Əbədiyaşar lider - Heydər Əliyev

 

Azərbaycan xalqının böyük oğlu, vətənə və xalqa hədsiz məhəbbəti ilə seçilən Heydər Əliyev sağ olsaydı, bu ilin may ayında 97 yaşı tamam olardı. Əfsuslar ki, indi o aramızda deyil. İnsanın dünyaya gəlişi və öz həyatını başa vurduqdan sonra haqq dünyasına qovuşması təbii bir prosesdir. Lakin qısa bir ömürdə əsrlərə sığmayan əməlləri ilə zamanın fövqünə ucalmış və adı tarixin yaddaşına böyük hərflərlə yazılmış dahi şəxsiyyətin dünyadan getməsi bütün xalqlar və dövrlər üçün böyük kədər və faciədir.

 

Azərbaycan tarixində dövlətçiliyimizin xilaskarı kimi əbədi qalan, bütün dünyada görkəmli siyasi və dövlət xadimi kimi tanınan Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Onun parlaq şəxsiyyəti, vətənimiz və xalqımız qarşısında ölçüyəgəlməz xidmətləri barədə nə qədər söz deyilsə, kitab və tədqiqat əsərləri yazılsa da, heç vaxt yetərincə olmayacaq. Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır, hər zaman öyrənilməli və öyrədilməlidir.

 

Müstəqil dövlətçiliyimizin qurucusu Heydər Əliyevi ümummilli lider səviyyəsinə qaldıran əsas cəhət və amil onun bənzərsiz xarizmatikliyidir. Bu, siyasi mənada, xalqı öz liderlik qabiliyyətinə və missiyasına inandırmaq, kütlələri öz arxasınca aparmaq bacarığına və qüdrətinə malik olmaq deməkdir.

 

1994-cü ilin oktyabr hadisələrini xatırlayaq, Heydər Əliyevin Vətən təhlükədədir çağırışı ilə gecənin bir aləmində yüz minlərlə insan meydana axışdı. Xalq - Heydər Əliyev birliyi reallaşdı, Azərbaycan faciələrdən, parçalanmaq təhlükəsindən qurtuldu.

 

Siyasi liderə, böyük dövlət xadiminə xas olan bütün nadir keyfiyyətlər Heydər Əliyevdə cəm olmuşdu və elə bu keyfiyyətlər onu siyasətimizin, tariximizin ümummilli liderinə çevirdi.

 

Heydər Əliyevin dahi siyasi lider kimi fenomenal xüsusiyyətlərindən biriorijinal fikirlərini, möhtəşəm ideyalarını sadə sözlə, dəmir məntiqlə xalqa çatdıra bilməsi idi. O, böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olmaqla bərabər, həm də məharətli natiq idi. Gur səsi, parlaq nitqi və dəmir məntiqi ilə dərhal diqqəti cəlb edir, siyasət, iqtisadiyyat, mədəniyyət və sairə mövzularda təkrara və fasiləyə yol vermədən saatlarla danışa bilirdi.

 

Hələ sovetlər dönəmində Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk illərdə Heydər Əliyev Sovetlər İttifaqında cərəyan edən ictimai-siyasi, sosial-iqtisadi və beynəlxalq hadisələrə ümumi qəbul edilmiş standart meyarlarla deyil, tarixi meyarlarla qiymət verirdi. Məhz Heydər Əliyevin titanik səylərinin, rasional təşəbbüslərinin nəticəsi idi ki, qısa zamanda Azərbaycan iqtisadiyyatına külli miqdarda investisiya cəlb edildi, respublikada güclü sənaye potensialının yaradılmasına başlandı. Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, dövlət orqanlarında milli kadrlara üstünlük verilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın, təhsilin inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş çoxsaylı tədbirlər isə xalqımızın milli özünüdərkinin yüksəlişinə şərait yaratdı. Azərbaycanla bir yerdə Heydər Əliyev də ucaldı, bütün İttifaqda şöhrət qazandı, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifələrinə irəli çəkildi. Moskvada yüksək dövlət və partiya vəzifələrində işlədiyi illərdə də o öz xalqına sadiq qalaraq bütün bacarığını və dövlətçilik təcrübəsini Azərbaycanın inkişafına və dünya miqyasında tanınmasına həsr etmişdir.

