TARİX YARADAN ƏBƏDİYAŞAR

 

Heydər Əliyevin Azərbaycanda xalqın dəfələrlə təkidli istəyi ilə siyasi hakimiyyətə qayıdışı, qoca Qafqazın bu bölgəsində yeni siyasi bir dövrün, yeni təfəkkür mərhələsinin başlanğıcı demək idi və bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.

 

1990-cı illərin əvvəllərində, Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra, yenidən çox böyük çətinliklərlə üzləşmişdi.

 

Ölkə daxilində hakimiyyət uğrunda mübarizənin fonunda baş alıb, gedən xaosanarxiya respublikanı uçuruma sürükləyirdi. Belə ağır bir zamanda, dövlətin, millətin taleyi olum, ya ölüm? dilemması qarşısında qalanda, ölkənin ziyalıları bütün ümidlərini xalqın böyük oğluna - Heydər Əliyevə yönəltdi, onu Vətəni, milləti xilas etməyə qadir olan bir siyasi təşkilat yaratmağa, Azərbaycanın bütün mütərəqqi qüvvələrini bu amal ətrafında toplamağa, sıx birləşdirməyə dəvət etdi. Bəli, xalq özünün sınanmış liderini hakimiyyətə gəlməyə, müstəqil Azərbaycan dövlətini xilas etməyə israrla dəvət etdi.

 

Xalqın qəzəbindən qorxan ovaxtki hökumət də Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edən ziyalıların səsinə səs verdi.

 

Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənarda qala bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Xalq ulu öndəri qarşılamağa çıxmışdı, sözün əsl mənasında iynə atsaydın, yerə düşməzdi. İnsanların gürultulu və sürəkli alqışları ilə təyyarədən endi. Bununla da daxilixarici düşmənlərimizin bütün planları iflasa uğradı. Qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi və xalqın dəstəyi sayəsində ölkədə əmin-amanlığa təhlükə törədən, müxtəlif siyasi maraqlara xidmət edən qanunsuz silahlı dəstələr ləğv edildi, ictimai-siyasi sabitlik bərqərar olundu. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs elan olundu, sentyabrda isə dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Əsrin müqaviləsi imzalandı. Azərbaycanda demokratik dövlət quruculuğu ilə məşğul olmaq, iqtisadi-siyasi islahatlar aparmaq üçün vaxtimkan yarandı. Ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Böyük peşəkarlıqla hazırlanmış əsas qanunumuz ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkmişdir. Ümummilli liderin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkənin demokratikləşdirilməsi iqtisadi islahatların sürətlə həyata keçirilməsi və siyasi islahatların genişlənməsi fonunda baş verirdi. 1969-1982-ci illərdə hakimiyyətdə olan ulu öndər Azərbaycan xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. XX əsr Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi şərəfli ömür yolunu xalqının nicatına həsr etmiş ulu öndər Heydər Əliyev müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq onun qəlbində özünə möhtəşəm bir abidə ucaltmışdır.

 

İndi siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında - ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonrakı mərhələdə yaranmışdır.

 

Ulu öndərin respublikaya birinci rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir. Xalqına, onun keçmişinə, tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə qəlbən bağlı olan bir şəxsiyyətin bu ali kürsüyə yüksəlməsi o ağır imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə intibahamilli özünüdərkə əsaslı zəmin yaratmışdır. Əslində, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsi və sonrakı mərhələdə suveren milli təsisat kimi problemlərinin həllinə nail olması üçün real əsaslar məhz ötən əsrin 70-ci illərində formalaşdırılmışdır.

 

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini hələ 1969-cu ildə respublikaya birinci rəhbərlik dövründən qoymağa başlamış, ilk növbədə gələcək iqtisadi müstəqilliyə etibarlı zəmin formalaşdırmışdır. Ulu öndər Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinin icrasına başladıqdan dərhal sonra ictimai həyatın ən müxtəlif sahələrində köklü islahatların həyata keçirilməsinə, iqtisadiyyatın bütün sferalarının yüksək dinamizmlə inkişaf etməsinə nail olmuşdur. 60-cı illərin sonunda bir sıra iqtisadi göstəricilərinə görə keçmiş ittifaq miqyasında son sıralarda dayanan Azərbaycan qısa müddətdə tənəzzül mərhələsini geridə qoyaraq sürətli tərəqqi yoluna qədəm qoymuşdur.

 

Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli sənaye müəssisələri Azərbaycanda inşa olunmuşdur. Ümummilli liderin təkidi qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyintiemal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksiinkişaf etmişdir. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

 

Milli iqtisadiyyatda neft sənayesinin həlledici rolunu hələ o dövrdə müdrikliklə nəzərə alan böyük strateq Heydər Əliyev bu sahənin dinamik inkişafına xüsusi diqqət yetirmişneft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olmuşdur. Ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən neft sənayesinin inkişafında yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycan xalqının rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Həmin illərdə neft hasilatını durmadan artıran respublikamız neft elminin mərkəzi, Bakı isə neft akademiyası hesab edilirdi. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsində, mütərəqqi texnologiyalardanüsullardan istifadədə yeniliklər məhz Azərbaycanın payına düşürdü.

 

70-ci illərdə iqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycanda milli özünüdərkə xidmət edən kompleks mədəni-kütləvi tədbirlər də həyata keçirilmiş, milli ədəbi irsə, mədəniyyətə və milli ruhlu ziyalı təbəqəsinə qayğı gücləndirilmişdir. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ümummilli lider ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışmış və hansı sahədə çalışmasından asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etmişdir. Məhz Heydər Əliyevin rəhbərliyi altında 13 il dalbadal keçmiş sovet hakimiyyətinin keçici qırmızı bayrağına layiq görülmüş Azərbaycan geridə qalmış aqrar respublikadan qabaqcıl sənaye mərkəzinə çevrilmişdir. Heydər Əliyev milli kadrların yetişməsinə həmişə böyük qayğı və diqqətlə yanaşır, onların sonrakı inkişafını da izləyirdi.

