Ölkə iqtisadiyyatının inkişafında sahibkarlıq mühüm rol oynayır

 

Müstəqil Azərbaycanın qazandığı uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin ölməz ideyalarından güc alır. Böyük tarixi şəxsiyyətin həyata keçirdiyi iqtisadi islahatları hazırda onun layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Azad sahibkarlığın inkişafı bu islahatlar sırasında önəmli yer tutur. Ötən illərdə bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən Azərbaycanda özəl bölmənin inkişafı üçün əlverişli biznesinvestisiya mühitinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

 

Azərbaycan iqtisadiyyatının sürətli inkişaf dinamikası və çoxşaxəliliyi uğurlarımızı şərtləndirən vacib amillərdəndir. Ölkə rəhbərinin xüsusi qeyd etdiyi kimi, bu istiqamətdə ən önəmlisi ondan ibarətdir ki, məhz qeyri-neft sektoru artan templərlə inkişafdadır və bu da yürüdülən siyasətin nəticəsidir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar ölkəmizin neftdən asılılığını azaltmaqla yanaşı, yoxsulluq səviyyəsinin minimuma enməsinə, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə imkan vermişdir. Uğurla gerçəkləşdirilən iqtisadi strategiya respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxarıbdır. Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ana xətti kimi diqqəti çəkir.

 

Azərbaycan dövlətinin, onun bugünkü möhtəşəm uğurlarının timsalında bu reallıq özünü tam aydın göstərir. Azərbaycan son illərdə öz sürətli iqtisadi inkişaf tempini saxlamış və yürüdülən düzgün siyasətin məntiqi nəticəsi birmənalı olaraq təsdiqləyir ki, Azərbaycanda bu siyasi kursa alternativ yoxdur.

 

Cənab İlham Əliyevin prezident seçkilərindəki qələbələri ötən on yeddi ildə ölkəmizdə əldə edilən möhtəşəm uğurların məntiqi nəticəsidir. Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev prezident seçkisi öncəsi xalqla görüşlərində vəd etdiyi işlərin hamısı reallığa çevrilib.Ötən illərdə iqtisadiyyatın liberallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atılıb.

 

Mübaliğəsiz demək olar ki, bu gün qeyri-neft sektorunun, özəl bölmənin və sahibkarlığın inkişafı dövlətimizin xüsusi diqqət mərkəzindədir. Azərbaycanın iqtisadi inkişafını xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə məhz güclü sahibkarlar sinfinin formalaşmasıdır. Hazırda Azərbaycanda Ümumi Daxili Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi olduqca aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin rolumövqeyi davamlı şəkildə güclənir.

 

Hər bir ölkənin davamlı və sabit inkişafını şərtləndirən mühüm amillərdən biri sahibkarlığın inkişafı, adamlarının fəaliyyəti üçün normal şəraitin yaradılmasıdır. Müstəqil Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq ictimai həyatın bütün sahələrində davamlı yüksəlişə nail olması, qlobal böhran şəraitində qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləməsi də ilk növbədə, bu sahəyə göstərilən qayğının nəticəsidir. ümumilikdə götürüldükdə, deyə bilərik ki, xüsusən son illərdə özəl sektorun, azad sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində çox böyük işlər görülüb. Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, qanunlar, Dövlət proqramları azad sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Həqiqətən, son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni zavod və fabriklərin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sosialyönümlü müxtəlif problemlərin yoluna qoyulması azad sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olmuşdur. Hazırkı mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi azad sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, bu sektorun ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsi, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını və s. tələb edir.

 

Bu gün respublikamızda sahibkarlığın inkişafı mühüm dövlət siyasətinə çevrilib. Ölkəmizin uğurlarında sahibkarların rolunu xüsusi dəyərləndirən Prezident İlham Əliyev onlara süni problemlərin yaradılmasının yolverilməzliyini qətiyyətlə bəyan edib. Ölkəmizdə sahibkarlığın inkişafına geniş imkanlar yaradılıb. Sahibkarları gərəksiz müdaxilələrdən himayə edən dövlət başçısı demişdir: “Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində bütün işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə, ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.

 

Əlbəttə, dövlət başçısının uğurlu siyasətinə, cəsarətli mövqeyinə güvənib biz adamları da yeni qlobal layihələrin həyata keçirilməsinə təşəbbüskarlıq göstərir, Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şəraitin olduğuna inanırıq. Bu gün ölkəmizdə həm şəffaf biznes mühiti var, həm də fəaliyyətimizi tənzimləyən güclü qanunvericilik bazası yaradılıb. Ölkəmizdə hər bir işgüzar insan, sağlam təfəkkürə və məntiqə güvənən iri və xırda sahibkarlar perspektivli strukturu yaradır, fəaliyyətlərini daha da genişləndirə bilirlər. Hər kəs məşğul olduğu sahədə geniş imkanlardan qədərincə, ən başlıcası isə, şəffaflıq prinsiplərini qorumaqla faydalanır.

 

İş adamı olaraq son illər Azərbaycanda müşahidə olunan yüksəlişi, milli sahibkarlığa göstərilən diqqət və qayğını vətəndaş təəssübkeşliyi ilə dəyərləndirirəm. Bir faktı qeyd edim ki, uğurlu iqtisadi siyasət nəticəsində özəl sektorun Ümumi Daxili Məhsulda payı 85 faizə yüksəlib. Azərbaycan Prezidenti bu sahəyə dəstəyini artırmaqla sahibkarların güvənc və kömək yeri, himayədarı olduğunu bir daha təsdiqlədi.

