İşğaldan azad olunmuş ərazilərin ekoloji şəraiti və torpaq ehtiyatlarının öyrənilməsi

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının fərqli iqlim qurşaqları və yarım tipləri hüdudlarında, müxtəlif hündürlüklü relyef vahidlərində formalaşan müxtəlif təbii-coğrafi şəraitinin ekoloji baxımından fərqli, elmi-nəzəri və təsərrüfat əhəmiyyətinə malik landşaft-torpaq strukturu 30 illik zaman kəsiyində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal altında qalmışdır. Həmin ərazilərin qüdrətli Azərbaycan Ordusu tərəfindən düşmən qüvvələrindən azad edilməsinin, həm də mühüm elmi-təcrübi əhəmiyyəti vardır. Çünki Bütöv Azərbaycanın bölünməz tarixi-coğrafi tərkibi kimi Qarabağ bölgəsinin dağlıq hissəsində (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd və keçmiş ləğv olunmuş Ağdərə rayonları) və ona bitişik 7 inzibati-ərazi vahidinin (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları) ərazisində milyon illər ərzində formalaşmış eko-biosistem həmin ərazilərin hərtərəfli, o cümlədən ekoloji şəraitinin, qiymətli təbii sərvətlərinin və kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarının elmi-nəzəri tədqiqi, iqtisadi-təsərrüfat qiymətləndirilməsi və ümumiləşdirilmiş nəzəri nəticələrinin tədris edilməsi Qələbədən sonrakı mərhələdə xüsusilə vacibdir.

 

 

Xüsusi mühafizə olunan təbiət ərazilərimizdən Bəsitçay və Qaragöl Dövlət Təbiət Qoruqları, həmçinin Laçın, Daşaltı və Arazboyu Yasaqlıqlarında biomüxtəlifliyin mühafizəsi nəzarətsiz qaldığından 30 il müddətdə mənfur düşmənin hərbi-siyasi rejiminin iqtisadi fəaliyyəti nəticəsində florafauna vandalcasına istismar olunmuşdur.

Dünyada çinarın cəmi 7 növü vardır. Respublikamızın dilbər guşəsi olan Zəngilan rayonunun ərazisində 107 ha-lıq sahədə mövcud olan Bəsitçay Dövlət Təbiət Qoruğu adı Azərbaycanın “Qırmızı Kitabı”na yazılmış şərq çinarlarını qorumaq məqsədilə yaradılmışdı. Çox təəssüf ki, son 30 ildə erməni təcavüzkarları bu nadir təbiət incisindən də yan keçməmişdir. Laçın rayonu ərazisində dəniz səviyyəsindən 2650-2700 m hündürlükdə Qaragöl Dövlət Təbiət Qoruğu yerləşir. Bu Qoruq xüsusi maraq doğuran yüksək dağ göllərindən biri olub, Alp landşaft kompleksinə malikdirmühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Qoruğun müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklərin bitki örtüyü işğalçılar tərəfindən sistemsiz olaraq daim otarılmaqla korlanmışdır.

Laçın rayonunun ərazisində Laçın Dövlət Təbiət Yasaqlığının yaradılmasında əsas məqsəd buradakı məməliləri (cüyür, qayakeçisi, çöl donuzu) və quşları (turac, kəklik) qoruyub artırmaq idi. Təəssüf olsun ki, işğal dövründə qeyd olunan canlıların vəziyyətindən məlumatsızıq.

Daşaltı Dövlət Təbiət Yasaqlığı Şuşa şəhərinin ətrafında yaradılmışdır. Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidələri olan sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kolot bitkilərinin təbii muzeyi idi.

Arazboyu Dövlət Təbiət Yasaqlığı tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılmışdır. Təəssüf ki, işğalla əlaqəli onun da fəaliyyəti tamamilə dayandırılmışdır.

İşğaldan azad olunan ərazilərimizdə biomüxtəlifliyin mühafizəsi üçün xüsusi mühafizə olunan təbiət ərazilərimizin (qoruq və yasaqlıqlar) bərpası, həmçinin ekoturizmin inkişafı baxımından yeni kateqoriyalı milli parkın (və ya parkların) yaradılması gündəmdə olan məsələdir.

