətbiq edilməsi, müxtəlif nəzarət növləri arasında tənzimlənmənin təşkili məqsədi ilə onlar arasında düzgün vəzifə, hüquq və məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi, vergi ödəyicilərinin risk qruplarına bölünməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi böyük önəm kəsb edir.

Prudensial nəzarət əslində daha çox tənzimlənmə funksiyasını yerinə yetirməklə limit və məhdudiyyətlər sisteminin, habelə, məqbul risk səviyyəsini nəzarətdə saxlayır və investorların, əmanətçilərin və digər maraqlı tərəflərin mənafeyini qoruyur. Nəzarətin bu mütərəqqi forması artıq yol verilmiş nöqsan və pozuntuların aşkarlanmasından da çox, belə neqativ halların əvvəlcədən yaranma səbəblərinin aradan qaldırılmasını əhatə edir.

Eyni zamanda, xarici təcrübədən bəhrələnməklə kölgə iqtisadiyyatının azaldılmasına xidmət edən, o cümlədən kölgə iqtisadiyyatında qalmağın əlverişsizliyinə və riskli olmasına dair müddəaların qanunvericilikdə ehtiva olunması bu sahədə uğurları daha da sürətləndirərdi.

Son vaxtlarda hesabatlılığın və şəffaflığın artırılmasına yönəlmiş müddəaların Vergi Məcəlləsində və “Mühasibat uçotu haqqında” Qanunda əks etdirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Doğrudur, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsində hesabatlılıq və şəffaflığa dair bir sıra mühüm problemlərin həlli qarşıya qoyulmuşdur. Bunlara ilk növbədə, yeni hesabatvermə formalarının hazırlanmasını, ilkin uçotun təşviqini, büdcədənkənar vəsaitlərin idarəolunması və monitorinqi sisteminin hazırlanmasını, mühasibat uçotunun beynəlxalq standartların kiçikorta sahibkarlıq subyektləri tərəfindən tətbiqinin stimullaşdırılmasını, statistika infrastrukturunun təkmilləşdirilməsini, məlumatların mübadiləsi və açıqlanması mexanizmlərinin müəyyən edilməsi kimi problemləri göstərmək olar.

Qeyd etmək yerinə düşər ki, şəffaflıq anlayışı barədə cəmiyyətdə hələ də qəti bir fikir formalaşmamış və hüquqi- normativ aktlarda əks etdirilməmişdir. Fikrimizcə, şəffaflıq dedikdə, mövcud vəziyyət, qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər barədə informasiyanın bütün maraqlı tərəflərə əlçatan və anlaşılan olması üçün şəraitin yaradılması başa düşülməlidir. Eyni zamanda, şəffaflıq makrosəviyyədə şəffaflıq (dövlət siyasətində şəffaflıq), mezosəviyyədə şəffaflıq (regional səviyyədə şəffaflıq) və mikrosəviyyədə şəffaflıq (təsərrüfat subyektlərində şəffaflıq) kimi təsnifləşdirilə bilər. Məhz şəffaflığın artırılması və hesabatlılığın düzgün aparılması təsərrüfat fəaliyyətində risklərin azaldılmasına, səmərəli idarəetmə qərarlarının qəbul edilməsinə, ölkə iqtisadiyyatında real durumun qiymətləndirilməsinə, makroiqtisadi göstəricilərin düzgün proqnozlaşdırılmasına imkan verir.

