Kitablar arasında keçən ömür

 

Gözəl Bakımızın meydanlarının birində bir heykəl ucaldılıb: “Azad qadın”... Bax, bu abidənin önündən keçəndə istər-istəməz Cəfər Cabbarlının “Sevili yada düşür. Doğrudur, Cəfərin qəhrəmanı bədii personaj idi və həmin dövrün mənəvi-əxlaqi keyfiyyətini təcəssüm etdirirdi. Fəqət, elə həmin dövrdə real həyatımızın gerçək, canlı qadın qəhrəmanları isə saysız-hesabsız idi. Elə sonralar da həyatın ayrı-ayrı sahələrində ilklərə imza atan qadınlarımız az olmayıb. Başını hər zaman dik saxlayan, düşmənə əyilməyən, namus və qeyrətini, ailə şərəfini həmişə uca tutan qadınlarımızın rəmzidir bu abidə, çünki hansı peşə sahibi olursa-olsun, hansı vəzifəni tutarsa-tutsun, təkcə bənzərsiz analıq missiyası ilə dünyaya nümunə olan Azərbaycan qadını, bax, həmişə o ucalıqdadır!..

8 Mart Qadınlar Bayramı münasibətilə kimlərdən yazmaq məsələsi müzakirə edilirdi. Çoxlarının adı çəkildi və müəyyən tapşırıqlar verildi. Baş redaktorumuz, professor Teymur Əhmədov: “Mən istərdim ki, Sara xanımı da o siyahıya əlavə edəsiniz” - deyib üzünü mənə çevirdi. O baxışlar bu işi mənə tapşırmağın işarəsi idikimi nəzərdə tutduğunu da o saat anladım. Bu isə təsadüfi deyildi. Çünki 60 ilə yaxın bir müddətdə qocaman elm məbədi Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında çalışan, 40 ilə yaxın bir müddətdə ona rəhbərlik edən, ömrünün çoxunu kitablar arasında keçirən Sara İbrahimova ilə dəfələrlə görüşmüş, müxtəlif mövzularda yazılar hazırlamışdım: “Məncə, pis olmaz” - demişdim ki, Teymur müəllim: “Qoy elə bilməsin ki, biz onu unutmuşuq...” - deyib söhbəti yekunlaşdırdı.

Sara xanım Elmi Kitabxanaya işə düzələndə 20 yaşı vardı. Onun ilk əmək fəaliyyətinə başlaması ailə həyatının elə ilk illərinə təsadüf edirdi. Gənc bir insan üçün əlbəttə ki, asan deyildi işləmək, hər gün müxtəlif xarakterli insanlarla görüşmək, onların tələblərini ödəmək, razı salmaq ilk baxışdan sadə, asan görünsə də, çətin bir idi. İşdən sonra isə ev, ailə qayğıları... 1983-cü ildə bu elm ocağına direktor vəzifəsinə təyin olunduqdan sonra, onun qayğıları da, məsuliyyəti də artdı, lakin işinin çoxluğuna, vaxtının azlığına baxmayaraq analıq, qadınlıq missiyasını heç bir zaman arxa plana çəkmədi, əksinə yuxusuz gecələrinin hesabına ailəsini qoruyub saxladı, həyat yoldaşından, oğlanlarından qayğısını, sevgisini əsirgəmədi. Bir direktor kimi Elmi Kitabxanada görüləcək işləri isə daha çox idi...

1990-cı illərin ortalarından etibarən yenidənqurmanın ab-havası ölkəni yavaş-yavaş bürüməyə başlayır və bu, həyatın müxtəlif sahələrində “yeniliklər”lə müşayiət olunurdu. Sara xanımın dediklərindən: “...SSRİ-nin dağılması kitabxana fondunun zənginləşməsinə öz mənfi təsirini göstərdi. Rusiya Federasiyasının nəşriyyatları ilə əlaqələrin kəsilməsi respublikaya kitabların daxil olmasını zəiflətdi. Buna baxmayaraq, Elmi Kitabxana mövcud dərslik və dərs vəsaitlərini, elmi ədəbiyyatı qoruyaraq oxucuların tələbatını ödəməyə çalışırdı.

2000-ci ildən kitabxananın həyatında yeni mərhələ başladı. 1999-cu ildə akademik Abel Məhərrəmov universitetə rektor təyin olunduqdan sonra kitabxanaya xüsusi diqqət ayırdı. MDB ölkələri ilə kəsilmiş əlaqələr onun səyi nəticəsində bərpa edildi, universitetin profili üzrə elmi jurnallar yenidən alınmağa başlandı. Çap şəklində elmi informasiya mənbəyi olan referativ jurnalların abunə qiymətlərinin həddindən artıq baha olmasına baxmayaraq, Azərbaycanda təkcə bu universitetin kitabxanası həmin jurnalların abunəsini bərpa etdi. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2003-cü il 2 yanvar tarixli fərmanına əsasən respublikada rəsmi olaraq kiril qrafikasına keçirildi. Bu da, kitabxanada latın qrafikalı ədəbiyyata ehtiyac olduğunu aydın göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı sərəncama əsasən, Azərbaycan və dünya klassiklərinin əsərləri, elmin müxtəlif sahələrinə dair elmi kitablar bu qrafika ilə kütləvi surətdə çap edilməyə başladı. Latın qrafikası ilə çap olunmuş kitablardan müntəzəm olaraq kitabxanaya hədiyyə edilirdi. Beləliklə, kitabxanamızın fondu zənginləşir, həm də işimizin həcmi artırdı. Bütün bu işləri yoluna qoymaq üçün kitabxananın kollektivi səfərbər olunmuşdu”.