Fiziki-coğrafi, təbii-ekoloji və iqtisadi-kənd təsərrüfatı ehtiyatlarının (ekoloji mühitinin) zənginliyi ilə fərqlənən Kiçik Qafqaz vilayəti və Qarabağ iqtisadi rayonu timsalında regionun tədqiq edilməsi və təbii ehtiyatlarının (eləcə də, yerin təki, torpaq, su və meşə örtüyünün, atmosfer hövzəsinin) hərtərəfli öyrənilməsinin, ortaali təhsil mərhələlərində tədrisinin zəruriliyi artıq Azərbaycan Respublikası PrezidentiAli Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixdən başlanan qalibiyyətli Vətən müharibəsi nəticəsində bu ərazilərin ekoloji şəraitinin və torpaq ehtiyatlarının elmi-nəzəri baxımdan öyrənilməsi və həmçinin, tədrisi (təsərrüfat əhəmiyyətinin izahı) məsələlərində yeni (xüsusi) yanaşma prinsiplərinə uyğun işlənilib-hazırlanması milli vəzifə olaraq qarşıya qoyulmuşdur. Ardınca, bir aydan sonra, yəni 29 oktyabrda ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanın 7.4, 7.5, 7.7 və 7.8-ci yarımbəndlərində aşağıdakı məsələlər qeyd olunur:

...infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi;

...kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitarepizodik vəziyyətinin ilkin qiymətləndirilməsi;

...ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi;

...tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi.

Müvafiq tələblərə uyğun Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsi olaraq bakalavr, magistrdoktorantura təhsili pillələrində yeni tədris mövzularının işlənilməsi, bu istiqamətdə gənc mütəxəssislərdə əlavə bilik və bacarıq qabiliyyətinin aşılanması, sahəvi (daşınmaz əmlak sistemini əhatə edən elektron-rəqəmsal xəritələrin işlənilməsi, yerquruluşu layihələrinin tərtibi, ekoloji-coğrafi informasiya bazasının yaradılması, ətraf mühitin mühafizəsi layihələrinin hazırlanması... ilə bağlı) kadastr bazasının bir sıra vacib məsələlərinin yerinə yetirilməsində peşəkar mütəxəssislər kimi yetişmələri nəzərdə tutulmuşdur. Həmçinin fakültəmizin professor-müəllim heyətinin elmi-tədqiqat mövzularının məhz işğaldan azan olunan əraziləri əhatə etmələri planlaşdırılır.

Qarşıya qoyulan bu vəzifələrə uyğun olaraq fakültəmizin bakalavr-magistr-doktorantura mərhələlərində təhsil alan tələbələrimiz tədris prosesində kənd təsərrüfatı və ekoloji rayon kimi Qarabağın kompleks elmi-nəzəri öyrənilməsində aşağıdakı istiqamətlərə daha çox diqqət yetirməsini vacib qiymətləndiririk, bu sahələr üzrə dərsliklərin, dərs vəsaitlərinin, elektron-rəqəmsal xəritə, yerquruluşu planları, ekoloji layihələrin işlənilməsində ilkin vərdişlərə yiyələnmələrini nəzərdə tuturuq:

-işğal ərazilərinin kiçik bölgüləri də nəzərə alınmaqla inzibati-ərazi vahidləri kadastr məlumatları əsasında yerquruluşu xəritələrinin işlənilməsi məqsədilə əsasən daşınmaz əmlak növləri üzrə kadastr fond materiallarının toplanılması;

-işğal ərazilərinin kənd təsərrüfatı vilayətləri, iqtisadi, ekolojitorpaq-kadastr rayonları üzrə təsnifatına dair kartoqrafik təsvir materiallarının işlənilməsinin elmi-nəzəri əsaslarının öyrənilməsi;