Ölkəmizdə Maliyyə Nazirliyi tərəfindən son dövrlərdə çox vacib tədbirlər həyata keçirilsə də, maliyyə hesabatlarının təqdimetmə sahəsində hələ də bir sıra problemlər öz həllini gözləyir. Halbuki inkişaf etmiş ölkələrdə hesabatların gec təqdim edilməsinə görə şirkətlər üçün ciddi cərimə məbləğləri nəzərdə tutulmuşdur. Məsələn, Böyük Britaniyada 1 gün - 1 ay hesbat gecikdirməyə xüsusi şirkət 150 funt sterlinq, ictimai əhəmiyyətli qurum isə 750 funt sterlinq, 1 ay 1 gün - 3 ay gecikdirməyə görə 375 funt sterlinq və 1500 funt sterlinq, 3 ay 1 gün - 6 ay gecikdirməyə görə 750 funt sterlinq və 3000 funt sterlinq, 6 aydan artıq gecikdirməyə görə 1500 funt sterlinq və 7500 funt sterlinq cərimə tətbiq edilir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi və siyasi iradəsi ilə ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığının möhkəmləndirilməsi və rəqabətqabiliyyətliliyinin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Korrupsiyaya qarşı mübarizə və onun profilaktikası baxımından şəffaflıqla birbaşa bağlı olan təsərrüfat subyektlərinin maliyyə hesabatlarının vaxtında hazırlanması və açıqlanması prosedurlarının genişləndirilməsi mühüm rola malikdir. Bununla yanaşı, beynəlxalq standartlar əsasında maliyyə hesabatlarının azaldılması və müstəqil auditor rəyi ilə birlikdə ictimaiyyətə tam və vaxtında açıqlanması sahəsində mövcud olan problemlərin həlli zərurəti bir sıra tədbirlərin işlənib hazırlanmasını və tətbiq edilməsini tələb edir.

Təsadüfi deyildir ki, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Tədbirlər” müstəqil bir bölmə şəklində nəzərdə tutulmuşdur.

Tamamilə haqlı olaraq, Milli Fəaliyyət Planında çirkli pulların yuyulmasına qarşı mübarizə üçün qanunvericiliyin təkmilləşdirilməsi və koordinasiya mexanizminin yaradılması zəruri hesab edilmişdir. Eyni zamanda, risk qiymətləndirilməsi üçün zəruri olan statistik və digər məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsi və ümumiləşdirilməsi müvafiq qurumlara həvalə edilmişdir.

Önəmlidir ki, Milli Fəaliyyət Planında Auditorlar Palatası qarşısında da “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş nəzarət orqanlarının nəzarət etdikləri monitorinq iştirakçılarına sahəvi risk qiymətləndirilməsi aparmaları və nəticələr barədə maliyyə monitorinqi orqanını məlumatlandırmaları vəzifələri qoyulmuşdur.

Qeyd olunduğu kimi, Milli Fəaliyyət Planında xüsusi diqqətçəkən məqamlardan biri vətəndaş cəmiyyətinin fəallığının artırılması istiqamətində müxtəlif səpkili tədbirlərin həyata keçirilməsi tələbidir. Sübut olunmuşdur ki, təkcə hakimiyyət strukturlarında aşkarlığının təmin olunması ilə açıq hökumət ideyasının reallaşmasını təmin etmək olmaz. Bu sahədə də tələb və təklif arasında uyğunluğun zərurəti özünü büruzə verir. Belə ki, açıq hökumət şəraitində işləməyə qadir olan vətəndaş cəmiyyətinin qurulması və vətəndaş institutlarının genişləndirilməsi günün ən vacib məsələlərindəndir.

Belə bir fikir mövcuddur ki, vətəndaş cəmiyyəti institutları inkişaf etməmiş ölkələrdə dövlətin və onun hakimiyyət orqanlarının fəaliyyətlərində rəqabətin və nəzarətin azlığı ucbatından müəyyən arxayınlaşma halları yarana bilir ki, bu da son nəticədə arzuolunmazdır. Digər tərəfdən vətəndaş cəmiyyəti institutlarının zəifliyi əhalinin dövlətə qarşı istehlakçı münasibətlərinin güclənməsinə, maliyyə və inzibati yükün artmasına gətirib çıxarır. Bu nöqteyi nəzərdən vətəndaşların və sahibkarların dövlət siyasətinə dair layihələrinin, proqramnormativ aktların müzakirəsində iştirakının təmin olunması ilə bütün tərəflər üçün səmərəli həll yollarının tapılması mümkün olur. Eyni zamanda, bu yanaşma vətəndaş cəmiyyəti nümayəndələrindən və sahibkarların dövlətə və onun müxtəlif səpkili nümayəndələrinə etimadının yüksəldilməsinə zəmin yaradır. Milli Fəaliyyət Planının I bölməsinin 1.1 və 1.10-cu bəndlərində açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən bəhrələnmək və ixtisaslaşan beynəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyi ayrıca qeyd edilmişdir.

