Şərəfli ömrün baharı

 

Müasir Azərbaycan milli tarix elmi son 75 ildə çox çətin, ağır, lakin elmi nailiyyətlərlə zəngin bir inkişaf yolu keçmişdir. Bu elmin müxtəlif ixtisasları üzrə çox zəngin təcrübəyə malik məktəb formalaşmışdır. Bu məktəbin içərisində akademiklər Ə.R.Əlizadənin, Z.M.Bünyadovun, N.M.Vəlixanlının, Y.M.Mahmudovun, AMEA-nın müxbir üzvləri M.Ə.İsmayılovun, O.Ə.Əfəndiyevin, t.e.d., prof.M.Şəriflinin, t.e.d.prof. Ş.F.Fərzəliyevin, t.e.d., prof. V.Z.Piriyevin, t.e.d., prof. S.Onullahinin, t.e.d., prof. M.X.Heydərovun, t.e.d., prof. S.B.Aşurbəylinin, t.e.d., prof. D.B.Seyidzadənin, t.e.d., prof. F.M.Əliyevin və bir çox görkəmli alimlərinin böyük əməyi vardır. Bu məktəbin ən mühüm elmi istiqamətlərindən biri tarixşünaslıq və mənbəşünaslıq ixtisasıdır. Bu ixtisas özünəməxsus bir çox xüsusiyyətləri ilə seçilirbu sahənin mütəxəssisləri bu problemə çox ehtiyatla yanaşırlar. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda uzun illər ərzində bir neçə yüksəkixtisaslı, professional vərdişlərə malik mütəxəssislər yetişdirilmişdir. Bu mütəxəssislərin yetişdirilməsində institutun direktoru, akademik Yaqub Mahmudovun böyük əməyi vardır. Son on il ərzində tarixşünaslıq və mənbəşünaslıq ixtisası üzrə onun rəhbərliyi altında bir neçə fəlsəfə və elmlər doktoru elmi dərəcələrini alan alimlər yetişdirilmişdir. Bu mütəxəssislər içərisində bu il ömrünün 60-cı baharını yaşayan tarix elmləri doktoru, dosent Tofiq Hümbət oğlu Nəcəfli də vardır. Əlbəttə, 60 il Azərbaycan kişisi üçün elə də çox yaş hesab olunmur, lakin yaşa dolduqca, zəngin həyat təcrübəsi qazandıqca, bizdən sonra gələn gənc nəsil qarşısında hamımız böyük bir borcumuzun olduğunu dərk edirik. Tofiq müəllim kimi vətənpərvər ziyalımızı kifayət qədər tanımayan gələcək nəsillərə daha yaxşı tanıtmaq, onun müsbət üslubunu, uğurlu elmiictimai fəaliyyətini nümunə olaraq istifadə edilməsi üçün onlara ötürmək, həyat və fəaliyyətinə ədalətli və obyektiv qiymət vermək bizim nəslin gənclər qarşısında borclarımızdan biridir. Bu addımı atmağımızın əsas səbəblərindən biri odur ki, Tofiq müəllim həyatda qarşılaşdığımız istedadlı, fədakar, məsələlərə ədalətlə, vətəndaş mövqeyindən yanaşan, ən başlıcası isə səmimi və mərd soydaşlarımızın öndə gedənlərindən biridir.

T.e.d., dos. Tofiq Hümbət oğlu Nəcəflinin çox sadə və sadə olduğu qədər də maraqlı bir tərcümeyi-halı var. Tofiq Nəcəfli 1960-cı ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. O, 1968-1978-ci illərdə Aşağı Seyidəhmədli kənd orta məktəbində təhsil almış, 1982-1987-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsini bitirmişdir. 1987-1990-cı illərdə o, təyinatla göndərildiyi İsmayıllı rayonu Buynuz kənd orta məktəbində tarix müəllimi işləmişdir.

