Ən qədim tarixi abidəmiz işğaldan azad olundu

 

Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən Azıx mağarası, Qarabağın şəhər kəndləri, bir çox tarixi abidələri kimi Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində çaldığı qələbə nəticəsində əsarətdən qurtarmış oldu.

 

İlk qədim Daş dövrü insanlarının yaşayış yeri kimi məşhur olan Azıx mağarası 1960-cı ildə AMEA-nınPaleolit Arxeoloji Ekspedisiyasıtərəfindən aşkarlanmış ən qədim yaşayış yeri olaraq müəyyən edilmişdir.

 

Bu qədim insan düşərgəsində aparılan arxeoloji tədqiqatları ilk əvvəlllər Azərbaycan alimləri aparırdılar. Sonralar çoxtəbəqəli paleolit düşərgəsində aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi, burada kompleks şəkildə arxeoloji qazıntı işlərinin aparılmasının gərəkliyini ortaya çıxardı. Ona görə Azıx paleolot düşərgəsində arxeoloqlarla yanaşı, paleontoloqlar, paleoqeoloqlar, paleoqeomorfoloqlar, paleoantropoloqlar digər elm sahələrinin mütəxəssisləri tədqiqat işləri aparmağa başladılar.

 

Azıxda elmi tədqiqatlar aparan M.M.Hüseynov, D.V.Hacıyev, Ə.V.Məmmədov, N.Ş. Şirinov, Ə.A.Cəfərov, A.A.Veliçko, S.D.Əliyev, M.B.Süleymanov başqa alimlərin fəaliyyəti nəticəsində Paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin elmi materiallar aşkar edilmişdir. Azıx mağarası özünün böyüklüyünə görə Qafqazda ən möhtəşəm mağaradır. Mağarada arxeoloqlar arxeoloji qazıntılar zamanı 160-dan çox daha mükəmməl daşdan hazırlanmış kobud çapma alətlər aşkar etmişlər. Ən maraqlı cəhətlərdən biri bir neçə ədəd iki əllə yaxşı tutub istifadə etmək üçün çoppinq tipli alətlərin qeydə alınmasıdır. Həmin alətlərə 1976-cı ildə Sankt-Peterburq (Leninqrad) şəhərində yerləşən Arxeoloji İnstitutun arxeoloji-texnoloji laboratoriyasında professor S.A. Semyonov xüsusi diqqət yetirmiş Paleolit dövrü üçün ən nadir maraqlı əmək alətləri olmasını qeyd etmişdir. Bu mağarada məişətdə işlədilən qablara bənzər daş alətlər, ovçuluq təsərrüfatı üçün yararlı olan əmək alətləri tapılmışdır. Azıx paleolit düşərgəsinin V təbəqəsindən daha əlavə 300-dən artıq daş məmulatı qeydə alınmışdır. Düşərgənin V təbəqəsindən aşkar olunmuş daş məmulatının əksəriyyəti çaxmaq (143 ədəd) slanes (124 ədəd) daşlardan hazırlanmışdır. Daş məmulatı içərisində bazalt (2 ədəd), peşçalnik (3 ədəd) 3 ədəd dəvəgözü daşından hazırlanmış alətlər qeydə alınmışdır. Orta Aşel mədəniyyətinə aid təbəqənin baş məmulatı içərisində 2 ədəd mustye iti ucluğu qeydə alınmışdır.

 

Azıx qədim insan düşərgəsindən aşkar olunmuş elmi materialların təhlili ibtidai insanların dini təsəvvürləri haqqında yeni-yeni elmi fikirlər söyləməyə şərait yaratmışdır. 1972-ci ilin arxeoloji tədqiqatları zamanı Azıx düşərgəsinin V təbəqəsinin yerləşdiyi sağ divarında qaranlıq bir yerdə 3 ədəd mağara ayısının kəlləsi aşkar olunmuşdur. Bu sahə mağaranın içərisində olduqca möcüzəli bir guşədə qabarıq formada irəliyə uzanaraq, orta hissəyə işıq düşməsinə mane olur nəticədə bura zülmətə qərq olur. Bu hissədə qaya rəfi təbii surətdə əmələ gəlmişdir. Yuxarıda qeyd olunan mağara ayılarının kəlləsi çənəsi məhz bu rəfdədir. Tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, mağara ayılarının kəllə çənələri buraya ibtidai insanlar tərəfindən qoyulmuşdur. Bu proses qədim insaların ilk dini görüşləri barədə məlumat verir, həm qədim Azıx sakinlərinin mağara ayılarının kəllələrinə bir növ sitayiş etdiklərini göstərir.

 

Tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, düşərgədə məhz həmin sahə müqəddəs yer sayılmışdır. Məhz, Azıx mağarasının materiallar əsasında ibtidai insanlarda ilk dini görüşlərin meydana çıxmasını orta Aşel mədəniyyəti dövründən, yəni 400 min il bundan əvvəl başlandığını söyləmək mümkün olmuşdur.

 

Son illərdə aparılan arxeoloji kəşfiyyat tədqiqat işləri nəticəsində dünyanın bir sıra qədim insan düşərgələrində ilk dini etiqadların görüşlərin meydana çıxmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Həmin maddi mədəniyyət nümunələri ilk dini təsəvvürlərin orta Aşel mədəniyyəti zamanı meydana çıxmasını bir daha təsdiq edir.

 

Məhəmməd VƏLİYEV

 

Respublika.- 2020.- 13 noyabr.- S.10.