Beynəlxalq Multikultural Şəbəkənin rəhbərliyi Pakistan səfiri ilə görüşüb

 

2020-ci il noyabrın 11-də  Beynəlxalq Multikultural Şəbəkənin rəhbərliyi  Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb. Görüşdə Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova bildirmişdir ki, Azərbaycan xalqının qəlbində Pakistan xalqı üçün xüsusi yeri var. Pakistan Azərbaycan xalqını  bütün məsələlərdə  həmişə dəstəkləmişdir. Ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. İkitərəfli əlaqələrdə siyasi sahədən başqa, biz  mədəniyyətlə bağlı, elmi  məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Dostqardaş Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açılan ilk ölkələrdəndir.

 

Görüşdə Beynəlxalq Multikultural Şəbəkənin rəsmiləri tərəfindən  səfirə Beynəlxalq Multikultural Şəbəkənin  tarixi, onun elmi proqramları, tədqiqat potensialı, beynəlxalq əlaqələr və müxtəlif ölkələrdə fəaliyyət göstərən ölkə təmsilçiləri haqqında məlumat verildi  fəaliyyətlərinin müsbət cəhətləri müzakirə edildi.

 

Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Bilal Haye Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı ilə bağlı  qeyd edilən istiqamətlərdə lazımi işlərin həyata keçirilməsində səyini əsirgəməyəcəyini  və dəstəyini göstərəcəyini bildirdi.

 

Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova Pakistanın ölkəmizdəki  səfirliyinin multikultural məsələlərlə bağlı həyata keçirdiyi maraqlı layihələrə görə Cənab Səfirə Fəxri Fərman təqdim etdi.

 

Tərəflər iki ölkə arasında mədəni-elmi  əlaqələrinin genişləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsi və gələcəkdə həyata keçirilməsi mümkün ola biləcək layihələr haqqında geniş müzakirələr aparıblar.

 

Arzu ƏLİYEVA

 

Respublika.- 2020.- 13 noyabr.- S.7.