Tofiq Nəcəfli 1990-1993-cü illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əyani aspiranturasında təhsil almış və 1993-cü ildə həmin institutun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. O,1994-cü ilin iyununda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçünQaraqoyunluAğqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 2011-ci ilədək institutun aparıcı elmi işçisi vəzifəsində çalışmışdır. Hazırda o, A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

Tofiq müəllim bir sıra öz şəxsi keyfiyyətləri, ilk növbədə səmimiliyi və işgüzarlığı ilə kollektivin hörmətini qazanmışdır . Tofiq Nəcəfli özünün gərgin zəhməti və fədakar əməyi nəticəsində 2016-cı ildə, akademik Yaqub Mahmudovun rəhbərliyi altında tarix elmləri doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan Səfəvilər dövlətinin xarici siyasəti Türkiyə tarixşünaslığında” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Müəllif, orta əsrlər Şərqinin qüdrətli bir dövlətinin - Azərbaycan Səfəvi imperiyasının 235 il davam edən bir dövr ərzində qonşu dövlətlərlə yanaşı, Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələrinin yaranması və inkişafının müasir Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsini öyrənmiş, əldə olunan fakt materiallarını müxtəlif mənbələr və mövcud elmi ədəbiyyatla müqayisə edərək elmi-məntiqi nəticələr çıxarmış, müqayisəli təhlil metodundan istifadə edərək ümumiləşdirmələr aparmış, Azərbaycan Səfəvilər dövlətinin xarici siyasətini, o dövrün beynəlxalq münasibətləri ilə vəhdətdə vahid problem kimi araşdırmışdır. Tofiq müəllim problemin əhəmiyyətini, aktuallığını, həm də indiyədək ayrıca tədqiqat obyekti olmadığını nəzərə alaraq, əsas diqqəti Azərbaycan Səfəvilər dövlətinin xarici siyasətinin başlıca məsələlərinə yönəltmişdir. Çox böyük elmipraktik əhəmiyyətə malik olan həmin sanballı əsərdən və orada istifadə olunmuş faktiki materiallardan və əldə edilmiş nəticələrdən universitetlərin tarix fakültələrində “Azərbaycan Səfəvilər dövlətinin xarici siyasəti müasir Türkiyə tarixşünaslığında” mövzusunda ixtisas kurslarının aparılmasında, ümumiləşdirilmiş əsərlərinin yazılmasında, tədris və dərs vəsaitlərinin hazırlanmasında, elmi konfrans və seminarların keçirilməsində geniş istifadə olunur.

Tofiq müəllim institutun elmi işlər üzrə direktor müavini kimi özünün işgüzarlığı nəticəsində, eyni zamanda bir neçə işi uğurla yerinə yetirmək bacarığına malikdir. O, səmimi, sözünü açıq söyləməkdən çəkinməyən, verdiyi vədi tamamilə və vaxtında yerinə yetirməyə çalışan, baş verən hadisələrə özünəməxsus münasibəti olan, öz mövqeyini sona qədər müdafiə edən, hər bir ciddi məsələyə vətəndaşlıq mövqeyindən yanaşan, ciddiliyi ilə seçilən, hər cür zəhmətə qatlaşangüclü yaddaşa malik olan alimdir. Onun elmiictimai fəaliyyəti intensiv, davamlı olduğu kimi həm də çoxşaxəlidir.

