ƏDLİYYƏ SAHƏSİNDƏ YENİLƏŞMƏ VƏTƏNDAŞLARIN MƏNAFEYİNƏ XİDMƏT EDİR

 

22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günüdür

 

Azərbaycan Respublikasında Ədliyyə İşçilərinin Peşə Bayramı Günü xalqımızın ümummilli lideri Heydər Əliyev  tərəfindən 11 noyabr 2000-ci il tarixli fərmanla təsis edilmişdir. Hər bir ölkədə aparılan hüquqi islahatların müsbət nəticələr verməsi, ilk növbədə məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin müasirləşdirilməsindən, dövrün tələbləri səviyyəsində qurulmasından asılıdır. Azərbaycan Respublikasında bu sahədə aparılan ardıcıl islahatlar ümumilikdə hüquq sisteminin səmərəli fəaliyyətinin təmin olunmasına xidmət edir. Azərbaycan Respublikasının Ədliyyə sisteminin onun şanlı və şərəfli yol keçmişini əks etdirən çox zəngin tarixi vardır.

 

Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cumhuriyyətində Ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bi sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi noyabrın 22-də isə  Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizasının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır. Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ümummilli liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və  məqsədyönlü islahatlar həyata keçirmiş, nazirliyin səlahiyətləri genişləndirilmiş, cəmiyyətdə rolu artmışdır.

 

Ulu öndərin Ədliyyə sahəsində göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq  edildiyi gün - 22 noyabr Azərbaycan Respublikası Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

 

2006-cı ildə ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyə vəzifələr həvalə edilmiş, struktur təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqıqnda Əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmiş, habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı” haqqında 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır. Dövlət başçısının 06 fevral 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilmişdir. 18 dekabr 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı məhz ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların mühüm tərkib hissəsidir. Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, icraatın səmərəliliyininin artırılması və süründürməçilik hallarının aradan qaldırılması, hakimıərin yükünün azaldılması və sair problemlərin həllində qarşıya mühüm vəzifələr qoyub. Azərbaycanda həyata keçirilən məhkəmə islahatıarı, tətbiq olunan yenliklə beynəlxalq aləmdə böyük maraq doğurur və əldə olunan uğurlar hətta  Azərbaycandan kənarda da təqdir edilir.

 

Azərbaycan Respublikasında ədalət mühakiməsi sistemində aparılmış islahatlar, ölkəmizdə məhkəmələr üçün unikal infrastrukturun yaradılması, müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqi beynəlxalq ekspertlər tərəfinən təqdirəlayiq nailiyyət və qanunçuluğun təmin edilə bilməsini mümkün edən amillərdən biri kimi qiymətləndirilir.

 

Yeni qanunvericiliyə əsasən notariat sahəsində mütərəqqi innovasiyalar, o cümlədən vətəndaşlara istənilən yerdə notariat hərəkətlərinin aparılmasına, təxirə salınmayan hallarda səyyar və  məsafədən xidmətlərin göstərilməsinə, notariat fəaliyyəti barədə məlumatların əldə edilməsinə imkan verən elektron ədliyyə köçkü, səyyar notariat çantası və mobil notariat qovluğu istifadəyə verilib. Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artıb. Vətəndaş cəmiyyətinin və yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə gənclər arasında ailə dəyərləri haqqında və erkən nikahlara qarşı mütəmadi profilaktik maarifləndirici tədbirlər keçirilir. Ailə institutunun inkişafına və nikah münasibətlərinin möhkəmlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədilə mediaya xidmətinin göstərilməsinə dair vətəndaş cəmiyəti instituları ilə birgə layihələr həyata keçirilir. Ədliyyə orqanları tərəfindən uşaqlara qayğı göstərilir. 20 noyabr - Ümumdünya Uşqlar GünüBMT-nijn Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə ölkəmizdə elan olunmuşUşaq Hüquqları Aylığı” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən fondictimai birliklərlə birgə uşaq evlərində tədbirlər keçirilir.

 

Müasir Azərbaycan hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, ədliyyə sisteminin səmərəli inkişafı sosial-iqtisadi və mədəni inkişafın təmin olunması ilə üzvi əlaqədə baş verir. Bütün bunlar vətəndaşlarımızda öz  dövlətinə yüksək qürur hissi doğurur. Bu gün Azərbaycanın davamlı sosial-iqtisadi tərəqqisi ölkə başçısının rəhbərliyi ilə uğurla təmin edilir, insanların rifahının yaxşılaşmasına xidmət edən ardıcıl sosialyönümlü qərarlar qəbul olunur, ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlər qazanılır. Respublikamız mötəbər beynəlxalq forumlara və tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir, onun beynəlxalq aləmdə nüfuzu günbəgün artır, qabaqcıl dövlətlər sırasında qərarlaşır. Aparılan islahatlardüşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən yüksək qiymətləndirilir. Respublikamızın davamlı sosial-iqtisadi və mədəni inkişafının təmin olunmasında, mühüm sosial layihələrin, humanizm, tolerantlıq, multikulturalizm ideya və prinsiplərinin uğurla həyata keçirilməsində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin məntiqi nəticəsi olmaqla xalqımızda yüksək iftixar hissi doğurur.

 

Ulu öndərin yüksək dövlətçilik amallarına daim sadiq qalan ədliyyə işçiləri dövlətimizin başçısının insanlara layiqli xidmət, vətəndaş məmnuniyyəti, şəffaflıq, korrupsiyanın yolverilməzliyi kimi tələblərini fəaliyyətlərində daim rəhbər tutmaqla ölkəmizin daha da qüdrətlənməsi naminə möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirmək əzmindədirlər.

 

Düşünülmüş mahir hərbi strategiyaya əsaslanan əməliyyatlar nəticəsində Azərbaycanın şanlı Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı zəbt edən düşmənə sarsıdıcı zərbələr endirərək ərazilərimizi 30 illik işğaldan azad etmiştarixi zəfərə imza atmışdır. Şuşa şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin ən parlaq səhifələrindən biridir. Qarabağın ürəyi olan Şuşanın azad edilməsi ilə həm də müharibənin taleyi həll olundu və düşmən məğlubiyyət aktına imza atdı. Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də elan etdiyi bu tarixi qələbəmiz Dövlət Bayrağı gününə ən dəyərli töhfə oldu. Eyni zamanda bu Qələbə Ana Qanunumuzun qəbulunun 25-ci ildönümünə də böyük töhfə oldu. Ən əsası zəfərimizin müəllifi olan Ali Baş Komandan İlham Əliyev Azərbaycan dövlətinin və bütün xalqımızın Qarabağda konstitusion hüquqlarını bərpa etdi.

 

Tezliklə vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün hüquqlarının tam təmin edilməsi istiqamətində mühüm addımlar atılacaq. Bu gün ərazi bütövlüyümüzün bərpası uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın geri qaytarılması istiqamətində qazanılan tarixi qələbə hər birimizi qürurlandırır, çalışdığımız sahə üzrə fəaliyyətimizdə daha əzmlə işləməyə ruhlandırır.

 

Qürurlugüclü  xalqımız Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında həmişə olduğu kimi sıx birləşərək yeni, şanlı tariximizin yazılmasını və qüdrətli Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcək. Fürsətdən istifadə edərək, peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinininsan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.

 

 

 

Səbinə ƏHMƏDOVA,

 

Gəncə şəhər Kəpəz rayon

 

Qeydiyyat Şöbəsinin rəisi.

 

Respublika.- 2020.- 15 noyabr.- S.5.