Haqlı idik, haqqımıza sahib olduq

 

Bu günlərdə uşaqdan böyüyə hamımız doğma Qarabağın işğaldan azad olunduğu xoşbəxt dövrün sevinci ilə yaşayırıq. İllərin həsrətinə son qoyuldu. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində mənfur erməni qəsbkarlarının yaratmış olduğu və 30 ilə yaxın davam edən işğala son qoyduq. Torpaqlarımızın özümüzə qaytarılması bizdə qürur hissi yaradır. Daha böyük iftixar hissini xalqımıza son dərəcə  hazırlıqlı, dünya diplomatiyasını mükəmməl bilən, daxilixarici siyasətdə əsl uzaqgörənlik nümayiş etdirən Ali Baş Komandanımız bəxş elədi. Mən, inşaatçıyam. Həyatın gedişatı, siyasi olaylarla müəyyən qədər maraqlansam da, bunlar ardıcıl olmur. Siyasi dialoqlara, müzakirələrə təsadüfi hallarda sona qədər qulaq asıram. Müharibə günlərində bir çox hallarda Bakıya “təlimatlanmış” halda gələn,  dünyanın ən aparıcı media nümayəndələrinə dövlət başçımızın verdiyi müsahibələrin hər birinə ən azından 4-5 dəfə qulaq asdım. Müsahibələrin hamısı dərin intellekt, geniş dünyagörüşü, xalqa-millətə möhkəm köklərlə bağlılıq nümunəsi idi. Bir daha yəqin etdim ki, İlham Əliyev kimi Ali Baş Komandanı olan xalq erməni kimi soysuz bir millətə məğlub ola bilməz. Dövlət başçımız Vətən Müharibəsinin başladığı ilk günlərdə “biz, haqlıyıq, haqq işimiz uğrunda mübarizə aparırıq” kəlməsi ilə xalqın qarşısına çıxdı. Amansız mücadilənin çətinliyi, qeyri-adi dərəcədə mürəkkəbliyi təkcə bizə yox, bütün dünya xalqlarına bəlli idi. Yer kürəsinin hər tərəfinə səpələnmiş erməni millətçilərinin güclü diasporu, müəyyən ölkələrin açıq-aydın havadarlığı düşmənin “güc-qüvvət” sahibi olduğu təsəvvürü yaradırdı. Amma Ali Baş Komandanımızın siyasi iradəsi, əzmkarlığı, Ordumuzun döyüş qabiliyyəti qısa zaman kəsiyində bütün təsəvvürləri alt-üst elədi. Biri-birinin ardınca kənd və şəhərlərimiz işğaldan azad olundu. İndi televizorun qarşısında əyləşib erməni vandalları tərəfindən tar-mar edilən cənnət misallı yurd yerlərimizə tamaşa edərkən həm hiddətlənir, həm də münbit torpaqlarımızın, torpaqların üzərindəki zəngin sərvətlərin halal sahibi olduğumuza qəlbən fərəhlənirik. Ermənilər müəyyən olunmuş razılaşma əsasında işğal etdikləri əraziləri tərk edirlər. Bu köç prosesinə yalnız “tərk edirlər” demək olar. Amma xalqımız bir vaxtlar öz doğma yurd-yuvalarını belə rahat şəkildə, maşınlarla, nəqliyyat vasitələri ilə arın-arxayın boşaltmamışdılar. Onlar qışın sərt soyuğunda, qarlı-çovğunlu günlərdə ayaqyalın-başıaçıq, öz evlərindən bir dənə əşya belə götürmədən qovulub, didərgin salınmışdılar. Bununla ürəyi soyumayan düşmən köməksiz insanlara, hətta qadınlara əsirlik kimi bədbəxt bir ömür yaşatmışdır. Kəlbəcərdən köç gedir, cəmisi bir-iki atəşlə minlərlə insanı qanına qəltan eləmək olar. Amma biz eləmirik. Biz, ürəyiyumşaq, əsli-kökü olan humanist, xeyirxah millətik. Bizim günahsız insanlara “atəş” əmri verməyi özünə heç vaxt rəva görməyən böyük ürək sahibi, dünyəvi duyğularla yaşayan rəhbərimiz var.

 

İşğaldan azad olunan yurd yerlərinə baxanda, gənclik illərim yadıma düşür. Tələbə vaxtı getdiyim Suqovuşan kəndini yaxşı xatırlayıram. Bizi yenicə tikilməkdə olan Sərsəng su anbarı ilə tanış etdilər. Nəhəng tikintiyə tamaşa etdikcə, gələcəkdə ölkənin müəyyən ərazisinin suvarma suyu sarıdan korluq çəkməyəcəyini təsəvvür elədik. Sovetlər dövründə təsəvvürlərimiz özünü doğrultdu. Su anbarı işğal altına düşdükdən sonra mənfur ermənilər topaqlarımızı suya həsrət qoydular. 30 il əkilməyib heç bir məhsul verməyən son dərəcə bərəkətli torpaqlara baxanda adam dəhşətə gəlir; “əkib-becərməyə qeyrətin çatmayacaqsa, bu torpaqları niyə işğal altında saxlayırdın, həmin su anbarına yığılan su sənin nəyinə lazım idi?..”. Paxıllıq, xainlik, girəvəkeşlik - erməni xislətidir.

 

Mənfur qonşu yurd-yuvamızı 30 il işğalda saxlamağı özü üçün fəxarət bilirsə, səhv edir. 30 il bizə imkan yaratdı ki, bu millətin bütün eybəcərliklərini daha yaxından tanıyaq. Bir daha süfrəmizin qırağında onlara yer verməyək. Bir daha onları özümüzdən yuxarı başda otuzdurmayaq.

 

Keçmiş olsun. Xalqımızın ömründə yeni dövr başlayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düyünlənmiş yumruğu daima gözümüzün qabağındadır. Bu yumruq monolit birlik, həm də haqqa sahib olmaq üçün haqsızlığa qarşı barışmazlıq, mübarizlik göstəricisidir.

 

İbrəhim İBRƏHİMOV,

 

Hacıqabul rayonundakı Suvarma Sistemləri İdarəsinin rəisi.

 

Respublika.- 2020.- 17 noyabr.- S.7.