 

Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu təməl prinsipləri heç vaxt silinməyəcək.

 

Onu xüsusilə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə meliorasiyasu təsərrüfatının inkişafını da xüsusi diqqət mərkəzində saxlayırdı. Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsi olub. Ulu öndər respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının meliorasiyasu təsərrüfatı sahəsini inkişaf etdirmədən mümkün olmadığını böyük uzaqgörənliklə qeyd edirdi. Meliorasiyasu təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik,-deyən ümummilli liderin tapşırıq və göstərişləri əsasında bu sahədə mühüm işlər görüldü, əhəmiyyətli uğurlara nail olundu. Bütövlükdə, 1969-1982-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə meliorasiyasu təsərrüfatında böyük quruculuq işləri aparılıb, güclü istehsal bazasına, tikintiistismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiyasu təsərrüfatı sahəsi, su axımını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və su anbarından ibarət tutarlı meliorasiyasu təsərrüfatı kompleksi yaradılmışdır ki, bu da öz effektini və səmərəsini vermişdir. Ulu öndər Heydər Əliyev İttifaq rəhbərliyində olarkən də meliorasiyasu təsərrüfatı sahəsinə öz qayğısını əsirgəmir, bu sahədə işlərin gedişinə daim nəzarət edirdi. Müstəqillik dövrünün ilk illərində ölkədə bütün sahələrdə olduğu kimi, meliorasiyasu təsərrüfatı sahəsində də böhranlı vəziyyət hökm sürürdü. Böyük zəhmət və külli miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə və inkişafına ayrılan sərmayənin həcmi heçə endirilmişdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, meliorasiyasu təsərrüfatı sahəsi də öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Hər il meliorasiya su təsərrüfatı sistemlərinin istismarına müəyyən miqdarda vəsait ayrılaraq təmizləmə işləri həyata keçirildibu vəsaitin həcmi ilbəil artırıldı. Aqrar sahədə aparılan islahatlarla paralel olaraq meliorasiyasu təsərrüfatında da islahatların aparılmasına başlanıldı. İlk növbədə islahatların normativ hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ hüquqi sənəd hazırlandı. 1996-cı ildə Meliorasiyaİrriqasiya haqqında, 1997-ci ildə Azərbaycan Respublikasının Su Məcəlləsi, 2003-cü ildə Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunlar qəbul edildi. Meliorasiyaİrriqasiya haqqında qanunla meliorasiyairriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiyairriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Azərbaycan Respublikasının Su Məcəlləsinin qəbul olunması mühüm əhəmiyyətə malik oldu. Meliorasiyairriqasiya sahəsində islahatların aparılması və onun gələcək inkişafının təmin olunması üçün ümdə əhəmiyyətə malik olan bu iki qanun və onların əsasında qəbul olunmuş normativ-hüquqi sənədlər meliorasiyasu təsərrüfatı sahəsində fəaliyyətin, su təsərrüfatının idarə olunmasının və su münasibətləri sahəsində islahatların əsas istiqamətlərini və prinsiplərini, habelə su təsərrüfatı obyektlərində mülkiyyət münasibətlərini müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirilən siyasət, aparılan islahatlar gələcək inkişafın fundamental bazasını, etibarlı təməlini yaradıb və bu gün biz bunun nəticələrini bütün sahələrdə aydın görürük. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirir, bu siyasət milli maraqlara, müasir tələblər və çağırışlara cavab verir, yeni müsbət reallıqların yaranmasını şərtləndirir. Ümumiyyətlə, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi, Azərbaycan güclü-qüdrətli ölkəyə, ən əsası, regionun lider dövlətinə çevrilib. Son 17 ildə əldə edilən nailiyyətlərə, sosial-iqtisadi inkişaf sahəsində göstəricilərə nəzər saldıqda aydın görünür ki, Azərbaycan çox böyük bir yol qət edibbu günyeni zirvələr fəth edir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında öz tarixinin yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizdə bütün sahələrdə dərin islahatlar həyata keçirilir. Müxtəlif proqramların, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının və Strateji yol xəritələrinin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsini daha da genişləndirir. Son 17 ildə meliorasiyasu təsərrüfatı sahəsində də çox mühüm işlər görülüb, meliorasiyairriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər istiqamətlərdə müvafiq tədbirlər həyata keçirilib.

 

Nəticə etibarilə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin addımlarla irəliləyir, bütün sahələrdə davamlı nailiyyətlər əldə edir. Azərbaycan xalqı bu reallıqları çox yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevin siyasətini dəstəkləyir. Əminliklə söyləmək olar ki, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən müasir müstəqil Azərbaycan yeni möhtəşəm uğurlar qazanacaqgüclü, qüdrətli dövlət kimi öz inkişafını uğurla davam etdirəcək. Bu gün Prezidentimizin apardığı dərin düşünülmüş, uzaqgörən daxilixarici siyasət, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur. Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına xidmət edir, ölkəmiz sürətli tərəqqi yolu ilə inamla addımlayır. Bu gün aksiom kimi qəbul olunan həqiqət ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirmişdir. Bunun nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Əminliklə demək olar ki, Azərbaycan xalqının milli mənayefinə cavab verən bu siyasət qarşıdakı illərdə də inamla davam etdiriləcək, respublikamız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf tempini qoruyub saxlayaraq qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

 

 

İlqar MƏHƏRRƏMOV,

 

Göygöl Suvarma Sistemlər İdarəsinin rəisi.

 

Respublika.- 2020.- 7 may.- S.5.