Təbii ki, bir rəhbər kimi, Sara xanımın da əməyi, xidməti az deyildi. İstər latın qrafikalı yeni ədəbiyyatın, istər Rusiya Federasiyasından hədiyyə verilən kitabların sərgisini təşkil etmək, beynəlxalq səviyyəli sərgilərdə universitet alimlərinin əsərləri ilə təmsil olunmaq, Elmi Kitabxanada kitabların daimi fəaliyyət göstərən sərgisini nizamda saxlamaq rəhbər işçidən böyük təşkilatçılıq qabiliyyəti tələb edirdi. Sara xanım bunların öhdəsindən bacarıqla gəlirdi.

Müxtəlif ölkələrlə kitab mübadiləsi Elmi Kitabxananın özünü də qonaq-qaralı etmişdi. İran İslam Respublikası, Rusiya Federasiyası, Ukraynanın aidiyyəti qurumlarının əməkdaşları, Böyük Britaniyanın “Blackwell Bibliographyc Services” satış bazasının nümayəndələri ilə görüşləri Sara xanım indixoş duyğularla xatırlayır.

Sara xanım uşaqlıqdan mütaliəni çox sevir. Təhsilini rus dilində alsa da Azərbaycan dilində oxumağa daha çox üstünlük verib. Anarın, Çingiz Abdullayevin bütün əsərlərini oxuyub. Yaşının bu çağında da öz ənənəsinə sadiqdir. Bu gün informasiya mənbəələrinin bu qədər çox olduğu bir məqamda kitabı ən etibarlı mənbə sayan bu qocaman kitabxanaçı kitabkitabxanaya qayğıdan da danışdı: “Son illər belə fikirlər səslənir ki, kitaba, mütaliəyə maraq azalıb. Açığını deyim ki, işlədiyim illərdə mən bunu müşahidə etməmişəm, konkret olaraq BDU-nun Elmi Kitabxanasından danışıram. Əgər buradakı elektron kartlara baxsanız, görərsiniz ki, elə tələbə var oxumaq üçün 18 kitab götürüb. Bədii ədəbiyyat üçün axın daha çoxdur. Prezidentin fərmanı ilə latın qrafikasında yenidən çap olunan bədii ədəbiyyat digər kitabxanalara nisbətən buraya daha çox ayrılır. Bu isə gənclərdə kitaba marağı artırır. Konkret olaraq deyə bilərəm ki, ali məktəb kitabxanalarının bugünkü vəziyyəti yaxşıdır, kitaba maraq, kitabxanalara qayğı var...”

Qəhrəmanlıq nisbi anlayışdır. Düşünürəm ki, 60 il eyni bir təşkilatda işləmək, 40 il rəhbər vəzifədə qalmaq tale, qismət olsa da, həm də qəhrəmanlıqdır. Səbir, hövsələ, məsuliyyət, təşkilatçılıq qabiliyyəti, işə sevgis. bu kimi keyfiyyətləri özündə cəmləşdirən Sara İbrahimovanın əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, kitabxana işikitabxana strukturu haqqında bilik və bacarığını məqsədyönlü şəkildə inkişaf etdirdiyinə görə dəfələrlə respublikauniversitet rəhbərliyi tərəfindən Fəxri fərmanlara, SSRİ Təhsil NazirliyininZa otlıçnıe uspexirabotedöş nişanı, Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub, Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Hazırda təqaüddədir. Ömrünün müdriklik çağını yaşayan Sara xanım istər bir rəhbər işçi, istərsə də bir pedaqoq kimi yeni nəsil kitabxanaçıların yetişməsində böyük əmək sərf edib. Vaxtilə tələbəsi olduğu universitetin Kitabxanaçılıq və informasiya fakültəsində tələbələrinə bu peşənin sirlərini, incəliklərini öyrədib, seçdikləri peşəyə sevgi hissini aşılayıb.

Özü deməsə də, yəqin ki, , doğma kollektiv üçün çox darıxır Sara xanım. Təbiidir... Bir də niyə də darıxsın ki... Özünü bütünlüklə ailəyə, doğmalarına həsr etmək gözəl deyilmi?!

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2020.- 8 mart.- S.7.