-işğal ərazilərinin ekoloji və təbii ehtiyatlarının yazılı və təsviri formada vahid kadastr bazasının işlənilməsi istiqamətində çoxillik arxiv informasiya məlumatlarının coğrafi informasiya sisteminə uyğunlaşdırılması baxımından yeni yanaşma - elmi-nəzəri təhlil əsasında iqtisadi-təsərrüfat qiymətləndirilməsinin modelinin işlənilməsi bacarığının formalaşdırılması;

-bölgənin elmi-nəzəri tədqiqi və tədrisi prosesində işğal ərazilərinin eko-biosisteminin struktur hissələri (ətraf mühitin kompleksliyi nəzərə alınmaqla, o cümlədən torpaq, meşə və su ehtiyatları geniş tədqiq edilməklə) daxil olmaqla nəzəri təhlili, iqtisadi əhəmiyyəti baxımından istifadəçiliyi və mühafizəsi məsələlərinə əsas diqqətin yetirilməsi;

-işğal müddəti ərzində ətraf mühitekoloji sistem tərkiblərinə Ermənistan Respublikası və xarici ölkə şirkətlərinin vurduğu iqtisadiekoloji ziyanın ayrı-ayrı sahələr üzrə hesablanmasına dair ilkin, sadə vərdiş və bacarıqların öyrədilməsi.

İşğal dövründə birləşmiş düşmən qüvvələri Azərbaycan xalqına qarşı soyqırımı faciələrini yaşatdığı kimi, işğaldan sonrakı 30 ilə qədərki zaman kəsimində də Qarabağonunla həmsərhəd olan təbii-coğrafi ərazilərdə, inzibati-ərazi vahidlərində (11,3 min kv.km sahədə), regional kənd təsərrüfatı vilayətlərində, torpaq-kadastr rayonlarında (Dəlidağ-Şahdağ, Arazboyu, Laçın-Qubadlı, Dağlıq Qarabağ) və ekoloji rayonlardaekoloji soyqırımı”, “bioloji genofondun növnöv müxtəlifliyinin məhv edilməsi”, “ekosistemin təbii-bioloji strukturunun dağıdılması və normal inkişafının dayandırılması” siyasətini həyata keçiriblər. Bu müddət ərzində Ermənistan Respublikası, eləcə də bir sıra xarici ölkələrin fizikihüquqi hay mənşəli vətəndaşları tərəfindən Qarabağ bölgəsinin və ona bitişik ərazilərin landşaft komplekslərinin təbii-maddi sərvətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, tərəfdaş çıxdığı beynəlxalq konvesiyalarının, eləcə də qüvvədə olan, dünya ölkələrinin nəzərə aldığı beynəlxalq hüquq norma və qaydalarının tələblərinə zidd olaraq qarət edilmiş, cinayətkarcasına iqtisadi gəlir əldə olunmuşdur.

Bu baxımdan ortaali məktəblərinin xüsusi tədris proqramlarının, dərslik, dərs vəsaitlərinin hazırlanmasında və tədris prosesində istifadə edilməsi ümumilikdə Qarabağ bölgəsinin (aran və dağlıq hissələri kompleks şəkildə) sahəvi ekoloji (relyef strukturunun, faydalı qazıntı yataqlarının, torpaq örtüyünün, su hövzələrinin, meşə sərvətlərinin, ekoturizm potensialının) vahidlərinin elmi-nəzəri səciyyəsini və iqtisadi-təsərrüfat əhəmiyyətli izahına daha çox diqqət yetirilməlidir.

Nəzərə almaq lazımdır ki, geoloji quruluşu və təbii-coğrafi şəraitinə görə mürəkkəb tərkib hissələrinə malik olan və artıq işğaldan azad edilmiş Qarabağ bölgəsinə aid ekoloji təhsil və tərbiyə mövzularının öyrənilməsində ümumixüsusi cəhətlərə diqqət yetirmək vacibdir.