 

Heç də təsadüfi deyil ki, vətənimizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası prosesinin hazırkı təməli Heydər Əliyev tərəfindən həmin illərdə, yəni 1969-1982-ci illərdə yaradılmış iqtisadi potensiala əsaslanır. Heydər Əliyev respublikanın iqtisadiyyatını inkişaf etdirməklə bərabər, cəmiyyətdə də bir saflığın, düzgünlüyün mübarizəsinə qalxmışdı. Həmin dövrdə bütün İttifaqı cənginə almış bürokratiya və rüşvətxorluğa qarşı Azərbaycanda, sözün əsl mənasında, müharibə elan olunmuşdu. Heydər Əliyev problemlərdən qaçmırdı, onları qabartmağa və həllinə nail olmağa üstünlük verirdi. Bu, Ümummilli Liderin idarəçiliyinin əsas prinsiplərindən biri idionun Azərbaycana birinci rəhbərliyi dövründə qazanılan uğurların əsasını təşkil edirdi.

 

Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövründə, 90-cı illərdə müstəqilliyin əldə edilməsi ilə ideoloji çərçivələr götürülsə də, respublikada vəziyyət həddindən artıq ağır idi - xarici qüvvələrin dəstəyi ilə qərbdən erməni təcavüzü başlamış, şimalda və cənubda isə separatçılıq meyilləri güclənmişdi, ölkəni iqtisadi tənəzzül və siyasi xaos bürümüşdü, dövlətçilik böyük təhlükə altında idi. Ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslərbir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Belə ağır bir şəraitdə Heydər Əliyev yalnız öz siyasətinə və xalqın dəstəyinə arxalanaraq quruculuq missiyasını bacarıqla həyata keçirdiyi kimi, xilaskarlıq missiyasını da uğurla həyata keçirdi, dövlətçiliyi möhkəmləndirdi, müstəqilliyi əbədiləşdirdi.

 

Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdığı ilk günlərdən görkəmli siyasətçi, mahir diplomat kimi ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətə başladı. O, təcrübəli dövlət xadimi kimi çox gözəl bilirdi ki, sabitlik olmayan yerdə nizami ordu qurmaq, demokratik islahatlar aparmaq, iqtisadi inkişafa nail olmaq mümkün deyil. Həmin dövrdə Azərbaycanın Silahlı Qüvvələrinin böyük bir hissəsi ayrı-ayrı cinayətkar əllərdə cəmləşmişdi, siyasi məqsədlərə, hakimiyyət uğrunda mübarizələrə cəlb edilmişdi, vətən torpağı müdafiəsiz qalmışdı, ərazilərimiz işğal olunurdu. İlk növbədə bu qeyri-qanuni silahlı dəstələri ləğv etmək, siyasi təxribatların, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə almaq lazım idi. Uzun sürən daxili çəkişmələrdən sonra ölkədə ictimai-siyasi sabitlik yaratmaq çətin olsa da, siyasətimizin patriarxı bu çətin işlərin öhdəsindən xalqın dəstəyi ilə, məharətlə gəldi.

 

Dahi siyasətçinin uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlanması oldu. Həmin dövrdə Azərbaycan Ordusunun əks-hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ ilə dünyanın aparıcı neft şirkətləri arasında respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş Əsrin müqaviləsi imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxtimkan yarandı.

 

Bu gün birmənalı olaraq demək olar ki, Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır. Siyasi-iqtisadi və sosial-mədəni sahələrdə olduğu kimi, qanunvericilik məsələlərində də zamanın nəbzini düzgün tutmağı bacaran Heydər Əliyev Konstitusiyanın müstəqil dövlətin həyatında oynadığı rolu tam ciddiliyi ilə qiymətləndirərək və onun inkişafa doğru yolda, bir növ, kompas olduğunu bilərək diqqəti müstəqil respublikamız üçün həyati əhəmiyyətli bu qanunlar toplusunun yaradılmasına yönəltdi. Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olundu.