T.H.Nəcəfli “QaraqoyunluAğqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında” (Bakı, 2000), “QaraqoyunlularAğqoyunlular” (Təbriz, 2012), “Azərbaycan QaraqoyunluAğqoyunlu dövlətləri” (Bakı, 2012), “Səfəvi-Osmanlı münasibətləri (Bakı, 2014)” və “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” (Bakı, 2020) adlı monoqrafiyaları çap olunmuşdur. Bununla yanaşı, o, Azərbaycan tarixi. Abituriyentlər üçün vəsait. - Bakı: “Kür”, 1999. - 132 s.; Azərbaycan tarixi. Abituriyentlər üçün vəsait. - Bakı: “Kür”, 2001. - 132 s.; Azərbaycan tarixi: Test tapşırıqları 10-cu sinif üçün. - Bakı, “Elm”, 2003. - 184 s.; “Xalqların böyük köçü” və Azərbaycan: Magistr hazırlığı üçün proqram. - Bakı, “BDU”, 2008. - 16 s.; Z.V.Toğan. Azərbaycan. - Bakı - “Ocaq”, 2007, 88 s.; Əmir Teymur. - Bakı: “Yeni nəsil”, 2002- 16 s.; Orta əsrlər tarixi: Müəllim üçün vəsait (7-ci sinif üçün). - Bakı: “Yeni nəsil”, 2003- 96 s.; Tarixin interaktiv təlimi. Müəllimlər üçün metodik vəsait /Red.: F.Babayev. - Bakı: “Çaşıoğlu”, 2002, - 127 s.; Azərbaycan tarixi. (Azərbaycan Respublikasında təhsil alan xarici tələbələr üçün) Dərs vəsaiti. (Bilal Dədəyevlə həmmüəllif). - Bakı: 2013. - 287 s.; Ümumi tarix 8. ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün ümumi tarix fənni üzrə Dərslik. - Bakı: Aspoliqraf, 2015. - 128 s. - /Həmmüəllif/; Ümumi tarix 9. ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün ümumi tarix fənni üzrə Dərslik. - Bakı: Şərq-Qərb, 2016. - 134 s. - /Həmmüəllif/ adlı elmi-metodiki kitabların və dərs vəsaitlərinin və 130-dan artıq elmi məqalənin müəllifidir.

T.H.Nəcəfli ölkəmizlə yanaşı, Türkiyə Cümhuriyyəti, Çexiya, Rusiya Federasiyası və İran İslam Respublikasında keçirilmiş beynəlxalq elmi konfranslarda həmişə fəal iştirak etmişdir. Türkiyə, İran, ArgentinaRusiyada onun elmi məqalələri çap olunmuşdur. Onun El renacimiento de una potencia // Historia Tomo XXXII, N°125, Marzo-mayo. Buenos Aires, 2012, p. 47-58; Bzaimootnoşeniə Azerbaydjanskoqo qosudarstva Sefevidov s Rossiey v XVI-XVII vv.\\Voprosı istorii. N4. M.: 2015,c 122-136; Osmano-sefevidskoe protivostoənie vtoroy çetverti XVII veka v sovremennoy tureükoy istorioqrafii// Kafkaz i Mir. Mejdunarodnıy nauçnıy jurnal. Tbilisi, 2010, N8, s. 158-166;

Azərbaycan Ağqoyunlu dövlətinin Gürcüstanla münasibətləri” //Qarapapaqlar. (Tbilisi). - 2011. - N°10 (52). - s. 21-27; "Safavi-Ottoman wars and Azerbaijan at the beginning of the XVII century" (A glance on Turkish historiography) // Kafkaz i Mir. Mejdunarodnıy nauçnıy jurnal. Tbilisi, 2010. ¹ 5. p. 101 -105; "The relations of the Safavi State and the Turkestan khans in the XVII century in modern Turkish historiography" // Kafkaz i Mir. Mejdunarodnıy nauçnıy jurnal. Tbilisi, 2014, ¹18, c. 77-84; 159 “İstanbul Barıs Antlaşmasından Sonra Safevi-Osmanlı Diplomatik İlişkileri”//XVII. Türk Tarih Kongresi 15- 17 Eylül 2014 Ankara. Gongreye Sunulan Bildirilər. IV. Cilt-IV Kisim. Osmanlı tarihi. - Ankara: 2018. - s. 1603-1622; “Safevi Devletinin bayrakları” //Alevi Araştırmaları Dergisi. - Ankara. 2018. - Yaz/Summer 2018, Sayı /Issue 15. - s. 31-46; “Kahkaha Kalesi’nin 20 Yıllık Mahpusu: İsmail Mirza Safevi” //Akademik Tarih ve Düşünce Dergisi, Cilt:6 / Sayı:2, Haziran 2019, s. 495-518; digər əsərləri çox böyük maraqla qarşılanmışdır.

