5 nömrəli Uşaq İncəsənət Məktəbi

 

5 nömrəli Uşaq İncəsənət Məktəbi Bakı Şəhər Mədəniyyət baş İdarəsinin nəzdindəki nümunəvi məktəblərdən biridir.

Məktəbin direktoru, ali ixtisas təhsilli və təcrübəli musiqiçi Emin Nağıyevlə söhbət edərkən bildirdi ki, məktəbi nümunəvi təhsil ocağı kimi tanıtmaq üçün kollektivin köməyi ilə bir sıra islahatlar aparılmış, uşaqların musiqiyə olan həvəsini düzgün formalaşdırmaq üçün tədbirlər həyata keçirilmişdir. Buradaustad dərsləri”nin təşkili artıq ənənə şəklini almışdır. Bunun nəticəsidir ki, məktəbin məzunları aliorta ixtisas təhsilli məktəblərə qəbul zamanı musiqi və mədəniyyət təmayüllü məktəblərə daha çox meyl edirlər. Şübhəsiz ki, bu işdə məktəbin direktoru ilə yanaşı, müəllimlərdən Nəvai Babayev, Xəyalə Hüseynova, Məhəbbət Əsgərova, Zenfira Bağırzadə, Etibar Quliyev və başqalarının da əməyi böyükdür. Məktəb Qaradağ rayon rəhbərliyinin daim diqqət mərkəzində olduğu üçün burada daha tez-tez tədbirlər həyata keçirilir və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki uşaq musiqi məktəbləri ilə sıx əlaqə saxlanılır.

 

Məktəb, eyni zamanda qəsəbədəki xidmət sahəsindəki orta ümumtəhsil məktəblərlə, uşaq və körpələr evləri ilə də əlaqələr qurur, dərslərin keyfiyyəti ilə yanaşı, mədəni tədbirlərin təşkilində, rayonrespublika əhəmiyyətli tədbirlərin təşkilində də yaxından iştirak edir. Təqvim günlərinin təşkili artıq bir ənənə şəklini almışdır.

 

15 sentyabrBilik Gününə həsr olunmuş tədbirdə balaca rəssamların əl işlərindən ibarət sərgi, rəqs qrupunun ifasında “Sevinc” rəqsi böyük marağa səbəb olmuşdur. Müəllim günü ilə əlaqədar keçirilən tədbir də maraqlı idi. Məktəbin respublikamızın məşhur konsert zallarındakı çıxışları da təqdirəlayiqdir. Belə ki, mədəniyyət, gənclər və idman təşkilatlarının dəstəyi ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən “Payız əfsanələri” adlı Beynəlxalq İncəsənət yarışmasındakı fəal çıxışı və bu yarışmada qarmon sinfinin şagirdi Ayna Qazaxovanın birinci yeri tutaraq, medaladiploma layiq görülməsi məktəbin fəaliyyətindən xəbər verir.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səttar Bəhlulzadənin 110 illiyinə həsr olunmuş tədbirdə Əməkdar İncəsənət xadimi, dahi rəssam S.Bəhlulzadənin fəaliyyətinə nəzər salınmışdır. Tədbirdə Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı S.Bəhlulzadənin “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Torpağın arzusu”, “Azərbaycan nağılı”, “Yaz səhəri”, “Neft daşları” və s. əsərləri ilə yanaşı, məktəbin rəsm sinfinin şagirdlərinin də rəsmləri nümayiş etdirilmişdir.

 

Direktor onu da qeyd etdi ki, məktəb ayrı-ayrı təşkilatlarla da birgə tədbirlər həyata keçirir. Məktəbin mütəmadi olaraq YAP-ın Qaradağ rayon təşkilatı, Qara Qarayev adına incəsənət mərkəzi və başqa təşkilatlarla birgə tədbirləri ənənə şəklini almışdır.

 

Rayon Heydər Əliyev mərkəzləri ilə keçirilən tədbirlər də uşaqlar arasında dahi rəhbərə, ulu öndərə rəğbət hissini daha da artırır.

 

Məktəbdə bəstəkarların həyat və yaradıcılığına həsr olunmuş tədbirlər də uşaqların bu sənətə, onların dünyaya baxışının formalaşmasına böyük təsir göstərir. Belə ki, Asəf Zeynallının 110 illiyinə həsr olunmuş xatirə gecəsi tamaşaçıların, o cümlədən uşaqların böyük marağına səbəb olmuşdur. Tədbirdə böyük bəstəkarın bir çox əsərləri, o cümlədən “Uşaq suitası”, “Sarı gəlin”, “Ölkəm”, “Arazpyesi, “Sual”, “Çadra”, “Ceyran” və digər mahnı və romansları ifa olundu.

 

Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsində Amin Abdullayevin I yerə layiq görülməsi, gənc pianoçuların IV respublika müsabiqəsində Nazil Abbaslının fəxri fərmanla təltif olması məktəbin nailiyyətlərindəndir.

 

Fəxrlə deyə biləriki ki, 63 müəllimin və 269 nəfər şagirdin fəaliyyət göstərdiyi 5 nömrəli Uşaq İncəsənət Məktəbi indi öz intibah dövrünü yaşayır.

 

Zabit CAVADOV

 

Respublika.- 2020.- 13 mart.- S.7.