Beynəlxalq təcrübədən danışarkən qeyd edək ki, hələ qədim Yunanıstanda eramızdan əvvəl V əsrdə hökumətdə şəffaflığın və hesabatlılığın zərurətini qeyd edən konsepsiya tətbiq edilsə də (“açıq hökumət” anlayışına uyğun gələn), “açıq hökumət” termini ilk dəfə 1957-ci ildə ABŞ-ın Konqres tərəfindən yaradılmış “Hökumət informasiyası” alt komitəsində çalışan Uolles Parker tərəfindən işlədilmişdir. Hazırda dünyanın bir çox ölkələrində açıq və ya elektron hökumətin yaradılması istiqamətində müntəzəm işlər aparılmaqdadır. Hətta bu sahədə dünya ölkələri arasında elektron hökumətin inkişafının dinamikası üzrə indekslər də müəyyən olunub, nəşr etdirilir. Aparılan tədqiqatlarda bu sahədə ən qabaqcıl ölkələr sırasında Avstraliya, Sinqapur, Yaponiya, Yeni Zellandiya, Finlandiya və digər ölkələrin olduğu müəyyən edilmişdir. Bir mühüm cəhətə diqqət yetirmək lazımdır ki, məhz elektron hökumət inkişaf etmiş ölkələrdə korrupsiyanın səviyyəsi çox aşağı olur. Heç də təsadüfi deyildir ki, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın I bölməsi korrupsiyanın qarşısının alınması və dövlət orqanlarının fəaliyyətində şəffaflığın gücləndirilməsi sahəsində tədbirlərə həsr edilmişdir.

Nəzərdə tutulmuş tədbirlər inzibati yollardan daha çox qabaqlayıcı tədbirlərin görülməsini məqsədəmüvafiq hesab edir. Belə ki, korrupsiya risklərinin müəyyən edilməsi və onun qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, korrupsiyanın ümumilikdə və sahələr üzrə səbəblərinin, xüsusiyyətlərinin və səviyyəsinin öyrənilməsi və bu zaman ixtisaslaşmış tədqiqatların və rəy sorğularının nəticələrindən istifadə edilməsi, habelə qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlığın vacibliyi vurğulanmışdır. Kifayət qədər yeni olan risk qiymətləndirilməsi sisteminin yaradılması probleminin həlli müvafiq araşdırmaların və beynəlxalq təcrübənin tətbiqini ön plana çəkir. Fikrimizcə, maliyyə nəzarətinin effektivlik meyarlarının hazırlanması və tətbiqi, maliyyə nəzarətində daha geniş əhatəliliyi təmin etmək məqsədilə, mütərəqqi seçmə prosedurlarından istifadə edilməsi, korrupsiyaya qarşı mübarizənin keyfiyyətinin yüksəldilməsi və təsirliliyinin təmin olunması kimi istiqamətlər bu sahədə zəruri və məqsədəuyğun hesab edilə bilər.

Korrupsiya dövlət vasitələrində istifadənin səmərəliliyini də nəzərəçarpacaq dərəcədə aşağı salır. Beynəlxalq qurumların araşdırmaları daha maraqlı asılılığı da üzə çıxarmışdır. 132 ölkənin timsalında korrupsiya səviyyəsi ilə onun rəqabət qabiliyyəti arasında qarşılıqlı əlaqənin də olduğu təsdiqlənmişdir. Belə ki, dünyada elə bir ölkə yoxdur ki, eyni zamanda həm yüksək korrupsiya səviyyəsinə, həm də yüksək rəqabətqabiliyyətliliyə malik olsun. Eyni zamanda, az korrupsiyaya uğramış və rəqabətqabiliyyətliliyi aşağı olan ölkəyə də rast gəlinməmişdir. Hesabatlaşmalara görə, korrupsiyanın səviyyəsi ilə rəqabətqabiliyyətlilik arasında qarşılıqlı əlaqə (korrelyasiya) əmsalı 0.87 təşkil edir ki, bu da öz növbəsində, belə əlaqənin çox güclü olduğuna dəlalət edir. Başqa sözlə, korrupsiya rəqabətqabiliyyətliliyi (xüsusən də müəssisələr səviyyəsində) boğuriqtisadi inkişafı onun səmt küləyindən məhrum edir.