Tofiq Nəcəfli hansı mövzuda yazırsa-yazsın, hansı məsələ problemlə bağlı çıxış edirsə-etsin - bunların hamısına çox ciddi vətəndaşlıq mövqeyindən yanaşır. Bütün bunlara görə onun çoxsaylı yazı çıxışları məzmunca çox dolğun səviyyəlidir.O, bir sıra kollektiv əsərlərin, o cümlədənQubadlı: Azərbaycan torpağı Zəngəzurun qapısı”, çapa təqdim olunan iki cildlikNaxçıvan tarixiŞəki: ən qədim zamanlardan günümüzədəkmonoqrafiyalarının həmmüəlliflərindən biridir. T.H.Nəcəfli, həmçininAzərbaycan tarix atlası”na (Bakı, 2007) daxil olan XV-XVII əsrlər Azərbaycan tarixinə dair 7 xəritənin həmmüəllifidir.

Öz həyatını elmə, gənc nəslin təlim-tərbiyəsinə həsr edən T.H.Nəcəfli on ildən çox Bakı Dövlət Universitetinin tarix fakültəsində orta əsrlər tarixi fənnini tədris etmişdir. O, həmçinin magistraturada “Xalqların böyük köçü və Azərbaycan” mövzusu üzrə mühazirələr oxumuşdur. T.H.Nəcəfli hazırda Tarix İnstitutunda magistr tələbələrə “Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslığı və tarixşünaslığı”, “Azərbaycan dövlətlərinin beynəlxalq əlaqələri /XV-XVII əsrlər)”, “Azərbaycan dövlətçiliyinin təkamülü (IX-XVI əsrlər)” mövzusunda mühazirələr oxuyur.

Müasir Azərbaycan tarixində öz dəsti-xətti ilə seçilən t.e.d.dosent Tofiq Nəcəflinin keçdiyi zəngin elmi yaradıcılıq yolu, onu mükəmməl bir tarixçi kimi tanıtmış və oxucularına sevdirmişdir. T.e.d.dosent Tofiq Nəcəfli institutda doktoranturadissertantura yolu ilə yüksəkixtisaslı kadrların hazırlanması işinə də rəhbərlik edir. Hazırda onun rəhbərliyi altında 5 nəfər tarix üzrə fəlsəfə doktoru hazırlanır.

Bu günlər xalqımız erməni faşizminə qarşı mübarizə aparır və düşmən üzərində böyük qələbələr qazanmışdır. 2020-ci ilin oktyabr ayı Azərbaycan xalqının milli tarixində yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycan Respublikasının Prezidenti, Ali Komandan İlham Əliyevin əmri ilə işğal olunmuş Azərbaycan torpaqlarının erməni nasistlərdən azad edilməsinə başlanıldı və çox tez bir vaxt ərzində torpaqlarımızın böyük hissəsi düşməndən təmizləndi. Azad edilən ərazilər içərisində Tofiq müəllimin dünyaya göz açdığı Füzuli rayonu da vardır. Torpaqlarımızın qəhrəman Azərbaycan Ordusu tərəfindən işğalından azad edilməsi bütün Azərbaycan xalqı, Tofiq müəllim, onun ailə üzvləri və yaxınları üçün böyük qələbə sevincidir.

 

C.BƏHRAMOV,

AMEA A. Bakıxanov adına

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent.

N. MƏMMƏDOV,

İnstitutun baş elmi işçisi.

 

Respublika.- 2020.- 3 noyabr.- S.11.