Qələbə bizimdir, bizim olacaq

 

Dünyanın söz-sənət adamları, ən böyük mütəfəkkirlər zaman-zaman mənfur erməni xisləti barədə öz dahiyanə fikirlərini bildiriblər. Yaşadığımız bu günlərə qədər bəlkə də həmin fikirləri kimlərsə “köhnəlmiş” hesab edə bilərdilər. Amma yox, deyilənlər nəinki köhnəlməyib, əksinə, daha artıq təzələnib.

 

Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, hərb sahəsində əldə etdiyi yüksək istedadı sayəsində müzəffər Ordumuzun əldə etdiyi böyük qələbələr mənfur qonşumuzu çaş-baş salıb. Dəryada boğulan əlini saman çöpünə atdığı kimi erməni qəsbkarları da dünyada analoqu olmayan cinayətlərə əl atırlar. Mülki insanları raket atəşinə tutub körpələri, ahıl adamları, qadınları qətlə yetirmək erməni xisləti barədə təsəvvürü olmayanlarda da təsəvvür yaradır, bütün bəşəriyyətə bu iyrənc millətin üzünü göstərir. Kürdəmir rayonu müharibə bölgəsindən on kilometrlərlə uzaqda yerləşir. Bir neçə gün bundan əvvəl rayonumuzun ərazisinə raket atıldı. Raket zərbəsi nə qədər bərk səs-səda yaratsa da rayon əhalisinə qorxu-vahimə gətirə bilmədi. Çünki ölkəmizdə uşaqdan-böyüyə hamı bu zərbələrin əsl mahiyyətini yaxşı başa düşür. İçərimizdə xof yaratmaq, insanları ruh düşkünlüyünə, bədbinliyə düçar etmək... Erməni qəsbkarları ünvanı səhv salıblar. Onlar birdəfəlik başa düşməlidirlər, Azərbaycan xalqı ilə dövlət arasında sıx birlik var. Bu birlik şanlı Ordumuzun müzəffər qələbəsində, bir-birinin ardınca işğaldan azad olunan yurd yerlərimizdə dalğalanan üçrəngli bayrağımızda özünü göstərir. Ali Baş Komandan necə də gözəl deyib: “Otuz ildə başa sala bilmədiklərimizi biz onlara otuz gündə başa saldıq”.

 

Ölkədə Vətən müharibəsi gedir. Biz haqq işimiz uğrunda vuruşuruq. Doğma torpaqlarımızı yağı düşməndən xilas etmək bizim haqqımızdır. Bu həqiqəti uşaqdan-böyüyə hamı dərk edir. Mənim dörd yaşlı nəvəm Ayan əlindəki üçrəngli balaca bayraqlabiz qələbə çalacağıq” deyə-deyə evdə gəzib dolaşır, bayrağı öpür, hətta yatanda da ona yastığının yanında yer eləyir. Bu, ailə üzvlərimizə, bir baba kimi mənə olmazın sevincini bəxş edir. Erməni xalqı bax belə bir sevincdən məhrumdur. Bədnam ölkənin baş naziri Nikol Paşinyanın düşdüyü çıxılmaz vəziyyət bütövlükdə işğalçı Ermənistanın düçar olduğu dəhşətli vəziyyətdir. Ordu fərarilik edir, adamlar rüşvət veribkoronaya tutulduqları” barədə saxta arayış alıb döyüşə getməkdən imtina edirlər. Bu da təbiidir. Həyat hamı üçün şirindir. Heç kəs ucuz ölümlə üz-üzə gəlmək istəmir. Erməni xalqı da kor deyil, hər şeyi yaxşı görür. Görür ki, müzəffər yürüşlü Azərbaycan Ordusu dünyada ən güclü ordulardandır. Ordunun gücü mükəmməl silah-sursatla yanaşı həm də igid əsgərlərimizin Böyük Qələbəyə sonsuz inamıdır. Ordunun gücü Ali Baş Komandanın möhkəm siyasi iradəsi, dəmir qətiyyətidir. Bəli, yaşadığımız günlər bizi Qarabağın azadlığa çıxacağı xoş müjdəli sabahlara aparır. Son vaxtlar dillər əzbəri olan bir mahnıda deyildiyi kimi, “Qələbə bizimdir, bizim olacaq”.

 

 

 

Zahid ƏHMƏDOV,

Kürdəmir rayon Ailə Sağlamlıq

Mərkəzinin şöbə müdiri.

 

Respublika.- 2020.- 3 noyabr.- S.9.