İstənilən müzakirəyə və əlavə təkliflərə açıq olmaq şərti ilə yuxarıda göstərilənlərə əlavə olaraq qeyd etmək vacibdir ki, Qarabağın dağlıq hissəsi və ona bitişik ərazilərdə işğalçı Ermənistan Respublikası 30 ildən artıq müddətdə bu bölgənin yeraltı təbii sərvətlərini (boz, qara mərmər yataqlarını, sement üçün xammal, qrafit, qranit, tuf, bazalt, əhəng daşı, üzlük daş, gips, civə, qum yataqlarını, qızıl (1250 ton), gümüş (4550 ton), mis (1 milyon 840 min ton), qurğuşun (660 min ton), sink (775 min ton), kobalt (150 min ton), xrom (2 milyon 250 min ton)... hövzələrini, 1998-ci ildən “Andranik daşk” QSC qiymətli-əlvan metalların emalı və dünya bazarına çıxarılması ilə məşğul olur, mineraltermal su ocaqlarını (Zəngilan, Qubadlı, Kəlbəcər və Şuşa yataqları), kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarını (4000 ha üzüm bağlarını, 66,7 min ha əkin sahələrini), qoruq və yasaqlıqlar da daxil olmaqla 230 min hektara qədər meşə örtüyünü, zəngin çay-göl sistemini (Araz, Tərtər və Həkəri çayları üzərində SES və suvarma qovşaqlarının inşası və istismarını həyata keçirən), İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmişVallex Group” şirkətlər qrupunun, Ermənistanda filialı olanBase Metals” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Vartan Sermakeş, Zəngilan rayonu, Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 2009-2017-ci illər ərzində 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib, Tərtər rayonunun inzibati ərazisi daxilində Suqovuşan məntəqəsində 2015-ci ildən etibarən dünya bazarı üçün qara kürü istehsalına başlanılıb, bu yolla nəinki ölkəmizin qanunlarına, həmçinin beynəlxalq iqtisadi-hüquq normalarına zidd olaraq külli miqdarda iqtisadi-siyasi mənfəət əldə edilibdir.

Bu hal Azərbaycan Respublikasının Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiyayerin təkinin, eləcə də qiymətli torpaq ehtiyatlarının və biosfer hövzələrinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Baş Prokurorluğun İstintaq İdarəsində 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işlərinə başlanılmasına hüquqi əsas olmuşdur. Qarabağ bölgəsinin torpaq ehtiyatlarının gələcəkdə səmərəli istifadə olunmasının qanunvericilik bazası kimi 02 avqust 1996-cı il tarixdə ölkəmizdə hüquqi qüvvəyə minmişTorpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsində (“Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatının aparılması”) yazılmışdır:

“Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatlarının aparılması və həmin torpaqlardan məcburi köçürülmüş şəxslərin xüsusi mülkiyyətinə torpaqların verilməsi bu Qanunda göstərilən qaydada həyata keçirilir.

İşğal altından azad olunan torpaqlarda islahatın aparılması, həmin ərazilərdə iqtisadiyyatın bərpası dövlət proqramı əsasında həyata keçirilir.”

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə torpaq ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində həyata keçiriləcək ümumxalq tədbirlərində mütəxəssislərin iştirakına geniş yer veriləcəyi, tədris sahəsində köklü dəyişikliklərin zəruriliyini artıq qarşıya qoymuşdur.

Ona görə də Qarabağ bölgəsinin daşınmaz əmlak növlərinin ekoloji-kadastr sisteminintorpaq ehtiyatlarının səmərəli istifadə edilməsi, vahid ekosistemin mühafizəsi sahəsində tələbə, magistrant və doktorantların bilik və bacarıqlarının artırılması istiqamətində yeni yanaşma prinsiplərinin elmi-nəzəri və tədrisi məsələlərinin müzakirəsi indiki dövrdə ali məktəblərin avanqardı kimi Bakı Dövlət Universitetinin xüsusi vəzifələri sırasındadır.

 

Nazim ŞƏMİLOV,

BDU-nun ekologiyatorpaqşünaslq

fakültəsinin dekanı, professor.

Akif AĞBABALI,

Coğrafi ekologiya kafedrasının müdiri, dosent.

Qismət XANBABAYEV,

Yerquruluşukadastr kafedrasının baş müəllimi.

 

Respublika.- 2020.- 13 noyabr.- S.10.