 

Bu, bir həqiqətdir ki, millətin gücünüfuzu onu təmsil edən rəhbərin şəxsiyyətindən, məqsədyönlü siyasətindən, diplomatik məharətindən birbaşa asılıdır. Ümummilli Lider məhz bu keyfiyyətləri sayəsində xalqın dəstəyi ilə gənc dövlətimizə ziyan verəcək amilləri və qüvvələri neytrallaşdırmağı bacarır, fayda verə biləcək bütün mütərəqqi ideyaları səylə bir yerə cəmləyir, onları elmin və nəzəriyyənin süzgəcindən keçirərək təcrübədə ardıcıllıqla tətbiq edirdi. Azərbaycanı mövcud problemlərdən qurtarmaqonu dünyanın sivil ölkələri səviyyəsinə qaldırmaq üçün nadir intellektual potensialından, tükənməz enerjisindən və hələ sovet dövründə qurduğu beynəlxalq əlaqələrindən məharətlə istifadə edirdi. Dünyanın aparıcı dövlətlərinin respublikamıza marağı bir tərəfdən onun zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi ilə əlaqədar idisə, digər tərəfdən, dövlət başçısı kimi yürütdüyü praqmatikiqtisadi cəhətdən perspektivli siyasətlə, bu siyasətin yaratdığı ictimai-siyasi sabitliklə bağlı idi. Heydər Əliyevin müdrik xarici siyasəti bizə qərəzli münasibət bəsləyən ölkələrin də Azərbaycana qarşı xeyirxah niyyətdə olmalarını təmin etməyə, dost ölkələrlə əlaqələri daha da möhkəmləndirməyə, bütün bu münasibətlərdən isə qarşılıqlı faydalı, milli maraqlara uyğun olaraq daha səmərəli istifadə etməyə xidmət edirdi.

 

Heydər Əliyevin müstəqilliyimizin əbədiləşdirilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın xoşbəxt gələcəyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi titanik siyasəti barədə danışarkən bu siyasi kursun davam etdirilməsinin alternativsizliyini qeyd etmək zərurəti yaranır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Heydər Əliyev qeyri-adi uzaqgörənliyə malik böyük siyasətçi, zəmanəsinin və millətinin dahi lideri kimi xalqının gələcəyini və vətəninin taleyini düşünərək özündən sonra siyasi kursu davam etdirəcək monolit siyasi komandanın və müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdır. Yeri gəlmişkən, 1992-ci il noyabr ayının 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu 28 il müddətində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, milli maraqları uca tutmaqla xalqın dərin etimadını qazanmış və regionun ən böyük siyasi təşkilatına çevrilmişdir.

 

Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr də onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Dövlət başçısı əsası ulu öndər tərəfindən qoyulan vətəndaş sülhüümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, faktiki olaraq dönməz etmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanmışdır. Dinamik inkişaf ictimai-sosial həyatın bütün sahələrini əhatə edir, sosial problemlər sürətlə həll edilir, insanların sosial rifahı daha da yüksəlir. Dünyanın qabaqcıl ölkələrinin maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edir, dünya iqtisadiyyatına inteqrasiya prosesi uğurla davam etdirilir.

 

Prezident İlham Əliyev Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi daxili siyasətdə sosial ədalətin, xarici siyasətdə humanizmin tərəfdarı olsa da, milli maraqlar məsələsində kifayət qədər sərt mövqe və prinsipiallıq nümayiş etdirir, bir addım da geri çəkilmir. Möhtərəm Prezidentin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tutduğu mövqe buna bariz nümunədir. Məlum xarici təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqeyini dünyanın ən yüksək tribunalarından elan edir və birmənalı olaraq qeyd edir ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcəkdir, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, qaçqınlar və məcburi köçkünlər öz tarixi torpaqlarına qayıtmalıdırlar.

 

Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan Respublikası özünün şərəfli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, təsəllimiz odur ki, onun ölməz ideyaları, xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycan Respublikası möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır. Ölkədə demokratik dövlət quruculuğu prosesi qanunvericiliyimizə və beynəlxalq təcrübəyə uyğun olaraq uğurla davam etdirilir, bütün sahələrdə həyata keçirilən islahatlar xalqımızı daha genişmiqyaslı tərəqqiyə və inkişafa aparır. Ölkəmiz üçün böyük siyasi əhəmiyyət kəsb edən bütün nailiyyət və uğurlarımızın hər biri Heydər Əliyevin strateji kursunu yaradıcılıqla davam etdirən dövlət başçısının yorulmaq bilməyən ardıcıl, məqsədyönlü təşkilatçılıq və idarəçilik fəaliyyətinin nəticəsidir. Bu əzəmətli tərəqqi yoluna nəzər salarkən bir daha dərk edirsən ki, Heydər Əliyev uzaqgörənliyi ilə əsası qoyulmuş Azərbaycanın parlaq sabahı qaçılmazdır.

 

Elman ƏHMƏDOV,

 

Sumqayıt Apellyasiya

 

Məhkəməsinin hakimi.

 

Respublika.- 2020.- 7 may.- S.4.