Dünya miqyaslı dövlət xadimi

 

Tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayır. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdikləri, ölkəsinin inkişafındakı xidmətləri daha çox nəzərə çarpır və öz əməlləri ilə müqəddəslik zirvəsinə ucalırlar. Hər birimizə gün kimi aydındır ki, bütün ömrünü doğma xalqına həsr edən ulu öndər Heydər Əliyev hələ sovetlər dönəmində - Azərbaycana rəhbərlik etdiyi illərdə dövlət müstəqilliyinə zəmin yaradan mühüm addımlar atmış, Respublikamızda aparılan misli görünməmiş quruculuq işləri bu gün dövlət müstəqilliyimizə təminat verən mühüm amil olmuşdur. 1969-1982-ci illərdə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji uzaqgörənliyi sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu keçmiş, sabiq ittifaqın qabaqcıl respublikaları sırasında öncül mövqeyə çıxmışdır. Həmin illərdə ulu öndərin atdığı qətiyyətli addımlar, gördüyü işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, milli ruhun hədsiz yüksəlişini təmin etmişdir. Müdrik rəhbərimiz Azərbaycanın gələcəkdə müstəqillik qazanacağını. müstəqillik yolu ilə addımlayacağını ölkəyə əvvəlki rəhbərliyi dövründə fəhmlə duymuş, cəsarətli addımlar ataraq gələcək müstəqil Azərbaycanın iqtisadi, sosialelmi-texniki potensialının kompleks planını həyata keçirmişdi. Sərt sovet qadağalarının tüğyan etdiyi bir vaxtda əməlləri ilə cəmiyyətin mənən və cismən çürüməsinin qarşısını alaraq xalqı, milləti özünüdərkə, oyanışa səsləmiş, yad ünsürlərdən uzaq milli ədəbiyyat, mədəniyyət yaratmağa, qədimliyimizdən, ululuğumuzdan xəbər verən tarix yazmağa çağırmışdı.

Qeyd etmək lazımdır ki, istənilən xalqın milli dövlətçiliyinin formalaşması onun milli dilinin, tarixi-coğrafi ərazisinin və mənəvi dəyərlərinin təşəkkülü ilə sıx bağlıdır. Hər hansı xalqın tarix səhnəsindən çıxması üçün onun ana dilinin və milli-mənəvi dəyərlərinin ləğv edilməsi kifayətdir. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanan milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Onun respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin nəticəsi olaraq 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Bu totalitar cəmiyyətdə görünməmiş bir hadisə, Heydər Əliyev cəsarətinin parlaq nümunəsi idi.

Digər tərəfdən, sovetlər dönəmində azərbaycanlıların hərbin sirlərinə yiyələnməsinə müxtəlif maneələr mövcud idi. Bildiyimiz kimi, Azərbaycandan hərbi xidmətə çağırılan gənclər bilərəkdən inşaat batalyonlarına göndərilirdi. Xalqımızın tarixi hərbi istedadına yaxından bələd olan Heydər Əliyev hərbi xidmət sahəsindəki bu istedad qabiliyyətlərimizin üzə çıxması üçün böyük işlər gördü.1973-cü ildə Heydər Əliyevin səyləri nəticəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Lakin o zaman bu qərarı vermək olduqca böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına ovaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını aldı. Nəticədə həmin hərbi məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlanmasına gətirib çıxardı. Güclü zabit korpusunun yaradılması üçün Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaradılmasına bir işarə idi. Bu uzaqgörən siyasət nəticəsində bugünkü Azərbaycan Ordusu, onun hərbi təhsillə bağlı sistemi, Silahlı Qüvvələrin akademiyasından tutmuş hərbi litseyə qədər formalaşdı. Bir sözlə, ümummilli liderin doğma xalqı üçün 70-80-ci illərdə gördüyü gözlə görünən işlərini sadəcə sadalamalı olsaq cild-cild kitablara sığmaz.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1993-cü ilin ortalarından başlayaraq Azərbaycanda hakimiyyətin formalaşmasında güc, zorakılıq tətbiq edilməsi kimi təhlükəli meyillərə birdəfəlik son qoyuldu. Dövlət quruculuğu sahəsində qanunçuluq, dövlət intizamının möhkəmləndirilməsi, rəhbərlik və idarəçilik mexanizmlərinin, ənənələrinin bərpası, Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin təsbit olunduğu qanunvericilik bazasının yaradılması və s. ilə nəticələndi. Heydər Əliyevin hakimiyyətə qayıdışı sözün əsl mənasında “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib öz xalqına sahib çıxması böyük fədakarlıq idi. O, müstəqil Azərbaycanda ölkənin öz xüsusiyyətlərinə uyğun milli demokratik dövlət quruculuğunu müvəffəqiyyətlə həyata keçirdi. Ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxilixarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı, konkret olaraq, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını bəyan etdi: “Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir Prezident kimidurmuşam, duracağambu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram”. O, xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi

O, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasını şərtləndirən bütün amilləri - çox uzun bir dövr üçün Azərbaycan dövlətinin siyasi platformasını, iqtisadi əsaslarını, mənəvi və əxlaqi konsepsiyalarını yaratdı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması, imzalanan digər müqavilələr, onların gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Yeri gəlmişkən, neft müqavilələrinin ən böyük əhəmiyyətli cəhətlərindən biri ondan ibarətdir ki, bu sazişlər Azərbaycan xalqının özünün bütün sərvətlərinin əsl sahibi olduğunu bütün dünyaya göstərmiş, dünya iqtisadiyyatının neftlə bağlı olmayan nəhəng strukturlarının diqqətini Azərbaycana yönəltmiş, ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına güclü təkan vermişdir. Azərbaycanı dünyada etibarlı tərəfdaş və dayanıqlı, sabit demokratik - siyasi rejimə malik ölkə kimi tanıtmışdır. Azərbaycanın yeni neft strategiyası ölkənin qarşısında dayanan bir sıra sosial, iqtisadi, siyasi, geostrateji məsələlərin həllində önəmli rol oynamışdır. Bu, həm də iqtisadi amildən siyasi təsir vasitəsinə çevrilərək, ölkənin geosiyasi maraqlarını təmin edən, qlobal məkana inteqrasiyanı reallaşdıran, Cənubi Qafqazda enerji təhlükəsizliyini qoruyansabitliyi mühafizə edən, əhalinin sosial təminatını, dövlətin iqtisadi rifah və tərəqqisini stimullaşdıran vacib faktordur. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Şərqlə Qərbi birləşdirən neft, qaz və nəqliyyat-kommunikasiya layihələrinin mərkəzinə çevrilmiş Azərbaycan bu gün nəinki öz problemlərinin həllinə çalışır, eyni zamanda Avrasiya məkanında subregional inteqrasıyanın və enerji təhlükəsizliyinin mühüm təminatçısı qismində çıxış edir. Aparıcı Qərb dövlətləri Azərbaycanın iştirakı olmadan Xəzər hövzəsi regionunda hər hansı transmilli layihənin gerçəkləşdirilməsini mümkünsüz sayır, respublikamızın mövqeyi ilə hesablaşırlar. Belə ki, Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, AvropaAsiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük və məqsədyönlü addımlar atıldı, ölkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiyaproqramlar qəbul edildi, bu irimiqyaslı sənədlər ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etmək üçün zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin müasiri olmaq hər bir azərbaycanlı üçün qüruriftixar mənbəyidir. Çox xoşbəxtik ki, dünyanın gələcəyini, millətinin mənafeyini düşünən dahi liderin müasirləri və qurub yaratdığı müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yaşadığı ömür yolu hər birimizə nümunədir.

ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 il ərzində həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etdiyini, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurlarının memarı olduğunu görmək çətin deyil. Heydər Əliyev bütün bu illər ərzində xalqın maddi rifahının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial ehtiyaclarının ödənilməsindən ötrü bütün mümkün tədbirlərin həyata keçməsi üçün yorulmadan fəaliyyət göstərmişdir.

Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında hər bir Azərbaycan vətəndaşı üçün təsbit olunmuş sosial təminat hüququnun həyata keçirilməsinin qarantı kimi qarşıya qoyduğu həlli vacib məsələlərdən biri də sosial ədalət prinsipinin bərqərar olması, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsidir. Pensiya və müavinətlərin məbləğləri dəfələrlə artırılmış, pensiyaçıların, o cümlədən ahıl vətəndaşların, əlillərin, şəhid ailələrinin, habelə uşaqların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra qanunlar, fərmanlar, sərəncamlar imzalanmış, onların işləmə mexanizmi təmin edilmişdir.

Ümummilli liderin şəxsiyyət kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olmaq qürurunu, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyev bütün zəngin və mənalı ömrünü Azərbaycan üçün yaşamış, fədakar həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da umummilli liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqət çəkir. “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesivar. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” - deyən ulu öndər azərbaycançılıq ideyasının ictimai şüurda möhkəm intişar tapmasına nail olmuşdur. Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi inkişaf yolu xalqımızın yeganə ümidistinadgah mənbəyi olaraq qalır. Hazırda onunla təsəlli tapırıq ki, bu uğur magistralında bizə ulu öndərin ən layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir.

Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu Azərbaycanımızın perspektiv gələcəyini işıqlandıracaq, dünya birliyinə sürətli inteqrasiyasını təmin edəcəkdir. Heydər Əliyev müdrikliyi yalnız bir insanın fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə mənsub olduğumuz xalqın tarixi iradəsinin ifadəsidir. Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın indiyə qədərki və bundan sonrakı uğurları Heydər Əliyevin siyasəti ilə bağlıdır. Heydər Əliyev siyasəti yaşayır, onun siyasi xətti yaşayır, möhkəmlənir. Azərbaycanda böyük quruculuq işləri aparılır, iqtisadi inkişaf, xarici siyasətdəki uğurlarımız, beynəlxalq mövqelərimizin möhkəmlənməsi - bütün bunlar reallıqdır. Ötən dövr sübut etdi ki, yalnız Heydər Əliyev nüfuzu, siyasəti Azərbaycanı bütün bəlalardan qorumaq, müstəqil dövlətçiliyimizi yaradıb-möhkəmləndirmək qüdrətindədir. Bu mənada heç şübhəsiz, Heydər Əliyev dühasının yenilməzliyi onun həmişə xalqa arxalanmasında, həyatının mənasını xalqa xidmətdə görməsində idi. Xalqından ilham alan və xalqını zirvələrə aparan bu qürurlu insanın nurlu, məğrur siması daim işıq saçacaq, bizi gələcək zirvələrə doğru aparacaqdır.

Ölkə prezidenti cənab İlham Əliyevin bu gün dünya miqyasında qazandığı böyük nüfuz, nəhəng dövlətlərin başçıları ilə bərabərhüquqlu tərəfdaş kimi danışıqlar aparması, xalqımızın həqiqətlərini uca səslə bəyan etməsi bir daha sübuta yetirir ki, Heydər Əliyevin dövlətçilik ideyalarının, Heydər Əliyev yolunun alternativi yoxdur.

Biz hamımız Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı olan Heydər Əliyev irsinə sədaqətliyik və bundan sonra da belə olacağıq. Azərbaycan xalqının dahi oğlunun pak əməlləri, müqəddəs ideyaları daim yaşayacaqdır.

 

İsa MƏRDANOV,

Maştağa Kənd Təsərrüfatı Məhsulları İstehsalı

Müəssisəsinin direktoru.

 

 

Respublika.- 2020.- 13 may.- S.13.