Qələbə günü münasibətilə tədbir

 

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdi. İlk öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi və abidəsi önünə gül dəstələri qoyuldu. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

 

Giriş sözü ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev bildirdi ki, bu günlər, bu dəqiqələr hər bir Azərbaycan vətəndaşının həyatında ən xoşbəxt günlər yaşanır. Milli şüarımıza çevrilmişQarabağ Azərbaycandır!” gerçəyi reallaşdı. Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Bunun təməlində, heç şübhəsiz xalqın öz Liderinə sonsuz inamı, yurd, torpaq sevgisiLiderinxalqa arxalanması dayanır. Rəşadətli Ordumuz sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Bu, haqqın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Tədbirdə digər çıxış edənlər də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bu tarixi qələbə sevincini bizə yaşadan rəşadətli Ordumuza sonsuz təşəkkürlərini ifadə etdilər.

 

Ərəstun ABDULOV

 

Respublika.- 2020.- 15 noyabr.- S.4.