Qələbə sevinci nisgilə, həsrətə son qoyur

 

İnsan həyatında sevincli günlər çox olur. Dünyaya təzə körpə gələndə, övladın toy günündə, qazana bildiyin hər hansı bir müvəffəqiyyətdə sevinir, qürur hissi keçirir, şadyanalıq edirsən. Artıq bir aydan çoxdur ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun möhtəşəm uğurları, 30 ildən artıq müddət ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsi barədə böyük həyəcanla eşitdiyimiz qələbə xəbərləri indiyə qədər ürəyimizə hakim kəsilən bütün sevinc əhval-ruhiyyəsini üstələyir.

 

Azərbaycan Ordusu bizə qürur hissi yaşadır. Qəhrəman keçmişimiz göz önünə gəlir. Ata-babalarımızın miras qoyduğu dönməzlik, əyilməzlik duyğuları yenidən ürəklərə hakim kəsilir. Mən, uzun müddət müxtəlif sahələrdə rəhbər vəzifədə çalışmışam. İşimlə əlaqədar bir sıra xarici MDB şəhərlərində ezamiyyətdə olmuşam. Açığını deyim ki, təkcə ermənilərin yox, başqa millətlərin nümayəndələrinin bizə necə üstdən aşağı, hətta həqarətlə baxdıqlarının şahidi olmuşam. Görüşlərdə, məclislərdə erməni kimi mənfur bir millətin xalqımız üzərində çaldığı qələbə ironiya ilə xatırlanıb. Cürbəcür atmacalara cavab tapa bilməyəndə daxilən sındırılmışam. Amma inam hissimi itirməmişəm. Bütün bu həqarətlərə zamanın hansı vaxt kəsiyindəsə son qoyulacağı ümidi ilə yaşamışam. Budur, artıq həmin vaxt gəlib çatıb. Ali Baş Komandan öz Tvitter səhifəsində işğaldan azad olunan yurd yerlərimizin adını çəkəndə ürəyimiz dağa dönür. Şanlı Ordumuzun döyüş taktikası dünyanın ən aparıcı ölkələri tərəfindən təqdir olunur. Dünya bizim döyüş şücaətimizi örnək hesab edir, döyüş ustalığımızdan misallar gətirir.

 

Otuz il bundan əvvəl indi işğaldan azad olunan kənd şəhərlərimizin bir çoxuna etdiyim səfərləri yaxşı xatırlayıram. Ağdam, Füzuli, Cəbrayıl, digər yaşayış məkanları əsl cənnəti xatırladırdı. İndi isə... o yerlər xarabazarlığa çevrilib. Erməni xisləti ilə bu canlılar arasında heç bir fərq yoxdur. Yalnız yalnız uçurub-dağıtmaq, adamların illər uzunu qurduğunu, tikdiyini yox etmək... Müharibənin getdiyi indiki günlərdə səngərlərdə uduzan erməniqisasınıgünahsız insanlardan almağa çalışır. Kəndlərə, şəhərlərə bombalar yağdırır, soy-kökündən xarakterinə hakim kəsilən idbar niyyətindən əl çəkə bilmir.

 

Amma artıq gecdir. Yurd yerlərimizin torpaqlarımızın zəngin yeraltı-yerüstü sərvətləri şanlı Ordumuzun müzəffər yürüşü sayəsində yenidən özümüzə qayıdır. Sirr deyil ki, qlobal təbiət istiləşməsindən sonra əksər aran rayonlarında, o cümlədən Saatlıda insanlar suvarma suyu sarıdan illər uzunu korluq çəkiblər. Tərtərdə, Yevlaxda, Bərdədə belə olub. Mənfur ermənilər nağıllarda deyilən əjdaha xisləti ilə işğal altında olan ərazilərdə çayların qabağını kəsib topaqlarımızı su üzünə həsrət qoymağa çalışıblar. Buna oxşar həsrətimiz, nisgilimiz çoxdur. El arasında deyildiyi kimikeçmiş olsun”. Bu gün biz, bütün varlığımızla şanlı Ordumuza köklənmişik. Qarabağ Azərbaycandırşüarı altında bütün qüvvəmizlə Ordumuza kömək etməyə çalışırıq. Saatlı şəhər Bələdiyyəsi igid əsgərlərimizin heç nədən korluq çəkməməsi üçün bütün imkanlardan istifadə edir. Ali Baş Komandanın rəhbərliyi altında şücaətlər göstərən şanlı Ordumuz dövlətimiz tərəfindən mükəmməl şəkildə təchiz olunub. Bu günlərdə biz dövlətimizin yanında dayanıb birlik göstərməyi özümüzə şərəf işi hesab edirik.

 

Şakir HƏSƏNOV,

 

Saatlı şəhər Bələdiyyəsinin sədri.

 

Respublika.- 2020.- 6 noyabr.- S.6.