Möhtərəm Prezidentimizin göstərdiyi kimi, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatların sistemli xarakter daşımasının zərurəti nəzərə alınmalıdır. Dünya təcrübəsi göstərir ki, nə sərt inzibati tədbirlər, nə reqpressiv qanunların qəbulu, nə də çoxsaylı insanların məsuliyyətə cəlb olunmasının heç biri ayrı-ayrılıqda bu işin öhdəsindən gəlmək iqtidarında deyildir. Real iqtisadisosial vəziyyət, habelə cəmiyyətin mənəvi-psixoloji halı nəzərə alınmadan bu sosial bəlaya qarşı mübarizədə inzibati-profilaktik tədbirlərlə yanaşı, maarifləndirmə və təbliğat işinə də ciddi fikir verməyi zəruri hesab edir.

Bu baxımdan, fikrimizcə dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə ilə yanaşı, etik davranış qaydalarının aşılanması da qabaqcıl ölkələrdə geniş tətbiq olunmadadır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılma işinin təkmilləşdirilməsi, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bütün bu göstərilən istiqamətlər üzrə Milli Fəaliyyət Planında maarifləndirmə işlərilə bərabər, xarici təcrübənin nəzərə alınması və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Milli Fəaliyyət Planının əsas məqsədlərindən biri olan maliyyə şəffaflığının təmin olunması da öz aktuallığı ilə diqqəti cəlb edir. Bu sahədə digər mühüm istiqamətlərlə bərabər, informasiya açıqlığının və vətəndaş cəmiyyəti institutları ilə birgə işlərin güclənməsi üzrə yaxın iki ildə çox mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, dövlət büdcələrinin və icmal büdcəsinin layihələrinin parametrlərinə dair məlumatların Milli Məclisə təqdim edilənədək açıqlanması, dövlət büdcəsinin layihəsilə birgə müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi, ictimai maarifləndirmə tədbirlərinin artırılması bu deyilənlərə misal ola bilər. Maliyyə şəffaflığının təminatı üzrə nəzərdə tutulan tədbirlər sırasında dövlət maliyyə şəffaflığının təminatı üzrə nəzərdə tutulan tədbirlər sırasında dövlət maliyyə nəzarətini həyata keçirən orqanlar tərəfindən nəzarət tədbirlərinin nəticələrinin rəsmi internet səhifəsində yerləşdirilməsi yolu ilə açıqlanması çox əhəmiyyətlidir. Daha bir mühüm məsələ kimi tədbirlər planının 2.10-cu bəndində nəzərdə tutulmuş nizamnamə kapitalında dövlətə məxsus payları (səhmləri) olan iri dövlət müəssisələrinin, büdcədənkənar dövlət fondunun illik maliyyə hesabatlarının açıqlanması zərurətidir.

Bütün dövrlərdə iqtisadiyyatın səmərəli idarə edilməsinin əsasını hesabatlarda əks olunan informasiyalar təşkil etmişdir. Bu baxımdan, hesabatlılığın təkmilliyinin (yaxşılığının), düzgünobyektiv tərtib edilməsinin, vaxtlı-vaxtında təqdimatının və aşkar (əlçatan) olmasının rolu çox mühümdür. Şübhə yoxdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 fevral 2020-ci ildə imzaladığı sərəncamla təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda həlli vacib mühüm vəzifə kimi qarşıya qoyulan problemlərin həlli ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcəkdir.

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor.

 

Respublika.- 2020.- 8 mart.- S.6.