Şuşam, xoş gördük!

 

Şuşam!..

 

Səcdənə gəlmişəm

 

Adım-sanım, şöhrətim,

 

Sənsən dünyam, qüdrətim.

 

Xoş gördük!

 

                                   Qarabağ Azərbaycandır!

 

                                   Zirvəsi xan qalasıdır.

 

                                   Hamı bir ağızdan deyir:

 

                                   Şuşa başımın tacıdır.

 

                                   Xoş gördük, Şuşam!..

 

Cıdır düzü büsat qurub

 

Üç rəng bayraq dalğalanır.

 

Topxanada məşəl yanır.

 

Qarabağ nura boyanır.

 

Nər igidlər əldə silah

 

Cəbhə boyu səf-səf durub

 

Xoş gördük, Şuşam!..

 

 

 

Öz oduna alış-yan!

 

Baş nazir Nikol dərdə düşüb.

 

İndi bilmir başını harda girləsin.

 

Gizlənib bunkerdə, qaşına-qaşına

 

İki əllə vurur küt başına.

 

Zarıyır: “Ay... Asdvas...”

 

***

 

Bir gördü: babası Paşinyan Nikol*

 

Nijdehlə Hitlerin yanında söhbət eləyir.

 

Düşündü: yəqin nəvəsinə nicat diləyir.

 

Sevindi: “Ay... Asdvas...”

 

***

 

Qəşş etdi, titrədi, birdən oyandı:

 

Gördü yuxudu, od tutub yandı.

 

Qapaz vurdu küt başına, qaşına-qaşına.

 

Zarıdı: Bədbəxt, küt Paşinyan.

 

Bir səs gəldi, bunkerdə nagahan:

 

Erməni dığası Paşinyan,

 

Öz oduna alış-yan”.

 

Didərgin.

 

 

 

* II Dünya müharibəsində general Nijdehin rəhbərlik etdiyi erməni legionerlərində Nikol Paşinyan faşist əsgəri idi. 1943-cü ildə döyüş zamanı öldürülmüşdü.

 

Respublika.- 2020.- 13 noyabr.- S.9.