 

Azərbaycanda sahibkar ondan tələb olunan vəzifəni həm müstəqil təhlil edə bilir, həm də hüquqi məsuliyyətini tam dərk edir. Ona görə də ayrı-ayrı vətəndaşlarla bağlanan müqavilənin şərtlərini və tələblərini, cəmiyyət qarşısındakı mənəvi məsuliyyətini heç vaxt unutmur. Yaxşı bilirik ki, hər bir adamı sosial tədbirlərin adi iştirakçısı yox, əsl təşkilatçısından biri olmalıdır. Azərbaycan Prezidenti hər birimizdən eyni məsuliyyətlə, tələbkarlıqla, işgüzarlıqla çalışmağı tələb edir. Dövlət başçısı cənab İlham Əliyev adamlarına müraciətlə demişdir: “İş adamları, dövlətin bütün yerli icra orqanları - hamımız birgə işləməliyik. Əlbəttə ki, təbiidir, - bütün ölkələrdə belədir, - adamları öz biznesləri haqqında düşünməli, biznesi inkişaf etdirməlidirlər. Eyni zamanda, imkan olanda çətin vəziyyətdə yaşayanlara da əl uzatmalıdırlar. Mən belə biznesi, adamlarını təqdir edirəm və sizibu işlərə çağırıram. Sizə deyə bilərəm ki, mən bundan sonra da ölkədə biznesin inkişafı üçün əlimdən gələni edəcək və bütün lazımi tədbirləri görəcəyəm”.

 

Bu gün Azərbaycanda özəl sektor sərbəst bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilib. Sərbəst bazar münasibətlərinin güzəştsiz tərəfdarı kimi Prezident İlham Əliyev sahibkarlığın inkişafını - kiçikorta biznes şəbəkəsinin genişlənməsini təmin etmək üçün ardıcıl tədbirlər görür. Güzəştli kreditlərin ayrılması, sahibkarların əmsalını yüksəltmək üçün yersiz müdaxilələrin qarşısının alınması və digər problemlərin həlli yolları düzgün araşdırılır, milli iqtisadiyyatın dinamik inkişafına hərtərəfli zəmin yaradılır.

 

Azad sahibkarlığın inkişafına yönəldilmiş sabitlik, tərəqqi və demokratikləşmə prosesi ildən-ilə daha da güclənir, davamlı inkişafa çevrilir. Halal yolla maddi imkanlarını artıran hər bir insan üçün maneəsiz və sərhədsiz biznes mühiti yaradılıb, özəl sektorun imkanları genişləndirilib.

 

Azərbaycan iqtisadiyyatının dinamikası bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı ilə uzlaşdırılır. Daha doğrusu, sahibkarlara işgüzar şərait yaratmadan sosial xarakterli ciddi problemlərin həllinə nail olmaq çətindir. Təcrübə sübut edir ki, infrastrukturun yeniləşməsi, yerlərinin açılması, rəqabət qabiliyyətli məhsul istehsalının artırılması, bir sözlə, əsaslı iqtisadi islahatların aparılması ölkədə sağlam biznes mühitinin yaradılmasından daha çox asılıdır. Ona görə də sahibkarlara elə imkan yaradılmalıdır ki, onların hər biri sərbəst rəqabətə apara bilsin, şəffaf biznes mühitinin formalaşmasında güclərini sınasınlar.

 

Azərbaycanda çoxpilləli biznesə keçid prosesiuğurla davam edir. Ona görə ki, bu prosesə mane olan hər cür bürokratik əngəllərin qarşısı qabaqlayıcı tədbirlərlə alınır, sahibkarlıq subyektlərinin çevik fəaliyyətinə geniş imkanlar yaradılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev biznesin inkişafı üçün bundan sonra da faydalı və gərəkli addımlar atacağını bildirmişdir. Bunun üçün ölkəmizdə potensial imkanlar mövcuddur. O ki qaldı ondan faydalanmaq mexanizminə, bunun üçüngeniş perspektivlər var. İş adamlarına - biznesin inkişaf dayaqlarına dəfələrlə müraciət edən Azərbaycan Prezidenti birmənalı bəyan edib ki, ölkəmizdə sağlam biznes mühitini genişləndirmək üçün heç bir məhdudiyyət yoxdur. Ona görə də bizim hər birimiz gələcəkdə də yeni layihələrin reallaşmasına ümidinamla baxırıq, etibarlı dövlət dəstəyini hər an hiss edirik.

 

“Uluxanlı” Tikiş Evi 2006-cı ildən fəaliyyətə başlayıb və sertifikat da almışıq. Fəaliyyətimizin əsas növü məktəbli formaları və bazarın tələbatına uyğun mallar tikərək satışa çıxarmaqdan ibarətdir. Yüksək keyfiyyətlə istehsal etdiyimiz məhsullara böyük ehtiyac duyulur. Əsasən də keyfiyyətə üstünlük veririk. Bu isə alıcılıq qabiliyyətinə çox böyük təsir edir. Müəssisəmizdə 40-a yaxın işçi çalışır. Bunlar da öz peşəkarlıqları ilə fərqlənirlər. Məqsədimiz odur ki, əhalimizi keyfiyyətli və yüksək zövqlə istehsal edilmiş məhsullarla təmin edək.

 

 

 

İradə ABBASOVA,

 

“Uluxanlı” Tikiş Evinin direktoru.

 

Respublika.- 2020.- 21 may.- S.6.